Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video


Fevral ayında vəzifəsindən azad edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun Mingəçevir şəhər Mərkəzi Xəstəxanasındakı adamı Ülfət Qurbanov həkimlərin başına oyun açır.

Bu barədə haqsız yerə işdən çıxarılan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi kardioloq Gülü Namazova bildirib. O qeyd edib ki, 4 ildir çalışdığı xəstəxanadan Ülfət Qurbanov onu heç bir səbəb olmadan çıxarıb:

“Mən Mingəçevir Mərkəzi Xəstəxanasında 4 il çalışmışam. Bu ilin yanvar ayında Vüqar Qurbanovun adamı Ülfət Qurbanov adımda heç bir izahat, töhmət, işə gecikmə halı olmadığı halda işimə xitam verib. Mən bu haqsızlığa görə çəkiliş edirəm.
Hörmətli Anar Bayramov, Mingəçevir Mərkəzi Xəstəxanasında heç də hər şey göründüyü kimi deyil. Ülfət Qurbanov bu xəstəxanada “at oynadır”. Kimi istəyir işdən çıxarır, iclaslarda işçiləri təhqir edir”.

Məsələ ilə bağlı Mİngəçevir şəhər Mərkəzi Xəstəxanası ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.(Tribuna.az)

Ayağında 3 barmağı var, onlar da yararsız - Hərbi xidmətə göndərdilər


Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib.

Bizimesr.az bildirir ki, bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O qeyd edib ki, F. Abbasquliyev daha əvvəl bir neçə dəfə hərbi komissiyadan keçsə də, yararsız kimi xidmətə göndərilməyib. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinəsindən sonra onun yararlı olduğu müəyyənləşib:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi vətəndaşı yoxlanış üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərib. Orada vətəndaşın hərbi xidmətə yararsız olması barədə rəy verilib. Xidmət bu rəyə əsasən onu yararsız kimi orduya göndərməyib. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən vətəndaşı müayinə edib və bu müayinədən sonra onun 3 barmağı olub 5 barmaq. Həmin rəyə əsasən, onu avtobusa əyləşdirib hərbi xidmətə yola salıblar”.(Bizimesr.az)

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)


“Aqrar tədarük və təchizat” ASC-nin adı bir Bir mənbədən satınalmada vasitəçi kimi hallanır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Körpələr Evi “Qubadoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Ərzaq məhsullarının alınması ilə bağlı müqavilə bağlayıb. 16.04.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında Bir mənbədən olmaqla bağlanan müqavilənin dəyəri 316.335.05 AZN-dir...
Bu istiqamətdə oxucularımızın Yenixeberorg.com-a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə 1 Nömrəli Körpələr Evi yuxarıda qeyd etdiyimiz iş üzrə müvafiq satınalma müsabiqəsi elan etmədən, bir mənbədən olmaqla “Qubadoğlu” MMC ilə müqavilə bağlayıb.
Uşaq bağçası, körpələr evi 1 saylı uşaq körpə evi, Bakı, foto

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
İndi isə sual olunur: 1 Nömrəli Körpələr Evinin Ərzaq məhsullarının alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “Qubadoğlu” MMC ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, 1 Nömrəli Körpələr Evi tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
Söhbət hansı ərzaq məhsullarından gedir?
“Qubadoğlu” MMC-nə niyə üstünlük verilib? Və s...
Qubadoğlu” MMC ilə bağlı...
Bu şirkətlə bağlı internet üzərindən apardığımız araşdırmalarla maraqlı faktlar üzə çıxdı:
Məlum oldu ki, “Qubadoğlu” MMC Ağcabədi rayonu Aşağı Avşar kəndində ət kəsimi-satışı ilə məşğul olur. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirəcək ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.qurbanliq.satish.az linkə daxil olmaqla əldə etmək olar.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QUBADOĞLU” (VÖEN: 1604035851) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2020-ci il tarixdə 8 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, 1-Cİ KÖNDƏLƏN, ev 23, m. 4/1A, qanuni təmsilçisi kimi isə Məhərrəmov Vüsal Qubad oğlu qeyd olunub.

Bundan əlavə elektron medianın 2024-cü ilin fevralında yaydığı yaydığı məlumata görə “Qubadoğlu” MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb. İşə Nizami Rayon Məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Daha bir məlumatda isə “Qubadoğlu”MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb. İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. Hüseyn Hüseynli iş üzrə hakim təyin edilib.
Qeyd edək ki, 483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tulur.
Göründüyü kimi, “Qubadoğlu” MMC-nin adı təkrar olunan bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır.
Adı dəfələrlə məhkəmə müstəvisində hallanan “Qubadoğlu” MMC ilə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq mümükün deyil?) Heç bir əlaqə vasitəsinin olmaması faktı da dövlətin milyonlarla vəsaitinin belə bir şirkətə etibar edildiyinə ciddi şübhələr doğurur...
Cavabsız suallar...
Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə 1 Nömrəli Körpələr Evinin baş həkimi Dürdanə xanım Budaqovaya online rəsmi sorğu ünvanladıq...
Aydın və azsaylı suallarımız belə idi:
1. 1 Nömrəli Körpələr Evinin Qubadoğlu MMCilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilibmi? Əgər belə deyilsə, bu satınalmada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci və 49-cu maddələrinin tələblərinə nə dərəcədə əməl edilib və bir mənbədən satınalma hansı zərurətdən olub?
2. Əgər satıalma elan olunubsa, satınalma komissiyasında neçə nümayəndəniz olub, kimlərdir və sədr kimdir?
3. Müsabiqədə neçə iddiaçı iştirak edib, hansılardır və “Qubadoğlu” MMC hansı üstünlükləri ilə qalib olub?
4. “Qubadoğlu” MMC-ninanaloji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
5. “Qubadoğlu” MMC-ninson birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı (Vergi borcu ilə bağlı.) və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?
6. “Qubadoğlu” MMC-ninmüvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

Təəssüf ki, sorğumuzda yer alan suallara aydınlıq gətirilmədi... Cavab məktubunu ümumi söz yığını da adlandırmaq olar: Bildiririk ki, butun müqavilələr və satınalma prosedurları Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanununa və müvafiq qaydalara tam uyğun olaraq təmin edilib. Əgər iddianızda konkret pozuntular varsa, nəzərinizə çatdırmaq istərdik ki, satınalma proseduru “Aqrar Tədarük və Təchizat” ASC-nin vasitəçiliyi ilə bağlanmış müqavilə yolu ilə həyata keçirilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, bağlanmış müqavilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi saytrnda yerləşdirilmişdir. Xidmət satınalma proseslərini araşdırmaq və qərar qəbul etmək səlahiyyətinə malikdir.
Hörmətli Baş həkimə xatırlatma...
Əvvəla, hörmətli Baş həkimə xatırlatma xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!(Yenixeberorg.com:)
Uşaq bağçası, körpələr evi 1 saylı uşaq körpə evi, Bakı, foto

Vəfa Hüseynzadə ilə 150 min manatlıq sövdələşmə: Gülnarə Rəhimova ilə bağlı ilginc faktlar…

TƏBİB-in rəhbərinin işdən ayrılması xəbəri ilə yanaşı, onun işlədiyi dövrdə baş verən neqativ hallar haqqında da, ətraflı yazıldı

İndi isə sizlərə TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun işdən çıxmadan 1 gün öncə işlədiyi qanunsuz əməlindən, özü də ən son gündə Azərbaycan Səhiyyəsinə vurduğu ən pis ziyanından danışmaq istərdik.

Belə ki, ölkə səhiyyəsinə hörməti olan heç bir rəhbər belə bir təyinata imza atmazdı, onsuzda imza atmamışlar, çünki Vüqar Qurbanov bu təyinatı TƏBİB-in Müşahidə Şurasının qərarı olmadan, təkbaşına bütün qaydalara zidd şəkildə vermişdir. Əcabə Niyə? Nəyə görə? Nə qarşılığında?.

Söhbət 16 fevral 2026-cı il tarixdə yəni Vüqar Qurbanovun vəzifədən azad edilən günü, Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunması haqqında da xəbər paylaşıldı və bu vəzifəyə Əhmədov Fikrət Əli oğlu təyin edildiyi bildirildi. Lakin, həmin gün Nizami Tibb Mərkəzinə 2-ci bir təyinat da, olmuş və bu təyinat ictimaiyyətə açıqlanmamışdır.
Belə ki, Mərkəzə direktor müavini və doğum evinə yeni baş həkim təyin edilmiş və bu şəxs
Mama-ginekologiya sahəsində işləsədə bu sahədən çoxda məlumatı olmayan Rəhimova Gülnarə təyin edilmişdir.
Çoxda məlumatı olmayan yazdıq çünki, əldə etdiymiz məlumatlar bu adamın bildiyi ən yaxşı iş doğum evinin əvvəlki rəhbəri və hazırda Nizami tibb Mərkəzinin direktoru olun Vəfa Hüseynovanın “qara kassası” olmaqla pul toplamaqdan ibarətdir.

Doğum evində bütün kollektiv bilir ki, ora müraciət edən bütün xəstələr mütləq Rəhimova Gülnarəyə’ yönəldilməlidir, onunla görüşdürülməlidir, bundan sonra, o da, öz kefinə uyğun baxır pulunu danışır və həkimlərə, yəni işinin professionalı olanlara əsl həkimlərə yönləndirir, həmin həkimlərdə məcburən o xəstələri əməliyyat və digər prosedurları edir, yekunda da,

Gülnarə “həkim” nə versə qəbullanırlar. Gülnarə doktor o qədər ədalətlidir ki, hətta xoşuna gəlməyən həkimlərədə xəstə verir əlbəttə də ki, pul verməyənləri, haqqını tələb edənləri, qanunları bilənləri bu tip xəstələri həkimlər, doğurdan öz sahəsinin peşəkarlar arasında bölüşdürür.

Məhz belə səbələrə görə bu doğum evində işləyən işini peşəkarı və ən əsası adamı olan həkimlər bu xəstəxandan uzalaşdılar. Yəni bir sozlə sanki doğum evi yox, Şəmkirin Kolxoz bazarıdır, “Bazarkom”da öz işində. Hələ bu azmış kimi, Vəfa Hüseynovanın idarəetməsi altında işləməsinə baxmayaraq, hər kəlməsində doğum evində düzgün iş qurulmadığını, əvvəlki baş həkimi, indiki direktorunun düzgün iş qurmadığını, onun qoyduğu qaydaların tam qanunsuz olduğunu bildirməklə yanaşı bu “tanınmış doktorcuq” işinin professionalı olan, öz peşələrini sevən həkimlərimizi də, onun kefinə uyğun davarmayacaqları halda işdən qovacağı ilə hədələyir. Onları işdən atacağını, onlara “göstərərəm” deyə təhdid etməsi, onlara əsl işin necə qurucağını, iclaslarda öz tipinə uyğun bazar alverçilərinin dili ilə danışmaqla ölkə səhiyyəsinə əsl üzqarası olduğunu göstərir. Yuxarıda da, qeyd edtik Niyə? Nəyə görə? Onun da cavabı var – Rəhimova Gülnarə öz dilindən bəzi həkimlərin yanında bu vəzifə üçün V.Hüseynova vasitəsilə Vüqar Qurbanova 150 000,00 (yüz əlli min) manat verdiyini demişdir. Ona gördə onun təyinatı TƏBİB-in müşahidə şürasından və ictimaiətdən gizlədilmişdir.

Hal hazırda Rəhimova Gülnarə bazarkomlar kimi, xəstəxanada mühafizə (öz tibb bacısı, özəl) ilə gəzir. Ümid edirik ki, TƏBİB-in indiki rəhbərliyi bu məsələni nəzarət götürərək ən azından, əvvəlki xələfinin 1 gün əvvəl etdiyi səhvin aradan qaldırılmasına cəhd göstərəcəkdir.

Bundan başqa əvvəllər bu doğum evində işləmiş lakin müəyyən səbələrdən 2 il əvvəl burdan qovulmuş, sonradan Sabunçu və Xəzər Tibb mərkəzlərinə işə düzəlmiş, lakin ordan da qovulmuş (deyilənə görə rüşvət, x) bir həkim Anestezioloq-reanimatoloqu təkrar bura işə götürməyə hazırlıq gedir.

Həmin həkim də, artıq hər yerdə hamıya 30 000, (otuz min) manat ödədiyini, hətta şöbə müdiri olacağını bildirmişdir.Sabunçu və Xəzər Tibb Mərkəzlərinə 25 000, (iyirmi beş min) manat ödəyərək işə girdiyini, işdən çıxanda isə direktorlara onlara pul verərkən səslərinin yazdığını bildirərək şantaj etmiş və pulunu geri istəmişdir.

.Bu “qoçaq” həkim haqqında da, əvvəlki fəaliyyəti və məcaraları barədə ətraflı məlumat veriləcək.
Paytaxt.org

VİDEO LİNKDƏ: https://xalq.online/vefa-huseynzade-ile-150-min-manatliq-sovdelesme-gulnare-rehimova-ile-bagli-ilginc-faktlar

İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ


Ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan Natella Məmmədovaya Naxçıvanın Şahbuz rayon İcra Hakimiyyəti problem yaratmağa davam edir.

Tribuna.az-a bu barədə məlumat verən şikayətçi bildirib ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün onlar ən sadə dolanışıq problemini belə həll edə bilmirlər.
İki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan N.Məmmədova uzun müddətdir maddi sıxıntı səbəbindən özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyir. Lakin Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur, müxtəlif bəhanələrlə ailəyə problem yaradır.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir. Bildirirlər ki, yola yaxın yerdə belə tikinti aparmaq olmaz:

“Bizim yol kənd yoludur. Bu dövlət əhəmiyyətli yol deyil ki, icazə verməsinlər. Biz dövlət əhəmiyyətli yola yaxın dükan tikmirik ki. Qanunlardan da xəbərimiz var. Bizim sadə dolanışığımız üçün tikmək istədiyimi dükan kənd yoluna yaxındır. O yol da dövlət əhəmiyyətli sayılmır. Ancaq icra hakimiyyəti bunu nəzərə almır. Boş və qanunsuz formada bizə icazə vermirlər”.

Mövzu ilə bağlı Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, şəhid ailələrinə və qazilərə dövlət qayğısı var və hər hansı məmur səlahiyyətlərindən sui-istifadə edərək onları incitməklə, süründürməklə dövlətin maraqlarına zidd addım atmış sayılır.
Hüquq müdafiəçisi hesab edir ki, Şahbuz rayonunda yaranmış problemin aradan qaldırılması üçün Naxçıvanın yeni rəhbərliyi tapşırıq verməlidir:

“Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarına köməklik göstərmək məmurların borcudur. Onlar bizim təhlükəsiz şəraitdə fəaliyyət göstərməyimiz üçün səngərdə vuruşublar. İndi qazilərin öz mənzil, sadə dolanışıq şəraitini yaxşılaşdırması üçün hər hansı bir addım atırsa, onlara əngəl olmaq yox, kömək göstərmək, dəstək vermək lazımdır”.

X.Teyyublu qeyd edib ki, bəzi yerlərdə kiçik məmurlar özlərini padşah kimi aparır və vətəndaşları dövlətdən narazı salan hərəkətlərə yol verirlər:
“Cənab prezident dəfələrlə xəbərdarlıq edib ki, icra başçıları, vəzifəli şəxslər vətəndaşlarla işləməlidirlər, onların müraciətlərini dinləməlidirlər. Bu günə qədər olarla icra başçısı, vəzifəli şəxs həbs olunub, işdən azad edilib, onların yerinə təyin olunan məmurlara dövlət başçısı tapşırıqlar verib, lakin bi görürük ki, bəzi hallarda bu etimaddan sui-istifadə edənlər olur”.

Xatırladaq ki, məsələ ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alınıb.(Tribuna.az)

Qarşı tərətin mövqeyini dinləməyə hazırıq.

KTN-də biabırçı “islahatlar” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən vəzifəyə gətirilir


Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Azəraqrar Dövlət İstehsalat və Emal Birliyində rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında müzakirələr səngimir.

Biziməsr.com-un əldə etdiyi məlumata görə, hazırda quruma rəhbərlik edən Hikmət Hüseynovun dövründə geniş kadr dəyişikliklərinə hazırlıq gedir. İddialara əsasən, yaxın günlərdə başlanacağı gözlənilən bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə, əsasən yeyinti faktları ilə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifələrə qaytarılması nəzərdən keçirilir.

Məlumatda bildirilir ki, vəzifəyə gətiriləcəyi iddia olunan şəxslər arasında əvvəllər korrupsiya faktları ilə bağlı cinayət işi açıldığı və bu səbəbdən vəzifəsindən uzaqlaşdırıldığı deyilən keçmiş direktor Çərkəz Şirinov, eləcə də dövlətə məxsus buğda məhsullarının mənimsənilməsi iddiası ilə işdən çıxarıldığı qeyd olunan Mirağa Kazımovun adı keçir.

İddialara görə, Çərkəz Şirinovun “Azəraqrar”ın Şərqi Zəngəzur Regional İdarəsində, Mirağa Kazımovun isə Mərkəzi Aran Regional İdarəsində rəhbər vəzifələrdən birinə təyin olunması gözlənilir.

Mənbə iddia edir ki, bu proseslərə qurum rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən direktor müavinləri Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanov tərəfindən rəhbərlik olunur.


Bundan əvvəl yerli mediada yayılan məlumatlarda Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanovun Hikmət Hüseynov üzərində təsir imkanlarına malik olduqları iddia edilirdi. Həmin iddialarda onların müxtəlif əlaqələr vasitəsilə rəhbərliyə təsir göstərdikləri də qeyd olunurdu. Adıçəkilən şəxslərlə bağlı mümkün kadr təyinatları üzrə ilkin danışıqların əsasən Həsən Abdullayev tərəfindən aparıldığı bildirilir.

Məlumata görə, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazirin hərbi xidmətdə komandiri olması səbəbilə Məcnun Məmmədova yaxın olduqlarını tez-tez Hikmət Hüseynova xatırladaraq onu təsirləri altında saxladıqları iddia olunur.

Qeyd olunan bütün məlumatlar iddia xarakterlidir və rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Biziməsr.com

Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq


Sumqayıtda tibb ocağının vəziyyəti narahatlıq doğurur.

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi (ASM) baxımsız vəziyyətə düşüb. 9-cu mikrorayonda yerləşən bu tibb müəssisəsində divarlar çatlayıb, pəncərələr isə qırılıb.

Qapının bağlanması üçün tutacağına əski parçası bağlanması isə vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq şəkildə göstərir.

Mərkəzdə oturacaqlar yararsız hala düşüb, tavandan isə skoçla bərkidilmiş kabel sallanaraq həm pasiyentlər, həm də personal üçün ciddi təhlükə yaradır.

Səhiyyə müəssisələri vətəndaşların sağlamlığının qorunduğu məkanlar olmalıdır. Lakin buradakı vəziyyət əksinə, əlavə risklər yaradır. Məsul qurumların məsələyə operativ reaksiya verməsi və yaranmış problemlərin qısa zamanda aradan qaldırılması zəruridir.(Sumqayit24.az)







“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb?- “UZAQ DURUN!”


“Ateshgah Insurance-dan uzaq durum”.

Bunu sığorta şirkətindən şikayətçi olan Bakı sakini Royal Babayev deyib.
Onun sözlərinə görə, 3 aydır şirkət onu, get-gələ salıb. “Düz 3 aydır bu sığorta şirkəti bir qapı, bir güzgü məsələsini həll edə bilməyib. Gülünc bir məbləğ təklif edir”.
Babayev qeyd edib ki, ona təklif edilən rəqəm ödədiyi sığorta pulundan iki dəfə azdır. “Təsəvvür edin, mənim kaskoya, franşizaya ödədiyim məbləğ bunların təklif elədiyi məbləğdən az qala 2 dəfə çoxdur. Belə yarıtmaz bir sığorta şirkətidir. Uzaq durun, repost edin, heç kim belə halla qarşılaşmasın”.(Tribuna.az)

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir


Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı metropolitenində ciddi problem yaranmışdı. Tribuna.az xəbər verir ki, həmin vaxt metronun hərəkəti tam dayandırılmış və sərnişinlər isə evekusaiya edilmişdi.

Rəsmi açıqlamada qeyd edilirdi ki, problemin səbəbi elektrin verilişi məsələsində texniki nasazlıq olub. Belə ki, sabit xətlə elektrik verilişində yaranmış kəsintindən sonra avtomatik iə düşməli olan generatorlar işlləməyib.

Qeyd edək ki, hadisənin üzərindən bir neçə gün keçməsinə rəğmən, metroda hərəkət qrafikində yaranmış fasilələr hələ də davam edir. Lakin…

Bakının əsas nəqliyyat infrastrukturu olan metrodakı problemin həlli üçün cani dildən çalışmalı olan Bakı Metropoliteni rəhbərliyi əsas məsələni bir kənara qoyaraq, başqa məsələlərlə bağlı tender elan edib. Tribuna.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bir gündə iki tender keçirmək üçün elan verib. Həmin tenderlərdən biri “UD-60-2400” markalı mobil domkrat qurğusunun satın alınması ilə bağlıdır. Mayın 21-də açıqlananacaq nəticələrə əsasən 1 dəst qurğunun alınmasına metrolpoliten rəhbərlliyi 138 min 330 manat vəsait ayırıb.

İkinci tender isə GPS avadanlığın satın alınması ilə bağlıdır. Açıq mənbələrdə qeyd edilir ki, QSC rəhbərliki 2 ədəd GPS sistemi üçün 32 min 458 manat xərcləməyi planlaşdırır.

P.S. Maraqlıdır, Bakı Metropoliteninin rəhbəri Vüsal Aslanov bir neçə gün əvvəl yaranmış problemi necə aradan qaldırmaq istəyir? Domkratın məsələyə nə dəxli var?

Tribuna.az

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”


Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə toyun onun üçün gözlənilməz olduğunu söyləyib.


Bu barədə “StarHit” nəşri məlumat yayıb.


O, Puqaçova ilə nikaha “Oktyabrski” konsert zalının direktoru Emma Lavrinoviçin vəsilə olduğunu bildirib.


Belə ki, Kirkorov 1994-cü ilin aprelində konsertdən sonra Puqaçova, dostları və Sankt-Peterburqun o vaxtkı meri Anatoli Sobçak ilə birlikdə olduqları zaman bu qərara gəldiklərini iddia edib:


“Məlum oldu ki, ənənəvi olaraq şəhər meri ildə bir dəfə hər hansı cütlüyü evləndirməlidir. O zaman Lavrinoviç mənə Sankt-Peterburqa olan sevgim və bir gün məhz bu şəhərdə evlənmək arzusunda olduğumla bağlı sözlərimi xatırlatdı. Emma Vasilyevna dedi ki, sözünə əməl etməyin vaxtıdır”.


Məşhur müğənni bu təklifdən yayınmağa çalışdığını, bunun üçün hətta pasportunun olmadığını uydurduğunu söyləyib.


“Amma Anatoli Sobçak artıq növbəti gün pasport məsələsini həll etdi”, - o deyib.


Buna baxmayaraq, Kirkorov Puqaçova ilə nikahının ilk 10 ilinin xoşbəxt keçdiyini, sonra isə hər şeyin alt-üst olduğunu bildirib:


“Çox gözəl vaxtlar idi. Kim nə deyirsə desin, onu minnətdarlıqla xatırlayıram. Qalan hər şey isə həyatdır, kimininki gətirir, kimininki isə gətirmir”.


Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Boşandıqdan sonra Puqaçova televiziya aparıcısı Maksim Qalkinlə ailə qurub. Cütlük 2022-ci ildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz edərək ölkəni tərk edib.
Xəbər lenti