Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.

Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

"Vətən uğrunda" medalı ilə

Hüseynov Ramil Arif oğlu – mayor

"Hərbi xidmətlərə görə" medalı ilə

Mövlayev Samir Yaqub oğlu – mayor

Abbasov Elsevər Məhəmməd oğlu – kapitan

Eldarov Zaur Səvzixan oğlu – kapitan

Hüseynov Elçin Allahverdi oğlu – kapitan

Fərzəliyev İlkin Mirzə oğlu – leytenant

Vahabzadə Şahin İdayət oğlu – leytenant

Adamov Xəyal Fikrət oğlu – baş çavuş

Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş

Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.
Xəbər lenti