Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

BU QURUMDAKI “QOHUM ŞƏBƏKƏSİ” TƏMİZLƏNİR – Yeznəsi, əmisi oğlu, xalası oğlu…


Bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.

“Qaynarinfo”-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin gəlişi ilə başlayan kadr islahatları çərçivəsində bir sıra vəzifəli şəxslərə, xüsüsən də sabiq sədr Saleh Məmmədovla qohumluq bağlarına məxus şəxslər qurumdan uzaqlaşdırılır.

Ötən gün dərc etdiyimiz xəbərdə də Avtomobil Yollarının Mühafizəsi Xidmətində bəzi rəislərin işdən çıxarıldığı deyilirdi. Onların AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov, həmçinin onun müavinləri (Əvəz İlyas oğlu Qocayev, Hüsnü Ələkbər oğlu Quliyev ) və digər yüksək vəzifəli şəxslərə bağlı olan adamlar olduğu deyilir.
Qeyd olunur ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Həbib Əliyev Saleh Məmmədovun yaxın adamı olub. İşdən çıxarılan xidmətin digər rəis müavini Eyyub Həsənov isə general-polkovnik Bəylər Eyyubovun xalası oğludur.Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi vəzifəsdindən azad edilən Coşqun Qarayev “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur.

İşdən çıxarılan 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun dayısıdır. Səftər İsmayılov özü də vəzifəsindən azad olunması ilə bağlı Vüsal Nəsirliyə ərizə ilə müraciət edib.

“1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin rəhbəri Dilavər Həmzəyev sabiq sədr Saleh Məmmədovun yeznəsidir. MMC ötən həftə ləğv edildiyinə görə Dilavər Həmzəyev işini itirib.
Saleh Məmmədovun vəzifədə olan qohumları arasında – əmisi oğlu, “Bakı 1 №-li Yol İstismarı” MMC-nni rəisi Həmzəyev Zaur Oktay oğlu, xalası oğlu, “10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Araz Bəndəliyev, qardaşı oğlu, “9 saylı Yol İstismarı” MMC-nin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, digər bacısı, “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, kürəkəni, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev də var.

Onların da vəzifələrindən uzaqlaşdırıldığı deyilir.

Həmçinin vəzifələrindən uzaqlaşdırılan şəxslərdən bəzilərinin Azərbaycanda və xaricdə dəyəri milyonlarla manat olan mülklərə sahib olduğu da iddia olunur.

“Qaynarinfo”

Sabiq gömrük rəisi Kənan Məmmədovun “Villa Badam” macərası


Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Kənan Məmmədovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumata görə, sabiq gömrük məmuru, adı hər zaman ölkə mediasıdna müxtəlif qalmaqallarda hallanan Kənan Məmmədov Villa Badam deyilən ərazidən dəyəri 600-800 min manat olan bir neçə ev alıb.
Bununla kifayətlənməyən keçmiş gömrük generalı, əlaqə və maddi üstünlüyündən istifadə edərək Villa Badam kompleksində “zəif bənd” hesab etdiyi şəxsləri sıxışdırmağa başlayıb. Artıq həmin şəxslərdən bəzisinin Kənan Məmmədov tərəfindən məhkəməyə verildiyi bildirilir.

Villa Badam sakinlərini isə əsasən bir məsələ narahat edir: Kənan Məmmədov bu qədər sərvəti necə, hansı yolla əldə edib? Niyə bu şəxs haqqıdna bugünə qədər ölkə mediasında yer alan çoxlu sayda məqalələrdən heç biri araşdırılmayıb? Və ən nəhayət, gec də olsa Kənan Məmmədova “dur” deyən oacaqmı?
Vaxtiylə Kənan Məmmədovla bağlı media yer alan bəzi məqalələrin linkini oxuculara təqdim edirik.(Xalq.online)
Həmin xəbərləri əlavə edirik
https://qafqazinfo.az/news/detail/daha-bir-general-vezifesinden-azad-olundu-374861https://konkret.az/baki-bas-gomruk-idaresinin-reisi-sahibkardan-rusvet-isteyir-kenan-memmedovla-bagli-prezidente-muraciet/
https://modern.az/az/hadise/366954/kirvelerin-milyonluq-gmruk-emeliyyati-generalla-bali-alasimaz-faktlar/

Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var


Azərbaycan Tibb Universiteti tərəfindən tələb olunan foto və səs avadanlıqlarının satın alınması üzrə 17.03.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “DİGİX” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 526.875,9 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 29.04.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə MMC Tibb Universitetini dinamik bir 15″ (394 mm) LF sıxılma sürücüsündən ibarət tam diapazonlu, ikitərəfli, enerji tipli olmaqla 12 ədəd səsgücləndirici, dinamik bir 10″ (261 mm) LF sürücüsündən və bir 1″ (25 mm) HF sıxılma sürücüsündən ibarət tam diapazonlu, ikitərəfli, enerji tipli olmaqla 8 ədəd səsgücləndirici, (ümumi olaraq 36 ədəd səsgücləndirici), 6 ədəd peşəkar səhnə və konsertlər üçün nəzərdə tutulmuş UHF simsiz əl mikrofon sistemi, 14 ədəd qoozneck kondensator konfrans mikrofonu, 1 ədəd feşəkar full-frame kino kamerası və ona aid digər ləvazimatlar və digər bir sıra avadanlıqlarla təchiz etməlidir.

Qeyd edək bu Tibb Universiteti ilə “DİGİX” MMC ilə bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ilk müqavilə Universitet üçün Lisenziyaların yenilənməsi və şəbəkə avadanlıqlarının satın alınması üzrə 18.07.2025-ci ildə bağlanıb. Müqavilənin dəyəri 388.717,96 manat təşkil edib.

Tərəflər arasında İT avadanlıqlarının satın alınması üzrə 836.526,34 manat dəyərində bir müqavilə də 14.11.2025-ci ildə bağlanılıb. Müqavilə üzrə MMC Üniversiteti 90 ədəd stolusüstü kompyütür, 95 ədəd monitor, 56 ədəd notebook, 21 ədəd printer və digər avadanlıqlarla təmin edtməli olub.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti son 10 ayda “DİGİX” MMC ilə ümumi dəyəri 1 752 118 manat dəyərində 3 satınalma müqaviləsi bağlayıb.

İndi gəlin görək Tibb Universitetinin müqavilə bağladığı bu çirkət barədə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİGİX” (VÖEN: 2008000681) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 03.05.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisinin isə Rzayev Turab Rəşid oğlu olduğu qeyd edilib. MMC Kərimov Fərid Süleyman oğlu tərəfində təsis edilib.

Məlum olduğu kimi müasir dünyamız informasiya-kommunikasiya texnologiyaları əsri olduğundan yeni texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olur. Belə bir dövrdə, informasiya və kommunikasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olan bir şirkətin ən azından bir veb səhifəsi, sosial şəbəkə hesabı belə yoxdu.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti cəmi 10 manat nizamnamə kapitalı olan və barəsində heç bir məlumat olmayan bir şirkətlə son 10 ay ərzində iki milyon manata yaxın dəyəri olan alqı-satqı müqaviləsi bağlayıb. Bu şirkət bağlanan müqavilələr üzrə öhdəlikləri yerinə yetirmək iqtidarındadırmı.

Bu günlərdə mediaya açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər bir şirkətin nizamnamə kapitalı cəmi 10 manatdırsa, tenderi keçirən qurum maraqlanmalıdır ki, layihənin xərclərini necə qarşılayacaq, işçilərin maaşlarını hansı vəsaitlə ödəyəcək”.
Ekspert bildirdi ki, şirkət tenderi icra etmək qabiliyyətində olduğunu sübut etməlidir: “Burada iki əsas məqam var: şirkətin əvvəlki fəaliyyəti və tender üzrə öhdəliklərini icra etmək imkanları. Şirkət göstərməlidir ki, bu işi necə və hansı maliyyə ilə həyata keçirəcək. Əgər öz vəsaiti azdırsa, alternativ mənbələri əsaslandırmalıdır. Bu, ya yüksək mənfəət hesabına ola bilər – bu halda mühasibat balansı təqdim edilməlidir – ya da kredit və digər maliyyə mənbələri ilə təmin olunur ki, bu da sənədlərlə sübut edilməlidir.
Tenderi təşkil edən qurum bu cür maliyyə sənədlərini tələb etməlidir. Əgər şirkətin öz vəsaiti yoxdursa, onun fəaliyyətini hansı mənbələr hesabına qurduğu aydınlaşdırılmalıdır. Təəssüf ki, praktikada çox vaxt bu tələblərə əməl edilmir ki, bu da artıq ciddi pozuntu hesab oluna bilər.
Məsələn, nizamnamə kapitalı cəmi 10 manat olan bir şirkət 500 min manatlıq tenderin qalibi olur. Bu zaman haqlı olaraq sual yaranır: bu şirkətin neçə işçisi var, əməkhaqqını necə ödəyir və ümumiyyətlə, belə bir layihəni həyata keçirmək üçün real imkanları varmı? Tender iştirakçısı bütün bunları sənədlərlə əsaslandırmalı və öz imkanlarını aydın şəkildə ortaya qoymalıdır”.

Maraqlıdır, Azərbaycan Tibb Universiteti satınalma müqaviləsi bağlayarkən “DİGİX” MMC-nin Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi meyarlarının tələblərinə cavab verdiyini araşdırıbmı? Yoxsa, elə müqavilələr formal sənədlərlə bağlanıb.

Aktualinfo.net

172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR


Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 172 nömrəli tam orta məktəbdə direktorun qəbul saatları ilə bağlı narazılıq yaranıb.
Kommersant.az-a daxil olan məlumata görə, məktəbin direktoru Vəfa Bağırovanın cümə axşamı və cümə günləri saat 14:30-dan etibarən vətəndaş qəbulu keçirməsi nəzərdə tutulsa da, 30.04.2026 tarixində direktor iş yerində olmayıb.

Şikayətçi vətəndaşların bildirdiyinə görə, onlar məktəbə direktorun qəbuluna düşmək üçün müraciət etsələr də, “direktor iclasdadır” cavabını alıblar. Bu halın ilk dəfə baş vermədiyi də qeyd olunur.

Vətəndaşların sözlərinə görə, məktəbin mühafizə xidməti tərəfindən “iclas icra hakimiyyətindədir, direktorun nə vaxt qayıdacağı məlum deyil, gözləməyiniz məsləhət deyil” cavabı verilib.

Məsələnin diqqət çəkən tərəfi isə direktorun hansı səbəbdən iclasa çağırılması ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin direktoru niyə icra hakimiyyətinə çağırdığı ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.

Kommersant.az

Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib


Son günlər sosial şəbəkələrdə, mediada və ictimaiyyət arasında geniş müzakirə olunan məsələlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və onun komandası tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.
Mediaya xəbər ötürən mənbələrin məlumatlarında bu prosesdə adı hallanan qurumlardan biri də vaxtilə Goranboy rayonunun Qaraçinar kəndində yerləşdiyi bildirilən 54 saylı Xocalı Yol İstismar İdarəsidir. İdarənin keçmiş rəhbəri kimi təqdim olunan Məzahir Səlimovun uzun illər bölgədə mühüm maliyyə axınlarına nəzarət etdiyi iddia olunur.
Amma əslində isə Məzahir Səlimov hələ də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “54№-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. Məzahir Səlimovun 2007-ci ildən rəhbərlik etdiyi qurumun isə dövlətə 15 245 697.15 manat vergi borcu var.
Medianın yaydığı məlumatlarda vəzifədən kənarlaşdırıldıqdan sonra Saleh Məmmədov özünə yaxın hesab etdiyi regional idarə rəhbərlərini bir araya toplayaraq yaranmış vəziyyəti müzakirə edib. Həmin toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Məzahir Səlimovun da adı çəkilir.
İddialara görə, idarənin rəhbəri Məzahir Səlimovun bölgədə geniş təsir imkanlarına malik olduğu, bir sıra iri layihə və tenderlərin məhz onun və yaxın çevrəsinin nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi olduğu dövrdə dövlət vəsaitlərini şəxsi şirkəti olan “Təmir-İnşaat” MMC-nin hesabına köçürərək ciddi maliyyə maxinasiyalarına yol verib.
Belə ki, “Təmir-İnşaat” MMC 22.10.2024-cü ildən 14.10.2025-ci ilə qədər Yevlax rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş 4 satınalmanın qalibi seçilib və ümumi dəyəri 1 567 732 manat məbləğində müqavilə bağlayıb.
Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibti Ərazi Dairəsi üzrə Nümayəndəliyi isə 05.11.2025-ci ildə Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri işləri üzrə “Təmir-İnşaat” MMC ilə 298.687,56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi də Məzahir Səlimovun sahibi olduğu “Təmir-İnşaat” MMC ilə 10.12.2025-ci ildə Xocalı şəhər inzibati ərazi dairəsində daxili yolların tikinti işləri üzrə 1.699.984,31 manat dəyərində müqavilə bağlayıb. İşin icrası 09.12.2026-cı ildə yekunlaşmalıdır.
İşin daha maraqlı tərəfi də var. Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 17.04.2019-cu ildə 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovun “Təmir-İnşaat” şirkəti ilə Ağdam rayon “Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı” kənd yolunun tikintisi işləri üzrə 2.300.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Saleh Məmmədov dövlət büdcəsindən ayrılan vəsaitləri formal podrat müqavilələri öz kadrının kağız üzərində olan şirkətinə ayırıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları ilə iş görməklə milyonlarla manat dövlət vəsaitlərini mənimsəmişlər.
Qeyd edək ki, Məzahir Səlimov “Təmir-İnşaat” MMC-ni 2008-ci ildə yaradıb. “54№-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi formal podrat müqavilələri bağlayaraq yol təmir tikintisi adı altında dövlət vəsaitlərini böyük əksəriyyətini təyinatından kənarlaşdırıb. Bütün bunların hamısı da AAYDA sədri Saleh Məmmədovun razılığı ilə həyata keçirilib.
Mediada yer alan məlumatlara görə hazırda araşdırmalar çərçivəsində regional yol idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi nəzarət altındadır. Bu isə 54 saylı Yol İstismar İdarəsi daxil olmaqla, bir sıra qurumlarda illərlə formalaşmış maliyyə mexanizmlərinin yenidən yoxlanılmasına gətirib çıxaracaq. Prosesin dərinləşməsi halında AAYDA daxilində daha geniş korrupsiya şəbəkəsinin üzə çıxması və yeni vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istisna edilmir- məlumatlarda qeyd edilir.
Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində aşkarlanan nöqsanlarla bağlı yaydığı məlumatlardan sonra Saleh Məmmədovun komandasında yer alan şəxslərin də mənimsədiyi dövlət vəsaitləri müzakirə obyektinə çevrilib. Maraqlıdır, Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib? Araşdırılsa çox böyük məbləğlərin talan edildiyi üzə çıxar. Yoxsa Məzahir Səlimov bir-birindən baha avtomobillərə necə sahib ola bilərdi?

Aktualinfo.net

ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı


Hamımız orta məktəblərin bir təhsil müəssisəsi olmaqla yanaşı, həm də bir tərbiyə ocağı olduğunu çox yaxşı bilirik. Məktəbdə idarəetmənin əsas prinsipi də təlim-tərbiyədə optimal bir nəticə əldə etmək məqsədi ilə şagirdlərə və onların valideynlərinə müəllimlər tərəfindən məqsədyönlü, dürüst və davamlı təsir göstərilməsindən ibarətdir. Yəni, idarəetmə – məktəbin daxilində baş verən mürəkkəb prosesləri və münasibətləri (pedaqoji, təşkilati, metodiki, psixoloji) şüurlu surətdə tənzimləmək deməkdir.
Uğurlu məktəb modelini şərtləndirən amillərdən biri də təhsil müəssisəsində işin səmimiyyət üzərində qurulmasıdır. Uğurlu məktəb modeli yaratmaq üçün məktəb rəhbəri davamlı olaraq öz komandası ilə bərabər pedaqoji prosesi izləməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməli, yanaşma, strategiya və qərarların səmərəliliyini müəyyənləşdirməli, bununla da, dövlətin təhsil siyasətini gerçəkləşdirməyə nail olmalıdır.
Məktəb direktorlarının təşkilati işdə aparıcı rolu ondan ibarət olmalıdır ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb etsin, kollektivin fəaliyyətində bir sistem yarada bilsin. Bunun üçün məktəb rəhbərlərindən dərin nəzəri bilik, təşkilatçılıq bacarığı, kollektivdə müəyyən psixoloji mühit yaratmaq qabiliyyəti tələb olunur.
Təəssüf ki, sadaladığımız bu kimi bacarıq və xüsusiyyətlər hər məktəb direktorunda olmur. Elə 2022-ci ildə Bakı şəhəri 201 nömrəli tam orta məktəbə direktor təyin edilmiş Afaq Əliyevada olduğu kimi.
Afaq Əliyeva sözügedən məktəbə direktor təyin olunmasından az müddət sonra kollektiv arasında ayrıseçkiliyə, tərəfkeşliyə yoll verməyə başlayır. Məktəbdə etibarlı, səriştəli və təşəbbüskar kollektivin yaranması üçün kollegial idarəetmə tətbiq etmək əvəzinə, təhsil ocağını intriqa yuvasına çevirir.
Afaq Əliyevanın Bakı şəhəri 201 nömrəli tam orta məktəbə hansı yollarla, kimin vasitəçiliyi ilə direktor təyin edilməsindən ictimaiyyətin xəbəri yoxdu. İctimaiyyətə açıqlanın odur ki, Afaq Əliyeva Gəncə Dövlət Pedoqoji İnstitutunu biririb. Gəncədə orta məktəblərin birində müəllim işləyib. Azərbaycan Respublikası Təhsil problemləri institutunu bitirib və direktor təyin edilib.
Qeyd etdiyimiz kimi Afaq Əliyeva yüksək çinli dövlət məmurunun tapşırığı ilə direktor təyin edilmişdi. Lakin o, ona etimad göstərənlərə arxayın olub özbaşınalıqlara yol verdi. Arxasında duranlar isə onun bir çox əməllərini ört-basdır etmək istədilər, amma heç cürə qoruya bilmədilər. Ona görə də Afaq Əliyevanın direktorluğu çox qısa çəkdi.
Hamilərinin onu yenidən vəzifəyə qaytaracaqlarına ümid edən Afaq Əliyeva özünü təmizə çıxarmaq üçün müxtəlif üsullara əl atır, qarayaxma kompaniyasını media müstəvisinə çıxarır. Keçmiş direktorun sifarişi ilə hazırlanmış və aktualinfo.net-də yayılmış bir yazıda 201 nomrəli məktəbdə baş verən olayların arxasında məktəbdə illərcə öz komfort zonasını yaratmış, kollektivdə avtoritet kimi tanınmış direktor müavini Svetlana Hüseynovanın durduğunu iddia edir.
Bəli, uzun illər 201 nömrəli tam orta məktəbdə çalışmış Svetlana Hüseynovanın kollektiv arasında böyük hörmət qazandığını, nüfuz sahibi olduğunu Afaq Əliyeva həzm edə bilməzdi. Çünki o hörmət və nüfuzu Afaq Əliyeva işlədiyi heç bir kollektivdə qazana bilməmişdi. Elə Gəncədə çalışdığı kollektivdən də, M.Ə.Sabir adına Dövlət Pedaqoji Kollecdən də intriqalara görə kənarlaşdırılmışdır.
Sözügedən yazıda iddia edilir ki, güya S.Hüseynova 2022-ci ildən məktəbə direktor təyin edilmiş A. Əliyevanın rəhbərliyi və peşəkar yanaşması ilə ayaqlaşa bilmədiyini və pedaqoji kollektivlə əvvəlki kimi davranmağın artıq mümkün olmadığını gördükdə keçir klassik üsuluna. Məktəbin fəaliyyətini pozmaq üçün başının dəstəsini işə qoşur. Lakin pedaqoji kollektivin əksər hissəsi yeni direktorun yanında durur, məktəbin inkişafı üçün A. Əliyevaya dəstək verirlər.
Buradan sual yaranır. Kimin daha çox pedaqoji təcrübəsi olub, kim, kimin pedaqoji təcrübəsi ilə ayaqlaşa bilməyib və məktəbin fəaliyyətini pozmaq üçün başına dəstə yığan kim olub?
Əlimizdə Bakı şəhəri Sabunçu, Nəsimi, Nərimanov, Suraxanı, Xətai, Xəzər rayon Məhkəmələri tərəfindən çıxarılmış qətnamələr var. Bu qətnamələr Afaq Əliyeva tərəfindən öyrədilmiş, təzyiq göstərilmiş müəllimlərlə bağlıdır. Onların barəsində Svetlana Hüseynovanın haqqında böhtan xarakterli məlumatlar yazdığına və şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdiklərinə görə təzminat ödənilməsi ilə bağlı Məhkəmə qərarları var.
Buradan yenə sual yaranır. Otuzdan çox müəllimi öyrədərək, təzyiq göstərərək müxtəlif dövlət orqanlarına şikayət xarakterli məktublar yazmağa kim göstəriş verib. Təbii ki, Afaq Əliyeva.
Məktəbin fəaliyyətini pozmaq üçün başına dəstə yığan burada kim olur? Təbii ki, yenə də Afaq Əliyeva.
Bundan əlavə güya Afaq Əliyeva məktəbə direktor təyin edildikdən sonra 30 il ərzində məktəbdə hegemonluq edən, məktəb rəhbərlərini və müəllimləri müxtəlif yollarla itaətdə saxlmağa çalışmış, öz şəxsi mənafeyi naminə məktəbdə təhsili məhv etmiş direktor müavini Svetlana Hüseynovanın qanunsuz əməllərinə son qoyub.
Halbuki direktor müavini Svetlana Hüseynova məktəbə yeni təyin olunmuş direktorun qanunsuz əməlləri ilə barışmadığına, ona məktəbdə özbaşına əməllərə yol vermədiyinə görə Afaq Əliyeva pedaqoji kollektivə, ziyalı kollektivə yaraşmayan çirkin əməllərə başlamışdır. Hər şey məhz Svetlana Hüseynova tərəfindən 201 nömrəli məktəbdə 70 min 693 manat çatışmazlıq müəyyən edildikdən sonra başlayıb. S. Hüseynova və inventarizasiya komissiyası aşkar edilən catışmazlıqlar barəsində inventarizasiya aktını və hesabatı tərtib edib imzalayıb, bundan sonra isə direktor Afaq Əliyevaya təqdim ediblər. Bu hadisədən 10 gün sonra, yəni 10 oktyabr 2022-ci ildə Afaq Əliyeva BŞTİ-nin 80 N-li əmri əsasında yaradılmış komissiya sədri kimi adıçəkilən idarənin mühasibatlığının nümayəndələri ilə birlikdə Maliyyə Nazirliyinin inventarizasiyanın aparılması qaydalarının ziddinə olaraq müəyyən edilmiş formada deyil, fərqli variantda yeni inventarizasiya aktı tərtib edib. Beləcə həmin aktda 70 693 min manatlıq çatışmazlıgın 53000 min manatını qanunsuz şəkildə heç bir təsdiqedici sənəd olmadan (heç bir qüsur aktı, ləgvetmə aktı olmadan yeni sütunlar əlavə etməklə ) rəsmiləşdirərək balansdan silib.
Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimlərini təhdid və şantaj edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur etməsi barədə mediada kifayət qədər məlumatlar da yayılmışdır.
Əlində heç bir sübut olmadığı halda güya Svetlana Hüseynovanın saxta imtahanlar keçirməsi, jurnalları saxtalaşdırması barədə məlumatları da Afaq Əliyeva yayıb. Amma S.Hüseynova məktəbin 8-ci sinfində bir neçə şagirdin ardıcıl 5 ildir ki sinifdə saxlanılmasını sənədlərlə sübut edib.
Afaq Əliyevanın böhtanları bunlarla da bitmir. O, Svetlana Hüseynovaya şər ataraq faizlə pul verdiyini iddia edir, 214 nəfərə qarşı “borc”la bağlı məhkəmə işi açılması barədə rəy yaratmağa çalışır. Amma həmin məhkəmə işlərindən ortaya bircə dənə də olsa rəsmi sənəd qoya bilmir.
Lakin Svetlana Hüseynovanın bizə təqdim etdiyi məhkəmə sənədlərindən müəyyən edilir ki, Nizami rayon Məhkəməsində Afaq Əliyevanın barəsinə xüsusi ittiham qaydasında iki cinayət işinin istintaqı davam edir. Şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar olaraq Afaq Əliyevaya qarşı mülki işlər isə Xəzər və Nərimanov məhkəmələrinin icraatındadır.
Afaq Əliyeva Svetlana Hüseynovanın məktəbdəki fəaliyyəti ilə kifayətlənməyib utanmadan şəxsi həyatına da müdaxilə etməyə çalışır, evlərinin qarşısında 3 ədəd bahalı avtomobil, rayonda böyük mülkü, “Sədərək” ticarət mərkəzində obyektləri olduğunu iddia edir. Amma onu unudur ki, Svetlana Hüseynova tək deyil və ailəsi var. Ailə başçısının qurduğu biznesin, əldə etdiyi gəlirlərin, aldığı bahalı avtomobillərin heç də həmin var dövlətin Svetlana Hüseynova tərəfindən əldə olunması anlamına gəlmir.
Afaq Əliyevanın təhdid və təzyiqinə məruz qalmış müəllimlər Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiya İdarəsinə Svetlana Hüseynova barəsində şikayət ərizələri ünvanlamışlar
Sual yaranır. Bu yazılanların hansı sübut olundu? Afaq Əliyeva vəzifə səlahiyyətlərindən sui istifadə edərək Svetlana Hüseynova ilə bağlı yuxarı instansiyalara şikayət yazdırdığı müəllimlərin hamısı sonra böhtan atdıqlarına görə üzr istəməli olmuşlar.
Afaq Əliyeva bütün bunlara baxmayaraq 2023-cü ilin sentyabr ayında sosial şəbəkələrdə və mediada 201 nömrəli məktəbdə baş verənlərin ictimaiyyətə çatdırılmasını “qarayaxma” kompaniyası adlandırır və məhkəmələrdə Svetlana Hüseynovanın uduzduğunu iddia edir.
Əlimizdə Afaq Əliyeva tərəfindən Xəzər rayon İcra şöbəsinə yazılmış ərizənin surəti var. Afaq Əliyeva ərizədə yazır ki, “Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2272/2024 saylı 26.11.2024-cü il tarixli icra vərəqəsinə əsasən bildirmək istəyirəm ki, mən Hüseynova Svetlana Nəriman qızı barəsində BŞTİ-yə, Elm və Təhsil Nazirliyinə və Baş Prokuror Kamran Əliyevə ünvanlanmış məktublarda ifadə edilmiş şərəf və ləyaqəti təhqir edən məlumatları təkzib edirəm”.
Buradan qarayaxma kompaniyasının kimin tərəfindən aparıldığı bəlli olur. Həmin ərizədən bir müddət sonra Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyi tərəfindən Hüseynova Svetlana Nəriman qızının müraciətlərə baxılmasının nəticəsi barədə məktubda göstərilir ki, Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorundan şikayətinizlə əlaqədər Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinizə Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyində baxılmışdır.
Bildiririk ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin direktorunun 09.10.2025-ci il tarixli, 3-29-69/3-1-736K/2025 nömrəli əmrinə əsasən Afaq Əliyevanın əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinsin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
Göründüyü kimi Svetlana Hüseynova uzun sürən mübarəzidən tərtəmiz, üzüağ çıxıb. İşə bərpa olunması ilə əlaqədər Bakı Apellyasiya Məhkəməsi artıq qərar da qəbul edib. Uzun illər işlədiyi kollektivdə Svetlana Hüseynovaya qarşı qurduğu şər, böhtan xarakterli qarayaxma kompaniyası isə necə deyərlər, Afaq Əliyevanın öz başında çatlayıb. Arxasında bir çox yüksək çinli məmur durmasına baxmayaraq…

Aktualinfo.net

"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI


Son illər Azərbaycanda istehlakçı şikayətlərinin istiqaməti dəyişərək daha çox elektronika və məişət texnikası sektorunda cəmləşməyə başlayıb. Xüsusilə böyük satış şəbəkələri ilə bağlı narazılıqların artması diqqət çəkir və bazarda konkret şirkətlərin adları daha çox hallanır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, son 10 ildə ən çox şikayət daxil olan sahə mürəkkəb texniki vasitələrlə bağlıdır:

“Paltaryuyan, qabyuyan maşınlar, mobil telefonlar və digər elektronika məhsulları ilə bağlı daxil olan müraciətlər arasında xüsusilə “Kontakt Home” ön sıradadır və bu mövqeyini uzun müddətdir qoruyur. Bu şirkətdən sonra ən çox şikayət olunan satış şəbəkələrindən biri də “Baku Electronics” dir”.

Ekspert diqqətə çatdırıb ki, bazarda rəqabət mühiti təkcə xidmət keyfiyyəti ilə deyil, həm də şirkətlərin birləşməsi və satınalmalarla formalaşır. O iddia edib ki, əvvəllər şikayət daxil olmayan “Music Gallery” şəbəkəsi “Kontakt Home” tərəfindən satın alındıqdan sonra, bu marka ilə bağlı da narazılıqlar artmağa başlayıb.

E.Hüseynov mövcud vəziyyətin əsas səbəblərindən biri kimi qanunvericiliyin müasir tələblərə cavab verməməsini qeyd edib. O vurğulayıb ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildən qüvvədədir və bu günə qədər sənəddə ciddi konseptual dəyişiklik edilməyib. Ekspertin fikrincə, hüquqi bazanın köhnəlməsi istehlakçı hüquqlarının kifayət qədər qorunmamasına şərait yaradır və bəzi şirkətlər bu boşluqlardan istifadə edirlər.(Yenicag.az)

Qubada bu binanın təmirinə 148 min ayrılıb - "VNM İnşaat" kimindir?


Quba Rayon İcra Hakimiyyəti Fətəli Xan küçəsi 2b ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu yaşayış binasının əsaslı təmirinin satın alınması ilə bağlı tenderə yekun vurub.


Tenderin qalibi "VNM İnşaat” şirkəti seçilib. Təmir işləri üçün şirkətə 148 443,98 manat ödəniləcək.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.


"VNM İnşaat” MMC-nin qanuni təmsilçisi Vüqar Nağıyev həm də "VNM Servis” və "VNM İnvest” şirkətlərinin rəhbəri olub. "VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat olmasa da, şirkət satınalma müsabiqələrində fəal iştirak edir və iri məbləğli tenderlərin qalibi seçilir.


Bizimesr.com

Məcid Əliyev Şəki səhiyyəsini “bazara” necə çevirib?


Şəki camaatı baməzə, ayama qoşan, lətifə sevən olur. Şəkililər koloritli və istedadlı adamlardı. Onların “vizit kartı” da “Hacı dayı” hesab olunur. Amma Şəki rayon səhiyyəsi elə ağlamalı vəziyyətdədir ki, ona lətifə qoşmağa adamın dili gəlməz. Çünki tragikomik halda olan rayon səhiyyəsinin gününə gülmək yox, ağlamaq lazımdır. Dahi Axundov sağ olsaydı, bəlkə də Şəki rayon Mərkəzi Xəstəxanası barədə “Sərgüzəşti vəziri-xan”, ya da “Kimyagər İbrahimxəlil” yazardı. Hətta xəstəxana direktorunu görsəydi, onu da “Hacı Qara”ya oxşadardı. Əlqərəz, Şəki səhiyyəsinin ciddi müalicəyə ehtiyacı var. Bu rayonun mərkəzi xəstəxanasının özü xəstələnib və ağır bəlaya düçar olub. Araşdırma qurupumuz bildirir ki, Şəki RMX haqda qoyulan diaqnoza əsasən rüşvət xəstəliyindən əziyyət çəkir. Ona görə də Şəki rayon sakinləri TƏBİB-in yeni icraçı direktoru Anar Bayramova və Müşahidə Şurasının rəhbəri Xalid Əhədova müraciət edərək bu xəstəliklə mübarizədə köməklik göstərilməsini xahiş ediblər. Onların sözlərinə görə, xəstəxana rəhbərliyi Şəki səhiyyəsində rüşvəti pandemiya həddinə çatdırıb. Eyni zamanda, bərbad idarəçilik, özbaşınalıq, səhlənkarlıq, müayinəyə gələnlərə etinasız münasibət, qapıdan girəndən ən yuxarı mərtəbəyə qədər rüşvətin ayaq açması artıq Şəki camaatını dözülməz həddə çatdırıb. Bununla belə TƏBİB-in yeni rəhbərliyindən Şəki RMX-na təcili şəkildə komissiya göndərilməsi xahiş olunur. Ki, bu tibb ocağında eybəcərliyə son qoyulsun və cərrahi əməliyyat aparılaraq xəstəxana rüşvət amputasiya edilsin.Hərçənd ki,əvvəllər də KOMİSİYALAR gələrmiş. Məşhur kinoda deyildiyi kimi Məcid bəy fermanın yağı ilə yoxlamaları yola verərdi.. Getdi o günlər.. İndi Anar Bayramov fermanın yağını qurğuşun edib adamın boğazına tökər , ki…
Belə ki, xəstəxananın direktoru Məcid Əliyev burada anarxiya yaradıb və yalnız rüşvətə nəzarət edir. Baxmayaraq ki, dövlət tibb müəssisələrində göstərilən xidmətlər pulsuzdur və icbari tibbi sığorta sistemi var, Məcid Əliyev öz “qanun”ları ilə işləyir.
Elə bunun nəticəsidir ki, Məcid Əliyev həm baş həkim, həm direktor olduğu illər ərzində böyük sərvət toplayıb, oliqarxa çevrilib. Mediada gedən məlumatlara əsasən, Məcid Əliyevin rayonda heyvan saxlamaq üçün böyük ferması , əmlakları, villası, avtomobil kolleksiyası, həmçinin Bakıda mənzilləri var. Bir rayon xəstəxanasına direktorluq edən şəxs bu imkanlara maaşla necə yiyələnə bilər? Biznesmen , iş adamı olsaydı, başa düşülərdi. Amma xəstəxana direktorunun ən yaxşı halda bir evi və bir maşını olar. Amma Məcid Əliyev milyonçuya çevrilib.
Hətta qəribə orasıdır ki , Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasında baş həkim çalışdığı müddətdə yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyev özünə himayədar tapıb və onun hesabına direktor vəzifəsinə yüksəlib. Ancaq əvvəlindən fəaliyyəti yarıtmaz olan Məcid Əliyevin direktor postunda əməlləri daha da həddi aşmağa başlayıb. Nəticədə bir yandan rüşvət yığımı artıb, pulsuz tibbi xidmət aradan qaldırılıb, bir tərəfdən müxtəlif şöbələrdə iş rejimi ilə bağlı qaydalar pozulub, digər tərəfdən onun hərəkətləri bəzi həkimləri məhkəməyə üz tutmağa məcbur edib. Bu da məhkəmələrdə həkimlərin xeyrinə qərar çıxarılmasına səbəb olub. Lakin direktor məhkəmə qərarlarını da icra etmir və dövləti, qanunları saymır.
Bir sözlə, Məcid Əliyev Şəki səhiyyəsini Şəki bazarına çevirib.
Bəs sakinlər həyəcan təbili çalaraq təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirlər…

Şəki camaatı baməzə, ayama qoşan, lətifə sevən olur. Şəkililər koloritli və istedadlı adamlardı. Onların “vizit kartı” da “Hacı dayı” hesab olunur. Amma Şəki rayon səhiyyəsi elə ağlamalı vəziyyətdədir ki, ona lətifə qoşmağa adamın dili gəlməz. Çünki tragikomik halda olan rayon səhiyyəsinin gününə gülmək yox, ağlamaq lazımdır. Dahi Axundov sağ olsaydı, bəlkə də Şəki rayon Mərkəzi Xəstəxanası barədə “Sərgüzəşti vəziri-xan”, ya da “Kimyagər İbrahimxəlil” yazardı. Hətta xəstəxana direktorunu görsəydi, onu da “Hacı Qara”ya oxşadardı. Əlqərəz, Şəki səhiyyəsinin ciddi müalicəyə ehtiyacı var. Bu rayonun mərkəzi xəstəxanasının özü xəstələnib və ağır bəlaya düçar olub. Araşdırma qurupumuz bildirir ki, Şəki RMX haqda qoyulan diaqnoza əsasən rüşvət xəstəliyindən əziyyət çəkir. Ona görə də Şəki rayon sakinləri TƏBİB-in yeni icraçı direktoru Anar Bayramova və Müşahidə Şurasının rəhbəri Xalid Əhədova müraciət edərək bu xəstəliklə mübarizədə köməklik göstərilməsini xahiş ediblər. Onların sözlərinə görə, xəstəxana rəhbərliyi Şəki səhiyyəsində rüşvəti pandemiya həddinə çatdırıb. Eyni zamanda, bərbad idarəçilik, özbaşınalıq, səhlənkarlıq, müayinəyə gələnlərə etinasız münasibət, qapıdan girəndən ən yuxarı mərtəbəyə qədər rüşvətin ayaq açması artıq Şəki camaatını dözülməz həddə çatdırıb. Bununla belə TƏBİB-in yeni rəhbərliyindən Şəki RMX-na təcili şəkildə komissiya göndərilməsi xahiş olunur. Ki, bu tibb ocağında eybəcərliyə son qoyulsun və cərrahi əməliyyat aparılaraq xəstəxana rüşvət amputasiya edilsin.Hərçənd ki,əvvəllər də KOMİSİYALAR gələrmiş. Məşhur kinoda deyildiyi kimi Məcid bəy fermanın yağı ilə yoxlamaları yola verərdi.. Getdi o günlər.. İndi Anar Bayramov fermanın yağını qurğuşun edib adamın boğazına tökər , ki…
Belə ki, xəstəxananın direktoru Məcid Əliyev burada anarxiya yaradıb və yalnız rüşvətə nəzarət edir. Baxmayaraq ki, dövlət tibb müəssisələrində göstərilən xidmətlər pulsuzdur və icbari tibbi sığorta sistemi var, Məcid Əliyev öz “qanun”ları ilə işləyir.
Elə bunun nəticəsidir ki, Məcid Əliyev həm baş həkim, həm direktor olduğu illər ərzində böyük sərvət toplayıb, oliqarxa çevrilib. Mediada gedən məlumatlara əsasən, Məcid Əliyevin rayonda heyvan saxlamaq üçün böyük ferması , əmlakları, villası, avtomobil kolleksiyası, həmçinin Bakıda mənzilləri var. Bir rayon xəstəxanasına direktorluq edən şəxs bu imkanlara maaşla necə yiyələnə bilər? Biznesmen , iş adamı olsaydı, başa düşülərdi. Amma xəstəxana direktorunun ən yaxşı halda bir evi və bir maşını olar. Amma Məcid Əliyev milyonçuya çevrilib.
Hətta qəribə orasıdır ki , Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasında baş həkim çalışdığı müddətdə yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyev özünə himayədar tapıb və onun hesabına direktor vəzifəsinə yüksəlib. Ancaq əvvəlindən fəaliyyəti yarıtmaz olan Məcid Əliyevin direktor postunda əməlləri daha da həddi aşmağa başlayıb. Nəticədə bir yandan rüşvət yığımı artıb, pulsuz tibbi xidmət aradan qaldırılıb, bir tərəfdən müxtəlif şöbələrdə iş rejimi ilə bağlı qaydalar pozulub, digər tərəfdən onun hərəkətləri bəzi həkimləri məhkəməyə üz tutmağa məcbur edib. Bu da məhkəmələrdə həkimlərin xeyrinə qərar çıxarılmasına səbəb olub. Lakin direktor məhkəmə qərarlarını da icra etmir və dövləti, qanunları saymır.
Bir sözlə, Məcid Əliyev Şəki səhiyyəsini Şəki bazarına çevirib.
Bəs sakinlər həyəcan təbili çalaraq təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirlər…

FRAKSİYA.az

Xəbər lenti