Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
Ədliyyə Nazirliyi "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Müqavilədə 3 ədəd "BMW” markalı avtomobil üçün servis xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 13 551,59 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Bu barədə şirkətin saytında qeyd olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı 5325 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. "İmprotex Motors”un qanuni təmsilçisi isə Ələkbərov Füzuli Həsən oğludur.
Şirkət premium avtomobillərin satışını həyata keçirir və servis xidməti göstərir. Füzuli Ələkbərova gəlincə, o, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.
Keçmiş nazir 1991-ci ildə "İmprotex" şirkətini təsis edib.
Daha sonra şirkət holdinqə çevrilib və "İmprotex Group" adı altında fəaliyyət göstərib. "İmprotex Motors" MMC də "İmprotex Group" MMC-yə daxildir.
Bizimesr.az
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Zaur Mikayılovun şübhəli tenderləri -vergi borcu olan şirkət, naməlum qaliblər və milyonlarla manatlıq müqavilələr
İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
İcra başçısı Novruz şənliyində 17 min manatlıq qoz-fındıq, şəkərbura, yumurta yeyib
Tanınmış aparıcının həyat yoldaşına 2,4 milyonluq sifariş (FOTO)


