Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?


AzTv əməkdaşları Abşeron rayon ərazisindən reydə çıxıb. Görüntülərdən belə məlum olub ki, Hökməli bələdiyyəsi sənədsiz torpaq satışı ilə məşğul olur…

Həmin görüntüləri təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/hokmeli-belediyyesinin-sedri-ramil-orucovun-maklerliyi-ifsa-olundu-torpaq-satir-qanunsuz-tikinti-aparir

Qeyd edək ki, məlum görüntülrdən sonra Hökməli Bələdiyyəsinin sədri Ramil Orucov açıqlama verərək torpaq satan və qanunsuz tikinti aparılması üçün şərait yaradacağını bildirən Bələdiyyə üzvü Mehdi Məmmədov işindən kənarlaşdırılırb.

Bütün bunlar görüntü naminə olunan faktlar kimi qeyd olundu iddia olunur. Belə ki Bələdiyyə sədrinin xəbəri olmadan heç kəs ərazidə torpaq satıb tikinti aparmağa ixtiyarı yoxdur.


Bildirir ki, Daha öncədə Abşeron rayonu, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov 3 min manat məbləğində cərimələnmişdir. onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib edilib.

Bədəliyyə sədrinin cərimələnməsinə səbəb qəsəbə ərazisində məişət tullantılarının yandırılması olub.

Araşdırmamazı davam edir.

Xalq.online

Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...


Ağsu rayonunda ünvanlı dövlət sosial yardımı ilə bağlı ciddi iddialar gündəmə gəlib. Rayon sakini Abdullayev Qorxmaz Əliqulu oğlu tərəfindən bir neçə dövlət qurumuna ünvanlanan müraciətlər və həmin müraciətlərin bir surətinin DogruXeber.tv informasiya portalına təqdim olunması məsələni ictimailəşdirib və geniş müzakirəyə çıxarıb.

DogruXeber.tv xəbər verir ki, Vətəndaş öz müraciətində Ağsu Dövlət Sosial Müdafiə Fondunda idarəetmə ilə bağlı ciddi qanun pozuntularının olduğunu iddia edir. Onun sözlərinə görə, rayon üzrə ünvanlı sosial yardım alan şəxslərin bir qismi bu yardımın təyinat meyarlarına uyğun gəlmir. Qorxmaz Abdullayev konkret olaraq qeyd edir ki, siyahılarda adları olan bəzi şəxslər faktiki sosial vəziyyətlərinə görə bu yardımı almaq hüququna malik deyillər, lakin buna baxmayaraq illərlə sosial yardım alıblar.

Müraciətdə diqqət çəkən əsas məqamlardan biri konkret faktın təqdim olunmasıdır. Qorxmaz Abdullayev öz iddiasını əsaslandırmaq üçün Abdullayev Aydın Əliqulu oğlunun həyat yoldaşı – Abdullayeva Günay Şərif qızı ilə bağlı sənədləri təqdim edib. Onun bildirdiyinə görə, bu ailəyə də ünvanlı sosial yardım təyin olunub, lakin sonradan məsələ ilə bağlı etdiyi müraciətlər əsasında aparılan araşdırma nəticəsində müəyyən nöqsanlar üzə çıxıb.

Təqdim olunan rəsmi bildirişə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində Abdullayeva Günay Şərif qızına təyin olunmuş sosial yardım dayandırılıb. Sənəddə qeyd olunur ki, ailənin vəziyyəti sosial yardımın verilməsi şərtlərinə uyğun olmadığı üçün qərar ləğv edilib və 01 yanvar 2026-cı ildən 01 mart 2026-cı ilədək olan dövr üzrə ödənilmiş 922 manat artıq vəsaitin dövlət büdcəsinə qaytarılması tələb olunur. Bu sənəd birbaşa olaraq Qorxmaz Abdullayevin müraciətindən sonra aparılan yoxlamanın nəticəsi kimi təqdim edilir.

Lakin məsələ bununla məhdudlaşmır. Qorxmaz Abdullayevin təqdim etdiyi digər sənəd isə vəziyyətin daha ciddi və ziddiyyətli olduğunu göstərir. Belə ki, onun sözlərinə görə, Ağsu filialının rəhbəri Akif Xəlilov tərəfindən Abdullayev Aydın Əliqulu oğluna 19 avqust 2019-cu il tarixində rəsmi, möhürlü və imzalı yazılı sənəd təqdim olunub. Həmin sənəddə qeyd edilir ki, Aydının sonuncu izahatından sonra ona qarşı nə hüquq-mühafizə orqanları, nə də digər qurumlar tərəfindən problem yaradılmayacaq və ən diqqətçəkən məqam kimi, ona təyin olunmuş ünvanlı sosial yardımın kəsilməyəcəyi bildirilir.

Sənəddə bu ifadələrin “özüm yazdım və imzamla təsdiq edirəm” qeydi ilə rəsmiləşdirilməsi, həmçinin rəsmi möhürlə təsdiqlənməsi onun qeyri-adi xarakter daşıdığını göstərir. Dövlət qurumunun rəhbərinin vətəndaşa bu cür yazılı “zəmanət” verməsi həm hüquqi, həm də inzibati baxımdan ciddi suallar doğurur.

Çünki sosial yardımın təyin olunması və ya dayandırılması fərdi qərar və ya şəxsi təminat əsasında deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan, əvvəlcədən verilmiş belə bir yazılı təminatla sonradan qəbul edilən rəsmi qərarın tam ziddiyyət təşkil etməsi idarəetmədə ardıcıllığın və hüquqi əsasların pozulduğunu göstərir.

Ortaya çıxan faktlar onu göstərir ki, əvvəlcə vətəndaşa sosial yardımın davam edəcəyi ilə bağlı rəsmi təminat verilib, lakin illər sonra aparılan yoxlama nəticəsində həmin yardımın qanunsuz olduğu müəyyən edilərək həm dayandırılıb, həm də ödənilmiş vəsait geri tələb olunub. Bu isə sosial müdafiə sistemində qərarvermə mexanizmlərinin ya düzgün işləmədiyini, ya da müəyyən hallarda qeyri-rəsmi təsirlərə açıq olduğunu göstərir.

Qorxmaz Abdullayevin iddiaları bununla da bitmir. O bildirir ki, təqdim etdiyi siyahılarda onlarla bu tip hal mövcuddur və yalnız bir fakt üzrə araşdırma aparılması problemin sistemli xarakter daşıdığını aradan qaldırmır. Onun fikrincə, bu cür hallar geniş yayılıb və bu sahədə ciddi nəzarət mexanizmləri tətbiq olunmur.
Bütün bu faktlar fonunda diqqət çəkən əsas məqam dövlət qurumları daxilində məsuliyyət və hesabatlılıq məsələsidir. Bir tərəfdən vətəndaşa verilən yazılı təminat, digər tərəfdən isə həmin təminatın əksinə olan rəsmi qərar və maliyyə tələbi idarəetmədə ciddi ziddiyyətin mövcudluğunu açıq şəkildə ortaya qoyur.

Nəticə etibarilə, Ağsuda baş verən bu hadisə ünvanlı sosial yardım sistemində yalnız ayrı-ayrı nöqsanların deyil, daha geniş struktur problemlərinin mövcud olduğunu göstərir. Vətəndaş müraciətləri əsasında üzə çıxan faktlar sistemin şəffaflığı, obyektivliyi və qanunvericiliyə uyğun fəaliyyəti ilə bağlı ciddi suallar yaradır və bu sahədə daha dərin, əhatəli araşdırmalara ehtiyac olduğunu göstərir.
P.S. Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlanılıb, vətəndaşın iddiaları onların diqqətinə çatdırılıb. Qarşı tərəf isə iddiaların əsassız və şər-böhtan xarakterli olduğunu bildirib, eyni zamanda qeyd edib ki, vətəndaşın ailədaxili məsələlərinin onların fəaliyyətinə heç bir aidiyyəti yoxdur.(DogruXeber.tv)

Abdin Fərzəliyev “Buxar” restoranında terras açılmasına hansı şərtlərlə icazə verib?


Abşeron rayonu Xırdalanda növbəti qanunsuz artıram işləri aparılır.

XALQ-a daxil olan məlumata görə, Xırdalan,H.Əliyev pr 209 (Kristal Abşeron 2 ilə üzbəüz) Buxar restoranında lahiyədən kənar artırma işləri aparılır .

Xırdalan sakinlərinin şikayətinə görə yolu bağlayaraq, səkini zəbt edərək ağır texnikalar Buxar restoranında artırma işləri aparır.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Abşeron rayon icra Hakimiyyətinə sorğu verilib. Qeyd edək ki, Abşeron rayonunda qanunsuz tikinti ilə bağlı ilk hal deyil.

Məsələ ilə bağlı Buxar restoranı ilə əlaqə saxladıq. Əməkdaşımıza Orxan adlı şəxs bildirib ki, artıram işləri deyil beton tükülür.

Lakin görüntülərdəndə aydın olur ki, Buxar restoranın 3 mürtəbəsi hazırlanır beton tökülərə dəmir konstruksiylar quraşdırılır. Bu da onu deməyə əsas verir ki, qarşıda yay fəsli gəldiyi üçün restoran sahibi yeni terras fəaliyyət göstərməsi üçün hazırlıq işləri görür.

Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərəzliyevdir.

Məsələ ilə bağlı aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:(Xalq.online)

VİDEO LİNKDƏ: https://xalq.online/abdin-ferzeliyev-buxar-restoraninda-terras-acilmasina-hansi-sertlerle-icaze-verib

Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!


Tehsilmedia.info saytı olaraq, keçən yazımızda ​Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinin direktoru Arzu Əliyevanın Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinə direktor təyin edilməsi haqqında şayiələrin yayılmasını sizlərlə paylaşmışdıq.
Sayt olaraq, sual ünvanladıq ki, İlqar Bayramlı, hansı nəticələrinə əsasən Arzu Əliyevanı rəhbər vəzifəyə keçirmək istəyirsiniz?
Tehsilmedia.info olaraq indi isə Arzu Əliyevanın direktorluq fəaliyyətini sizlər üçün araşdırdıq.
​Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinə 13 iyun 2025-ci il tarixində direktor təyin olunan Arzu Əliyevanın fəaliyyəti qısa müddət ərzində həm valideynlərin, həm də yerli ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdur. Ortaya çıxan faktlar və şikayətlər məktəbdə təhsilin keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü və idarəetmənin iflic vəziyyətində olduğunu göstərir.
Biz sizlər üçün Arzu Əliyeva dövründə baş verən problemləri sistemləşdirdik:
​1. Tədrisin Keyfiyyəti və İmtahan Nəticələri
​Məktəbdə təhsilin səviyyəsi rəsmi göstəricilərdə də öz mənfi əksini tapır.
​Aşağı Monitoring Nəticələri: 4 və 6-cı siniflərin monitorinq nəticələri olduqca zəifdir.
​Buraxılış İmtahanları: Keçən tədris ilində 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr məktəbdəki real tədris vəziyyətinin göstəricisidir.
​Repetitor Asılılığı: Siniflərdə yaxşı oxuyan şagirdlərin sayı cəmi 1-2 nəfər təşkil edir ki, bu şagirdlərin də uğurları məktəb tədrisi deyil, kənar repetitor hazırlığı ilə bağlıdır. Hər sinifdə 1-2 yaxşı oxuyan uşağın olması təhsilin keyfiyyətinin olmadığını açıq-aşkar göstərir.
​2. Qiymətləndirmədə Şəffaflığın Olmaması (KSQ və BSQ)
​Məktəbdə summativ qiymətləndirmələrin (KSQ və BSQ) keçirilməsində ciddi qanun pozuntuları müşahidə olunur:
​Şagirdlərin bir-birindən köçürməsinə şərait yaradılır.​
Bəzi hallarda sualların cavabları şagirdlərə öncədən verilir ki, bu da real bilik səviyyəsini gizlətməyə xidmət edir. Qiymətlər şagirdlərin real
potensialını əks etdirmir.
​3. Kadr Siyasəti və İxtisas Uyğunsuzluğu
​Arzu Əliyevanın idarəçiliyi dövründə dərslərin bölüşdürülməsində qeyri-peşəkarlıq hökm sürür:
​Qeyri-ixtisas müəllimləri: Bir çox dərslər, o cümlədən informatika və fizika kimi fənlər bülleten zamanı ixtisası uyğun olmayan müəllimlər tərəfindən tədris olunur. Məsələn, fizika müəlliminin dərsini informatika müəllimi keçir, təsviri incəsənət müəllimi bülletendə olanda fənnini fizika müəllimə verib. Fizika müəllimini Hicran Rzayeva əvəz edib.
Riyaziyyatdan sertifikasiyada yüksək nəticə əldə edən müəllimi qoyub kənara yeni müəllim götürüb və yuxarı sinirləri həmin müəllimə verib. Bəzi müəllimlər isə sertifikasiyadan keçmədikləri halda müvafiq fənləri tədris edirlər.
Dərsdən kənar məşğələlər isə birbaşa dərsdən sonra fasilə verilmədən keçirilir.
Seçkidə iştirak edən bədən tərbiyə müəlliminin əvəzinə isə Azərbaycan dili müəllimini yönəltmişdir.
Nəzərə alın ki, bunları ictimai əsaslarla əmrini verir.
​Dərs Cədvəli: Məktəbdə dərs cədvəlinin tərtibində tələblər pozulur, məşğələlər fasiləsiz və nizamsız şəkildə keçirilir.
​4. İdarəetmədə Maraqsızlıq və "Reklam" Meyilləri
​Direktor Arzu Əliyeva məktəbin daxili problemlərini həll etmək əvəzinə, fərdi piar fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir:
​Məktəbdə işçi və şagird davamiyyətinə nəzarət zəifdir.
​Sağlamlıq imkanları məhdud şagirdlərin evdə təhsilinə bütün ixtisas müəllimləri cəlb edilmir.
​Kiçik kurs sertifikatlarının belə böyük nailiyyət kimi reklam edilməsi, lakin məktəbin ümumi reytinqinin Salyan sektorunda ən aşağı pillələrdə olması idarəetmədəki boşluqların bariz nümunəsidir.
​5. Olimpiada və Nailiyyət Yoxluğu
​Son iki il ərzində məktəbin heç bir şagirdi fənn olimpiadalarında və ya digər bilik yarışmalarında yer tutmamışdır. Bu, məktəbdə istedadlı uşaqlarla işin və ümumi tədris stimullaşdırılmasının sıfır səviyyəsində olduğunu sübut edir.
​Çadırlı kənd ümumi orta məktəbində yaranmış bu acınacaqlı vəziyyət Elm və Təhsil Nazirliyinin, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təcili müdaxiləsini tələb edir. Direktor Arzu Əliyevanın fəaliyyəti məktəbin təhsil keyfiyyətini yüksəltmək deyil, mövcud potensialı da məhv etmək istiqamətindədir.
Tehsilmedia.info

Biləsuvarın bu ərazilərində işıq yoxdur



Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində fasilə yaranacaq elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, mayın 2-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində .

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası


Samux rayonunda keçirilməsi planlaşdırılan 3-cü Ərik Festivalı ərəfəsində yerli təhsil müəssisələrindən daxil olan şikayətlər ciddi narazılığa səbəb olub. Redaksiyamıza daxil olan məlumatlara görə, festival bəhanəsi ilə rayonun bir neçə məktəbində kütləvi şəkildə pul yığılması prosesinə start verilib.

Tehsilmedia.info-un əldə etdiyi məlumata əsasən, qanunsuz vəsait toplanması halları xüsusilə Qarayeri qəsəbə 1 saylı məktəb-liseydə daha qabarıq şəkildə özünü göstərir. Bildirilir ki, müəllimlərdən imkanlarına görə 10, 20 və ya 30 manat civarında vəsait tələb olunur. Pullar məktəb rəhbərliyi tərəfindən daxildə təyin olunmuş xüsusi şəxslər vasitəsilə toplanır. Bu kimi halların təkcə cari tədbirlə məhdudlaşmadığı, digər bayram və tədbirlərdə də analoji yığımın təkrarlandığı iddia edilir.

Sözügedən vəziyyət müəllim heyəti arasında böyük narazılığa yol açıb. Qeyd olunur ki, könüllülük prinsipi adı altında aparılan bu proses, əslində məcburi xarakter daşıyır. Pedaqoqlar hər il təkrarlanan bu "ənənənin" dayandırılmasını və təhsil mühitinin bu cür hallardan təmizlənməsini gözləyirlər. Hazırda bu tapşırığın hansı qurum və ya vəzifəli şəxs tərəfindən verildiyi aydınlaşdırılmağa çalışılır.

Qeyd edək ki, Ərik Festivalı hər il iyun ayında Samux rayonunda ənənəvi olaraq qeyd edilir. Lakin dövlət səviyyəsində maliyyələşməli olan bu növ tədbirlərin yükünün müəllimlərin çiyninə qoyulması ciddi qanun pozuntusu kimi qiymətləndirilir.(Tehsilmedia.info)

Saleh Məmmədov onları pulsuz qoyub - "Bakı"nın üç legioneri ölkəni tərk etdi


Azərbaycan həndbol komandaları üç aydır ki, maaş almırlar. Pravda.az xəbər verir ki, bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət ediblər.


Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqqılarını ala bilmirlər.


Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son iki ayın maaşı verilməyib. Belə ki, kişilərdə çempionatın lideri olan "Bakı" komandasının üç legioneri bu səbəbdən ölkəni tərk edib: "Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi bir ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir.


Legionerlərin hamısı, demək olar ki, komandalardan gedib. Bəzi oyunçular isə yaş səbəbi ilə həndboldan uzaqlaşdırılıblar. Halbuki idmanda elə bir qayda yoxdur ki, hansısa idmançı bu yaşında karyerasını bitirməlidir. Biz çempionatdan imtina etmirik, amma matçlara getmək üçün pul yoxdur. Federasiyanın bizdən nəsə tələb etməyə də haqqı yoxdur".


Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmırlar. "AHF Arena"nın icarəhaqqı da 20 min manatı keçib və orada da məşq üçün şərait yaradılmır: "Biz oyunları dayandırmağı tələb etdik, lakin heç cavab almadıq. Bundan sonra maaşlarımızı alana qədər heç bir oyuna, yarışa getməyəcəyik. Oyunçuların məşqə gəlməyə cibində pul yoxdur. Gənc həndbolçuları da bu idmandan soyudurlar. Hər dəfə də deyirlər ki, səbir edin. Danışırıq və yalan vədlər verirlər.


Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov da suallara cavab vermirlər. Heç kəs maaşların nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq söz demir".


Şikayətlə bağlı müraciət olunan Yusif Atakişiyev maliyyə problemləri yaşadıqlarını təsdiqləyib: "Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqqılarını verməkdə çətinlik çəkirik. Problemin nə olduğunu isə rəhbərlik bilər. Məndə heç bir məlumat yoxdur".


Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Vüsal Nəsirli əvəzləyib.("Qafqazinfo")

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu


Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti daha bir tenderin qalibi seçilib.

Həmin tender "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilib.

Satınalma predmeti Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirindən ibarətdir. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri isə 24 985 363,84 manatdır.

"Gəncə Körpü Tikinti-2” ASC bir neçə gün əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhərində küçələrin əsaslı təmir ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 635 505,74 manat olub. "Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılıb. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə isə 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir. /Qaynarinfo/

AHİK-in “Kurort”unda yoxlama başlanıb?- sertfikasiyasız həkim iddiaları...


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətində yoxlamaların başlandığı iddia olunur.


Bizimesr.com-a daxil olan məlumata görə, yoxlamaların çoxsaylı şikayətlər və narazılıqlar, eyni zamanda mediada yazılan məlumatlarda fonunda aparıldığı deyilir.


Məlumata əsasən, yoxlamalar əsasən QSC-nin balansında olan müalicə mərkəzlərinin lisenziyaları, öncəki illərdə lisenziyadan kənar tibbi xidmətlərin göstərilib-göstərilməməsi və müəssisələrdə çalışan həkim heyətinin sertifikasiyası ilə bağlı ola bilər.


“Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan bəzi həkimlərin sertifikasiyadan keçmədiyi, hətta onların arasında ümumiyyətlə həkim olmayan şəxslərin də “həkim” kimi fəaliyyət göstərdiyi iddia olunur.


Məsələ ilə bağlı rəsmi qurumlar və ya “Kurort” QSC tərəfindən hələlik açıqlama verilməyib.


Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


Bizimesr.com
Xəbər lenti