Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Bravo”da xarab kolbasa məhsulları satılır?


“Bravo” supermarketlər şəbəkəsində saxlanma qaydalarına düzgün riayət edilməyən kolbasalar satışa çıxarılıb.

Bu barədə ictimai fəal, redaktor Fimar Asimqızı sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, “Bravo” marketlər şəbəkəsində satışa təqdim edilən kolbasanın rəngi və görüntüsü diqqətini çəkib:

“Bunu “Bravo”da çəkmişəm. Əməkdaş deyir ki, vaxtı keçməyib. Krakov kolbasasıdır. Etiraf etdilər ki, saxlanma qaydalarına əməl olunmayıb”.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA


Azərbaycanda Məhərrəm ayı iyunun 16-na, Aşura günü isə 25 iyuna təsadüf edəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib.

Bildirilib ki, Qazılar Şurası olaraq dindarlar xatırladılır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:

"Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir".

Fətvada qeyd edilib ki, Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri qanvermə aksiyasıdır:

"Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək"

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?


1200 manata arzusunda olduğu robot tozsoranı aldı. Amma, sevinci çox çəkmədi.

Şəlalə Ağaşirinovanın sözlərinə görə, 10 gün sonra mağazadan məlumat verilib ki, servis heç bir problem aşkarlamayıb. Məhsul normal işləyir, gəlib təhvil götürsün.

Məsələ ilə əlaqədar “bir plus” mağazasının rəhbəri “Xəzər Xəbər”ə müsahibəsində bildirdi ki, alıcının iddiası əsassızdır. Məhsul nasaz deyil, mağazada istənilən şəxs onu yoxlaya bilər.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı müvafiq vətəndaş müraciətinə aidiyyəti üzrə baxılıb. Aparılan araşdırma zamanı müvafiq sahibkarlıq subyektindən daxil olmuş məktubda malın müayinə olunduğu və onda istehsal xarakterli qüsurun aşkarlanmadığı qeyd olunub, həmçinin müvafiq müayinə sənədinin surəti Agentliyə təqdim edilib. Müraciətlə əlaqədar Agentliyin səlahiyyətləri çərçivəsində, qanunamüvafiq qaydada aparılmış araşdırmanın nəticəsi barədə vətəndaşa rəsmi şəkildə məlumat verilib. Əlavə olaraq bildiririlib ki, vətəndaşa məhkəmədə iddia qaldırmaq hüququ, eləcə də müraciət barədə qəbul edilmiş qərarla razılaşmadığı halda, həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ izah edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”



Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı cumhuriyyet.az-a müraciət edb.
O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində “MEQAPLUS MMC” tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsmi müqavilə tələb etməyinə baxmayaraq şirkətin bu obyektdəki, rəsmi nümayəndəsi İlqar Kərimov “siz işə başlayın, sonra rəsmi müqavilə bağlanacaq” deyib: “Onu da deyim ki, “MEQAPLUS MMC”-ni və İlqar Kərimovu çoxdan tanıdığım üçün verilən vədə inanıb işə rəsmi müqavilə olmadan başlamışam. İş Üzeyir Hacıbəyli 57 ünvanında havalandırma və soyutma sistemlərinin quraşdırılmasından ibarət olub. İlkin ödəniş kimi İlqar Kərimov mənə 20000 AZN miqdarında pul verib (razılaşdırılan məbləğ 265000 AZN olub). Bu məbləğin az olduğunu dəfələrlə bildirsəm də İlqar Kərimov məni inandırdı ki, “MEQAPLUS MMC” olaraq onlarda sifarişçi “FMG MMC”- dən ödəniş almayıblar
Vüqar Nəcəfov qeyd edib ki, beləliklə, 15 gün müddətində ona olan borc 25000 AZN-i keçdiyi üçün işi dayandırıb və İlqar Kərimovla arasında mübahisə yaranıb: “Mən ödəniş olmayacağı halda işə başlamaqdan imtina etdim. Ancaq sonradan İlqar Kərimovun yaxın qohumu və “MEQAPLUS MMC”-nin faktiki rəhbəri İlqar Nuriyev mənimlə görüşdə dedi ki, “işə davam et və tam arxayın ol ki, ödənişləri İlqar Kərimov verməsə mən şəxsən ödəyəcəm”. İlqar Nuriyevi uzun müddət tanıdığım və ona etibar etdiyim üçün verdiyi vədə inandım və işə davam etdim. Beləliklə, 2025-ci il yanvarın 15-ə qədər işlədim”.
O əlavə edib ki, bu müddətdə işi bir neçə dəfə dayandırıb: “5000 borc da, 65000 də, 95000 və sonda 130000 AZN-nə qalxdı. Bütün mal-materiallar qaimə ilə İlqar Kərimovun şəxsən özünə və tərəfindən təyin edilmiş Elnur və Hüseyn adlı anbardarlara təhvil vermişəm. Hər dəfə işi dayandırdıqdan sonra İlqar Nuriyev mənimlə görüşüb. İşi dayandırma səbəbini bildikdə isə vəd verirdi ki, davam edim ödəşlər gecikməsinə baxmayaraq özü ödəyəcək. Bu aralarda isə mənə kiçik məbləğlərlə cəmi 72000 AZN ödəniş oldu. Bütün mal materialları öz hesabıma nisyə yazdırmaqla tanışlardan götürmüşəm. Verilən 72000 AZN isə usta və fəhlələrin əmək haqqlarına gedib. Gündəlik 15-dən az olmayaraq işçilər olub. Gündəlik 30-50 AZN arası maaş alıblar. Mənim Üzeyir Hacıbəyli 57 ünvanında dediyim işləri yerinə yetirdiyimi sifarişçi “FMG MMC” və sonrakı, podradçı “AİM CONSTRUCTİON MMC” təsdiqləyə bilər”.
V.Nəcəfovun sözlərinə görə, sonda yarımçıq qalmış işi “AİM CONSTRUCTİON MMC”-yə təhvil verib və bu şirkətlə heç bir problemi olmayıb: “15 yanvar 2025- ci il tarixində “FMG MMC” sifarişçi olaraq işləri yerinə yetirə bilmədiklərinə görə “MEQAPLUS MMC”-ilə bir tərəfli qaydada müqaviləyə xitam verdi və “MEQAPLUS MMC”- podratçı olaraq obyektdən çıxarıldı. 15 yanvar 2025- ci il tarixindən İlqar Kərimov telefonlarıma cavab verməyib. İki ayda bir telefonu açıb. Deyib ki, səbrli olum, yaxşı olacaq. Buna baxmayaraq heç bir ödəniş etməyib. Nəhayət 2025-ci ilin sentyabrın sonları mənə məxsus evimi satıb mağazalara və yaxınlarımdan götürdüyüm borcumu ödəmişəm. Dəfələrlə İlqar Nuriyevlə görüşməyimə baxmayaraq pul ödəməkdən imtina edib. Ödəniş etməmək üçün müxtəlif bəhanələr gətirib. Məbləğin 130000 AZN olmadığını, iş həcmlərinin düzgün olmadığını deməklərinə baxmayaraq sübüt etmişəm ki, mənə olan borc elə 130000 AZN-dir. Sonda isə İlqar Nuriyev dedi ki, İlqarın Kərimovun heç bir şeyi yoxdur, get vur öldür. Heçnəyimiz yoxdur sənə ödəyək. Bunları ətraflı deməkdə məqsədim, mənə bu işdə köməklik göstərməyinizdir. Himayəmdə xərçəng xəstəsi olan yaşlı anam və rəhmətə getmiş qardaşımın ailəsi var. Övladları tələbədir. Maddi sıxıntılarım var. Öz ailəmi bir yana uşaqların universitet xərclərini çatdıra bilmirəm. Evim-eşiyimi satıb borclarımı ödəmişəm. İndi isə İlqar Kərimov və İlqar Nuriyev onlara olan etibarımdan sui istifadə edirlər. Ödəniş etməkdən boyun qaçırırlar. Xahiş edirəm bu işdə mənə yardım edəsiniz. Bütün ümidlərim Sizədir. Xahiş edirəm bu işdə mənə kömək edin”.
V.Nəcəfov həmçinin əlavə edib: “Cənab Prezident İlham Əliyev sahibkarlara çox böyük dəstək olub. Bu sahənin inkişafında kiçik və böyük sahibkarlara öz dəstəyini nümayiş etdirib. Biz hər zaman Cənab Prezidentin bu dəstəyini görmüşük və ona güvənirik. Məhz bu səbəbdəndə məsələnin həllində bizə kömək etməsi üçün rəsmi olaraq Prezidentə müraciət ünvanlayacağam, rəsmi saytına məktub göndərəcəyəm və qəbuluna yazılacağam. Həmçinin qanunvericiliyimizin aliliyini nəzərə alaraq, ölkənin baş prokuroru hörmətli Kamran Əliyevə rəsmi müraciət edəcəyəm və qəbuluna yazılcağam. Eləcədə Korrupsiyaya Qarşı Mübaizə idarəsinə rəsmi müraciət edəcəyəm və qəbula yazılcağam. Milli Məclisin rəhbərinə və yaşadığım ərazidən millət vəkili seçilən deputatımıza rəsmi müraciət edəcəyəm. Onlarla şəxsin pozulmuş hüquqlarının bərpa olunması üçün dövlətimə inanıram və problemin qanunla həll olunmasına çalışıcağam”.(cumhuriyyet.az)
İlqar Kərimovla bir neçə dəfə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik.

UNEC bu şirkətə 44 min manat köçürür - SƏBƏB...


"Azərbaycan Dövlət İqtisad Universiteti" (UNEC) Publik Hüquqi Şəxsi elmi işlərin və tələbə tezislərinin yoxlanılması məqsədilə antiplagiat xidmətinin satınalınmasını başa çatdırıb.

32gun.az-ın məlumatına görə, universitet bu xidmətin təşkil olunması üçün "Plagiat.Pl Məhdud Məsuliyyətli Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

"Bir mənbə" metodu ilə reallaşan satınalma müqaviləsinin ümumi məbləği 43 min 919 manat təşkil edir. [s][/s]

Milyonluq TENDER: Ekoloji risk yaranır? - FOTO


Paytaxtda kommunal təyinatlı məhsulların alınması üçün iri həcmli satınalma həyata keçirilir. Söhbət, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi milyonluq tenderdən gedir.
Alınacaq məhsullar arasında 7 min kiloqram zibil torbası da yer alır. Bu isə, təkcə ayrılan vəsaitin həcmi deyil, həm də həmin məhsulların istifadəsindən sonra yaranacaq tullantıların taleyi ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı Ajans.az-a ekoloq Rövşən Abbasov bildirib ki, ümumilikdə 7 min kiloqram zibil torbasının alınması şəhər mühiti üçün qeyri-adi hal deyil və bu, tullantıların idarə olunması prosesinin bir hissəsidir.

“Əgər həmin torbalar və onların içində toplanan tullantılar effektiv şəkildə çeşidlənərək təkrar emala yönləndiriləcəksə, bu çox yaxşıdır. Yox, əgər yönləndirilməsə və sadəcə poliqonlara göndərilərsə, bu zaman tullantıların ətraf mühitə yayılma riski yaranır”
O əlavə edib ki, Azərbaycanda tullantıların idarə olunması istiqamətində son illər müəyyən irəliləyişlər olsa da, xüsusilə bəzi regionlarda infrastruktur hələ də zəifdir və problemlər qalmaqdadır.
Onun sözlərinə görə, bu sahədə yerli bələdiyyələrin prosesə daha aktiv cəlb olunması tullantıların toplanması və emalı sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Ekoloq həmçinin bəzi bölgələrdə tullantıların hələ də nəzarətsiz şəkildə atıldığını və basdırıldığını vurğulayıb.


Ajans.az

Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq - Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir...


"Real Azərbaycan"a müraciət edən Həsənov Amil Oruc oğlu Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin fəaliyyətindən narazılığını ifadə edib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 12 may tarixində analıq məzuniyyətindən qayıdıb. Səhhətində yaranmış problemlər və qeysəriyyə əməliyyatı keçirməsi ilə əlaqədar olaraq ona qanunvericiliyə uyğun şəkildə əlavə 14 günlük analıq məzuniyyəti verilib.

Amil Həsənov bildirir ki, həyat yoldaşı mayın 26-da işə qayıtsa da, həmin 14 günlük məzuniyyətə görə ödənilməli olan vəsait hələ də verilməyib:

“Ödənişin edilməsindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, pulumuzu ala bilmirik. Aidiyyəti qurumlara müraciət etsək də, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev və mühasibatlıq tərəfindən məsələyə laqeyd yanaşılır. Problem hələ də həll olunmayıb”.

Şikayətçi iddia edir ki, iyunun 8-də keçirilən iclasda regional idarə rəisi məsələ ilə bağlı mühasibatlıqdan izahat tələb etsə də, ona həqiqəti əks etdirməyən məlumat təqdim olunub.

“Görünən odur ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi regionu lazımi qaydada idarə edə bilmir, əməkdaşlar isə vətəndaşlara xidmət göstərmək əvəzinə onların problemlərini həllsiz qoyurlar”, – deyə şikayətçi qeyd edir.

Amil Həsənovun sözlərinə görə, məsələ ilə bağlı birbaşa idarə rəisi ilə əlaqə saxladıqda da xoşagəlməz münasibətlə qarşılaşıb:

“Problemlərimizi çatdıranda bizə ‘Sən bilirsən kiminlə danışırsan? Mən rəisəm, necə desəm elə də olacaq’ deyə cavab verildi. Bu cür münasibət dövlət qulluqçusuna yaraşmır. Görəsən, bu şəxsləri vəzifəyə təyin edənlər onlara vətəndaşlarla belə davranmağı tapşırıblar?”

Şikayətçi problemin tezliklə araşdırılaraq həll olunmasını istəyir.

Real Azərbaycan

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...


Bakı şəhərində fəaliyyət göstərən “Turan” klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb.


Xalq-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur.


Bu iddialar səhiyyə sistemində kadr nəzarəti və tibbi xidmətlərin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.


Tibb müəssisələrində həkimlərin sertifikatsız fəaliyyət göstərməsi qanunvericiliyin pozulması deməkdir və bu, birbaşa xəstələrin sağlamlığı üçün risk yarada bilər.


Ən çox müzakirə olunan məqamlardan biri isə yaş faktıdır. İddialara görə, 65 yaşdan yuxarı şəxslərin həkim kimi fəaliyyət göstərməsi və bu prosesin hansı əsasla davam etdiyi sual doğurur.


Hazırda “Turan” klinikası və aidiyyəti qurumlar səsləndirilən bu iddialara münasibət bildirməyib.


Qeyd edək ki, Azərbaycanda tibb fəaliyyəti üçün sertifikasiya tələbləri və peşə standartları mövcuddur və bu qaydalara əməl olunması məcburidir.


Xalq.online

"Qorqud Clinic"anın böyük miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT


"Qorqud Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə böyük miqdarda borcu olduğu məlum olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, tibb müəssisəsinin hazırda tam olaraq 50 min 689 manat vergi borcu yaranıb.

Bakı şəhəri, Nərimanov rayonu, Şah İsmayıl Xətai prospekti, ev 15 ünvanında hüquqi qeydiyyatda olan klinikanın nizamnamə kapitalı isə cəmi 20 manatdır. Qanuni təmsilçisi isə Əsli Əliyeva Əkbər qızıdır.(32gun.az)

"Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – İş adamından Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!


Ruhi Əliyevaya Qarşı Ağır İttihamlar: Cəlal Qurbanovun Sosial Şəbəkədəki Şok Şərhi Gündəmi Sarsıtdı
Sosial şəbəkələrdə keçmiş müğənni, hazırda isə tanınan iş qadını Ruhi Əliyeva (Əliyeva Ruhiyyə Nəsrəddin qızı) barəsində yazılmış statuslardan birinə tanınmış iş adamı, xeyriyyəçi və nəğməkar-şair Cəlal Qurbanov tərəfindən yazılan kəskin rəy böyük maraq doğurub.
32gun.az yazır ki, Cəlal Qurbanov öz şərhində ad çəkməsə də, birbaşa iş qadını Ruhi Əliyevanın keçmişinə, fəaliyyətinə və televiziyadakı müsahibələrinə eyham vuraraq, ona qarşı çox ağır ittihamlar irəli sürüb və onun haqqında "aşpaz", "topçu" kimi ifadələr işlədib.
"Əvvəl aşpaz, sonra topçu..."
İş adamı sosial şəbəkədəki şərhinə müraciət etdiyi şəxsin kimliyini sorğulayaraq çox sərt bir giriş edib. O, hədəfdəki şəxsi eyhamlarla belə təsvir edib:
"Bu, indi jurnalistdən çox süni intellekt üslubunda danışan və suallar verən, əvvəllər Tovuzun ən zil səsli 'məşhur' müğənnisi, sonlar isə yaxşı kəllə-paça, xaş və bozbaş bişirməyi ilə tanınan 'aşpazdan' gedir söhbət? Yoxsa Baku TV-yə müsahibəsində özünün dediyi kimi Tərtər hadisələrində '12-ci topu mən atdım' deyən 'Topçudan'?"
Cəlal Qurbanov eyni zamanda həmin şəxsin başqaları ilə şərik olaraq rəhbərlik etdiyi internet resurslarında və saytlarda onun ünvanına təhqiramiz şərhlər yazdırdığını və qarayaxma kampaniyaları apardığını iddia edib.
Atasının ağır xəstəliyi dövründə sifarişli yazılar yazılıb
Cəlal Qurbanov qeyd edib ki, rəhmətlik atası Hacı Cavanşirin dünyasını dəyişməsindən əvvəlki son üç il ərzində həm atasının ağır xəstəliyi ilə mübarizə aparmalı olub, həm də özünə və ailəsinə qarşı aparılan sifarişli qarayaxma kampaniyalarına cavab vermək məcburiyyətində qalıb. O, qarşı tərəfin bəzi şəxsi görüntüləri və yazışmaları pul və ya bahalı hədiyyələr müqabilində sildirməklə həqiqətlərin üstünü örtdüyünü düşündüyünü, lakin həqiqətin mütləq üzə çıxacağını və bu təhqirləri, xüsusilə də xəstə yatağında olan atasına qarşı edilənləri heç vaxt bağışlamayacağını vurğulayıb. Həmçinin bildirib ki, həmin şəxsin rəhbərlik etdiyi saytlar onu ictimaiyyətə hüquqi əsas olmadan "xuliqan" və "zorakılıqda adı hallanan şəxs" kimi təqdim etməyə çalışıblar.
"Şəhid ailələrinin yanında olmaq bizim üçün vəzifə vasitəsi deyil"
Onun şəhid ailələrinin yanında olmasının arxasında millət vəkili olmaq və ya vəzifə qazanmaq niyyətinin dayandığı barədə yazılanlara da toxunan iş adamı, bu ittihamları kəskin şəkildə rədd edib. O, şəhid anasının göz yaşından və şəhid ailəsinin ağrısından şəxsi maraqlar üçün istifadə edilməsini ən ağır şərəfsizlik və mənəvi yoxsulluq adlandırıb. Cəlal Qurbanov "Mənim Oğlum Qəhrəmandır!" və "Mənim Atam Qəhrəmandır!" layihələrində sadəcə bir könüllü olduğunu, bu yolun atası Hacı Cavanşirdən gələn bir mənəvi borc və vicdan məsələsi olduğunu qeyd edib.
Məhkəmə mübarizəsi və hakimlərə təşəkkür
Dörd ilə yaxındır ki, bu növ böhtan xarakterli xəbərlər yayan saytlarla hüquqi mübarizə apardığını deyən Cəlal Qurbanov, ailəsinin şərəfi üçün geri çəkilməyəcəyini və Azərbaycan məhkəmələrinin ədalətinə güvəndiyini bildirib. O, bu prosesdə obyektiv qərarlar qəbul etdiklərinə görə Xətai Rayon Məhkəməsinin hakimləri Rəfail Sadıxova, Əminə Abbasovaya, Sahibə Hacıyevaya, Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova və vəkilləri Xaliq Ağayevə, Dədəkişi müəllimə, eləcə də hazırda hüquqlarını müdafiə edən Aysel Məhərrəmovaya xüsusi minnətdarlığını ifadə edib. İsin Ali Məhkəmədə də ədalətlə nəticələnəcəyinə inandığını yazıb.
Tərtər hadisələri ilə bağlı sərt suallar
Cəlal Qurbanov rəyinin sonunda iş qadınının keçmişdə verdiyi müsahibələrə istinadən Tərtər hadisələri ilə bağlı ciddi suallar qaldırıb. Bir müğənninin top atışında iştirak etməsi iddiasının qazilərdə və şəhid ailələrində suallar doğurduğunu bildirən Qurbanov, bu addımın hansı şəraitdə, kimin qərarı ilə və hansı zərurətdən baş verdiyini soruşub:
"Həmin 'topçu qəhrəmana' da ayrıca bir sualım var. Özünün dediyi kimi, əgər həmin 12-ci topu doğrudan da atıbsa, həmin atış hansı istiqamətə olub və hansı məqsədə xidmət edib?"
Vətən müharibəsində bir çox rayonların, o cümlədən öz ata yurdu Xızının da hücumlara məruz qaldığını xatırladan iş adamı, cəmiyyət qarşısında verilən bu cür açıqlamaların mütləq araşdırılmalı və cavablandırılmalı olduğunu qeyd edib, son qərarı isə zamana və İlahi ədalətə həvalə etdiyini bildirib.


32gun.az
Xəbər lenti