Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Bu barədə MEDİA-dan məlumat verilib.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.
Qeyd edək ki, müsabiqəyə 12 may 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.
Azərbaycan Texnologiya Universitetində (ATU) səhər saatlarında çox sayda ağacın kəsilməsini əks etdirən video görüntülər üzə çıxıb.
32gun.az-a daxil olan daxil olan foto və video materiallardan aydın olur ki, universitetin girişində və inzibati binanın qarşısında yerləşən ağaclar kəsilib.
Məlumata görə, ağacların kütləvi şəkildə kəsilməsi prosesi universitetin daxili həyətində də müşahidə olunur. Universitetin daxili ərazisindəki bəzi ağacların da kütləvi şəkildə kəsilməsini əks etdirən görüntülər mövcuddur.
ATU- nun rektoru Yaşar Ömərov yaşıllıqları qənim kəsilibdir.
Sözü gedən ərazidə quru ağaclar da var, amma nədənsə yaşıl ağaclara qarşı "ekoloji terror" törədirlər.
Yaşıllıqların məhv edilməsi fonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional strukturları baş verənlərə hələ də səssiz qalır.
***
32gun.az-a daxil olan məlumata görə, ümumilikdə 14 ağac kəsilib.
Bakının tanınmış yaşayış komplekslərindən olan “Azure Residenc“e (Meafun) bu günlərdə təkcə komfort deyil, həm də “qanunların necə işləmədiyi”nin canlı nümunəsinə çevrilib. Mediatvaz.com-a müraciət edən sakinlərin şikayətindən sonra redaksiya əməkdaşları hadisə yerində olub, çəkiliş aparıb və ortaya çıxan mənzərə açıq desək, heç də ürəkaçan deyil.
Zirzəmi bağlanıb. Sadəcə qapı kilidlənməyib – işıqlar söndürülüb, müşahidə kameraları deaktiv edilib, giriş bloklanıb. Maraqlıdır ki, məhz həmin zirzəmidə binanın elektrik qovşaqları, su nasosları və istilik sistemləri yerləşir. Yəni fövqəladə vəziyyət baş versə, ilk lazım olan yer elə həmin “bağlı zona”dır. Bundan əlavə, yüzlərlə vətəndaşın daşınar əmlakı (avtomobili) də təhlükə altındadır. Əmlaka hər hansı bir ziyan dəysə müşahidə kameraları olmadığından nə baş verdiyini nə bilmək, nə də sübut etmək mümkün olacaq. Amma görünür, təhlükəsizlik məsələsi kimlər üçünsə prioritet deyil.
Sakinlər bunu artıq “parkinq mübahisəsi” kimi yox, açıq risk kimi qiymətləndirir. Onların sözlərinə görə, 324 ailə faktiki olaraq idarəetmə eksperimentinin içində yaşayır – gah lift dayanır, gah binadaxili sürahilər (eskalator) söndürülür, gah digər texniki sistemlər “səbəbsiz” sıradan çıxır, gah da müxtəlif adlarla ödənişlər tələb olunur. Bütün bunların isə təsadüf olmadığı iddia edilir.
Ən maraqlı və eyni zamanda ən düşündürücü məqam isə başqadır: sakinlərin bildirdiyinə görə, sözügedən MTK məhkəmə qərarı ilə bina üzərində hüququnu itirib. Yəni hüquqi baxımdan məsələ artıq həll olunmuş sayılmalıdır. Amma görünən odur ki, bu qərar kağız üzərində qalıb. Praktikada isə əvvəlki idarəetmə eyni qaydada davam edir.
Bu yerdə sual yaranır: əgər məhkəmə qərarı var və icra olunmursa, problem haradadır? Qanunda, yoxsa onun tətbiqində?
Sakinlər binanı idarə edən Güvənli Servis Management MMC və əlaqəli şəxslərin fəaliyyətindən narazıdır. Onların iddiasına görə, qərarlar sakinlərin iradəsi nəzərə alınmadan qəbul edilir və vəziyyət getdikcə daha da gərginləşir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti-nə dəfələrlə müraciət edildiyi bildirilsə də, sakinlərin sözlərinə görə, hələlik ortada real nəticə yoxdur. Görünür, bu məsələ də “baxılır” statusunda qalmaqda davam edir.
Sakinlər arasında səslənən iddialardan biri də odur ki, adı hallanan Babək Babayev məmur qohumuna arxayın olduğu üçün vəziyyətə bu qədər rahat yanaşır. Onların fikrincə, məhz bu “rahatlıq” məhkəmə qərarına baxmayaraq əvvəlki fəaliyyətin davam etdirilməsinə şərait yaradır. Amma fakt budur ki, bir tərəfdə məhkəmə qərarı, digər tərəfdə isə dəyişməyən reallıq var. Arada isə 324 ailə qalır.
Sakinlər tərəfindən son dəqiqə verilən məlumata görə, medianın gəlişini eşitdikdən dərhal sonra qarajın işığı yandırılsa da Babək Babayevin tapşırığı ilə bəzi şəxslərin giriş kartları bloklanıb.
Qeyd edək ki, sakinlər məhkəmə qərarının icra olunmadığı üçün məsələ məhz bura qədər gəlib çıxdığını deyirlər. Məhkəmə qərarının icra olunmaması isə bütöv bir yaşayış binasının yüzlərlə sakinlərini dövlətin qurumları və qanunları ilə üz-üzə qoyur. Qanunların icrası mı zəifdir, Babək Babayevin “qoruyucu mələyi”mi güclüdür aidiyyəti dövlət qurumlarıın məsələdən xəbərdar olmasından sonra bəlli olacaq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Məsələ ictimai əhəmiyyət daşıdığından Mediatvaz.com olaraq prosesi diqqətdə saxlayacağıq. Görünən odur ki, burada təkcə zirzəmi yox, daha dərin problemlər var. Odur ki, mövzunu davam etdirəcəyik!!!(Mediatvaz.com)
Dünyaca məşhur “fast food” şəbəkəsi KFC-nin Azərbaycandakı fəaliyyəti və satışa çıxarılan məhsulların təhlükəsizliyi ilə bağlı suallar artıb. Son illərdə bu restoran şəbəkəsi tez-tez şikayətlərlə gündəmə gəlir. İstehlakçılar məhsulların bayat və ya tam bişməmiş şəkildə verildiyini bildirirlər. Növbəti belə şikayətlərdən biri də sosial şəbəkələrdə paylaşılıb. Restorana üz tutan müştəri ona təqdim edilən toyuğun çiy, xoşagəlməz qoxulu olduğunu və üzərində qan izləri gördüyünü bildirib. Müştəri narazılığını belə ifadə edib: “O boyda yol gedirik, pul veririk. Amma o qədər iyrəndim ki, artıq toyuğa baxa bilmirəm”. Sözügedən paylaşıma yüzlərlə istifadəçi şərh yazaraq, oxşar vəziyyətlə qarşılaşdıqlarını, satılan ətin çiy və qanlı olduğunu iddia ediblər. Həmin şərhlərdən bir neçəsini təqdim edirik: Qida eksperti İlkin Şirinov Bakupost.az-a bildirdi ki, görüntülərdən toyuğun xarici hissəsi ədviyyatlarla qızardılmış olsa da, daxili hissəsinin çiy qaldığı hiss olunur: “Bunu həm rəngindən, həm də sümük üzərindəki mayedən anlamaq mümkündür. Belə hallar adətən müştəri sıxlığı və sifarişlərin tez çatdırılması səbəbindən baş verir. Bəzən məhsul tam bişmədən təqdim olunur ki, bu da narazılıq yaradır”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, birlik bu məsələdə istehlakçılarla maarifləndirmə işləri aparır: “Xüsusilə azyaşlı uşaqların McDonald’s, KFC kimi məkanlardan istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirik. Bu şirkətlər insanların sıx olduğu yerlərdə aktiv şəkildə təmsil olunurlar. Təəssüf ki, yerli ekoloji məhsullar arxa planda qalır. Belə hallarla bağlı video paylaşan şəxslər mütləq məhsulu haradan aldıqlarını dəqiq göstərməlidirlər. Əks halda, bu cür iddialar rəqib şirkətlərin fəaliyyəti kimi qiymətləndirilə bilər. Vətəndaşlara tövsiyə edirik ki, 1100 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsinlər”.
Bir müddət bundan əvvəl millət vəkili Əlibala Məhərrəmzadəyə məxsus “A and J Holding”in mülkiyyətində olan “Şahdağ” hotel kompleksinin binasında qanunsuz tikinti aşkarlanması barədə xəbər təqdim etmişdik.
Quba şəhəri Lütfizadə küçəsində yerləşən həmin hotelin 6-cı mərtəbəsində layihədən kənar aparılan tikinti-quraşdırma işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşkarlanmışdı. Məlumatın yayılmasından sonra millət vəkili mətbuat vasitəsi ilə bu xəbəri təkzib edən açıqlamalar verərək həmin hoteldə heç bir qanunsuz tikintinin olmadığını bəyan etmişdi.
Əlibala Məhərrəmzadənin mətbuat vasitəsi ilə cəmiyyətə bu xəbərin yalan olduğu barədə açıqlamalarının verildiyi 28 aprel tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28 aprel 2026-cı il tarixli qərarı ilə bəhs etdiyimiz həmin hoteldəki tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərar çıxarılıb.
Hər yalan öz içində ifşasının tarixini daşıdığı kimi, Əlibala Məhərrəmzadənin də “qanunsuz deyil” açıqlamasını bəyan etdiyi həmin gündə, həmin tarixdə açıqlamanın yalan, tikintinin isə qanunsuz olduğu elan olundu.
Bu, FHN-nin deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində, amma qardaşının adında olan “A and J Holding” barəsində elan etdiyi ilk qərar deyil. Şirkətin Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında inşa etdiyi tikililərin dayandırılması barədə 27 oktyabr 2023-cü il, 30 yanvar 2025-ci il və 19 noyabr 2025-ci il tarixli üç qərarı olmasına baxmayaraq, tikintilər davam etdirilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi artıq bu barədə FHN-nin əməliyyat-istintaq idarəsinə müraciət edib. Həmin faktla əlaqədar olaraq Quba RPŞ-nin istintaq bölməsində də cinayət işi açılıb, iş icraata götürülüb.“7Times.az”
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb.
Bərdə səhiyyəsində özbaşınalıqlar və şübhəli maliyyə əməliyyatları baş alıb gedir. Anaxeber.info.az-a verilən məlumata görə, rayonun doğum evi ilə bağlı yeni faktlar üzə çıxıb. Məlumata görə, Bərdənin doğum evində Baxşeyiş həkimin şəxsi vəsaiti hesabına alınan aparat uğrunda mübarizə gedir. Belə ki, həmin aparatla bağlı direktor müavini Vasif hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirilir ki, rayon prokurorluğun və polisinə şikayət edərək sözügedən aparatın doğum evinin anbarına qoyulmasını tələb edir. Halbuki həmin avadanlıq Baxşeyiş həkimin öz vəsaiti hesabına alınıb və doğum evinə məxsus deyil. Məlumatda deyilir ki, hətta bu şikayətin ardınca aparat təmirdən geri qaytarılıb və doğum evinin anbarına qoyulub. Burada əsas məqsəd isə odur ki, xəstəxanaya maliyyə yoxlaması gələndə doğum evinin müdiri Tünzalə Bəşirova və müavini Vasif həkimə bir problem yaranmasın. Bərdə doğum evində qalmaqala səbəb olan bu hadisə indi bir məsələni açıq qoyur: Bərdə səhiyyə şöbəsi nə vaxtsa bu aparatdan alıbmı? Və alıbsa harada istifadə olunub? Üstəlik, təşkilatın direktoru olduğu halda Vasif doktor və Tünzalə xanım bu məsələyə görə niyə canfəşanlıq edirlər? Bütün hallarda məsələnin araşdırılmasına ehtiyac var. Çünki Baxşeyiş həkimin öz cibinin pulu ilə aldığı aparatı əlindən alaraq doğum evinin anbarına yerləşdiriblər, bu azmış kimi, avadanlığın tibb ocağına aid olduğunu həyasız şəkildə iddia edirlər. Görünür ki, dövlətin vəsaiti ilə alınmış, yaxud heç alınmayıb pulu yeyilmiş avadanlığın yerini Baxşeyiş doktorun aldığı ilə doldurmağa, öz qanunsuz hərəkətlərini isə ört-basdır etməyə çalışıblar. Qeyd olunur ki, məsələ barədə Səhiyyə Nazirliyindən, TƏBİB-dən və TƏBİB-in Bərdə rayon Mərkəzi Xəstəxanasından araşdırma aparılması xahiş olunur. Bu yoxlama nəticəsində müəyyən edilə bilər ki, vətəndaşa aid aparat hansı firmadan və neçənci ildə alınıb. Азер Талибов Anaxeber.info.az
Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.
Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.
Xatırladaq ki, "Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Azərbaycanda dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləridir.
“DİA-AZ olaraq İsmayıllı Rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırdıq.
Məlum olub ki, 2025-ci ildə rayondakı dövlət qurumları ilə şirkətlər arasında 30 satınalma müqaviləsi bağlanıb və ümumi dəyəri 5 milyon 668 min 213 manat olan müqavilələr imzalanıb. Cari ildə isə tenderlərlə bağlı rayondakı müxtəlif dövlət qurumları ilə şirkətlər arasında ümumi dəyəri 7 milyon 639 min manat olan 3 satınalma müqaviləsi bağlanıb. Son iki ildə hələlik ən böyük tenderi “İsmayıllı Tikinti-27” ASC şirkəti qazanıb. Şirkət İsmayıllı rayonunun İvanovka kəndində 1 250 hektar ekin sahəsinin suvarma suyu ilə əldə edilməsinin yaxşılaşdırılması işləri üzrə tenderi qazanıb və 7 milyon 750 min manatlıq müqavilə imzalanıb. Qalib şirkət İsmayıllı rayonundakı dövlət sifarişlərində aktiv iştirak edir. Belə ki, şirkət 2025-ci ildə İsmayıllı Rayon İH-nin üç tenderinin qalibi olub və şirkətlər cəmi dəyəri 249 min manat olan müqavilələr imzalanıb. Rayonda ikinci böyük tenderi “Fərid Firması” qazanıb. Bakı şəhərində, Yevlax, Göygöl, İsmayıllı və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri həyata keçirən şirkətlə «Qaçqınkom»Tikilməkdə olan Müəssisələr Müdiriyyəti arasında 1 milyon 282 min manatlıq müqavilə imzalanıb. İsmayıllıda dövlət sifarişlərində digər aktiv şirkət “Huseynli Partners Architecture and Construction” MMC-dir. Bu şirkət İsmayıllı Rayon İHnin 3 tenderini qazanıb. Bu müqavilələr şirkətə 22 min manat qazandırıb. Birinci tender İsmayıllı rayonunda yolların əsaslı təmir işlərinin görülməsi üçün layihə-Smeta sənədlərinin satın alınması, ikinci və üçüncü tenderlər isə İsmayıllı rayonunda büdcə vəsaitlərinin abadlıq işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin satın alınması ilə bağlı idi. Rayonda daha bir iri tenderi isə “ATF” MMC udub. İsmayıllı Rayon İH MMC-ə 2 dəfə İsmayıllı şəhərinin prospekti və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işlərini həvalə edib, 686 min manatlıq və 390 min manatlıq müqavilələr imzalayıb. Onu da qeyd edək ki, hazırda İsmayıllı rayonu Nahid Bağırovun idarəçiliyi altındadır və yuxarıda adlarını çəkdiyimiz “tender qalibləri” isə əslində möhtərəm başçının TENDER ORTAQLARI da hesab olunur.