Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Gəncə Beynəlxalq Xəstəxanasının üç milyon manat borcu yaranıb


Gəncə Beynəlxalq Xəstəxanasının sahibi “Synergy Medical” MMC külli miqdarda borca düşüb.

Kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb.

Qeyd edək ki, “Synergy Medical” MMC-nin qanuni təmsilçisi Gülnar Polad qızı Paşayevadır.

İqtisadiyyat.az

"Bona Dea" "Liv Hospital" şəbəkəsinə aid deyil?


"Bu gün Nəsimi Rayon Məhkəməsində "Liv Bona Dea Hospital"-nın mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, "Bona Dea" şirkəti onun məşhur "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib".

Bizimesr.az bildirir ki, bu barədə sözügedən klinika ilə məhkəmə çəkişməsində olan “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli özünün sosial hesabəında yazıb.

N.Köçərli qeyd edib ki, o, əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət edib: "Xatırladım ki, "Liv Hospital" yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, Bona Dea "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim.
Növbəti iclas mayın 5-də olacaq" - deyə Nigar Köçərli bildirib.(Bizimesr.az)

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt" tərəfindən "A320/A321 NEO CEET" tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787" təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblər


Xəbər verildiyi kimi, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərn, 2008-2009-cu illərdə N.Tusi Klinikasında, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikasında çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun gəlişi ilə klinikada qalmaqallar başlayıb.

Bu barədə «Təzadlar»a müraciət edən klinikanın mühafizə xidmətində uzun illərdir çalışan Fərid Pirverdiyev açıqlama verib. Şikayət məktubundan sitat: «Hörmətli «Təzadlar! Bu məktubu sizə ünvanlamaqda məqsədim dərdlərimə şərik olub mənə köməklik etməyinizdir. Səhiyyə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Ombudsmana müraciət etmişəm, lakin nəticəsi yoxdur. Ona görə də istədim sizin qəzet vasitəsilə dərdimi bölüşüm, bəlkə yatmış qəlblər oyandı. Mən sizi bir obyektiv və namuslu jurnalist bilib müraciət edirəm. Mən, Pirverdiyev Fərid Ədalət oğlu, uzun müddət idi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş mühafizəçi işləyirdim. Mart ayından qara günlərim başlayıb. Səbəb isə Fərid Eyvazovun klinikaya yeni direktor təyin olunmasıdır. Səhiyyə Nazirliyinə və digər təşkilatlara bu direktorun qanusuz əməlləri haqqında dəfələrlə yazmağıma baxmayaraq, səsimə səs verən olmayıb. Sadəcə, əsəblərimdən çox şeyi yaza bilmirəm. Xahiş edirəm, məni Sizin internet televiziyanıza çıxarasınız, qoy cənab Prezident, eləcə də səhiyyə naziri Teymur Musayev burada baş verənlərdən məlumatlı olsunlar. Mənə bəlli olan budur ki, Fərid Eyvazov Klinikanı «özəlləşdirib», öz əsabələrini yanına yığaraq əvvəllər rəhbəri olduğu «Bakı Bərpa», «Alyans» və digər şirkətləri də idarə edir. Tədris Terapevtik Klinikanın həkimləri və digər işçiləri bu direktroun əlindən didərgin düşüblər. Hətta o, rektor Gəray Gəraybəylini belə saymır, istədiyini edir. Narazılar şikayət edir, Səhiyyə Nazirliyindən gələn komissiyanı da öz havadarlarının hesabına elə «yola» salır ki, heç kimin ruhu da incimir. Deyiləsi sözlərim çoxdu. Xahiş edirəm mənimlə bu nömrə ilə əlaqə saxlayasınız və mən sizə sənədlərlə və faktlarla geniş açıqlama verim…».

Daha ətraflı yazı təqdim ediləcək.

Redaksiyadan: məsələ ilə bağlı şikayətçi Fərid Şahverdiyevi təkrarən redaksiyaya dəvət etdik, söhbət etdik… Bu barədə əlavə yazı təqdim ediləcək. Eləcə də baş verənlərlə bağlı (bəzi faktların aidiyyəti dövlət qurumlarında araşdırılması məqsədəmüvafiq sayıldı) Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazovla əlaqə saxlamağa çalışdıq. Lakin ATU-nun rəsmi saytındakı bölmədə klinikanın adının üstündən klıklayanda «Səhifə əlçatan deyil» sözləri yazılmaqdadır. O boyda universitetin saytındakı bu texniki anlaşılmazlıq və qüsur başa düşülən deyil… Çünki klinika barədə hansısa məlumat əldə etmək mümkünsüzdür.(Təzadlar)

Klinikanın baş direktoru F.Eyvazovu da dinləməyə hazırıq.

Xəbər lenti