Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
Samux rayonunda keçirilməsi planlaşdırılan 3-cü Ərik Festivalı ərəfəsində yerli təhsil müəssisələrindən daxil olan şikayətlər ciddi narazılığa səbəb olub. Redaksiyamıza daxil olan məlumatlara görə, festival bəhanəsi ilə rayonun bir neçə məktəbində kütləvi şəkildə pul yığılması prosesinə start verilib.
Tehsilmedia.info-un əldə etdiyi məlumata əsasən, qanunsuz vəsait toplanması halları xüsusilə Qarayeri qəsəbə 1 saylı məktəb-liseydə daha qabarıq şəkildə özünü göstərir. Bildirilir ki, müəllimlərdən imkanlarına görə 10, 20 və ya 30 manat civarında vəsait tələb olunur. Pullar məktəb rəhbərliyi tərəfindən daxildə təyin olunmuş xüsusi şəxslər vasitəsilə toplanır. Bu kimi halların təkcə cari tədbirlə məhdudlaşmadığı, digər bayram və tədbirlərdə də analoji yığımın təkrarlandığı iddia edilir.
Sözügedən vəziyyət müəllim heyəti arasında böyük narazılığa yol açıb. Qeyd olunur ki, könüllülük prinsipi adı altında aparılan bu proses, əslində məcburi xarakter daşıyır. Pedaqoqlar hər il təkrarlanan bu "ənənənin" dayandırılmasını və təhsil mühitinin bu cür hallardan təmizlənməsini gözləyirlər. Hazırda bu tapşırığın hansı qurum və ya vəzifəli şəxs tərəfindən verildiyi aydınlaşdırılmağa çalışılır.
Qeyd edək ki, Ərik Festivalı hər il iyun ayında Samux rayonunda ənənəvi olaraq qeyd edilir. Lakin dövlət səviyyəsində maliyyələşməli olan bu növ tədbirlərin yükünün müəllimlərin çiyninə qoyulması ciddi qanun pozuntusu kimi qiymətləndirilir.(Tehsilmedia.info)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA: - Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur


