Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..


Sabirabad rayonundan redaksiyamıza şok iddia: bağçada uşaqlara zorakılıq görüntüləri yayıldı Sabirabad rayonunun Ulacalı kəndində yerləşən uşaq bağçasında azyaşlı uşaqlara qarşı zorakılıq halları baş verdiyi iddia olunur.

Bildirilir ki, hadisə 2025-ci ildə baş versə də, həmin görüntülər yalnız indi mətbuata sızıb. Şikayətçilərin sözlərinə görə, kadrlarda bağçada uşaqların döyülməsi əks olunub. Müraciətdə qeyd edilir ki, hadisədə adı hallanan dayənin işdən uzaqlaşdırılması ilə bağlı addım atılsada , həmən şəxs yenidən bağçaya işə qayıdır. İddialara əsasən, buna səbəb kimi həmin şəxsin yaxın qohumunun rayon təhsil şöbəsində çalışdığı göstərilir.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaşanıb. (Millisfera.az)

VİDEO LİNKDƏ: https://xalq.online/sevinc-mikayilovanin-rehberi-oldugu-baxcada-korpeye-bele-sid-et-gosterilib

Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma


Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunsuz estetik prosedurlar keçirildiyi iddia olunurdu.
Araşdırmamız nəticəsində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da təsdiqlənib. Həmçinin Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar qismində özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib.

Qeyd edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ixtisas təhsili, sertifikasiya və qüvvədə olan lisenziya əsasında həyata keçirilə bilər. Bu tələblərdən kənar istənilən tibbi praktika qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.

Bununla bağlı aidiyyatı qurumlar araşdırma aparır.

XALQ-a daxil olan məlumata görə Davinçi Estetik Klinikasında qanunusz estetik prosedurlar icra edən özünü doktor elan edərək “Dr. Elvar” Elvar Quluzadədə iddia olunduğu kimi heç bir ali tibbi təhsili olmada fəaliyyət göstərir.

VİDEO LİNKDƏ: https://xalq.online/davinci-estetikde-hekim-olmadan-calisan-elvar-quluzade-bu-klinikani-kimler-himaye-edir-arasdirma
Hətta “Estetik Deyişim” adı ilə sosial platformada özünü estetik prosedurlar icra etdiyi görüntüləri yayımlanıb .

Qeyd edək ki, Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyatlar prosederlar keçirilməsi ilə bağlı Cəmalə Rüstəmova və Afərim Süleymanov barəsində məlumat verilmişdir.

Hətta Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin həkim olmadan fəaliyyət göstərməsi təsdiqlənsədə Afarim Süleymanova Davinçi Estetik Klinikasında fəaliyyətini davam etdirir. Həmin görüntüləri təqdim edirik:

Məlumat üçün bidlirir ki, Davinçi Estetik Klinikasında qanunusz estetik prosedurlar icra edən özünü doktor elan edərək “Dr. Elvar” Elvar Quluzadədə ilə bağlı araşdırmamız davam edir və aidiyyatı qurumlara sorğular göndərilib.

Qeyd edək ki, Davinçi Estetik Klinikası Yasamal rayonunda fəaliyyət göstərərək idarəçiliyi Natavan Babayeva həyata keçirir.

Lakin rəhbər olaraq Rafiq Əliyev olduğu qeyd olunur.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində mütəmadi planlı yoxlamalar aparır. Bununla yanaşı, vətəndaş müraciətləri, mediada yayımlanan və ya insanların həyat və sağlamlığı üçün risk yarada bilən faktlar əsasında qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar keçirilir. Aşkar edilən qanunsuz tibbi praktika halları barədə inzibati tədbirlər görülür.

İnanırıq ki, aidiyyatı qurumlar bu qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görəcək.(Xalq.online)

Hazıda adları keçənlərin və aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

 İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Xezer Construction” MMC (VÖEN- 1603218151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Xezer Construction” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmiri işlərini həyata keçirəcək.
Görüləcək işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti “Xezer Construction” MMC-yə 61 milyon 87 min 536 manat 11 qəpik ayıracaq.
Məlumat üçün bildirək ki, “Xezer Construction” MMC 26 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nizami rayonu, Keşlə ŞTQ, ev 11/30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Qeyd edək ki, daha əvvəl şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşib. Qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub. 

“Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır


“Bravo” supermarketlər şəbəkəsinin Bakıxanov filialında vaxtı keçmiş məhsulları endirim adıyla satırlar.

Bu barədə müştəri Kənan Qasımlı sosial şəbəkədə yazıb. O bildirib ki, “Bravo” vaxtı keçmiş uşaq diş pastalarını endirimlə satır:

“Vaxtı keçmiş uşaq diş pastasını hansı vicdan sahibi satışda saxlaya bilər axı?

Bir neçə dəfə burada səlahiyyətli şəxsə bildirsəm də, xeyri yoxdur, eyni hal davam edir.

Bu gün 28 apreldir, məhsulun vaxtı 17 apreldə bitib”.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az


Moskvada “Qələbə paradı” keçiriləcək


“AZZA” şirniyyat mağazası da müştəriyə “get kimə istəyirsən de” virusuna yoluxdu. Bu virusun antivirusu yoxdu ki?”.

Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında yazıb.

M,Qəhrəmanlı yazır ki, Bakının Q.Qarayev küçəsində yerləşən “AZZA”dan 10 ədəd kətə sifariş etmək istəyib,amma deyiblər 100 ədəddən aşağı sifariş qəbul etmirik: "Dedim onda varsa, indi verin. Dedilər yox, alınmır. Ona görə ki, hər gün hər mağazaya 2 ədəd kətə veririlir. Soruşdum ki, bu halda mən Bakıda beş mağaza gəzib hərəsindən iki kətə almalıyam? Cavabı “özünüz bilərsiniz oldu”.

Dedim saytınıza şikayət yazacam. Cavab “Get, hara istəyirsən şikayət elə!” Deyəsən heç kim “heç kimdən, heç nədən, heç haradan ” qorxmur!”.

Qeyd edək ki, Paytaxtın müxtəlif nöqtələrində fəaliyyət göstərən “AZZA” şirniyyat mağazalarında tamamilə fərqli sistem qurulub və alıcıları əsasən daha imkanlı şəxslərə hesablanıb. Bu mağazalarda qiymətlər olduqca baha olmaqla yanaşı, müştərilərə fərqli münasibət sərgilənir. Bir sözlə, "AZZA" ya girdinsə, diqqəti əldən vermə... Hər an sənə əlavə ödəniş etməyə məcbur etdirə bilərlər...

Bizimesr.com

Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO


Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın ətrafının dəmir konstruksiyalar vasitəsilə genişləndirildiyi iddia olunur.

Bizimesr.com-a göndərilən videogörüntülərdə ərazinin hasarabənzər formada əhatəyə alındığı açıq şəkildə görünür. Məlumata görə, bu tikilinin yay aylarında fəaliyyət göstərəcək açıq tipli kafe və ya restoran üçün nəzərdə tutulduğu ehtimal edilir.

Sakinlər bildirir ki, bu cür genişləndirmə işləri piyadaların sərbəst hərəkətinə maneə yaradır. Hazırda rəsmi qurumlar tərəfindən sözügedən tikilinin hansı məqsədlə aparıldığı ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, rayonun icra başçısı Elgin Həbibullayevdir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/nerimanovdademir-konstruksiyali-obyektler-peyda-olur---toyxanaya-kafe-restoran-video-21401

Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər


Bir neçə gün əvvəl paytaxt Bakının əsas sərnişindaşıma yükünü daşıyan Bakı Metropoliteninin fəaliyyəti bir neçə saatlıq tam dayandı. Hadisə nəticəsində yüz minlərlə sərnişin tunellərdə və platformalarda qalaraq ciddi çətinliklərlə üzləşdi.

Rəsmi məlumata görə, fasiləyə səbəb kimi əsas elektrik xətlərində baş verən qısaqapanma və texniki nasazlıq göstərildi. Lakin bu müddətdə şəhərdə nəqliyyat sistemi faktiki olaraq iflic oldu, sərnişinlər küçələrdə qaldı. Mövcud vəziyyətdə avtobuslar əlavə yükü qarşılamaq üçün pulsuz xidmət göstərməyə məcbur oldu.

Hadisədən sonra Metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi. Bir gün sonra isə bəzi şəxslərin cəzalandırıldığı barədə qısa məlumat yayılsa da, konkret adlar açıqlanmadı və məsuliyyət məsələsi cəmiyyət üçün açıq qaldı.

Bununla belə, Bizimesr.com-a daxil olan məlumata görə, metroda baş verən son hadisə ən yüksək səviyyədə müzakirəyə çıxarılıb və səbəblərin araşdırılmasına ciddi şəkildə başlanılıb.

Məlumatda bildirilir ki, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun vəzifədən uzaqlaşdırılması məsələsi ciddi müzakirə olunur. İddialara görə, metropoliten sahəsində yetərli təcrübəyə malik olmayan rəhbərlik mövcud problemlərin həllində çətinlik çəkir.

Eyni zamanda qeyd olunur ki, yeni sədr postuna namizədlər arasında hazırda qurumda sədr müavini vəzifəsində çalışan Hidayət Məmmədovun adı çəkilir. O, 1992-ci ildən etibarən metro sistemində fəaliyyət göstərir və bu sahəni dərindən bilən təcrübəli mütəxəssislərdən biri hesab olunur.

Bizimesr.az

Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…


Hövsan “MİDA 1” və “MİDA 2” yaşayış komplekslərinin arasındakı boş ərazidə küçə itləri və həşəratlar məskən salıb. Dövlət tərəfindən paytaxtda salınmış ən gözəl yaşayış layihəsi sayılan bu kompleks hazırda baxımsız və nəzarətsiz qaldığından bəzi xoşagəlməz hallar yaşanır.

Bu barədə MİDA sakinləri Sitat.info-ya danışıblar.

Bildiriblər ki, “MİDA 2” yaşayış kompleksindəndən “MİDA 1”-də yerləşən 172 saylı orta məktəbə gedən uşaqlar, axşam işdən evə dönən qadınlar itlərin kütləvi hücumuna məruz qalır. Sahibsiz itlər bir neçə dəfə şagirləri dişləyib. Demək olar ki, hər gün hansısa qadın və ya uşaq həyatının ən böyük qorxusunu yaşayır, ətrafdakı sakinlər səfərbər olub onları itlərin əlindən alır.
Yay aylarında boş əraziyə tullantılar da atıldığından həşəratlar artıb, artıq həyətləri, binaları həşərat basır. Ərazi demək olar ki, zibilxanaya çevrilib. Qış aylarında isə daha dözülməz vəziyyət yaranır. Yağıntılar torpaq ərazini palçığa çevirir, kəsə yolla məktəbə gələn valideynlər və şagirdlər bu palçıqlı yolları keçməli olurlar.

Qeyd etdiyimiz kimi, iki yaşayış kompleksinin ortasında sanki bir xarabalıq yaranıb, gəmirici həşaratlar məskən salıb, MİDA sakinləri yayda bu ərazidə ilanların artmasından qorxurlar. Məktəbə təkbaşına gedib-gələn məktəblilər üçün bu ərazi heç də təhlükəsiz deyil.

Sakinlər bildirdilər ki, yaşayış komplesklərinin inşasından sonra bu ərazidə park olacağı planlaşdırılırdı. Lakin sonradan bu məsələ dayandırldı. Son zamanlar söyləntilər gəzir ki, bu boş ərazidə daha bir yaşayış kompleksi – MİDA 3 inşa oluna bilər.

Digər problem isə “MİDA-1” yaşayış kompeksində sakinlər kanalizasiya xətlərindən gələn üfunətli havanın sanitar qovşaqdan sızaraq evlərə yayılmasıdır. Xüsusu ilə küləkli havalarda mənzillərdə üfunət iyindən yaşamaq mümkün olmur.

Hamam sanitar qovşağında su axacaqları kanalizasiya xəttinə birbaşa qoşulduğundan və önləyici qurğular yerləşdirmədiyindən kanalizasiyadan evlərə güclü hava axını var. Və bu da kanalizasiyadan gələn çirkli havanın evə dolmasına gətirib çıxarır. Nəticədə dözülməz vəziyyət yaranır. Onlarla MİDA1 sakini arasında sorğu keçirdik və hamı eyni problemdən şikayətləndi. Aydın məsələdir ki, bu durum təkcə qoxu ilə bağlı narahatlıq yaratmır, həm də xəstəlik mənbəyidir. Görünür zamanında Mənzil İnşaatı Dövlət Agentliyi kanalizasiya sistemini qurarkən “qənaət”ə yol verib və kanalizasiya xətlərində hava axınını önləyən qurğuları yerləşdirməyib.

Bu komplekslərə milyonlarla vəsait xərcləyən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi bütün bunları hazırda niyə görməzdən gəlir?

Dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə kölgə salmaq, ölkənin ən gözəl yaşayış proyektini yaşanmaz hala salan problemləri görməzdən gəlmək, sakinlərin şikayətlərinə biganə yanaşmaq nə anlama gəlir? Ucu-bucağı olmayan bu boş ərazidə planlaşdırılan layihə gecikirsə, ən azı oranı hamarlamaq, abadlaşdırmaq bu qədərmi çətindir? MİDA 1 İlə MİDA 2 arasında sakinlərin öz ayaq izləri ilə açdığı cığıra bir asfalt döşəmək bu qədərmi imkansızdır?

Məsələ ilə bağlı qurumun mətbuat katibi Diana Dadaşova ilə əlaqə saxladıq. O, isə rəsmi sorğu göndərməmizi xahiş etdi: “Sorğu göndərin, 7 iş günü ərzində cavablayacağıq”
Redaksiyamıza cavab göndərildikdə, qurumun da mövqeyini dərc edəcəyik.

Sitat.info

“AzerGold” “Yol Tikinti Servis”ə ödəniş etsədə işçilərin maaşı verilmir….


Filiz yataqlarından mədənə yük daşıyan sürücülər aylardır əməkhaqlarını ala bilmirlər.

Xalq -ın məlumatına görə, sifariş əsasında daşımaları həyata keçirən “Yol Tikinti Servis” MMC-də çalışan 35-ə yaxın sürücü uzun müddətdir bu problemlə üz-üzədir.

Sürücülərin iddiasına görə, sifariş əsasında ağır yüklərin daşınmasını həyata keçirən şirkət bu müddət ərzində yığılan maaş borclarını verməməklə yanaşı, bəzi işçiləri onlara xəbər vermədən işdən kənarlaşdırıb.

Məsələ ilə bağlı şirkətin rəsmisi Zülfüqar Muxtarlı ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verilmədi. Daha sonra şirkətin kadrlar üzrə mütəxəssisi İbrahim Əliyevlə də əlaqə qurduq. O isə may ayının 1-nə kimi problemin həll olunacağına söz verdi.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən isə bildirildi ki, hazırda qurumun podratçı “Yol Tikinti Servis” MMC-nin qarşısında yerinə yetirilməmiş hər hansı maliyyə öhdəliyi mövcud deyil. “MMC, “AzerGold” QSC-nin Göygöl rayonun Tülalar kəndində yerləşən eyniadlı qızıl mədənində qazma, dəlmə, daşıma və digər əlaqəli işləri podratçı qismində icra edib və görülmüş işlərə görə bütün ödənişlər tam şəkildə, nəzərdə tutulmuş müddətdə həyata keçirilib. Adıçəkilən şirkət ilə hazırda qüvvədə olan hər hansı aktiv müqavilə və ya borc öhdəliyi yoxdur”,-deyə “Azərgold” QSC-dən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”



Bir neçə gün öncə Akademik Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva saytımıza müraciət edərək, “Günəşli” inşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirdiyini bildirmişdi. Aktrisa açıqlamasında dəfələrlə Firutan Məmmədovun təhqirlərinə məruz qaldığını da deyib:

“Firutan Məmmədovun məni aldadıb, dələduzluqla pullarımı əlinə keçirməsi azmış kimi məni təhqir etməkdən də çəkinmir. Mənə deyir ki, “artistsən, artistlik etmə”. Deyir ki, pul yoxdur. Deyirəm ki, maşınını sat, pulumu ver. Mənə hədə-qorxu gələrək deyir ki, “bu maşın satmaq üçün yox, sənin üstündən keçmək üçündür, şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəm” deyə aktrisa bildirmişdi.

Moderator.az-a açıqlama verən “Günəşli inşaat”-ın rəhbəri Firutan Məmmədov aktrisanın dediklərini kökündən yalanlayıb və saytımıza bunları bildirib:

“Bizdə daxili kreditlə evlərin tikintisi üçün ilk ödəniş 15000 manat təklif olunur. Sifarişçi Gülçöhrə Abdullayevanın mədəniyyət işçisi olduğu üçün ilkin ödənişi az olduğu nəzərə alındı. O ödənişi 3 il ərzində hissə-hissə ödəyib.. İmkanının olmadığını səbəb gətirib. Bütün bunların hamısı ödəniş cədvəlində göstərilib. Onun üçün 3 sot torpaq sahəsində müəyyən tikinti işləri aparılıb. Özü də həmin işlərlə tanış olub. Sonralar ağır xəstə olduğunu deyərək, pul ödəyə bilməyəcəyini bildirib və müqavilə şərtlərini pozub. O bizə heç bir əsaslı, yazılı şəkildə müraciət etməyib. Buna baxmayaraq ödədiyi pulu geri istəyir. Bu səbəbdən də tikinti işləri dayandırılıb. Şifahi dediyi xəstəliyini nəzərə alaraq bir müddətdən sonra tikintinin davam etdirilməsi təklif olunub. Qalan pulu ödəmədiyi üçün tikinti tam dayandırılıb. O telefon danışığında bizə təhdidlər edir, hədələyir, heç bir razılığa gəlmək istəmir. O deyir ki, guya biz onu təhqir edib, hədə-qorxu gəlmişik. Bütün bunların hamısı şər və böhtandır”, - deyə tikinti şirkətinin rəhbəri deyib.

Aktrisa Gülçöhrə Abdullayeva isə tikinti şirkətinin rəhbərinin dedikləri ilə razılaşmayıb:

“Firutan Məmmədov haqda sosial şəbəkələrdə, saytlarda, internet səhifələrində bütün məlumatlar var. Mən hələ sonuncuyam, gör mənə kimi nə qədər insan ondan narazıdır! Tutaq ki, mən yalan deyirəm, bəs bu qədər insan da yalan danışır?! Onun səs yazıları da məndədir. Hamısını lazımı orqanlara vermişəm. Camaatı təhqir edir. Mənim tanıdığım 88 insan ondan şikayət edib. Mən onu nə təhqir etmişəm ki?! Demişəm ki, pulumu ver də. Sənin nə ofisin var, nə də ödəniş cədvəlin! Göstər də ofisini, gəlib orada çəkiliş etsinlər! Günü-günə satır, həftəni-aya calayır. Hami bilir ki, o çoxdanın dələduzudur. Bilirəm ki, əvvəl-axır həbs olunacaq. Dövlətimizə, onun qayda-qanunlarına inanıram. Onun heç bir sözü bir-birinə uyğun gəlmir. Mən pulumu istəyirəm. Deyir ki, “pulum yoxdur, gəl öldür məni”. İşçiləri onu qoyub qaçıb. Bu insanın möhürlü peçatı da saxtadır. Bir torpağı 10 nəfərə satan insandan nə gözləyəsən?! Başqasının evini göstərib, mənə deyir ki,, sənin üçün tikmişəm. Özünü xeyriyyəçi kimi göstərir. Hələ də yutubdan reklamlarını yığışdırmayıb, hələ də ona inananlar var. Aidiyyatı orqanlar onun bu əməllərindən xəbərdardırlar. Onu bütün Hövsan, Suraxanı tanıyır”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa Gülçöhrə Abdullayeva “Günəşli inşaat” tikinti şirkətinin sahibi Firutan Məmmədovun ona 16 min manat borclu olduğunu bildirib.(Moderator.az)
Xəbər lenti