Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2026-cı ildə keçirilməsi planlaşdırılan elmi tədbirlərin təşkili və müvafiq xidmətlərin satın alınması üçün tender elan edib.

Akademiyanın elmi konfranslarının yüksək səviyyədə keçirilməsi məqsədilə ayrılan vəsaitin ehtimal olunan qiyməti 169 977,82 AZN təşkil edir.

Satınalma predmetinə əsasən, konfrans iştirakçıları üçün nəzərdə tutulan dəvətnamələrin, xüsusi dizaynlı qovluqların, bloknot və proqramların çapı, habelə yazı ləvazimatlarının təminatı planın əsas hissəsini təşkil edir. Siyahıda təkcə kargüzarlıq malları deyil, həm də tədbirlərin vizual yaddaşda qalması üçün peşəkar HD formatlı video və foto çəkiliş xidmətləri də yer alıb. Maraqlıdır ki, texnoloji dövrün tələblərinə baxmayaraq, video çəkilişlərin hələ də DVD disklərdə və qutularda təhvil verilməsi şərt kimi irəli sürülüb.

Tədbirlərin iaşə xidmətləri hissəsində isə “Coffee break”, nahar və şam yeməklərinin təşkili üçün detallı tələblər müəyyən edilib. Menyuya milli və türk paxlavasından tutmuş, müxtəlif növ şirniyyatlara qədər geniş çeşid daxil edilib. Şam yeməyinin AMEA-nın əsas binasına yaxın restoranlarda, “milli kolorit” və “hər növ içki” təminatı ilə keçirilməsi nəzərdə tutulur. Elmi qurumun təşkilati işlərə ayırdığı bu büdcə, akademiyanın elmi fəaliyyətdən daha çox təmsilçilik və logistik xərclərə fokuslanması kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı rəhbəri (prezidenti) akademik İsa Həbibbəylidir. 32gun.az

Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO


Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovdan rayonda yaşayan qazilər və şəhid ailələri narazıdır. Vətəninfo.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi Asəf İsmayılov sosial şəbəkə hesabından videomüraciət yayaraq ölkə başçısı İlham Əliyevdən kömək istəyib. Asəf İsmayılov yaydığı videoda rayon icra başçısının yaşadığı küçəyə yeni asfalt örtüyünün çəkildiyini bildirərək qazilərə bu münasibətin olmadığını qeyd edib.

Asəf İsmayılov bildirib ki, Qarabağ döyüşlərində qazi olan, həmçinin şəhid ailələrinin yaşadığı binanın qarşısı keçilməzdir. Şəhid ailələri və qazilər bir neçə dəfə bununla bağlı icra başçısına müracət etsələr də, onların şikayətlərinə baxan yoxdur.

Qeyd edək ki, iddialara görə rayonda yaşayan qazilər, şəhid ailələri problemləri ilə bağlı icra başçısının qəbuluna düşməkdə çətinlik çəkirlər. Vətən müharibəsi iştirakçılarının və qazilərin müxtəlif sosial, məişət və səhiyyə problemləri ilə bağlı müraciətlərinə lazımi diqqətin göstərilmir.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Bu səbəbdən də, icra başçısı kimi yüksək vəzifəli şəxsin qazilərə qarşı hörmətsizlik etməsi dövlətimizin apardığı siyasətə ziddir.
Vətəndaşlar icra strukturlarından, xüsusilə də yerli icra hakimiyyəti orqanlarından qazilərin hər cür probleminə operativ və həssas yanaşma gözləyirlər. Onlar hesab edirlər ki, qazilərə göstərilən hörmət, onların müraciətlərinə diqqətli yanaşma dövlətimizin onlara verdiyi dəyərin təzahürü olmalıdır.(Vətəninfo.az)
Qarşı tərəfin mövqeyinin dərc etməyə hazırıq.

 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT


"Narazılığım “Pilgrim Education” şirkəti ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Nəcmə Abdullayeva adlı sosial şəbəkə istifadəçisi yazır.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Xaricdə təhsil adı ilə insanlardan yüksək məbləğdə ödəniş alırlar, lakin sonradan heç bir real xidmət göstərmirlər. Mən bu şirkətə 3000 manat ödəniş etmişəm. Üzərindən artıq 1 ildən çox vaxt keçib, amma nə sənəd işi görülüb, nə də hər hansı konkret nəticə var.

Dəfələrlə əlaqə saxlamağa çalışsam da, ya cavab verilmir, ya da məsələ müxtəlif bəhanələrlə uzadılır.

Mediada da bu şirkətlə bağlı şikayətlər yayımlanıb. Düşünürəm ki, tək deyiləm.

Xahiş edirəm, bu vəziyyətlə qarşılaşan başqa şəxslər varsa, birlikdə vəziyyəti araşdıraq və lazım gələrsə, hüquqi addım atardıq..."

DİA-AZ

NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb mərkəzi kimi fəaliyyət göstərən “NNC KLİNİKA” MMC-yə məxsus klinikada yoxlama keçirib.

Xalq-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada həkim lisenziyası olmayan şəxslərin həkim fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Qanun pozuntusu ilə bağlı klinikanın fəaliyyəti dayandırılıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq məlumatı təsdiq ediblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar (növbədənkənar) yoxlama keçirilib: “Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.

Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq-mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədilə təqdimat təqdim edilib.

Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb”.(Xalq.online)

Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”


“Fani dünyada baş verənləri dərk edən yoxdur, amma axirətdə o insanları böyük bir imtahan gözləyir”.

Bu sözləri Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov “Gün ortası” verilişində qonaq olarkən deyib.

Sənətçi teatr mühitindəki bəzi həmkarlarını kəskin tənqid edərək, onlarla münasibətini kəsdiyini bildirib:

“Teatrda elə sənəti, titulu olan adamlar var ki, mən onlara salam belə vermirəm. Adlarını açıqlamayacağam, lakin demək ki, onlar həmin salama layiq deyillər. Teatrın maskasının bir üzü gülürsə, digər üzü kədərdir. Bizim həyatımız da belədir; içimiz özümüzü yandırır, çölümüz özgəni…”.

Gənclərə qarşı hər zaman qayğıkeş olduğunu vurğulayan aktyor, paxıllıq edənlərə isə xəbərdarlıq edib:

“Heç vaxt gənclərin qəlbinə dəymirəm. Həmişə onların dərdini dinləyirəm, əlimdən gələn köməkliyi göstərirəm. Amma elə adamlar var ki, kiminsə yıxılmasına, əzilməsinə kənardan baxıb sevinirlər. Mən ustadım Əliağa Ağayevdən böyük-kiçik yeri bilməyi, hörmət etməyi görmüşəm. Unutmasınlar ki, bu dünya fanidir. Bəlkə elə mənim özümü də axirətdə böyük imtahan gözləyir… Günahsız insan yoxdur”.

Yenicag.az

Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın sabiq əməkdaşı, Maliyyə şöbəsinin Büdcə Planlaması Bölməsinin müdiri olmuş Eyyubov Mustafa müəssisədən qanunsuz şəkildə işdən azad edildiyini bildirib.

Bununla bağlı Mustafa Eyyubov Müşahidə Şurasına və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət edib.O, müraciətinə cavab verən qurumların və TƏBİB-in İnsan Resursları Departamentinin rəhbərliyini normativ tələbləri pozmaqda ittiham edir.
Müraciətdə qeyd olunur ki, Mustafa Eyyubov 11 sentyabr 2025-ci ildə rəhbərlik tərəfindən “TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun tapşırığı” əsasında işdən azad ediləcəyi barədə məlumatlandırılıb. Onun sözlərinə görə, o, məcburi şəkildə ərizə yazdırılaraq vəzifədən uzaqlaşdırılıb, lakin eyni göstərişin verildiyi Maliyyə şöbəsinin müdiri Orxan Bahadurzadə işinə davam edib.
Keçmiş şöbə müdiri bildirir ki, məsələni öyrənmək üçün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla dəfələrlə görüşmək istəsə də, qəbul prosesi müxtəlif bəhanələrlə gecikdirilib. Onun iddiasına görə, TƏBİB-in Vətəndaş Qəbulu şöbəsinin rəhbərliyi şəhid və qazi ailələri adından sui-istifadə edərək görüşün qarşısını alıb. Yalnız Müşahidə Şurasının sədri Zaur Əliyevin tapşırığından sonra Qurbanov onu qəbul edib. Lakin görüş zamanı Qurbanov iddiaya zidd olaraq “işdən azad edilməsi barədə heç bir tapşırıq vermədiyini” bildirib və məsuliyyəti əvvəlki rəhbər işçi Barat Yusubovun üzərinə qoyub.
Mustafa Eyyubov TƏBİB-in İnsan Resursları Departamentinin müdiri Emin Xasıyevin də davranışından narazılıq edir. O, iddia edir ki, Emin Xasıyev rəsmi qaydalara uyğun deyil, şəxsi mövqeyinə əsaslanan cavablar verərək məsələnin araşdırılmasına mane olub.
Şikayətçi əlavə edir ki, Müşahidə Şurası sədrinə və üzvü Nigar Bayramovaya ünvanladığı müraciətə cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları məktubun “Agentliyin səlahiyyətində olmadığı” cavabını göndəriblər. O isə bu yanaşmanın Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiqlənmiş TƏBİB Nizamnaməsinə zidd olduğunu deyir.
Eyyubov hesab edir ki, məsələ birbaşa TƏBİB-in Müşahidə Şurasının səlahiyyətinə daxildir. O, həm Yeni Klinikaya, həm də Səhiyyə İşçiləri Həmkarlar İttifaqına ünvanladığı müraciətlərə yalnız şablon və formal cavablar aldığını, Həmkarlar İttifaqının sədri Elnarə Muradovanın isə “səlahiyyət xaricindədir” cavabı verdiyini bildirir.
Keçmiş şöbə müdiri məsələ ilə bağlı aidiyyəti qurumlardan müdaxilə, işdən azad edilməsinin səbəblərinin araşdırılması, hüquqlarının bərpası və əməkhaqqının ödənilməsi istiqamətində tədbir görülməsini tələb edir.
Nokomment.az

Azərbaycan "su cinayəti"nin içində - Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri


Turan Hərəkat başqanı Cahandar Bayoğlu LAF TV-nin efirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti ilə bağlı faktlar açıqlayıb. Anaxeber.info.az məlumat verir ki, Bayoğlu qurumun rəhbərliyində olan şəxslərin qanunsuz hərəkətləri, biznesi və idarəçilik metodu haqda detalları diqqətə çatdırıb. Onun sözlərindən belə məlum olub ki, agentliyin sədri Zaur Mikayılov və aparat rəhbəri Fuad Quliyev bu strukturu cinayət yuvasına çevirib. Prezidentin etimad göstərib sədr qoyduğu, Azərsu, Su və Meliorasiya təsərrüfatını da agentliyin tabeliyinə verib ona həvalə etdiyi halda, Zaur Mikayılov hakimiyyətə ziyan verən fəaliyyətlə məşğuldur. Buna sabotaj da demək olar. Dövlət üçün mühüm və strateji əhəmiyyətə malik bu qurumun Zaur Mikayılovla Fuad Quliyevin əlində əsir-yesir qalması ciddi risklər, təhdidlər yaradır. Çünki söhbət dövlətin su ehtiyatlarından, onun idarə olunmasından gedir.
2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışmış Fuad Quliyevin Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. Bu da qanunvericilikdə yolverilməz haldır. Yəni qohumu yüksək vəzifəyə təyin etmək. Cahandar Bayoğlu efirdə bildirib ki, əslində ADSEA-da sədr müavinlərinin səlahiyyətləri var. Amma aparat rəhbəri Fuad Quliyev onların heç birinə işləməyə imkan vermir. Onun dediyinə görə, kadr təyinatı, kimi işə qəbul, kimi işdən azad etmək məsələləri aparat rəhbəri Fuad Quliyevin inhisarındadır. Hətta onun qəbuluna düşmək istəyən müavinləri belə üzünü görə bilmirlər. Məlum olur ki, ya başı istədiyi kadrları təyin etməyə, ya tender işlərinə, ya da restoranlarını idarə etməyə qarışıb. Bəli, Fuad Quliyev "restoranlar kralı" kimi tanınır və bunu da efirdə hərəkat başqanı bəyan edib. Bundan başqa, Bayoğlu iddia edib ki, Fuad Quliyev barəsində həbs qərarı çıxarılmış sabiq baş nazir müavini Abbas Abbasovun və ləğv edilmiş MTN-in əvvəllər məhkum olunmuş keçmiş generalı Akif Çovdarovun adamıdır. Yəni dövlətə və Prezidentə bağlı olmayan bir şəxs, tender korrupsiyası və restoran biznesi ilə məşğul olan Fuad Quliyev qudası - sədr Zaur Mikayılovla əlbir olaraq sözügedən agentliyi talan edirlər. Bir sözlə, "qudalar agentliyi" də demək mümkündür. Ümumiyyətlə, bu strukturda su təsərrüfatına aid olmayan xeyli sayda adamın idarə rəisi və başqa vəzifələri tutduğu bildirilir. Bundan əlavə, onlar da öz yaxınlarını müxtəlif sahələrə yerləşdirir ki, artıq agentlik tam şəxsi təsərrüfata, klanlar, tayfalar əlində qalan bir sistemə çevrilməkdədir. Üstəlik, Abbasov və Çovdarovlara yaxın adamların qurumda yerləşməsi narahatlıq doğuran bir məsələdir. Hər halda, bu deyilənlərə aydınlıq gətirilməsinə ehtiyac var. Yoxsa bu gedişlə Qorxmaz Hüseynov və başqalarına şükür etməli olacağıq...

Anaxeber.info.az
Azər Talıbov

13 Reabilitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir - DETALLAR


Xatırladaq ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq “İcbari Tibbi Siğorta Üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan edir.

Banker.az xəbər verir ki, Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 Nömrəli və 2 Nömrəli Uşaq Reabilitasiya mərkəzləri “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin tabeliyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsin tabeliyinə keçir.

Kreditorlara bildirilir ki, 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Fizuli Əliyev küçəsi 5 ünvanına müraciət edə bilərlər.

Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO


Müğənni fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib.

Milli.Az xəbər verir ki, A.Məmmədli açıqlamasında bildirib ki, sevgilisi Emil Babayev adlı şəxs tərəfindən döyülüb.

Onun sözlərinə görə, dəfələrlə Emil Balayev tərəfindən hücumlara məruz qalıb. Sonuncu dəfə isə onun tərəfindən döyülüb və hətta E.Balayev onu bıçaqlamaq da istəyib. Digər şəxslərin müdaxiləsindən sonra isə bunun qarşısı alınıb.

Hazırda ağır xəsarətlər aldığını bildirən müğənni xəstəxanaya yerləşdirildiyini qeyd edib.

VİDEO LİNKDƏ: https://dia-az.org/ana-xeber/478289-mugenni-sevgilisi-terefinden-doyuldu-xestexanaya-yerleshdirildi.html

Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?


Şamaxı Rayon İcra Hakimiyyəti növbəti tenderinin nəticələrini açıqlayıb.

Yeni müsabiqəyə əsasən Şamaxı şəhərində yolların əsaslı təmiri işləri həyata keçiriləcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi “VNM İNŞAAT” MMC olub. İcra Hakimiyyəti şirkətlə 486 min 907 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, “VNM İNŞAAT” əksər rayonların İcra Hakimiyyətlərinin tenderlərinin qalibi olub. Şirkət Masallıdan tutmuş, Salyana, oradan da Gəncə və digər bölgələrdə abadlıq və yolçəkmə işləri həyata keçirib.

Lakin şirkətin sahibinin kimliyi məsələsi hələ də müzakirə mövzusudur. Belə ki, “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. “VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Bildirək ki, “VNM İnşaat” MMC-nin yerləşdiyi hüquqi ünvanda başqa bir şirkət də qeydiyyatdadır. Bu şirkətin adı “VNM İnvest” MMC-dir. Araşdırmalarımız zamanı məlum olub ki, Vüqar Nağıyev vaxtilə “VNM İnvest” MMC-yə də rəhbərlik edib. Bundan başqa, o, “VNM Servis” MMC-nin də qanuni təmsilçisi olub.

Bu səbəbdən də onun şirkətin əsl sahibi olması ilə bağlı şübhələr yaranıb. Yəni, Vüqar Nağıyevin sadəcə, icraçı olması barədə fikir mövcuddur.

Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.Tribuna.az
Xəbər lenti