ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) tez-tez baş verən kadr dəyişiklikləri artıq adi hala çevrilib. Qurum daxilində sistemsizlik və idarəetmədəki problemlər rəhbərliyi davamlı olaraq yeni təyinatlara getməyə məcbur edir.
Bizimesr.az-a daxil olan məlumata görə, ADY sədri Rövşən Rüstəmov mövcud vəziyyətdən çıxmaq üçün mütəmadi kadr dəyişiklikləri edir. Lakin bu addımlar hələlik problemi kökündən həll etmir. Bildirilir ki, vəzifəyə gətirilən şəxslər ya işin öhdəsindən gələ bilmir, ya da qısa müddətdən sonra öz istəkləri ilə vəzifədən uzaqlaşırlar.
Mənbənin sözlərinə görə, qurum daxilində olduqca qarışıq və parçalanmış idarəetmə sistemi formalaşıb. Belə ki, ADY-nin bir sıra səlahiyyətləri müxtəlif özəl şirkətlər arasında bölüşdürülüb. Bu isə vahid idarəetməni zəiflədir, qərarların icrasını çətinləşdirir və ümumilikdə sistemin dayanıqlığına ciddi zərbə vurur.
Bu fonda ADY-də növbəti təyinat həyata keçirilib. Qurumun rəhbəri Rövşən Rüstəmov tərəfindən imzalanan əmrlə Yusif Qəmərli Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin müdiri təyin olunub.
Qeyd edək ki, Yusif Qəmərli bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.
ADY-də ard-arda edilən bu təyinatlar cavabsız qalan bir sualı yenidən gündəmə gətirir - Problem şəxslərdədir, yoxsa sistemin özündə?
Bizimesr.az
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur
TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
Adil Əliyev də Mais Məmmədova bata bilmədi - Oliqarx MKTB rəisi kimdir?
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib


