Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?


Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb.
Bu barədə Tiraj.az-a hadisə şahidləri məlumat verib.
Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb.
Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkənar göndəriş yazdırdırdıqarını görüb, davranışa etiraz ediblər. Xəstəxana mühafizəçilərinin növbə gözləyən vətəndaşlara kobud davranışı sonradan əlbəyaxa davaya çevrilib.
Məsələ ilə bağlı TƏBİB-dən sorğuya cavab almaq mümkün olmayıb.

Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR


Rəşad Ismayılov Ekologiya və Təbii Sərvətlər naziri təyin olunandan sonra ölkəmizdə ekoloji problemlər bir az da artmağa başladı.
Buna misal olaraq 1 saylı Regional Ekologiya Idarəsinin rəisi və əməkdaşlarının razılığı ilə Masallı ərazisində yaşıl ağaclar kəsilərək yerində tikinti işləri aparılır. Şikayətçi olanda da , gəlib yerli ekoloqlar bir xırda cərimə yazıb ört-basdır edirlər.

Son bir neçə gün ərzində Masallı şəhərində "Köhnə bazar" adlanan ərazidə ağaclar kəsilərək yerində tikinti üçün hazırlıq işləri aparılır.

Masallı ərazisində belə yerlər çoxdur

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Nyus.Az



Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş


Ədliyyə Nazirliyi "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.


Müqavilədə 3 ədəd "BMW” markalı avtomobil üçün servis xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 13 551,59 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Bu barədə şirkətin saytında qeyd olunub.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı 5325 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. "İmprotex Motors”un qanuni təmsilçisi isə Ələkbərov Füzuli Həsən oğludur.


Şirkət premium avtomobillərin satışını həyata keçirir və servis xidməti göstərir. Füzuli Ələkbərova gəlincə, o, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.


Keçmiş nazir 1991-ci ildə "İmprotex" şirkətini təsis edib.


Daha sonra şirkət holdinqə çevrilib və "İmprotex Group" adı altında fəaliyyət göstərib. "İmprotex Motors" MMC də "İmprotex Group" MMC-yə daxildir.


Bizimesr.az

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.

Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.

Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də "inkişaf"ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər. Odur ki 4 aprel günü vasitəsilə dünya icmalarının diqqətini həmin problemə cəlb etmək nəzərdə tutulur.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) dünya təşkilatının mənzil-qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir.

Azərbaycan da mina problemindən əziyyət çəkən ölkələrdəndir. 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. Azərbaycanda 1991-ci ildən indiyədək 3400 nəfər mina qurbanı olub. Onlardan 362-si uşaqlar və gənclər, 38-i qadındır.

2020-ci ildə Vətən müharibəsindən sonra isə Azərbaycanda 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə qayıdışına mane olur.

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək


Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Prezidentin paylaşımı Azərbaycan və fars dillərində olub.

M.Pezeşkian aprelin 3-də "X" sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir


“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) tez-tez baş verən kadr dəyişiklikləri artıq adi hala çevrilib. Qurum daxilində sistemsizlik və idarəetmədəki problemlər rəhbərliyi davamlı olaraq yeni təyinatlara getməyə məcbur edir.

Bizimesr.az-a daxil olan məlumata görə, ADY sədri Rövşən Rüstəmov mövcud vəziyyətdən çıxmaq üçün mütəmadi kadr dəyişiklikləri edir. Lakin bu addımlar hələlik problemi kökündən həll etmir. Bildirilir ki, vəzifəyə gətirilən şəxslər ya işin öhdəsindən gələ bilmir, ya da qısa müddətdən sonra öz istəkləri ilə vəzifədən uzaqlaşırlar.

Mənbənin sözlərinə görə, qurum daxilində olduqca qarışıq və parçalanmış idarəetmə sistemi formalaşıb. Belə ki, ADY-nin bir sıra səlahiyyətləri müxtəlif özəl şirkətlər arasında bölüşdürülüb. Bu isə vahid idarəetməni zəiflədir, qərarların icrasını çətinləşdirir və ümumilikdə sistemin dayanıqlığına ciddi zərbə vurur.

Bu fonda ADY-də növbəti təyinat həyata keçirilib. Qurumun rəhbəri Rövşən Rüstəmov tərəfindən imzalanan əmrlə Yusif Qəmərli Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin müdiri təyin olunub.

Qeyd edək ki, Yusif Qəmərli bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.

ADY-də ard-arda edilən bu təyinatlar cavabsız qalan bir sualı yenidən gündəmə gətirir - Problem şəxslərdədir, yoxsa sistemin özündə?

Bizimesr.az

Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...


Patrul.az redaksiyasına videogörüntü göndərən vətəndaş Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanında aparılan tikinti işləri ilə bağlı narahatlıq doğuran məqamları diqqətə çatdırıb. İddialara görə, tikinti zamanı ərazidə yerləşən ağaclar kütləvi şəkildə məhv edilir, eyni zamanda işçilər üçün zəruri təhlükəsizlik tədbirləri görülmür.

Redaksiyamıza təqdim olunan videogörüntülərə baxış zamanı qazıntı işləri aparılan sahədə bir neçə ağacın zərər gördüyü açıq şəkildə müşahidə olunur. Həmçinin tikinti prosesində təhlükəsizlik qaydalarına əməl olunmaması diqqətdən yayınmır.

Məsələni yerində araşdırmaq üçün Patrul.az əməkdaşları qeyd olunan ünvana yollanıb. Çəkiliş zamanı özünü təqdim etməyən şəxs tərəfindən prosesə maneə yaradılmağa cəhd edilib. Ərazidə tikinti ilə bağlı məlumat lövhəsinin olmaması səbəbindən hansı layihənin həyata keçirildiyini müəyyən etmək mümkün olmayıb. Ərazi hasara alındığı üçün əməkdaşlarımızın içəri daxil olmasına da icazə verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı ərazidə hər hansı rəsmi açıqlama verən şəxsə rast gəlinməyib. İddiaların araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti qurumların səlahiyyətinə daxildir.

VİDEO LİNKDƏ: https://dia-az.org/manset/477271-nizami-bashsiz-qalib-agaclari-kesen-kesenedir.html

Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO


Son günlər sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət edənlərin sayı artmaqdadır.

“TikTok”da başına gələnlərlə bağlı məlumat verən şəbəkə istifadəçisi “Kontakt Home” tərəfindən aldadıldığını qeyd edib.

O bildirib ki, 2025-ci il dekabrın 31-i aldığı “iPhone” telefonu ilə birlikdə onun USB və şarj başlığını kreditlə götürüb. Buna baxmayaraq, artıq 1 aydır ki, qutunun içində qadına satılan USB naqili işləmir. Yaranan problemlə əlaqədar “Kontakt”ın qaynar xəttinə müraciət edib. Şirkətin əməkdaşları qadın müştərini “Kontakt”ın əməkdaşlıq etdiyi servisə yönəldib. Servisdə isə USB naqili analiz edilməyib və müştəriyə şarj cihazının başlığını təmir edə biləcəklərini, USB-ni qəbul etməyəcəklərini bildiriblər. Müştəri yenidən “Kontak”ın qaynar xətti ilə əlaqə saxlayıb və servisin məhsulu təmirə qəbul etmədiyini bildirib. Şirkətdən qadına verilən cavab isə “yalnız telefona zəmanət verilir, aksesuara yox” olub. Qadın paylaşdığı videoda qeyd edib ki, USB-nin saxta olması dəqiqdir, çünki “Apple” şirkətinə məxsus bütün USB naqilləri yumşaqlığı və əsnəkliyi ilə seçildiyi halda, ona verilən naqil sərtdir. O məhsulu qutusunda aldığı üçün bu məsələyə diqqət etməyib. Xanım videodan sonra ona “Kontakt Home”dan əlaqə vasitələri və digər şəxsi məlumatlar istədiyini bildirir. O vurğulayıb ki, “Kontakt”ın müraciətinə baxmayaraq, hələ də yaranan problem həllini tapmayıb.

Xanımın videosunun altına rəy yazan vətəndaşlar da “Kontakt Home” şirkətinin müştərilərini ilk dəfə aldatmadığını, belə halların dəfələrlə baş verdiyini qeyd edib.(Avtosfer.az )

Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı

Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı

Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər:

Bağırov Ceyhun Əkbər oğlu – polkovnik

Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik

Məmmədov Süleyman Abdulla oğlu – mayor

Abdulov Səyahət Namik oğlu – kapitan

Salahov Nurlan Bilal oğlu – kapitan

Ağayev Hüseyn Osman oğlu

Cəfərov Vüsal Nurəddin oğlu

Cəlilov Şahin Səhlədar oğlu

Əliyev Rəşad Radin oğlu

Əliyev Fədai Azər oğlu

Hüseynov Azər Fehruz oğlu

Hüseynov Xaliq Araz oğlu

Hüseynov Namiq Əbdülrəhim oğlu

Hüseynov Nizami Rasim oğlu

İsayev Raqif Deputat oğlu (ölümündən sonra)

Qasımov Ruslan Teymur oğlu

Qasım-zadə Orxan Əhməd oğlu

Məmmədov İldırım Məhərrəm oğlu

Məmmədov Kamran Nadir oğlu

Mirzəyev Babək Vəkil oğlu

Namazov Füzuli Hidayət oğlu

Rəhimov Rəhim Naib oğlu

Səfiyev Bəhruz Tofiq oğlu

Süleymanov Həşim Ramiz oğlu

Zülfüqarov Namiq Tofiq oğlu.
Xəbər lenti