Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…


“Azəryaşlandşaft” ASC-də baş verənlər artıq adi idarəetmə problemi kimi görünmür. Bu qurum ətrafında dolaşan iddialar dövlətin yaşıllaşdırma siyasətinin hansı vəziyyətə düşdüyünü açıq şəkildə göstərir.

Mərkəzdə isə iki ad dayanır: Cavid Abdullayev və Vüqar Kərimov.



Cavid Abdullayevin adı son aylarda daha çox narazılıqlarda hallanır. Quruma rəhbərlik edən şəxsin sahələrə nəzarət etmədiyi, ərazilərin real durumundan xəbərsiz olduğu, iş rejiminin formal xarakter daşıdığı barədə ciddi ittihamlar mövcuddur. Dövlətin milyonlarla manat ayırdığı bir sahənin bu qədər xaotik idarə olunması isə artıq insanlarda başqa suallar yaradır.

Ən təhlükəli məqam budur ki, bu yarıtmaz vəziyyətin arxasında himayədarlıq sisteminin dayandığı iddia edilir.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun adı məhz burada ön plana çıxır. Qurum daxilində və sahəyə yaxın çevrələrdə dolaşan iddialara görə, Cavid Abdullayevin bu posta gətirilməsi peşəkarlıq seçimi yox, şəxsi münasibətlərin nəticəsi olub. Vüqar Kərimov Cavid Abdullayevi məhz dostluq münasibətlərinə görə “Azəryaşlandşaft” ASC-nə təyin etdirib.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əkilən zeytun bağlarına nəzarət itib orada inəklər gəzişir, dövlətin qorunmalı olan yaşıllıq sahələri isə taleyin ümidinə buraxılıb.Bu dövlət qurumları idarə olunur, yoxsa yaxın çevrələr arasında bölüşdürülür?

Yaşıllaşdırma sahəsinə cavabdeh olanlar doğrudanmı ərazilərin vəziyyətindən xəbərsizdir?

Niyə bu qədər şikayətə baxmayaraq heç kim məsuliyyət daşımır?

Xocahəsəndə yerləşən 6 saylı Yaşıllaşdırma İdarəsinin ətrafında yayılan görüntülər vəziyyətin hansı həddə olmasını bir daha sübut edir. Vaxtilə xüsusi layihə kimi təqdim olunan, zeytun ağacları ilə nümunə göstərilən ərazilərin bu gün baxımsız vəziyyətdə olduğu bildirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əkilən zeytun bağlarına nəzarət itib orada inəklər gəzişir, dövlətin qorunmalı olan yaşıllıq sahələri isə taleyin ümidinə buraxılıb.

Bir tərəfdə tribunadan “yaşıl dünya”, “ekoloji inkişaf”, “ağacəkmə layihələri” barədə danışılır, digər tərəfdə isə dövlətin yaşıllıq sahələri baxımsızlıq içində çökür.

İnsanları qəzəbləndirən də məhz budur: vəzifə kreslosunda oturanlar məsuliyyət daşımır, amma dövlətin imicinə zərbə dəyir.

Bu gün “Azəryaşlandşaft” ASC ətrafında dolaşan suallar cavabsız qaldıqca həm Cavid Abdullayevin, həm də Vüqar Kərimovun adı daha çox müzakirə olunacaq. Çünki cəmiyyət artıq şəkil çəkdirilən tədbirlərə yox, real nəticəyə baxır.

Əgər dövlətin milyonlarla manat ayrılan yaşıllıq sahəsində nəticə zeytun bağlarında otlayan inəklərdirsə, deməli, problem təkcə torpaqda deyil. Problem idarəetmənin özündədir.

Və ən təhlükəlisi budur: quruyan təkcə ağaclar olmur, dövlətə olan etimad da yavaş-yavaş quruyur.

​Paytaxt.org

Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA



Deputatı Asif Əsgərovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrülərdə vəzifə təyinatlarında və satınalmalarda müəmmalı detallar üzə çıxıb. Məlum olub ki, A.Əsgərovun icra başçısı kimi fəaliyyət göstərdiyi 2023–2024-cü illərdə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra satınalmalar həyata keçirilib.
Aparılan araşdırma göstəriib ki, Əsgərovun Nəsimi RİH başçısı olduğu dövrdə sadəcə 16 ay ərzində ümumi dəyərinin 1 milyon 401 min 076 manat 60 qəpik dəyərində tender müqaviləsi bağlanıb. Satınalmaların böyük hissəsinin eyni şirkət – “EVEREST-2022” MMC-yə verilməsi diqqət çəkən məqam kimi önə çıxıb.

2023–2024-cü illərin tender siyahısı

2023-cü il
13.09.2023 – “EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
97 355,9 AZN

“KONEKS CONSTRUCTION” MMC – Küçə və həyətyanı sahələrin asfalt örtüyü
393 174,08 AZN

“BİLGƏ QRUP” QSC – Təsərrüfat işçiləri üçün mallar
178 788,88 AZN

“EVEREST-2022” MMC – Abadlıq işləri üçün mallar
267 452,9 AZN

“EVEREST-2022” MMC – Parklar üçün mallar
74 542,96 AZN

“EVEREST-2022” MMC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN

“EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
25 335 AZN

Vasif Nəzir oğlu Mürşüdov – Oturacaqlar və zibil qutuları
25 335 AZN

2024-cü il
“EVEREST-2022” MMC – Həyətyanı sahələr üçün idman-əyləncə qurğuları və tullantı qutuları
276 127,08 AZN

“EVEREST-2022” MMC – Avtomobil ehtiyat hissələri
11 033 AZN

Araşdırma göstərir ki, tenderlərin böyük hissəsi – xüsusilə də abadlıq, park avadanlıqları və müxtəlif təyinatlı malların alınması üzrə müqavilələr eyni şirkət olan “EVEREST-2022” MMC ilə bağlanıb. 2023–2024-cü illər üzrə ümumi dəyəri 1,4 milyon manatı aşan satınalmaların strukturu və icrası isə müvafiq qurumların şəffaflıq mexanizmlərinin nə dərəcədə həyata keçirilməsi göz qabağındadır..

Xatırladırıq ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun sabiq icra başçısı Asif Əsgərov vaxtı ilə müxtəlif qalmaqallarla da günlərlə gündəmə olub.Nümunə kimi xatırlada bilərik ki, 2021-ci ildə o, qanunsuz tikintilərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O vaxtan bu günə ənənə olaraq qalan qanunsuz tikililər Nəsimi rayonunda mirasa çevrilib.

Deyə bilərik ki, rayon mərkəzi hissəsində və digər ərazilərində, yaşıllıq və piyada hərəkətinin mövcud olduğu ətraflarda aparılan bir çox tikinti işlərində heç bir məlumat lövhəsi asılmır, rəsmi icazə sənədi və ya layihə təqdim edilmir amma tikinti ilşləri həyata keçirilir. Bu isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir.Məsələ ilə bağlı əsas sual isə ondan ibarətdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu qanunsuzluqdan xəbərdar olduğu halda hadisələrə təsir edə bilmir. Buda rayonda baş verən açıq-aşkar tikinti özbaşınalığına yol açır. Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, hər hansı obyektin genişləndirilməsi və ya mərtəbə artırılması üçün rəsmi icazə, təsdiqlənmiş layihə və müvafiq dövlət qurumlarının razılığı mütləqdir. Nəsimi rayonunda mövcud vəziyyət isə bu tələblərin heç birinə əməl olunmadığını göstərir.

Laçın Mustafayev və Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Nizami Mayılovla bağlı mediada və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.

İddiaların birində deyilir: "O, vaxtlara Laçın Mustafayev "ERJU" müdiri olanda Nizami Mayılov "delfin" hotelin yanında onun villaların tikirdi sonra Laçın müəllim bunu gətirib süpürgəçilərin üsütndə briqadir qoydu. Sonra Asif Əsgərov başçı gələn sonra onu süpürgəçi birqdirliyində ERJU rəisliyinə gətirib. Yəni , Badamdarda rəhmətə getmiş Elman müəllimin boş qalan kreslosuna Mayılov rəis təyin edilir. Bildirək ki, həmin vaxt Asif Əsgərov Sabayıl rayon icra başçısı vəzifəsində çalışırdı. .

O vaxtlar Nizami Mayılova münasibəti ilə yaxın sayılan Gülay xanım 65 saylı jekdə işləyirdi. Deyilənə görə Nizami müəllimn də dəstəyi ilə Gülay xanım həmin vaxtlar böyük maxinasiyalar həyata keirdiyi üçün qanun qarşısına çıxarılaraq məsuliyyətə cəlb olundu və sonra Mayılov pulla dostlarının da dəstəyin alaraq Gülay xanımı 77 saylı "jek"də həmin vəzifəsinə transfer etirməyinə nail ola bilib..."

Bir digər iddialarda isə bildirilir: "Nəsimi rayonunun ərazisi paytaxt Bakı şəhərinin mərkəzi ərazilərindən olduğu üçün, burada hər tikiliyə görə sakinlərə fantastik qiymətlər “oxunur”. Onu da unutmaq olmaz ki, daşıdığı vəzifəsindən “ikiəlli yapışan” Nizami Mayılovun bu gün başlıca bir amalı var, o da fürsət düşdükcə, imkan yarandıqca daha çox var-dövlət əldə etməkdir. Bəli, hal-hazırda bu şəxs Nəsimi rayonu ərazisində o qədər qanunsuzluq əməllərinə qol qoyur ki, baş verənləri görüb eşidən hər kəs “ya lal, ya da ki, kor olur”. Məsələn, redaksiyamıza daxil olan bəzi məlumatlara görə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bu rayonun ərazisindəki yaşayış binalarının orta hissələrində “Abad Həyat” kiçik istirahət parkları yaradılarkən, Nizami Mayılov ərazilərdə süpürgəçilik edib təmizlik işləri ilə məşğul olanların aldıqları əmək haqlarına göz dikir. Yəni, bu şəxs daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir və hər süpürgəçinin aldığı əmək haqqından təqribən 60-70 manat məbləğində pul yığır. Daha sonra o, bu pulyığmaya “Abad Həyat” kiçik istirahət parklarının yaradılmasına göməklik olunsun deyə yığıldığını təbliğ etdirir. O halda sual oluna bilər ki, axı büdcədən bu məqsəd üçün lazımi məbləğdə vəsait ayrılır və görəsən həmin pullar hara qeybə çəkilir ki, Nizami Mayılov süpürgəçilik edən şəxslərin də əmək haqlarına “əl qoymağı” özünə rəva bilir? Hələ bunlar harasıdır? Diqqət yetirmək lazımdır ki, bu şəxs Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəis təyin olunduqdan sonra, rayon ərazisindəki yaşayış binalarının bəzilərində qanunsuz artırmalar həyata keçirildi, bir çox binaların zirzəmiləri satışa çıxarıldı, bəzi binaların zirzəmilərində qazıntı işləri həyata keçirildi. Söz yox ki, bütün bunların hamısı Nizami Mayılovun “dobro” deməsindən sonra öz həllini tapır. Amma, bəzi binaların zirzəmilərində yığılan çirkli suların ətrafa buraxdığı üfunətin iy-qoxusu, heç zaman bu şəxsi düşündürmür. Söz yox ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən bu şəxsi, yalnız və yalnız daha çox qazanc, daha çox var-dövlət əldə etmək istəyi düşündürdüyündən o, maddi marağının təmin olunması yöndə addımlarını atır. Bu da o deməkdir ki, Nizami Mayılovu xalq, dövlət anlayışı düşündürmür.

Rayon ərazisində baş verən biabırçılıqlardan biri də, yaşayış binalarının orta hissələrindəki “Abad Həyat” kiçik istirahət parklarında quraşdırılmış avadanlıqlardan istifadəyə görə aylıq “haqq-hesab”ın tələb olunmasıdır. Söylənilənlərə görə, belə bir “haqq-hesab”ın tələb olunması Nizami Mayılovun rəhbərlik etdiyi Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Söz yox ki, bütün bunlar ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Elə ki, bu və digər məsələlərlə bağlı Nizami Mayılova sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Mən xəstəyəm, borcun içində boğulub itirəm” cavabını verib özünü sığortalamağa çalışır. Demək bu şəxs qol qoyduğu qanunsuzluq əməllərinə münasibət bildirmək əvəzinə hər cür rola girib “sperkulyasiya” edir və “sudan quru çıxmağı da” bacarır."

Elə götürək Elxan Abdullayevin Nəsimi rayonunda qısaömürlü rəhbərliyin. RİH-nin memarı Ələsgər Rüstəmov və Nizami Mayılov elə bir qurama həyata keirə bildilər ki, 40 günə kişinin "torba"sın tikdib prezidentin onunla bağlı fərmanın geri oxutdurmağı bacarıblar. Rayonu qanunsuz tikinti meydançasına çevirən bu şəxslər görəsən Tahir Budaqovu ağ atdan nə vaxt yerə salacaqlar...!


Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.

"Tehsilmedia.info "-nun baş redaktoru Sakit Muradov

Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət



Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Süleyman Ellaz ağır xəstəlikdən əziyyət çəkir.
Ailə üzvləri onun bir sıra müayinələrdən keçməsi üçün Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım ayrılmasına görə müraciət etsələr də, xəstəxana bundan imtina edir.
Bu barədə Gununsesi.info-ya Süleymanov Ellazın oğlu, AYB üzvü, şair Səxavət Süleymanov bildirib.
O, eyni zamanda TƏBİB-in yeni rəhbərliyi Anar Bayramova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli TƏBİB rəhbərliyi cənab Anar Bayramovun diqqətinə!
Mən, Kəlbəcərli şair Səxavət Kəlbəcərli, ağır vəziyyətdə olan atamla bağlı sizə müraciət edirəm.
Atam birinci qrup əlildir. Təxminən 35 il əvvəl baş vermiş avtomobil qəzası nəticəsində ciddi bədən xəsarətləri almış, həmin vaxtdan etibarən çətinliklə, əsasən çəlik vasitəsilə hərəkət etmişdir. Lakin son 9 ay ərzində vəziyyəti daha da ağırlaşmış, seroz tipli xəstəlik səbəbilə ümumi halı kəskin şəkildə pisləşmişdir.
Hazırda atamın hərəkət qabiliyyəti demək olar ki, tam itmişdir, artıq sərbəst yeriyə bilmir və gündəlik həyatda tam asılı vəziyyətə düşmüşdür. Bu vəziyyət ailəmiz üçün olduqca ağırdır və tibbi baxımdan təcili müdaxilə tələb edir.
Həkimlərin rəyinə əsasən, onun vəziyyətinin stabilləşdirilməsi və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış klinikaya, hətta ehtiyac yaranarsa, orqan transplantasiyası səviyyəsində müalicəyə yönləndirilməsi vacibdir.
Qaraciyər köçürülməsi imkanlarının qiymətləndirilməsi və bununla bağlı ilkin müayinələrin aparılması üçün atamın Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə aparılması zəruridir. Bu məqsədlə Mingəçevir Mərkəzi Xəstəxanasına dəfələrlə müraciət edərək ambulator qaydada göndəriş sənədinin verilməsini və təcili tibbi yardım vasitəsilə Bakıya aparılmasına köməklik göstərilməsini xahiş etmişik.
İlkin analiz və müayinələrin aparılması vacib olsa da, təəssüf ki, bu istiqamətdə lazımi sənədləşmə və dəstək təmin edilmir.
Bütün bunlara baxmayaraq, Mingəçevir şəhər Təcili Yardım xidməti və Mərkəzi Xəstəxana tərəfindən atamın Bakıya təxliyəsi üçün lazımi təcili yardım və nəqliyyat dəstəyi ayrılmır. Bu isə onun həyatını ciddi risk altına qoyur.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu vəziyyəti nəzarətə götürəsiniz, atamın vəziyyəti üzrə təcili tibbi yardım və Bakıya təxliyə məsələsinin həll olunmasına köməklik göstərəsiniz.
Hər gecikmə onun sağlamlığı üçün geri dönüşü olmayan nəticələr yarada bilər.
Öncədən göstərdiyiniz diqqət və köməyə görə təşəkkür edirəm”.

​Gununsesi.info
Xəbər lenti