Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video


AZAL bir neçə gündür ki, Naxçıvana gedib-gələnlərə işgəncə verir. Anaxeberinfo.az-a verilən məlumata görə, xüsusən də muxtar respublikadan Bakıya qayıdanlar aeroportda bilet tapmırlar. Vətəndaşlara heç bir səbəb göstərilməsə də, kassalardan bilet almaq müşkülə çevrilib. Sərnişinlər deyirlər ki, yüksək vəzifəli şəxslərə və onların qohumlarına gizli şəkildə bilet tapılır, amma sadə vətəndaşlara gələndə qəhətə çıxır. Bu da günlərlə Naxçıvan aeroportunda böyük ajiotaja səbəb olmaqdadır. İnsanlar saatlarla, günlərlə gözləmək məcburiyyətində qalır.
Bundan əlavə,
Azərbaycan Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə alınan biletlərin reysləri ləğv olunub. Mənbənin məlumatına görə, ləğv olunan reyslərdən sonrakı reyslərin sərnişinləri yola salınsa da, əvvəlki tarixə olan biletlərin taleyi müəmmalı qalıb. Rəsmi mənbələr bildirib ki, Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Amma bərpa olunan reylərdə keçmiş tarixə biletləri olan sərnişinlərin uçuşla təmin olunmaması anlaşılan deyil. Bir sözlə, cəmi 1 saatlıq uçuşa görə vətəndaşlara zülm olunur. Eyni zamanda, vətəndaşları narazı salan xüsusi səbəb odur ki, AZAL tərəfindən Naxçıvan hava limanında bəzi şəxslərə bilet tapılması mümkündürsə, deməli, problem süni şəkildə yaradılıb.
Anaxeberinfo.az

Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb... - VİDEO


Azəriqaz İB rəhbərliyinin işçilərə təqdim etdiyi Fəxri Fərmanlarda yazılan : -" Həmkarlar Təşkilatı hərakatında fəal iştirak edir" dedikləri bu idimi?🤔
Həmkarlar Təşkilatı (ARƏM Maddə 309). bu Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarətİ həyata keçirməli olan orqandır. Bu qurumun sizin əmək hüquqlarınızı qorumaq üçün,hər ay əmək haqqınızın 1-2% ni HT-nın hesabına köçürdürsünüz. Yəni pulsuz yox! Əksəriyyətinizin də bu məbləğin əmək haqqınızdan tutulması haqqında yazılı razılığınız olmadan. Beləliklə Həmkarlar Təşkilatı hesabına tur təşkil olunması da, sizin öz pulunuza təşkil olunmuş bir tədbirdir
13.06.2026-cı il tarixində Azəriqaz İB -nin Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə Qarabağa tur təşkil olunub. Bildirilib ki, turun bütün maliyyə xərcləri Həmkarlar İttifaqı tərəfindən qarşılanıb və paketə nəqliyyat, səhər yeməyi, günorta yeməyi və şam yeməyi daxildir.
Lakin tur iştirakçılarının sözlərinə görə, vəd edilən xidmətlər tam şəkildə təqdim olunmayıb. İşçilər yalnız günorta yeməyi ilə təmin ediliblər. Verilən yemək isə iştirakçıların əksəriyyətinin fikrincə kifayət qədər olmayıb: bir qədər kartof, bir neçə ədəd cücə qanadı, salat və yarım litrlik kola təqdim edilib. Menyuya hətta çay da daxil edilməyib.
Qeyd edək ki, bu turda Lənkəran RQİİ-nin təxminən 50 nəfərlik işçi kollektivi iştirak edib. İştirakçılar vəd edilən xidmətlərlə faktiki təqdim olunan xidmətlər arasında ciddi fərqin olduğunu bildirirlər.
Mirvari Gahramanli
TEREF
VİDEO LİNKDƏ: https://teref.net/manset/415850-azeriqaz-ib-hemkarlar-teskilati-iscileri-bele-ele-salib-video.html

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?


Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası işlərinin satın alınması prosesini həyata keçirə bilməyəcək.


Buna səbəb Agentliyin elan etdiyi tenderin nəticələrinin ləöğv edilməsidir.


Məlumatda bildirilir ki, Agentlik sözügedən prosesi həyata keçirmək üçün 878 min 172 manatlıq büdcə ayırıbmış.


Rəsmi qaynaqlar bildirirlər ki, tenderin nəticəsinin ləğv olunmasına səbəb prosesə üçdən az təklif verənin olmasıdır. “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderə qatılanların sayı 3-dən az olarsa, proses ləğv edilir.(Tribuna.az)

Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?


Həyət hər tərəfdən hasarlanıb, gediş -gəliş çətinləşib.. bir hissəsində tikinti gedir…bir hissəsində isə yaşayır var.

Görüntülər Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 43 ünvanındandır.

Sakinlər iddia edirlər ki, tikinti işlərini icra edən “Qlobal-99 MTK” həyətə girişi məhdudlaşdırıb. ərazidə olan 8 evin sakinləri köçürülsə də, 4 ailə ilə tikinti şirkəti arasında razılıq əldə olunmadığından onlar ünvanda yaşamağa davam edirlər. MTK isə ərazinin bir hissəsində tikinti işlərini aparır.

“Qlobal-99″MTK-dan sorğumuza cavab olaraq bildirildi ki,inşaat işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunur,hasara alınan ərazi isə şirkətin xüsusi mülkiyyətidir. Ərazidə çoxmərtəbəli yaşayış binasınin bünövrəsi qoyulur. Sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub. Qalan 4 ailənin isə 52 kvadratmetrlik mənzil əvəzinə 88 kvadratmetrlik mənzil tələb etməsi səbəbindən məsələ hazırda məhkəmə müstəvisindədir.(Bizimesr.com)



Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib.

Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Hakimiyyətin vəziyyəti nəzarətə almaq üçün atdığı tələsik addımlar situasiyanı düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR


Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən "Ana-bala" parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "Günəş-İnşaat" MTK-ya icazə verilib.

Yerin isə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığı bildirilir.

Tikitini işlərinə iyunun 7-də start verilib və iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

"Ana-bala" parkının 1.36609 hektar ərazi tikinti sahəsinə ayrılıb. 1.8 hektarlıq ərazidə isə park salınacaq ki, bu da qəsəbə sakinlərini qane etmir.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində yaşıllaşdırma və park salınması istiqamətində kifayət qədər geniş layihələr həyata keçirilib. Məqsəd həm yaşıllıq sahələrini artırmaq, həm də yeni ictimai istirahət məkanları yaratmaq olub. "Sovetski" kimi tanınan ərazinin böyük hissəsinin yenidən qurulması nəticəsində Bakının ən iri parklarından biri yaradılmasını, şəhərin mərkəzinə yaxın ərazidə Çəmbərəkənd parkının salınması buna nümunə gətirlə bilər.

Belə olan halda yerli qurumların yaşıllıq salmaq, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaq əvəzinə, fərqli addım atması birmənalı qarşılanmır.



Xəbər lenti