Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Elgin Həbibullayev hardadır? - Rəsmi sayt belə yenilənmir...


Paytaxtı yağış suları ağuşuna aldıqdan sonra yaranan problemlərin həlli istiqamətində Bakı meri Eldar Əzizovun göstərişi ilə tələsik təmizlik, iməclik, sil-süpür işlərinə start verildi. Demək olar ki, bütün rayon icra başçıları sürətli şəkildə sosial şəbəkələrdə və rəsmi saytlarında foto və videolar paylaşdılar. Hətta Eldar Əzizov Bakı küçələrini yudu, digər rayon icra başçıları da tələsik müxtəlif tədbirlər görərək bunu ictimailəşdirdilər.

Amma nədənsə Nərimanov rayon icra başçısı bu təmizliklərdə, abadlıq işlərində gözə dəymir. Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda nə iməclik keçirildi, nə də hər hansı aktivlik müşahidə olundu. Əslində səbəb bəllidir. Nərimanov rayon icra başçısı Elgin Həbibullayev, görünür, Eldar Əzizov Bakı meri olduğu halda belə, heç kimdən çəkinmir və narahatlıq hiss etmir. Üstəlik, Eldar Əzizovun media məsələlərini həll edən şəxsin də Elgün Həbibullayev üçün çalışdığı qeyd olunur.

Bu qədər narazılığın fonunda Elgin Həbibullayevin kənarda qalması, görünməz olması da, görünür, başqa bir planın və ya məqsədin tərkib hissəsidir. Elgin Həbibullayevin fəaliyyətinin aktiv olub-olmaması Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi saytından da açıq görünür. Bu sayt vətəndaşlarla görüş günlərini elan etmək, görüşlər barədə məlumat yaymaq və görülmüş işlər haqqında ictimaiyyətə hesabat vermək üçündür. Saytdakı məlumatlardan isə belə qənaətə gəlmək olur ki, Elgin Həbibullayev ya hələ də Novruz tətilindədir, ya da mövcud problemlər onu narahat etmir.

Hər halda, 180 mindən artıq əhalisi olan, şəhərin mərkəzində yerləşən bir rayonun icra başçısı işləməli, rayonun sosial-iqtisadi həyatı ilə yaxından məşğul olmalıdır.

Bizimesr.az

"Şinkar Holding"də böhran - Ələsgər Mehdiyevin külli miqdarda borcu var


İnşaat sektorda fəaliyyət göstərən"Şinkar Holding" şirkətinin rəhbəri Ələsgər Mehdiyevin külli miqdarda vergi borcu yaranıb.

"Şinkar Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 357.629,37 AZN vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı 3.000.000 manat olan şirkətin həm də qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur. /Qaynarinfo/

“Ozon” aptekin sahibi qaydaları durmadan pozur - ƏDV çeki vermir – FOTOFAKT


Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır. Müştəri çeki tələb etdikdə isə aptekdəki satıcılar müxtəlif səbəblərlə özlərini haqlı çıxarmağa çalışır. Belə bir hal Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ozon” aptekdə yaşanıb. Belə ki, vətəndaşların bildirdiyinə görə, aptekdə edilən alışlar zamanı bəzi hallarda ƏDV ilə bağlı qaydalara əməl olunmur.

Bizim.Media-ya müraciət edən müştəri bildirib ki, sözügedən aptekdən təxminən 40 manatlıq dərman vasitəsi alıb. Lakin ödənişdən sonra ona təqdim edilən qəbzdə ƏDV məbləği göstərilməyib. Alıcı bunun səbəbini soruşduqda aptek əməkdaşı dərmanlara endirim tətbiq olunduğunu və bu səbəbdən ƏDV-nin verilmədiyini bildirib.

Müştərinin sözlərinə görə bənzər hal sözügedən aptekdə bir neçə dəfə təkrarlanıb.

Məsələnin problemli tərəfi ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə görə, endirim tətbiq edilməsi ƏDV-nin hesablanmaması üçün əsas hesab olunmur. Satış hansı məbləğ üzərindən həyata keçirilirsə, həmin məbləğə uyğun olaraq ƏDV mütləq şəkildə hesablanmalı və fiskal qəbzdə əks etdirilməlidir.

Məsələ ilə bağlı “Ozon Aptek” şəbəkəsi ilə əlaqə saxladıq.

Aptek əməkdaşları bütün müştərilərə ƏDV məbləği göstərilmiş qəbz verdiklərini israrla bildirdilər. Lakin redaksiyamıza təqdim olunan qəbzlərdə ƏDV qeyd olunmayıb. Bu fakt özü-özlüyündə sözügedən aptek şəbəkəsinin qanunvericiliyə əməl etmədiyini göstərir.

Məlumat üçün bildirək ki, Azərbaycanda aptek və digər ticarət obyektlərində alıcıya ƏDV (yəni kassa çeki / fiskal qəbz) təqdim etməmək qanun pozuntusu sayılır və bununla bağlı cərimələr İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Alıcıya kassa çeki (ƏDV qəbzi) verilmədikdə ilk dəfə pozuntuya görə obyekt sahibinə 1,000 manatdan 2,000 manatadək, təkrar pozuntuya görə (1 il ərzində) 2,000 manatdan 4,000 manatadək, daha ciddi və sistemli pozuntu hallarına görə isə 4,000 manatdan 6,000 manatadək cərimə nəzərdə tutulur.(Bizim.Media)

İcra başçısının general oğlu 50 min manatlıq mebel alır


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ehtimal olunan qiyməti 49.992,67 AZN təşkil edən müxtəlif təyinatlı mebellərin satınalması həyata keçirilir.

Satınalma çərçivəsində erqonomik dizayna və 120–130 kq yükdaşıma qabiliyyətinə malik 40 ədəd müsafir kürsüsü, ümumi ölçüləri 1430×620×2520 mm olan 1 ədəd sütun üzləmə, tənzimlənən hündürlüklü və 360 dərəcə fırlanma funksiyalı 3 ədəd işçi kreslosu, habelə geniş saxlama imkanlı 5920×530×3160 mm ölçülü 1 ədəd böyük dolab sifariş edilir. Siyahıya həmçinin multimedia avadanlıqları üçün 1 ədəd TV stend, daxili asılqan sistemli 5 ədəd paltar dolabı, ofis texnikası üçün 1 ədəd printer altı, 2400×1200×750 mm ölçülərində 1 ədəd toplantı masası və müxtəlif ölçülü saxlanma dolabları, o cümlədən 2 ədəd kupe tipli dolab daxildir. Bundan əlavə, dəst daxilində 40 ədəd stulla təchiz edilmiş, hər biri 4 siyirməli olan 40 ədəd masanın tədarükü nəzərdə tutulur. Bütün məhsullar yüksək keyfiyyətli, aşınmaya və korroziyaya davamlı materiallardan hazırlanmalı, dövlət standartlarına cavab verməli və rəng seçimi sifarişçi ilə razılaşdırılmalıdır.

Qeyd edək ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Vaqif Tofiq oğlu İbrahimovdur. Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran, 2012-2024-cü illərdə Ağdaş rayonlarında icra başçısı kimi çalışıb.(Xalq.online)

Rəssamlıq Akademiyasının tələbələr təqaüdlərini ala bilmirlər?


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2 aydır tələbələrin təqaüdü ödənilmir.

Xezerxeber.az xəbər verir ki, tələbələr sosial şəbəkələrdə etdikləri paylaşımlarda belə ediblər. Məsələyə aydınlıq gətimək üçün akademiyanın tələbələri ilə görüşdük.

Tələbələr bildirir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, məsələyə aydınlıq gətirən olmayıb.

Rəssamlıq Akademiyasından sorğumuza cavab olaraq bildirilib ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq, ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur”, – deyə təhsil müəssisəsindən bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Yağış bəhanəsi ilə QANUNSUZ TİKİNTİ... - BU NƏDİ BELƏ?


Binəqədi rayonu ərazisində qanunsuz tikintilərlə bağlı mediada və sosial platformada dəfələrlə vətəndaş şikayətləri yayımlanıb.

Xalq -ın xəbərinə yenidən Binəqədi rayon Biləcəri qəsəbəsində qanunsuz tikinti aparıldığı iddia olunur.

Biləcəri qəsəbəsində fəaliyyət göstərən Rəşid İsmaylov 70 ünvanında yerləşən “Aliço” ailəvi restoranında qanunsuz tikinti aparıldığı bildirilir. Təmir adı altında artırma aparılması bir çox suallar ortaya çıxarır.

Belə bir məlumat sosial platformada yayılıb. Bildirilir ki, “Aliço” ailəvi restoranında otaqlar sökülüb və genişləndirilir.

Aparılan tikinti ilə bağlı “Aliço” restoranı ilə əlaqə yaratdıq. Restorandan İlham Babayev əməkdaşımıza bildirib ki, bir neçə gün öncə yağan güclü yağışlarda restoranın ərazisində olan otaqları dam örtüyü zədələnib və aparılan iş dam örtüyünün dəyişilməsi ilə bağlıdır.

Lakin müşahidələrimiz onu deməyə əsas verir ki, yağış tək dam örtüyünün dəyəşdirilməsinə səbəb göstrilsədə ərazidə olan otaqlar divarlarıda sökülərək genişləndirilməsi üçün daşlar və digər tikinti materialları gətirilib.

Yağan yağış restoranın ərazisində yerləşən bütün otaqlarının dam örtüyünü sıradan çıxarıb? Bu suala isə cavablandırılmadı. Belə hallar ilk deyil bu sxem üzrə qanunsuz tikinti və artırma işləri aparılması mütəmadi müşahidə olunur. Tətil günləri və yaxud hər hansı bir hadisədən sui-istifadə edən qanunsuz tikinti aparılması üçün məmurlarda hansısa şərtlər göz yumurlar.

Qeyd edək ki, “Aliço” ailəvi restoranında dam örtüyünün dəyişilməsi adı altında obyektin həyətində ciddi şəkildə tikinti aparılır və bunu aidiyyatı qurumlardan gizlədir.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətində münasibət öyrənmək mümkün olmadı.(Xalq.online)

Rusiya XİN: İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir


Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı zamanı Tehranla Vaşinqton arasında əldə olunmuş atəşkəsi müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Lavrov danışıqlar prosesinin uğurlu olacağına ümidvar olduğunu deyib və ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə edilməsini alqışlayıb", - nazirlikdən bildiriblər.

Öz növbəsində, Əraqçi Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasında tutduğu prinsipial mövqeyə görə Moskvaya təşəkkür edib.

"Moskva İran ətrafındakı münaqişədə atəşkəs razılaşmasının Livana da şamil edilməsinin tərəfdarıdır", - Rusiya XİN-dən bəyan ediblər.

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər


İran fevralın 28-dən bəri ilk dəfə aprelin 9-da Fars körfəzi ölkələrinə hücum etməyib.

Bu haqda “Əl-Cəzirə” məlumat yayıb.

“Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və Oman bu gün heç bir hava hücumunun olmadığını bildirir. Bu da fevralın 28-də müharibə başlayandan bəri İran tərəfindən bu cür zərbələr endirilən ilk uzunmüddətli fasilədir”, - məlumatda deyilir.

“Əllərimiz tətikdədir”


İsrailin Livana zərbələri davam etdirməsi Vaşinqton və Tehran arasında İslamabadda planlaşdırılan danışıqları mənasız edəcək.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

Onun sözlərinə görə, İsrailin Livana qarşı təkrar təcavüzü atəşkəs haqqında ilkin sazişin açıq-aşkar pozulması deməkdir.

“Bu, aldatma və mümkün razılaşmalara riayət olunmaması barədə təhlükəli siqnaldır. Bu cür hərəkətlərin davam etdirilməsi danışıqları mənasız edəcək”, - paylaşımda deyilir.

Pezeşkian həmçinin İran hərbçilərinin əllərini daim “tətikdə” saxladığını bildirib.

“İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”, - o əlavə edib.A

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı


Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından Anar Pirməmmədov vəzifəsinə bərpa olunub.

Qeyd edək ki, Çelsi Baxşıyeva Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, şəxsi xarakterli video və yazışmaları sosial şəbəkələrdə yayıb.

Onu da bildirək ki, Anar Pirməmmədov Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun qardaşı oğludur. Sabiq aparat rəhbəri qardaşı oğlu ilə bağlı açıqlama verərək onun çətin vəziyyətdə və ölkədə biabır olduğunu demişdi.(Qaynarinfo)
Xəbər lenti