Son xəbər

Kamboca kralında xərçəng aşkarlandı

11.04.2026 08:54 25
Dünya
Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.

Lent.az "Independent" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı monarx müalicə üçün Çinə yollanacaq.

Bildirilir ki, o və anası Norodom Moninet fevralın sonunda planlı müayinələr üçün Pekinə gediblər. Xərçəngin mərhələsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Siamoninin atası Norodom Sianukda da 1993-cü ildə prostat xərçəngi aşkarlanmışdı və o, müalicədən sonra 2012-ci ilə qədər yaşayıb.

Siamoni 2004-cü ilin oktyabrında atasının taxtdan imtinasından sonra kral olub. O, daha əvvəl Kambocanın UNESCO-da səfiri kimi çalışıb və klassik balet rəqqası kimi tanınıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul