Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Məhayət Nəbiyev bizi aldadır…. ”Kristal”la bağlanan müqavilə isə….


“Mən “Kristal”ın “Yeni Sumqayıt” layihəsindən ev almışam. Alanda bizə deyilən tarix çox konkret idi — 2025-ci ilin dekabrı. O tarixə güvənərək plan qurduq, həyatımızı ona görə təşkil etdik… Məlumata görə, bunu öz müraciətində “Kristal”ın Valeh Paşayev adlı müştərisi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: “Amma indi aprel ayıdır… və hələ də evimiz yoxdur.
Bu müddətdə nə baş verir?
Kirayədə qalmağa davam edirik
Üstünə aylıq 752 AZN ipoteka ödəyirəm Yəni faktiki olaraq evi olmayan bir insan kimi iki ev xərci çəkirəm
Ən çətini isə qeyri-müəyyənlikdir. “Nə vaxt təhvil veriləcək?” sualına konkret cavab yoxdur. Ay yoxdur. Gün yoxdur. Sadəcə gözləyin.
Digər tərəfdən isə ipoteka ilə bağlı gecikmə olsa, dərhal xəbərdarlıq edilir ki, evi itirə bilərik. Yəni alıcı tərəf geciksə — nəticə var. Amma şirkət gecikəndə — konkret heç nə yoxdur.
Məncə bu artıq təkcə mənim problemim deyil. Mənim kimi evi məndən əvvəl alıb hələ də gözləyən çox insan var. Bəzilərinə hətta 2025-də təhvil veriləcəyi deyilib.
Mənim istəyim çox sadədir:
Bizə dəqiq tarix deyilsin (gün, ay)
Əgər bu mümkün deyilsə, bu gecikmənin maddi yükü də nəzərə alınsın
Çünki bu vəziyyətdə bütün risk və yük yalnız alıcının üzərində qalır.
Ümid edirəm ki, “Kristal” bu məsələyə daha açıq və konkret yanaşacaq. Sadəcə söz yox, real cavab görmək istəyirik…”
Dia-az

“Sea Breeze”də oğlu dava salan Leysan Məmmədov 5 milyona avtomobilləri təmir etdiribmiş



İşğaldan azad edilmiş ərazilərdə xidmət göstərən avtomobillərin texniki baxışı “Diamond Motors” MMC-yə həvalə edildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsi tərəfindən parkda olan nəqliyyat vasitələrinin rəsmi servis xidmətlərinin satın alınması ilə bağlı irimiqyaslı tender yekunlaşıb.

“Diamond Motors” MMC ilə imzalanmış 5.398.464 AZN dəyərindəki satınalma müqaviləsinə əsasən, qurumun balansında olan 4 ədəd benzin mühərrikli Pajero Sport, 14 ədəd yeni Outlander, həmçinin 5 ədəd mexaniki və 2 ədəd avtomat sürətlər qutusu ilə təchiz edilmiş L-200 markalı avtomobillərin istehsalçı zəmanəti müddətində bütün texniki qulluq işləri həyata keçiriləcəkdir.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.

Xatırladaq ki, iş adamı Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.

Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.(32gun.az)

Yusif Yusibov Gəncə Dövlət Universiteti ilə vidalaşır


Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov vəzifəsindən gedəcək.

Qaynarinfo-nun məlumatına görə, 2014-cü ildən Gəncə Dövlət Universitetində rektoru olan Yusif Yusibov son yaş həddi ilə əlaqədar yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü vəzifəsindən 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

Xatırladaq ki, GDU-nun İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov 1958-ci il, Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva isə 1947-ci il təvəlüdlüdür.Qaynarinfo

Deputatın şirkəti vətəndaşları çıxılmaz duruma salıb... - "Bizə dəqiq tarix deyilsin..."



"Mən "Kristal"ın “Yeni Sumqayıt” layihəsindən ev almışam. Alanda bizə deyilən tarix çox konkret idi — 2025-ci ilin dekabrı. O tarixə güvənərək plan qurduq, həyatımızı ona görə təşkil etdik..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində "Kristal"ın Valeh Paşayev adlı müştərisi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Amma indi aprel ayıdır… və hələ də evimiz yoxdur.
Bu müddətdə nə baş verir?
Kirayədə qalmağa davam edirik
Üstünə aylıq 752 AZN ipoteka ödəyirəm
Yəni faktiki olaraq evi olmayan bir insan kimi iki ev xərci çəkirəm
Ən çətini isə qeyri-müəyyənlikdir. “Nə vaxt təhvil veriləcək?” sualına konkret cavab yoxdur. Ay yoxdur. Gün yoxdur. Sadəcə gözləyin.
Digər tərəfdən isə ipoteka ilə bağlı gecikmə olsa, dərhal xəbərdarlıq edilir ki, evi itirə bilərik. Yəni alıcı tərəf geciksə — nəticə var. Amma şirkət gecikəndə — konkret heç nə yoxdur.
Məncə bu artıq təkcə mənim problemim deyil. Mənim kimi evi məndən əvvəl alıb hələ də gözləyən çox insan var. Bəzilərinə hətta 2025-də təhvil veriləcəyi deyilib.
Mənim istəyim çox sadədir:
Bizə dəqiq tarix deyilsin (gün, ay)
Əgər bu mümkün deyilsə, bu gecikmənin maddi yükü də nəzərə alınsın
Çünki bu vəziyyətdə bütün risk və yük yalnız alıcının üzərində qalır.
Ümid edirəm ki, "Kristal" bu məsələyə daha açıq və konkret yanaşacaq. Sadəcə söz yox, real cavab görmək istəyirik..."

Dia-az

Gülnar Qəhrəmanova Qazax Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilir - İDDİA



Ağstafa rayonu üzrə Təhsil Sektorunun şəhər məktəblərində yerdəyişmə gözlənilir.Buna səbəb məktəb direktorlarının idarəetmədə ciddi nöqsanlara yol vermələri,məktəblərdə intizam qaydalarına istənilən səviyyədə riayət edilməsini təmin edə bilməmələri,dava-dalaş hallarının çoxluğu vəs. məsələlərdir.

Faktinfo.az-ın əldə etdiyi məlumatda o da bildirilir ki,Asif Abdullayev adına 2 nömrəli tam orta umumtəhsil məktəbində də bu mənada vəziyyətin ürəkaçan olmadığı,idarəetmədə davamlı səhvlərə yol verildiyi,təhsilin keyfiyyətində geriləmələrin mövcudluğu,məktəbdən olunan şikayət və digər bir neçə səbəb əsas götürülərək sözügedən təhsil müəissəsinin direktoru Gülnar Qəhrəmanovanın vəzifəsindən azad ediləcəyi gözlənilir.

Onu da qeyd edək ki,Ağstafada şayiələr gəzir ki,Asif Abdullayev adına 2 nömrəli tam umumtəhsil orta məktəbinin direktoru vəzifəsindən azad ediləcəyi gözlənilən Gülnar Qəhrəmanovanın Qazax Dövlət Sosial-İqtisadi Kollecinə direktor göndəriləcəyi gözləntisi var.Bu barədə yaxın günlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qərar qəbul edə bilər.

Faktinfo.az

Məmməd Məmmədov nə vaxta kimi sahibkarlara zülüm edəcək? Prezidentə müraciət


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəri Nuriyev Samir Rafiq oğluna

Ünvan: Bakı şəhəri İstiqlaliyyət küçəsi 19, Prezident Sarayı

Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Ərazi- təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğluna

Ünvan: Bakı şəhəri İstiqlaliyyət küçəsi 19, Prezident Sarayı

Tovuz rayonu Azaflı kəndində daimi qeydiyyatda olan və həmin kənddə daimi yaşayan Alisgəndərov Oktay Telman oğlu (AA:1623280, FİN: 1B4PCAH, Telefon: 010-525-34-66, 050-211-15-88) tərəfindən

Ş İ K A Y Ə T - Ə R İ Z Ə S İ

Hörmətli, cənab Prezident və səlahiyyət sahibləri! Bildirirəm ki, mən Alisgəndərov Oktay Telman oğlu Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq özümə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binamı, obyektimi Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində 15230 nömrə ilə rəsmi portalda qeydiyyata aldırıb, istismara qəbul etdirib, rəsmi qaydada sənədləşdirib hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış və texniki pasport almağım üçün Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq 10 qurumun müsbət rəyi alınmalı olduğu halda Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9 qurumun (Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın (Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağmədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin) müsbət rəylərini almaqla yanaşı mənə məxsus Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binamın, obyektimin yerləşdiyi 1 0,97 kv.metr torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi də bağlamağıma və obyektin istismara qəbul edilməsinə dair aktın verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir) manat dövlət rüsumu da ödəməyimə baxmayaraq, hörmətli, cənab Prezidentim, nədənsə Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu Sizin Fərmanınızın əlehinə, ziddinə getməklə, öz şəxsi maraqları naminə Sizin Fərmanınızı heçə sayıb xalqla Dövlət arasında uçurum yaradır, xalq və Hakimiyyətin birliyinə xələl gətirir, vətəndaş məmnunluğunu heçə sayaraq vətəndaş süründürməçiliyinə yol verir, Sizin yürütdüyünüz daxili və xarici siyasətinizə kölgə salmağa çalışır. Belə ki, mən Alisgəndərov Oktay Telman oğlu 5 aydan çoxdur ki, Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlundan icarə müqaviləsi ilə birlikdə tələb olunan bütün sənədləri o cümlədən obyektin istismara qəbul edilməsinə dair aktın verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir) manat dövlət rüsumu ödəyib ödənişə dair qəbzi də Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə təqdim edib, məni canıma doydurub, canımdan bezdirdikləri üçün əsəbdən əsəb, şəkər xəstəliyinə tutulub insult keçirməməyim xatirinə məcbur olub hətta 25 dekabr 2025-ci il tarixdə Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı vasitəsi ilə rəsmi ərizə və teleqramla müraciət etsəm də nə obyektin istismara qəbul edilməsinə dair aktı ala bilirəm nə də obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəblərini aydınlaşdıra bilirəm. Qısacası cavablarında şifahi olaraq onların dili ilə desək bildirirlər ki, “biz Başçının razılığı, “dabrosu”, “okeyi” olmadan obyektin istismara qəbul edilməsinə dair aktı nə verə bilərik nə də qanunla müəyyən edilmiş qaydada obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəbləri barədə məlumat verə bilmərik.” Yəni qısacası bir sözlə Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu rəhbərlik etdiyi İcra Hakimiyyətinin bütün sturuktur Bölmələrinin səlahiyyətlərini və möhürlərini mənimsəməsi azmış kimi hətta xalq tərəfindən seçilmiş Tovuz rayonunda fəaliyyət göstərən bütün Bələdiyyələrin də səlahiyyətlərini və möhürlərini mənimsəməklə Tovuz əhalisini canına bezdirib Tovuzda özünü Bağdadda isə kor xəlifəni sayır, başda ən Ali Qanununmuz olan Azərbaycan Respublikasının Konstitutsiyası olmaqla qüvvədə olan bütün qanunvericiliyin ziddinə, əlehinə çıxmaqla bilərəkdən qəsdlə ciddi və kobud qanun pozuntularına yol verib hərəkət və ya hərəkətsizlik nümayiş etdirir. Odur ki, yuxarida qeyd etdiyim halları, faktları, sübutları və xüsusatları nəzərə alıb Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən istifadə edib, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində 15230 nömrə ilə rəsmi portalda qeydiyyatan keçirdiyim, Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9 aidiyyəti qurumdan müsbət rəylər aldığım, obyektin yerləşdiyi torpaq sahəsinə dair Dövlətlə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsi bağladığım Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binama, obyektimə Tovuz Rayon İcra Hakimiyyətindən obyektin istismara qəbul edilməsinə dair aktın verilməsinə köməklik göstərib, Tovuz Rayon İcra Hakimiyyətində baş alıb gedən, ayaq tutub yeriyən hərəkət və ya hərəkətsizliyin, bu özbaşınalıqların qarşısının alınması üçün ciddi və təxirə salınmaz cəza tədbirləri görəsiniz. Qoşma: Şikayət ərizəsi 03 vərəqədə, Şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi 2 İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın (Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağmədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin müsbət rəylərinin, 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsinin, İcarə müqaviləsi üzrə icarə haqqının ödənilməsinə dair qəbzlərin, 25 dekabr 2025-ci il tarixdə Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı vasitəsi Tovuz Rayon İcra Hakimiyyətinə ünvanladığım rəsmi ərizənin və teleqramın kserosurətləri hər bir ünvana. (Zirveyolu.info)

İmza: 23 yanvar 2026-cı il Alisgəndərov Oktay Telman oğlu

Kürdəxanı Sağlamlıq Mərkəzində işçilərin davamiyyət məsələsi... - İcazə verin, şübhələnək...



Redaksiyamıza daxil olan məlumatlar paytaxtın tibb müəssisələrindən biri – Kürdəxanı Sağlamlıq Mərkəzində ciddi suallar doğuran vəziyyətin yarandığını göstərir. Məlumatda bildirilir ki, bu müəssisədə aylardır tətbiq edilən üz tanıma sistemi (Face Control) işləmir və bu problem aradan qaldırılmadan qalır. Ən narahatedici məqam isə odur ki, mərkəzin baş həkimi Ceyran Əhmədovanın bu vəziyyətdən xəbərdar olduğu bildirilir. Lakin iddialara görə, sistemin bərpası istiqamətində real addımlar atılmır.

Üz tanıma sistemi tibb müəssisələrində işə davamiyyətin şəffaf şəkildə izlənməsi üçün tətbiq olunur. Mediatvaz.com bildirir ki,Üz tanıma sistemi əmək intizamına nəzarətin əsas alətlərindən biridir. O yoxdursa, deməli, işə gəlməyən də var, amma maaş alan da. Bu vəziyyətin kimlərə sərf etdiyi isə artıq təxmin deyil, açıq şübhə doğuran faktdır. Məlumatlarda daha bir diqqətçəkən məqam – bu vəziyyətin aylarla davam etməsi və müəyyən şəxslərə sərf etməsi ilə bağlı iddialardır. Əgər sistem qəsdən işlək vəziyyətə gətirilmirsə, bu artıq texniki problem deyil, idarəetmə və məsuliyyət problemidir.Daha da ciddi məqam isə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirovun mövqeyidir. İddialara görə, o da vəziyyətdən xəbərdardır. Amma ortada nə tədbir var, nə də reaksiya. Bu artıq susmaq deyil – bu, baş verənlərə göz yummaqdır. Ortaya çox ağır suallar çıxır,dövlət müəssisəsində nəzarət sistemi niyə aylarla işləmir,bu vəziyyət kimlərin maraqlarına xidmət edir,niyə məsul şəxslər hərəkətsizdir? Və ən əsası – Elçin Əmirov niyə susur? Əgər bir səhiyyə müəssisəsində nəzarət mexanizmi aylardır işləmirsə,yaxud da qəsdən sıradan çıxarılırsa və buna yuxarı instansiyalar reaksiya vermirsə, bu artıq sistemli problem, hətta idarə olunan xaos deməkdir.Səhiyyədə məsuliyyətsizlik birbaşa insan həyatı ilə oynamaqdır. Belə bir sahədə nəzarətsizlik isə yolverilməzdir. Aidiyyəti qurumlar bu iddialara aydınlıq gətirməli, əgər problem doğrudursa, məsul şəxslər barədə ölçü götürülməlidir. Çünki sual açıq qalır: bu susqunluq təsadüfdür, yoxsa maraqların nəticəsi?
Mediatvaz.com

Nizami rayonunda icazə sənədləri olmadan tikiti aparan Cəsarət Əhmədovu hansı məmur himayə edir?


Paytaxtın Nizami rayonu ərazisində, Elşən Süleymanov küçəsi ünvanında qanunsuz tikinti işlərinin başlanıldığı iddia edilir.

Xalq xəbər verir ki, iddialara görə, sözügedən ərazidə tikinti işlərinə müvafiq icazə olmadan start verilib.

Ərazidə sürüşmə riski mövcud olsa da, tikinti zamanı təhlükəsizlik tələblərinə əməl edilmir. Bu isə həm ətraf mühit, həm də sakinlərin təhlükəsizliyi baxımından ciddi risk yaradır.(Xalq.online)

Ətraflı videoda:

Gəncədə səhiyyə böhranı – qanunsuz həkimlər və “ölü canlar” iddiası


​Azərbaycanın ən böyük regionlarından biri olan Gəncə şəhərində səhiyyə sistemi sanki şəfa ocağı deyil, ayrı-ayrı şəxslərin varlanma poliqonuna və korrupsiya yuvasına çevrilib. Ortaya çıxan mənzərə təkcə qanunların ayaqlar altına alınması deyil, həm də xalqın sağlamlığı ilə oynanılan iyrənc bir oyunun sübutudur. Bu cinayət və rüşvət zəncirinin başında dayananların əməlləri artıq gizlədilə bilməyəcək qədər ifşa olunub!

​Korrupsiyadan Qovulub Mükafatlandırılan “Kadr”: Məlahət Bayramovanı Kim Qoruyur?

​Gəncə şəhər Səhiyyə Xəstəxanasının kadrlar şöbəsinin müdiri Məlahət Bayramovanın fəaliyyət trayektoriyası hüquq-mühafizə orqanlarının birbaşa hədəfi olmalıdır. 2024-cü ildə “103” xidmətinin Qaracının müdiri Vidadinin korrupsiya əməllərinə görə həbs olunduğu ərəfədə Məlahət Bayramova da işdən uzaqlaşdırılmış və 5 ay evdə oturmağa məcbur qalmışdı. Lakin hansısa gözəgörünməz əllər (yaxud rüşvət pulları) işə düşdü və bu şəxs heç bir şey olmamış kimi yenidən eyni vəzifəyə qaytarıldı!
​Bu da azmış kimi, Gəncə şəhər İcra Başçısı Niyazi müəllim 2025-ci ilin 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhərin həqiqi, fədakar həkimlərini və tibb işçilərini kənara qoyaraq, korrupsiya ləkəsi olan bu qadını xüsusi mükafatlandırdı. Cənab Başçı, korrupsiya əməlinə görə 5 ay işdən uzaqlaşdırılan birini mükafatlandırmaq hansı məntiqə, hansı dövlətçilik prinsiplərinə sığır? Bu, şəhər səhiyyəsini talayanlara verilən bir “yaşıl işıq” və xalqa qarşı açıq bir lağlağıdır!

​Səhiyyə Ocaqları “Ailə Holdinqi”nə Çevrilib!

​Məlahət Bayramovanın özbaşınalığı bununla da bitmir. O, dövlət müəssisələrini öz ailəsinin gəlir mənbəyinə çevirib:

​Gəlinini Abbas Səhhət adına xəstəxananın kadrlar şöbəsinin müdiri təyin etdirib.

​Oğlunu həmin xəstəxanada “MRT-yə nəzarətçi” adı altında qanunsuz pul yığmaqla vəzifələndirib. Hansı tibbi ixtisasla, hansı haqla?

​Əri Fəxrəddin Quliyev birinci qrup əlil kimi qeydiyyatdadır. Kağız üzərində ağır xəstə olan bu şəxs, hər gün maşınla arvadını işə aparıb-gətirir. Bu azmış kimi, birinci qrup əlillərə ayrılan və dövlət tərəfindən pulsuz verilməli olan dərmanlar bu ailə tərəfindən mənimsənilir və apteklərdə qeyri-qanuni satılaraq xalqın haqqı talanır!

​Heç bir ciddi vəzifə tutmayan bu ailənin hündür mərtəbəli villaları, lüks maşınları və sonsuz sərvəti hansı yollarla əldə edilib? Bu sualın cavabı bəllidir: Tibb bacısı olmaq üçün 10 min, xadimə olmaq üçün 5 min manat rüşvət yığmaqla! Poliklinikalarda və xəstəxanalarda işə düzəlmək resurs deyil, Bayramovanın şəxsi ticarət obyektidir.

​Qanunsuz Həkimlər və “Ölü Canlar”

​Gəncə Səhiyyəsinin müdiri İlkin həkimin fəaliyyəti də Bayramovanın idarəçiliyindən geri qalmır. Məlahət Bayramovanın tapşırığı və İlkin həkimin imzası ilə rezidenturanı bitirməyən, həkimlik fəaliyyətinə hüquqi icazəsi olmayan şəxslər qanunsuz şəkildə həkim təyin edilirlər. Bu, birbaşa Gəncə sakinlərinin həyatına qəsddir!
​Digər tərəfdən, qanunla 65 yaşı tamam olmuş vicdanlı həkimlər rüşvət vermədikləri üçün işdən qovulur, lakin Bayramovaya pul ödəyən 70 yaşdan yuxarı şəxslər (Tükəzban Məmmədova, Müsaidə Qasımova, Məlahət Hacıyeva və s.) qanunsuz olaraq saxlanılır. Nurlana Rüstəmova adlı dietoloq işə gəlmədiyi halda illərlə adı tabeldə gedib və dövlətin büdcəsindən ayrılan pullar bu şəbəkə tərəfindən mənimsənilib.

​Sövdələşmələr və Pandemiya Talançılığı

​İddialara görə, İlkin həkim deputat olmaq xülyasına düşüb və Bayramovaya onu Bakıda yüksək vəzifəyə çəkəcəyi vədini verib. Onların bu günah ortaqılığı illər öncəyə, pandemiya dövrünə dayanır. Keçmiş direktor Nazim həkim və İlkin həkimin rəhbərliyi dövründə, insanların can dərdi çəkdiyi pandemiya zamanında yüzlərlə saxta ad rəsmiləşdirilərək milyonlarla dövlət vəsaiti talanmış və bu qruplaşma həmin pullar hesabına milyonerə çevrilmişdir.

​NƏTİCƏ OLARAQ:
Gəncədə baş verən bu hadisələr sadə bir vəzifə saxtakarlığı deyil. Bu, dövlətə, xalqa və insan həyatına qarşı törədilmiş mütəşəkkil cinayətdir! Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərhal hərəkətə keçməli, Gəncə səhiyyəsini iflic edən bu şəbəkə darmadağın edilərək layiqli cəzalarını almalıdırlar! Bu millətin canı və büdcəsi bir neçə nəfərin haram sərvət toplama vasitəsi ola bilməz!

Sima Babayeva
Referans media
Xəbər lenti