Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Ziya Hacıyevin rəhbəri olduğu “Yeni Ailə” MTK məhkəmə qərarını icra etmir…


Bakı şəhər sakini Qafur Məmmədovun mülkiyyət hüquqları pozulur.

Buna səbəb “Yeni Ailə” MTK-nın vətəndaşın xeyrinə olan məhkəmə qərarını icra etməməsidir.

Nəsimi Rayon Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə Q.Məmmədovun “Yeni Ailə” MTK-ya qarşı iddiası təmin edilib. Qərarda yazılıb ki, MTK vətəndaşa məxsus 73,7 kv.m qeyri-yaşayış sahəsini təhvil verməli və 274 600 manat icarə haqqı ödəməlidir.

Lakin üstündən 6 ay keçsə də, qərar icra edilmir. Bu günə qədər nə əmlak qaytarılıb, nə də ödəniş həyata keçirilib. Vətəndaş isə məhkəmə qapılarından sonra indi də icra şöbələrində qalıb.Məhkəmənin qərarına hörmətsizlik edən MTK başqa bir qanunsuzluğa yol verərək qaytarılmalı olan əmlakı üçüncü şəxslərə icarəyə verib.

Şikayətlə bağlı sözügedən MTK ilə əlaqə saxladıq. Bildirildi ki, məhkəmə qərarını icra etmək icra şöbəsinin işidir. Buna görə də əlavə məlumat vermək istəmirlər.

Qalib gəldiyi halda əmlakını geri ala bilməyən vətəndaş hazırda icraçı orqan kimi Ədliyyə Nazirliyinə müraciət edib.

Qeyd edək ki, “Yeni Ailə” MTK qalmaqallı şirkət kimi tanınır. Müxtəlif vaxtlarda MTK-nın vətəndaşlara qarşı qanunsuz fəaliyyətləri mediada işıqlandırılıb. “Qafqazinfo”

“Avropanın aviaşirkətləri müflis ola bilər”


“Yanacaq qiymətləri yüksək qalmağa davam edərsə, Avropanın bəzi aviaşirkətləri payıza qədər müflis ola bilər”.

Bu barədə İrlandiyanın “Ryanair” aviaşirkətinin baş direktoru Maykl O'Liri bildirib.

“Əgər iyul, avqust və sentyabrda neftin qiyməti barel üçün 150 dollar olarsa, Avropa aviaşirkətləri müflis olacaq”, - o deyib.

Bununla belə, O'Liri rəhbərlik etdiyi şirkətin, heç nəyə baxmayaraq, qiymətləri artırmayacağını bildirib.

“Biz Avropada ən qorunan və diversifikasiya olunmuş aviaşirkətik. Zəmanət verə bilərik ki, yayda tədarüklərlə nə baş verməsindən asılı olmayaraq, nə qiymət artımı, nə də yanacaq qiymətlərinin sıçrayışı üçün əlavə ödənişlər olmayacaq”, - O'Liri əlavə edib.

Xatırladaq ki, aprelin ortalarında Beynəlxalq Enerji Agentliyinin (BEA) baş direktoru Fatih Birol qitədə təyyarə yanacağı ehtiyatlarının təxminən altı həftəlik qaldığını açıqlamışdı. Almaniyanın “Lufthansa” aviaşirkəti isə artan təyyarə yanacağı qiymətləri fonunda təxminən 20 min qısaməsafəli reysi ləğv edib.

Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda "Şərab məclisi "ARAQ" içildi kimdir günahkar?


Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsində "Şərab" məclisinə aid foto şəkillər paylaşılıbdır.
Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Dosenti Afət Qasımova Facebook səhifəsində paylaşım edibdir. Sosial mediada paylaşımı olunan müəllimənin "Başda kafedra müdirimiz Əhəd müəllimin olmaqla bütün professor-müəllim heyətinə bu gözəl gün üçün öz təşəkkürümü bildirirəm" status paylaşımı diqqəti çəkibdir.
Diqqət yetirilsə məclisdə "Araq" içməkləri görüntüləri açıq isbat olunur. Şərab məclisi Texnologiya Universitetinin 3 korpus deyilən binada təşkil olunubdur. Xan Çinar arağının əks etdirən görüntüləri təsdiqini foto şəkildə görmək olur.
Başı əsassız pul yığımına qarışan ATU-nun rektoru Yaşar Ömərov idarəçiliyi itiribdir. Belə ki, sözü gedən Təhsil ocağında Tələbələrdən təcrübə "pratika"adı altında 1500- 2000 manat, müəllimlərdən 500 manat, 4 kurs Tələbələrdən 500-600 manat məbləğində əsassız pul tələbləri vardır. Bunu təsdiq edən video görüntülər və səs yazıları mövcuddur. Bu mövzuya gələn yazımızda qayıdacayıq.
Dövlət qurumları susur, dəfələrlə ölkə başçısına siqnal verən sosial şəbəkələr, ATU-nun Korrupsiyaner rektoru Yaşar Ömərovu susdura bilmir.
Qida mühəndisliyi fakültəsində olan "Şərab" məclisi 29 aprel 2026 cı il tarixlərində iş saatlarında qeyd olunubdur.
ATU da keçirilən " Şərab " məclisində Universitetin rəhbər şəxsləridə iştirak edibdir. Bir haldaki ölkənin gələcəyini Təhsil ocaqları ququr təəssüflənmək olar ki, o gələcək çirkaba bulaşıbdır.
Ardı var...
TEREF




Xırdalan məktəbində iddialar dərinləşir Sənan Xəlilovun maraqları yoxsa qanunlar: yoxlamadan sonra niyə dəyişiklik olmadı?


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 saylı tam orta məktəblə bağlı səsləndirilən iddialar yeni detallarla daha da diqqət mərkəzinə gəlib. Valideynlərin və ictimaiyyət nümayəndələrinin bildirdiyinə görə, məsələ artıq təkcə ayrı-ayrı hallar deyil, eyni zamanda aparılan yoxlamaların effektivliyi ilə bağlı suallar doğurur.

İddialara əsasən, təxminən iki ay əvvəl Abşeron təhsil sektorunun məsul şəxslərindən biri – Sənan Xəlilov məktəbdə yoxlama aparmaq məqsədilə olub. Bildirilir ki, yoxlamanın əsas səbəblərindən biri Təranə Vəliyevanın sinif rəhbəri kimi fəaliyyəti ilə bağlı məlumatların dəqiqləşdirilməsi olub. Lakin səsləndirilən məlumatlara görə, bu yoxlamadan sonra sözügedən şəxsin fəaliyyətində hər hansı dəyişiklik baş verməyib.

Bu isə haqlı olaraq bir sıra sualları gündəmə gətirir:

əgər məsələ araşdırılıbsa, nəticəsi nə olub?
əgər qanun pozuntusu yoxdursa, bu barədə ictimaiyyət niyə məlumatlandırılmayıb?
əgər pozuntu mövcuddursa, niyə müvafiq tədbirlər görülməyib?

Valideynlər hesab edir ki, belə hallarda şəffaflığın təmin olunmaması təhsil müəssisələrinə olan etimadı zədələyir. Xüsusilə də yoxlama aparıldığı iddia olunan bir məsələdə nəticənin görünməməsi narahatlıq yaradır.

Eyni zamanda, bəzi vətəndaşlar məsələ ilə bağlı fərqli ehtimallar səsləndirsə də, hüquqi baxımdan hər hansı şəxsin maraqlarının dövlət maraqlarından üstün tutulduğunu iddia etmək yalnız rəsmi araşdırma nəticəsində mümkün ola bilər. Bu səbəbdən məsələ ilə bağlı qəti hökm vermək deyil, obyektiv araşdırma aparılması əsas prioritet olmalıdır.

Mövzu ilə bağlı bir daha vurğulanır ki, səsləndirilən bütün fikirlər iddia xarakterlidir və rəsmi qurumların mövqeyi həlledici əhəmiyyət daşıyır. Aidiyyəti qurumların – xüsusilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsələyə münasibət bildirməsi, aparılmış yoxlamanın nəticələrini açıqlaması və zərurət yarandığı halda əlavə tədbirlər görməsi ictimai gözləntilər sırasındadır.

Təhsil sahəsində şəffaflıq və qanunvericiliyə riayət prinsipləri qorunduqca, bu kimi mübahisəli məsələlərin də obyektiv həllini tapacağına ümid edilir. (BnTv.az)

“Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi


Çərkəz Şirinovun rəis müavini təyin edilməsi Məcnun Məmmədovdan gizlin olub

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında qalmaqalların səngimədiyini bildirmişdik.

Bizimesr.com ötən həftə xəbər yaymışdı ki, yaxın günlərdə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin direktor Hikmət Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliklərinə start verəcək.

Bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifəyə qaytarılması gözlənilir.

Bizimesr.com-un əldə etdiyi məumata görə artıq kadr dəyişikliyinə start verilib. Belə ki, vaxtı ilə korrupsiyaya görə işdən çıxarılan və haqqında rəsmi cinayət işi açılan Çərkəz Şirinov “Azəraqrar”ın Qarabağ regional İdarəsinin rəis müavini təyin edilib.

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinovun təyinatı nazir Məcnun Məmmədovdan gizlin həyata keçirilib və gizlədilib.

Hazırda “Azəraqrar”da kadr təyinatlarına direktor Hikmət Hüseynovun müavinləri Həsən Abdullayevlə və Fəxrəddin Qəhrəmanov nəzarət edir.

Bildirilirdi ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olduqlarını tez-tez xatırlatmaqla direktor Hikmət Hüseynovu təsirləri altında saxlayırlar.

Məlumata görə Çərkəz Şirinovun rəis müavini təyin edilməsi müavin Həsən Abdullayevin “səyləri” nəticəsində baş verib.

Məsələilə bağlı araşdırmamız davam edir.

Bizimesr.com

Böyrək transplantasiyası xəstələri dərmansız qalıb- 1 aydır ala bilmirlər



Ölkədə böyrək transplantasiyası keçirmiş insanlar, əsasən uşaqlar həyati problemlə üzləşib.

Bizimesr.az-a daxil olan müraciətdə qeyd olunur ki, böyrək transplantasiyası keçirmiş insanlar təxminən bir aya yaxındır ki, həyat üçün zəruri olan immunosupressiv və digər vacib dərmanları ala bilmirlər. 

Xəstələr qeyd edir ki, transplantasiya olunmuş şəxslər üçün bu dərmanlar həyati əhəmiyyət daşıyır. Həmin preparatlar qəbul edilmədiyi halda orqanizmin köçürülmüş böyrəyi rədd etmə riski artır və bu, birbaşa həyat üçün təhlükə yaradır.

Mövcud vəziyyət isə artıq onlarla pasiyentin sağlamlıq göstəricilərinə mənfi təsir etməyə başlayıb.

Xəstələrin bildirdiyinə görə, dərmanların verilməsində yaranan fasilə səbəbindən analiz nəticələri pisləşir, xüsusilə kreatinin səviyyəsində artım müşahidə olunur. Bu isə böyrəyin funksiyasının zəifləməsi və hətta itirilməsi riskini yüksəldir.

Məsələnin narahatedici tərəfi ondan ibarətdir ki, problem tək-tək hallarla məhdudlaşmır. Eyni vəziyyətin çoxsaylı transplantasiya xəstələri tərəfindən yaşandığı qeyd olunur. Bu isə artıq fərdi deyil, sistemli xarakter daşıyan ciddi tibbi və sosial problem halını alıb.

Həkimlər də vəziyyətin kritik olduğunu vurğulayaraq, bu tip dərmanların fasiləsiz və vaxtında təmin edilməsinin vacibliyini bildirirlər. Mütəxəssislər qeyd edir ki, transplantasiya xəstələri üçün dərman təminatında yaranan hər hansı gecikmə geri dönməz nəticələrə səbəb ola bilər. Bu baxımdan, məsələ yalnız səhiyyə xidməti deyil, birbaşa insan həyatı ilə bağlıdır.

Dövlət xəstəxanalarından vətəndaşlara konkret cavab verilmir və dərmanların nə zaman veriləcəyi məlum deyil.

Qeyd edək ki, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicə və dərman təminatının gücləndirilməsi istiqamətində 2025-ci ilin dekabr ayında 32 milyon manat, bu ilin fevral ayında isə 10 milyon manat vəsait ayrılıb. Bu 42 milyon manatlıq vəsait TƏBİB tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nin xüsusi dövlət proqramı çərçivəsində dərman vasitələrinin satın alınması üçün yönəldilib. Amma faktiki olaraq bu gün böyrək transplantasiyası keçirmiş vətəndaşlar ciddi həyati problemlə üzləşiblər. Onlara 1 aydır dərman verilmir.

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyevdir. O, bu vəzifəyə 2023-cü ilin iyun ayından etibarən rəhbərlik edir.(Bizimesr.az)

Araşdırmalarımız davam edir...

BU QURUMDAKI “QOHUM ŞƏBƏKƏSİ” TƏMİZLƏNİR – Yeznəsi, əmisi oğlu, xalası oğlu…


Bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.

“Qaynarinfo”-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin gəlişi ilə başlayan kadr islahatları çərçivəsində bir sıra vəzifəli şəxslərə, xüsüsən də sabiq sədr Saleh Məmmədovla qohumluq bağlarına məxus şəxslər qurumdan uzaqlaşdırılır.

Ötən gün dərc etdiyimiz xəbərdə də Avtomobil Yollarının Mühafizəsi Xidmətində bəzi rəislərin işdən çıxarıldığı deyilirdi. Onların AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov, həmçinin onun müavinləri (Əvəz İlyas oğlu Qocayev, Hüsnü Ələkbər oğlu Quliyev ) və digər yüksək vəzifəli şəxslərə bağlı olan adamlar olduğu deyilir.
Qeyd olunur ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Həbib Əliyev Saleh Məmmədovun yaxın adamı olub. İşdən çıxarılan xidmətin digər rəis müavini Eyyub Həsənov isə general-polkovnik Bəylər Eyyubovun xalası oğludur.Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi vəzifəsdindən azad edilən Coşqun Qarayev “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur.

İşdən çıxarılan 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun dayısıdır. Səftər İsmayılov özü də vəzifəsindən azad olunması ilə bağlı Vüsal Nəsirliyə ərizə ilə müraciət edib.

“1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin rəhbəri Dilavər Həmzəyev sabiq sədr Saleh Məmmədovun yeznəsidir. MMC ötən həftə ləğv edildiyinə görə Dilavər Həmzəyev işini itirib.
Saleh Məmmədovun vəzifədə olan qohumları arasında – əmisi oğlu, “Bakı 1 №-li Yol İstismarı” MMC-nni rəisi Həmzəyev Zaur Oktay oğlu, xalası oğlu, “10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Araz Bəndəliyev, qardaşı oğlu, “9 saylı Yol İstismarı” MMC-nin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, digər bacısı, “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, kürəkəni, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev də var.

Onların da vəzifələrindən uzaqlaşdırıldığı deyilir.

Həmçinin vəzifələrindən uzaqlaşdırılan şəxslərdən bəzilərinin Azərbaycanda və xaricdə dəyəri milyonlarla manat olan mülklərə sahib olduğu da iddia olunur.

“Qaynarinfo”

Sabiq gömrük rəisi Kənan Məmmədovun “Villa Badam” macərası


Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Kənan Məmmədovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumata görə, sabiq gömrük məmuru, adı hər zaman ölkə mediasıdna müxtəlif qalmaqallarda hallanan Kənan Məmmədov Villa Badam deyilən ərazidən dəyəri 600-800 min manat olan bir neçə ev alıb.
Bununla kifayətlənməyən keçmiş gömrük generalı, əlaqə və maddi üstünlüyündən istifadə edərək Villa Badam kompleksində “zəif bənd” hesab etdiyi şəxsləri sıxışdırmağa başlayıb. Artıq həmin şəxslərdən bəzisinin Kənan Məmmədov tərəfindən məhkəməyə verildiyi bildirilir.

Villa Badam sakinlərini isə əsasən bir məsələ narahat edir: Kənan Məmmədov bu qədər sərvəti necə, hansı yolla əldə edib? Niyə bu şəxs haqqıdna bugünə qədər ölkə mediasında yer alan çoxlu sayda məqalələrdən heç biri araşdırılmayıb? Və ən nəhayət, gec də olsa Kənan Məmmədova “dur” deyən oacaqmı?
Vaxtiylə Kənan Məmmədovla bağlı media yer alan bəzi məqalələrin linkini oxuculara təqdim edirik.(Xalq.online)
Həmin xəbərləri əlavə edirik
https://qafqazinfo.az/news/detail/daha-bir-general-vezifesinden-azad-olundu-374861https://konkret.az/baki-bas-gomruk-idaresinin-reisi-sahibkardan-rusvet-isteyir-kenan-memmedovla-bagli-prezidente-muraciet/
https://modern.az/az/hadise/366954/kirvelerin-milyonluq-gmruk-emeliyyati-generalla-bali-alasimaz-faktlar/

172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR


Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 172 nömrəli tam orta məktəbdə direktorun qəbul saatları ilə bağlı narazılıq yaranıb.
Kommersant.az-a daxil olan məlumata görə, məktəbin direktoru Vəfa Bağırovanın cümə axşamı və cümə günləri saat 14:30-dan etibarən vətəndaş qəbulu keçirməsi nəzərdə tutulsa da, 30.04.2026 tarixində direktor iş yerində olmayıb.

Şikayətçi vətəndaşların bildirdiyinə görə, onlar məktəbə direktorun qəbuluna düşmək üçün müraciət etsələr də, “direktor iclasdadır” cavabını alıblar. Bu halın ilk dəfə baş vermədiyi də qeyd olunur.

Vətəndaşların sözlərinə görə, məktəbin mühafizə xidməti tərəfindən “iclas icra hakimiyyətindədir, direktorun nə vaxt qayıdacağı məlum deyil, gözləməyiniz məsləhət deyil” cavabı verilib.

Məsələnin diqqət çəkən tərəfi isə direktorun hansı səbəbdən iclasa çağırılması ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin direktoru niyə icra hakimiyyətinə çağırdığı ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.

Kommersant.az
Xəbər lenti