Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

AAYDA-nın iki idarə rəisi quda oldu - “Meridian park luxure”də bahalı toy


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki vəzifəli şəxsi qohum olub.
7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin oğlu Ağdaş Yol İdarəsinin direktori Rəhman Əhmədovun qızı ilə ailə qurub.
Toy mərasimi aprelin 11-də Bakıda məşhur şadlıq sarayında – “Meridian park luxure”də keçirilib.
Məlumata görə, toyda AAYDA və ona bağlı idarələrin rəhbər şəxsləri iştirak ediblər. Onlardan bəziləri cütlüyə bahalı hədiyyələr veriblər. Məsələn, AAYDA-nın Baş mühəndisi Dilqəm Qəniyevin çox bahalı bahalı zinnət əşyası bağışlaması bildirilir: “Dilqəm Qəniyevin belə səxavətli davranması da səbəbsiz deyil…”.
Məlumatda Dilqəm Qəniyevlə xüsusən Məzahir Əliyevi bir-birlərinə bağlayan maraqlı iddialar da var. Onlar mövzunun predmeti olmadığından növbəti yazıya saxladıq./mia.az/



Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?


Sosial şəbəkələrin gündəmindən düşməyən, artıq xroniki bir patologiyaya çevrilən o dəhşətli xəstəxana dəhlizləri bu gün Azərbaycan səhiyyəsinin sadəcə təsadüfi bir görüntüsü deyil. Bu mənzərə, əslində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Abşeron “sınağından” necə rüsvayçı şəkildə kəsildiyinin rəsmi sənədi, idarəetmə sükanının boşa fırlandığının vizual sübutudur. Abşeron Tibb Mərkəzi artıq bir müalicə müəssisəsi, bir şəfa ocağı olmaqdan tamamilə çıxıb; bura insanların həm fiziki dözümünün, həm də insani ləyaqətinin amansızcasına sınağa çəkildiyi nəhəng bir “quyruq laboratoriyası”na çevrilib. Səhərin alaqaranlığından etibarən qapı ağzında yığılan, havasızlıqdan və əsəb gərginliyindən boğulan kütlə müasir səhiyyənin rəqəmsallaşma, “vətəndaş məmnuniyyəti” və “əlçatan tibb” haqqındakı pafoslu çıxışlarının nə qədər boş, mənasız və reallıqdan uzaq olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Divara söykənib saatlarla nəfəs dərən, qucağında körpəsi ilə çarəsizcə gözləyən analar, ayaq üstə durmağa taqəti olmayan, amma bir “sağlamlıq kağızı” üçün saatlarla növbəyə məhkum edilən yaşlılar bu sistemin qurbanlarıdır. Əgər bir vətəndaş günorta saat 12-yə qədər qəbula düşə bilmirsə və ona qarşı tərəfdən soyuqqanlılıqla “limit dolub, sabah gələrsən” deyirlərsə, bu, sadəcə bir texniki nasazlıq deyil, bu, dövlətin vətəndaşına ayırdığı sığorta imkanlarının deyil, birbaşa idarəetmənin iflic olmasıdır.
Daxil olan məlumatda bildirilir ki, Abşeron Tibb Mərkəzində hökm sürən bu xaotik mənzərəni, bu idarəetmə böhranını təhlil edərkən bütün oxlar tək bir nöqtəyə – müəssisənin direktoru Səkinə Sadıxovaya və onun qaranlıq keçmişinə yönəlir.
Bu günlərdə Milli Məclisdə səsləndirilən sarsıdıcı faktlar Azərbaycan səhiyyə sisteminin hansı “çürüntü” və kadr bataqlığı üzərində qurulduğunu bir daha bütün ictimaiyyətə nümayiş etdirdi. Parlament kürsüsündən təqdim olunan rəsmi məlumatlara görə, Səkinə Sadıxova Sumqayıt Tibb Mərkəzinin rəhbəri olduğu dövrdə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ağır cinayət işinə cəlb edilib. Təsəvvür edin, dövlət vəsaitini külli miqdarda mənimsəməkdə ittiham olunan bir şəxs, sadəcə həmin vəsaitin bir hissəsini geri ödədiyi üçün cinayət məsuliyyətindən “su kimi təmiz” çıxarılır. Amma rüsvayçılıq bununla bitmir. Bu şəxs sanki dövlət əmlakını mənimsədiyi üçün cəzalandırılmaq əvəzinə mükafatlandırılır: əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri postuna gətirilir, ardınca isə respublikanın ən ağır, əhalisi rəsmi rəqəmlərdən dəfələrlə çox (400 mindən artıq) olan Abşeron rayonunun Tibb Mərkəzinə direktor təyin olunur. Mənimsəmə və vəzifə saxtakarlığı ilə adı hallanan bir kadrın belə strateji və yükü ağır olan bir müəssisəyə rəhbər gətirilməsi TƏBİB-in kadr siyasətinin və “islahat” deyib car çəkdiyi modelin tam mənada iflasıdır.
Vətəndaşlar xəstəxana dəhlizlərində havasızlıqdan bayılarkən, saatlarla növbə gözləməkdən əsəbləri tarıma çəkilərkən, Səkinə Sadıxovanın fəaliyyəti tamamilə başqa bir müstəvidə – ucuz reklam və saxta piar şovları müstəvisində davam edir. Direktorun sosial şəbəkələrdə tirajlanan görüntüləri heyrət doğurur: Səkinə Sadıxova palatada uzanan yaşlı bir xəstə qadına öz əli ilə “mannı” sıyığı yedizdirir və bu anları xüsusi peşəkarlıqla videoya çəkdirərək özünü “mərhəmətli rəhbər” kimi təqdim etməyə çalışır. Bu mənzərə səmimiyyətdən nə qədər uzaqdırsa, bir o qədər də vətəndaşın intellekti ilə ələ salmaqdır. Xanım Sadıxova, siz kamera qarşısında bir yaşlı qadına qaşıqla sıyıq yedizdirib bunu piar materialına çevirəndə, xəstəxananın qəbul şöbəsində, dəhlizlərdə saatlarla həkim üzü görməyi gözləyən, təhqir olunan, vaxtı və sağlamlığı oğurlanan yüzlərlə insanın haqqını kimə “yedizdirirsiniz”? Sizin “mannı” piarınız o dəhlizlərdəki körpə ağlamasını, yaşlıların ah-naləsini və insanların haqlı qəzəbini ört-basdır edə bilməz. Bir rəhbərin vəzifəsi palatada kamera qarşısında sıyıq yedizdirib şou yaratmaq deyil, rəhbərlik etdiyi müəssisədə elə bir sistem qurmaqdır ki, o yaşlı qadın da, digər vətəndaşlar da həkim qəbuluna ləyaqətlə, növbəsiz və əsəbləri pozulmadan daxil ola bilsin.
Parlamentdə bu rüsvayçı kadr təyinatları ilə bağlı səslənən təklif əslində səhiyyə idarəçiliyinin sağlamlaşdırılması üçün yeganə çıxış yoludur. Cinayət Məcəlləsinə təklif olunan düzəlişdə vurğulandığı kimi, dövlət büdcə vəsaitini mənimsəyən vəzifəli şəxs, vurduğu ziyanı sonradan ödəsə belə, bir daha heç vaxt nə dövlət, nə də özəl sektorda rəhbər vəzifə tuta bilməməlidir. Çünki Səkinə Sadıxova nümunəsi açıq şəkildə göstərir ki, mövcud “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması cinayətkarlığı stimullaşdırır və ictimai etimadı kökündən baltalayır. Bu, cəmiyyətə “oğurla, mənimsə, tutulanda qaytararsan, sonra isə daha yüksək vəzifəyə gedərsən” mesajını verməkdir. TƏBİB və Agentlik rəhbərliyi artıq başa düşməlidir ki, “əhali sayı çoxdur, yük ağırdır” kimi bəhanələr işləmir. Əgər strateji planlama yoxdursa, əgər müasir texnologiyalar dövründə “onlayn növbə” sistemi bir labirintə çevrilibsə və əgər rayonun iri qəsəbələrindəki poliklinikalar sadəcə “yönləndirici” binalar kimi fəaliyyətsiz qalıbsa, bu, birbaşa idarəetmə səriştəsizliyidir.

Vətəndaşın hər ay maaşından kəsilən icbari sığorta haqqı onun üçün bir imtiyaz deyil, əksinə, xəstəxana qapılarında keçilməsi mümkün olmayan bir “maneələr zolağı”na çevrilib. Agentlik sığorta zərfinin genişliyindən dəm vurur, amma həmin zərfdən yararlanmaq üçün xəstə adam gərək əvvəlcə o dəhlizlərdəki “psixoloji müharibədən” sağ çıxsın. Bir xəstəxana binası nə qədər müasir avadanlıqla, nə qədər bahalı betonla tikilirsə tikilsin, əgər xəstə həkimə çatmaq üçün saatlarla ayaq üstə, havasız bir məkanda çürüməyə məhkumdursa, o divarlar sadəcə ruhsuz bir beton yığınıdır. Görünən odur ki, TƏBİB rəhbərliyi problemi kökündən həll etmək, peşəkar və dürüst kadrlarla işləmək əvəzinə, mənimsəmə faktı ilə qovulmuş kadrları yenidən dövriyyəyə salıb “yola vermək” strategiyasını seçib. Lakin unudurlar ki, səhiyyə “yola veriləcək”, “mannı” sıyığı ilə piar aparılacaq bir sahə deyil. İnsanların sağlamlıq hüququ Səkinə Sadıxovanın saxta piar videoları ilə xəstəxana növbələrindəki bürokratik rəzalətin arasında boğulmamalıdır. Bu görüntülər və parlament kürsüsündən səslənən faktlar TƏBİB-in idarəetmə böhranının vizual sübutu kimi tarixə düşür və bu siqnal artıq “fəaliyyətsizlik” qeydi deyil, sistemin tamamilə yenidən qurulması üçün son xəbərdarlıqdır.

nokomment.az

Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı - BUNA GÖRƏ...


“Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzova məxsus Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyəti Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.

Trbuna.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Norma və qaydaların kobud pozulması səbəbindən Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Nöqsanlar səbəbindən fəaliyyəti dayandırılan “Bağçalı” otel “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzova məxsusdur. M.Novruzovun “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar da qurub. Şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyət göstərir. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur.
Xatırladaq ki, 2021-ci ildə Məhərrəm Novruzovun kürəkəni Kərbalayev Elşad Məhərrəm oğlu öz lüks avtomobili ilə qəza törədərək 4 nəfərin ölümünə səbəb olmuşdu. Məlumata görə, iş adamının kürəkəni hadisəni törədərkən sərxoş olub.

İllər sonra ekranlara qayıdır


Uzun müddətdir ekranlardan uzaq qalan Qamze Özçelik yenidən çəkiliş meydançasına qayıdır.

Məşhur aktrisa yeni serial layihəsi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Məlumata görə, Özçelik TRT Tabii üçün hazırlanan “Operasyon Alesta” serialında rol alacaq. İddialı layihənin güclü aktyor heyəti ilə diqqət çəkdiyi bildirilir.

Qeyd edək ki, Qamze Özçelik 2000-ci ildə “Miss Türkiyə” yarışmasında ikinci yer tutduqdan sonra aktyorluğa başlayıb və “Arka Sokaklar” serialında canlandırdığı “Zeynep” obrazı ilə tanınıb. Son illərdə isə o, xeyriyyə fəaliyyəti ilə gündəmdə olub.

Qaradağda başdı-başın saxlasındı - Belə tikililərlə kim və hansı sənədlə icazə verir? - FOTOFAKT


Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Müsəvi küçəsində tikiliyə edilən əlavə artırmalar sakinlərin narazılığına səbəb olub.


Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, son illər Qaradağ rayonunda qanunsuz tikililərin, tikililərə edilən əlavələrin sayı durmadan artır. Hazırda sakinlərin narazılığına səbəb olan tikinti də Lökbatan qəsəbəsinin Müsəvi küçəsinda aparılır. Sözügedən küçə Qaradağ rayonunun əsas yaşayış və infrastruktur məntəqələrindən biridir.


Sakinlər bildirib ki, kor-koranə, nizam-intizamsız aparılan bu cür tikintilərə indi də əlavə artırmalar edilir. Halbuki bu cür artırmalar layihədən kənar hesab edildiyi üçün qanunsuz hesab edilir. Uzun müddətdir ki, fəaliyyət göstərən obyektin üstünə indi edilən artırma da layihədən kənardır.


Çünki əlavə mərtəbənin tikintisi üçün təkrar təsdiq lazımdır. Əgər bu təsdiq yoxdursa, icazəsiz artırma qanunsuz tikinti hesab edilir. Bu da qanun pozuntusudur.
Sakinlər bildirib ki, bu cür tikintilər Qaradağ rayonunda son illər daha da artıb. İcazəsiz tikililər və onlara edilən əlavələr sakinləri narahat edir və bununla bağlı aidiyyəti oqanların addım atmasını tələb edilər.


Qarşı tərəfi dinləməyə hazırıq.

Masazırda “LB PROJECET”MMC-dən şikayət -Obyekt tikilsədə kommunal xətlər zədələnib


Ərazidə nə qaz var, nə su, nə də internet…

XALQ-ın xəbərinə görə, sakinlər iddia edirlər ki, 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşası zamanı qazıntı işləri aparılarkən xətlər zədələnib.

Görüntülər Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 217 ünvanındandır.

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədi ilə əraziyə yaxınlaşdıq. Tikintiyə məsul şəxslərdən öyrəndik ki, adıçəkilən ünvanda “LB PROJECET”MMC iki mərtəbəli qeyri yaşayış obyektinin layihələndilməsi məqsədi ilə geoloji qazıntı işləri görür. Ərazi özəl mülkiyyətdir. İntensiv yaşan yağışlar nəticəsində hasar uçub, ərazidən keçən kommunikasiya xətləri sıradan çıxıb. Hazırda adı çəkilən ünvanda su və qaz xəttinin bərpası istiqamətində müvafi işlər görülür. O da bildirldi ki, zirzəmi də daxil olmaqla ərazidə tikintisinə başlanılan iki mərtəbəli bina ticarət obyekti kimi fəaliyyət göstərəcək. Bununla bağlı alınmış rəylər aidiyyəti qurumlarla razılaşdırılıb.

Abşeron rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə vətəndaşlar tərəfindən qazıntı işləri aparılarkən su şəbəkəsi zədələnib və hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli idarələri tərəfindən təmir işləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

218 saylı məktəbdə qalmaqal: Direktor valideyinin təhqir edib?-İDDİA


Xəzər rayonunda məktəbdə qalmaqal: Valideyn direktor tərəfindən məktəbdən qovulduğunu iddia edir
Xəzər rayonu Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə valideynlə məktəb rəhbərliyi arasında ciddi qalmaqal yaşandığı iddia olunur.
Bu barədə AzTimes.az-a müraciət edən valideyn Günel Abdullayeva bildirib ki, oğlu Camal sözügedən məktəbin 5 “F” sinfində təhsil alır. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında azyaşlıya atası tərəfindən rəsmi atalıq verilib və bununla əlaqədar uşağın şəxsiyyət vəsiqəsində ata soyadı qeyd olunub. Bu dəyişiklik məktəb sənədlərində – sinif jurnalında və şagirdin rəqəmsal kabinetində də yenilənməni zəruri edib.Valideyn iddia edir ki, həmin vaxtdan etibarən dəfələrlə məktəb rəhbərliyinə və sinif rəhbəri Etibar Səmədova müraciət etsə də, məsələ həllini tapmayıb. Onun sözlərinə görə, nə məktəb rəhbərliyi, nə də sinif rəhbəri bu məsələyə ciddi yanaşıb.Günel Abdullayeva bildirir ki, 13 aprel 2026-cı il tarixində etdiyi son müraciət zamanı sinif rəhbəri Etibar Səmədov onunla kobud rəftar edib. İddiaya görə, müəllim valideynə qarşı hörmətsiz ifadələr işlədərək, uşağın problemləri ilə maraqlanmadığını açıq şəkildə bildirib.Baş verənlərdən narazı qalan valideyn məktəb direktoruna şikayət edib. Lakin onun iddiasına görə, direktor Əbülfət Bağırov məsələni araşdırmaq əvəzinə valideynə qarşı sərt mövqe sərgiləyib. Valideynin sözlərinə görə, direktor ona “uşağını bu məktəbdən çıxar”, “burada heç nə tələb edə bilməzsən” kimi ifadələr işlədərək məktəbi tərk etməsini tələb edib.Şikayətçi həmçinin qeyd edir ki, Etibar Səmədov sinif rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun iddiasına görə, müəllim yalnız formal olaraq fəaliyyət göstərir, şagirdlərlə maarifləndirici iş aparılmır, sinifdə mühüm tarixi günlər və əlamətdar hadisələr barədə məlumat verilmir, şagirdlərə qarşı laqeyd münasibət hökm sürür.Valideynin sözlərinə görə, bu vəziyyətdən narazı olan digər valideynlər də dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək sinif rəhbərinin dəyişdirilməsini tələb ediblər.Məsələnin digər diqqətçəkən tərəfi isə məktəb direktorunun uzun müddətdir eyni vəzifədə qalması ilə bağlıdır. Bildirilir ki, mövcud qaydalara əsasən məktəb direktorlarının müəyyən müddətdən sonra yerdəyişməsi nəzərdə tutulsa da, Əbülfət Bağırov uzun illərdir bu vəzifədə fəaliyyətini davam etdirir.Qeyd edək ki, bu, adıçəkilən məktəblə bağlı ilk qalmaqal deyil. Təxminən üç il əvvəl məktəbin idman zalında şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi də ictimaiyyətdə geniş rezonans doğurmuşdu və günlərlə müzakirə edilmişdi.Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Mövzu diqqətimizdədir və rəsmi açıqlamaları təqdim etməyə davam edəcəyik.

AzTimes.az

AAYDA-nın sədr müavinlərinin himayə etdiyi, yol layihəsinin dəyişməsinə səbəb olan villa ilə bağlı yeni xəbər


Yağış kanallarını zəbt edib, kanalizasiya sularının qarşısını alıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun Novxanıdan keçən hissəsinin bir villaya görə dəyişdirildiyi, yolun tamam başqa istiqamətə yönəldildiyindən dəfələrlə bəhs olunub. Mediada yer alan məqalələrdə də qeyd olunduğu kimi, yolun Novxanıdan keçən hissəsində yolun istiqaməti bir villaya görə dəyişdirilib, göl kənarına yönlənirilib. Bu isə onlarla evin plana düşməsi, dövlətin milyonlarla manat məbləğindəki vəsaitinin əbəs yerə sərf edilməsi deməkdir.
Bunu TEREF e göndərilən məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:
Bugünlərdə yolun istiqamətinin dəyişilməsinə səbəb olan villa ilə bağlı yeni məlumat əldə etmişik. Məlum olub ki, bu villa Novxanı kəndinin yağış sularının cəmləşdiyi ərazidə inşa olunub. Məhz bu səbəbdən də son yağışlar zamanı kəndin yuxarı hissəsindəki yağış suları öz ənənəvi axarı ilə axıb gedə bilmədiyi kənd yollarını basmış, bir sıra həyət və evlərə ciddi zərər vermişdir.

Bundan başqa, villa inşa olunan zaman yol kənarındakı yağış sularının axması üçün inşa edilən yağış kanallarını da zəbt edib ki, bu da yağışlar zamanı magistral yolun su altında qalması ilə nəticələndi.

Kənd sakinlərinin sözlərindən bəlli olub ki, villanın inşa edildiyi ərazi əvvəllər kəndin kanalizasiya sularının axdığı yer olub. Sonradan ərazidə tikilən nəhəng villa kəndi bu imkandan da məhrum edib. Kənd sakinləri iddia edir ki, kəndə kanalizsiya çəkilişindən sonra bu problem qismən öz həllini tapıb.

Bir sözlə, Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun Novxanıdan keçən hissəsinin dəyişilmsinə səbəb olan villa bu gün də bir sıra problemlərə əsas səbəbi qismində çıxış edir. Ümid edirik ki, əlaqədar qurumlar baş verənləri araşdıraraq yolun ilkin layihə əsasında inşasını təmin edəcək, o cümlədən, AAYDA-dakı müavinlərin niyə, hansı maraqlar konteksində layihə dəyişiliyin yol verdiyini araşdıraraq qəti qərarlar qəbul edəcək.

TEREF

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.

Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.

O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əlivedibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi


ABŞ-nin İrana qarşı dəniz blokadasına başlamağa hazırlaşdığı bir zamanda İsrail Müdafiə Qüvvələri də yüksək hazırlıq vəziyyətinə gətiriliblər. 

Bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hələlik Daxili Cəbhə Komandanlığının mülki əhali üçün təlimatlarında heç bir dəyişiklik olmasa da, lazım gələrsə, ordu İrana qarşı döyüşlərə qayıtmağa hazırdır.
Xəbər lenti