Son xəbər

Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...

3.04.2026 18:16 29
Gündəm / Cəmiyyət

Patrul.az redaksiyasına videogörüntü göndərən vətəndaş Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanında aparılan tikinti işləri ilə bağlı narahatlıq doğuran məqamları diqqətə çatdırıb. İddialara görə, tikinti zamanı ərazidə yerləşən ağaclar kütləvi şəkildə məhv edilir, eyni zamanda işçilər üçün zəruri təhlükəsizlik tədbirləri görülmür.

Redaksiyamıza təqdim olunan videogörüntülərə baxış zamanı qazıntı işləri aparılan sahədə bir neçə ağacın zərər gördüyü açıq şəkildə müşahidə olunur. Həmçinin tikinti prosesində təhlükəsizlik qaydalarına əməl olunmaması diqqətdən yayınmır.

Məsələni yerində araşdırmaq üçün Patrul.az əməkdaşları qeyd olunan ünvana yollanıb. Çəkiliş zamanı özünü təqdim etməyən şəxs tərəfindən prosesə maneə yaradılmağa cəhd edilib. Ərazidə tikinti ilə bağlı məlumat lövhəsinin olmaması səbəbindən hansı layihənin həyata keçirildiyini müəyyən etmək mümkün olmayıb. Ərazi hasara alındığı üçün əməkdaşlarımızın içəri daxil olmasına da icazə verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı ərazidə hər hansı rəsmi açıqlama verən şəxsə rast gəlinməyib. İddiaların araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti qurumların səlahiyyətinə daxildir.

VİDEO LİNKDƏ: https://dia-az.org/manset/477271-nizami-bashsiz-qalib-agaclari-kesen-kesenedir.html

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul