Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

SOCAR-ın mənzil maxinasiyası: “güzəştli evlər” adı altında neftçilər aldadılıb


“Sahil Qəsəbəsində “Neftci” MTK-dan ev almışam. Bina 2015-ci ildə təhvil verilib. 10 il ərzində 88 kvadrat metrin pulunu ödəmişəm, kupcanı alanda isə gördüm ki 72 kvadrat göstərilib. Mənə 16 kvadrat metrin pulunu artıq ödətdiriblər. 10 il hər kvadratına 752 manatdan hesablayanda görün nə qədər artıq vəsait ödətdiriblər. Şikayət elədim, xeyri olmadı, işdən çıxardacaqları ilə hədələdilər. Bilmirəm necə edim”.

Bu sözləri sosial mediada Polad Süleymanov adlı vətəndaş paylaşıb.

Qeyd edək ki, neftçilərin mənzilləri ilə bağlı problemlər 2021-22-ci illərdən üzə çıxmağa başlayıb. 2012-ci ildən etibarən SOCAR-a məxsus “Neftçi” MTK neftçilərin vəsaiti hesabına kooperativ binalar tikərək “güzəştli” şərtlərlə satır. Lakin 2022-ci ildə mənzillər özəlləşdirilərkən bəlli olub ki, tikinti şirkəti sakinləri aldadıb. Belə ki, mənzillərin müqavilədə göstərilən sahəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarışları arasında kəskin fərqlər var. Tikinti şirkəti mənzillərin sahəsinə divarların, eyvanların, blokun, zirzəminin, hətta liftin sahəsini də əlavə edib.

“Kim şikayət edirsə, onları işdən çıxarmaqla təhdid edirlər”
Neftçilərdən biri “Meydan TV”yə açıqlamasında bildirib ki, 2012-ci ildə Badamdarda mənzil alıb. Müqaviləyə əsasən ona 120,6 kv.m sahə verilsə də, çıxarışda bu rəqəm 80 kv.m göstərilib:

“Qonşular mənzilləri özəlləşdirməyə başlayanda bəzilərində sahə 90, bəzilərində isə 90,3 kvadrat metr çıxdı. Mənim mənzilim birinci mərtəbədə yerləşir. 2022-ci ildə bu məsələnin üstünə kim getdisə, “Neftçi” MTK-nın icraçı direktoru Azər Səfərli və İlqar Ağayev bildirdi ki, gəlin müqaviləni dəyişək. Kim müraciət edib, şikayət edirdisə, onları işdən çıxarmaqla təhdid edirdilər”.

Mənzil sahibi binanın tikinti keyfiyyəti ilə bağlı da ciddi problemlərin olduğunu bildirir. Eyni zamanda birinci mərtəbələrdəki mənzillərlə zirzəmi arasında izolyasiya işləri aparılmadığından, yaranan rütubət mənzillərdə yaşayışı çətinləşdirib. Şikayətçi hər iki məsələ ilə bağlı Prezidentə müraciət edib, həmçinin Prezident Administrasiyasında qəbulda da olub.

Bundan sonra o, Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisinə çağırılsa da, görüşün məqsədi heç də problemi vətəndaşın xeyrinə həll etmək olmayıb.

“Zəng edəndə öncə fikiləşdim ki, məsələni anlayışla qarşılayacaqlar. Həm mənzili düzəldərlər, həm də artıq kvadratlar üçün ödədiyim pulu geri qaytararlar. Lakin yeni təyin olunan Protokol və sosial layihələrin idarə edilməsi departamentinin rəisi Rəşad Həsənov bildirdi ki, binanın zirzəmisi özəlləşdirilib. Neft şirkətinin tikinti şöbəsinin rəis müavini Fəxrəddin Lütfizadə özəlləşdirib.

Halbuki bizə bildirildi ki, binanın bünövrəsindən çardağına qədər – hətta qazanxanasına, səkilərinə, həyətyanı sahəsinı və ağacların əkilməsinə qədər işlər neftçilərin vəsaiti hesabına başa gəlib. Əgər Fəxrəddin Lütfizadə 750 kvadratmetrlik sahəni özəlləşdiribsə, bunun müqabilində “Neftçi” MTK-ya nə qədər vəsait ödəyib? Məsələn, mən 120,6 kvadrat metr sahəyə görə güzəştli şərtlərlə 84 min manat ödəmişəm. Digər işçilər də həmçinin. Bəs bu şəxs nə qədər ödəyib? Mənə cavab verdilər ki, o, “Neftçi” MTK-nın təsisçisi olub”, – deyə neftçi söyləyir.

Onun sözlərinə sözlərinə görə, mənzili almaq üçün 2011-ci ildə ilkin ödəniş kimi 15 min manat ödəyib, məbləğin qalan hissəsini isə “Xalq Bank”dan götürdüyü kredit hesabına bağlayıb.

Neftçi qeyd edir ki, ona müqavilədə texniki səhv olduğunu bildirir və sənədi yeniləməyi məcbur edirlər:

“Bu binaların hansında texniki səhv baş verib? Lökbatanda 10 bina, Sahil qəsəbəsində 1 bina, “Həzi Aslanov” metro stansiyası yaxınlığında, Məhəmməd Hadi küçəsində 1 bina, “Xətai”də 8 bloklu bina, Badamdarda bir və Bibiheybətdə bir bina tikilib və hamısında da eyni aqibət yaşanır. Bunlar nə ediblər? Deməli, binanın girişində 25 kvadrat metr sahəsi olan lift var. Əgər birinci mərtəbədə 4 mənzil varsa, həmin 25 kvadrat metri hər mənzilin sahəsinə ayrı-ayrılıqda əlavə edib, pulunu tutublar”.

Müsahibimiz məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini də əlavə edir:

“Məni buna məcbur etdiklərini deyəndə, Rəşad Həsənov bildirdi ki, “hara istəyirsən, get müraciət elə, mən heç kimdən qorxmuram”.

2011-ci ildə bağlanmış müqavilədəki maxinasiyanın üstünü ört-basdır etmək üçün bildirirlər ki, texniki səhv gedib. Özəlləşdirmə ilə bağlı onlara müraciət etmişdim. 2026-cı ildə “Neftçi” MTK-nın icraçı direktoru məktub göndərib ki, sənəddə səhv gedib, müqaviləni dəyişməliyik. Halbuki mən həmin mənzilin 120,6 kvadrat metrlik sahəsinin pulunu tam ödəmişəm. İndi deyirəm ki, ya əlavə ödədiyim məbləği geri qaytarsınlar, ya da vəsait yoxdursa, mənə həmin 40 kvadrat metrin üzərinə əlavə sahəni gələrək yeni bir mənzil versinlər. Əlavə kvadratın pulunu da mən bir neftçi kimi güzəştli şərtlərlə ödəyim. 1997-2010-cu illərdə mənzil növbəsində olmuşam. Sonradan qərar verildi ki, artıq pulsuz mənzil verilmir, yalnız öz hesabınıza ala bilərsiniz”.

“Mətbəx mebelinə 15 min manat hesabladılar”
Şikayətçi olan neftçi müqavilənin əslini təhvil vermədiyi üçün təzyiqlərlə üzləşdiyini vurğulayır:

“Müqaviləni bundan əvvəl bir dəfə də dəyişiblər. O vaxt mənzilin ilkin qiyməti hər kvadrat metr üçün 660 manat idi. Sonra gəlib bir mətbəx şkafı yığdılar. Ona 15 min manat qiymət hesabladılar, həmin məbləği də kvadrat metrə bölərək qiyməti 698 manata qaldırdılar. Mən şkafdan imtina etmək istədim. 2013-cü ildə 15 min manata bütün ev üçün mebel almaq olardı. Lakin imkan vermədilər ki, “biz evi belə veririk”.

“Neftçi” MTK-nı o formada təsis ediblər ki, pul mənimsəsinlər. Mənzillərin sahəsini böyük göstərib, reallıqda kiçik sahə versinlər. Sonra da izi itirmək üçün müqavilələri yığıb yeniləmək istəyirlər. Müqaviləni verməyən insanların mənzilini ya özəlləşdirmirlər, ya da onları işini itirməklə hədələyirlər”.

Neftçilərə satılan sahəni MTK 10 min manata icarəyə verib
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında bildirir ki, təşkilata bu məzmunda çoxsaylı şikayətlər daxil olub. Məsələn, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, bina 56 D və 56 C sakinləri 35-40 il neft sənayesində çalışıb, 15-20 il mənzil növbəsində durublar. Onlar “Neftçi” MTK-ya hər kv.m üçün 751 manat ödəyiblər. Sonradan məlum olub ki, həmin binalarda 4 otaqlı mənzillər üzrə 29 kv.m, 3 otaqlı mənzillər üzrə 25 kv.m, 2 otaqlı mənzillər üzrə isə 13 kv.m sahə çıxarışlarda göstərilməyib. Nəticədə sakinlərin hər birinin müvafiq olaraq 21 000, 18 000 və 10 000 manatdan çox artıq vəsait ödədikləri aşkar olunub. Hətta müqavilə ilə vətəndaşın adına yazılan qeyri-yaşayış sahəsinin MTK tərəfindən “Rifah” marketə ayda 10 min manata icarəyə verildiyi də üzə çıxıb.

Mirvari Qəhrəmanlı qeyd edir ki, əgər “Neftçi” MTK kooperativ mənzillərin sahəsinə divarları və qeyri-yaşayış sahələrini də daxil edib pulunu neftçidən alıbsa, bu, Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə tamamilə ziddir:

“Mənzil Məcəlləsinə görə, mənzilin sahəsi içdən-içə hesablanmalıdır. Liftin və digər qeyri-yaşayış sahələrinin xərclərini neftçilərin üzərinə yükləmək cinayətdir. Eyni qeyri-yaşayış sahəsini binadakı bütün mənzil sahiblərinə sataraq hər kəsdən təkrar pul alıblar. Bu, həm oğurluqdur, həm də cinayətdir. Pilləkənləri və lift sahəsini mənzil sahiblərinin hər birinə təkrar satıblar. İndi özəlləşdirilmə zamanı yeni rəhbər bildirir ki, müqavilələr dəyişməlidir, cinayət məsuliyyətini üzərimə götürə bilmərəm”.

M. Qəhrəmanlı əlavə edib ki, artıq bir çox sakinin müqaviləsini əllərindən alıblar.

Qeyd edək ki, SOCAR öz sosial siyasətində bu mənzilləri işçilərinə güzəştli qiymətlərlə satdığını bəyan edir. “Dövlət Neft Şirkəti işçilərinin “Neftçi’ mənzil-tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”a əsasən, mənzil növbəsində olan işçilər uçota 1984-cü ilə qədər götürülüblərsə, mənzilin dəyərinin 70%-i ARDNŞ, 30%-i isə işçinin özü tərəfindən ödənilir.

Sonrakı illərdə uçota alınanlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödənilən hissə üzrə hər il üçün 2% azalır, işçi tərəfindən ödəniləcək hissə isə eyni qayda ilə artır. Qaydalara görə, mənzillərin tam dəyəri bina tikintisi başa çatana qədər ödənilməlidir. Bu zaman, əgər işçinin payına düşən məbləğ üçün vəsaiti çatışmırsa, o, yalnız “Xalq Bank”ın kredit xidmətlərindən yararlana bilər. SOCAR və bank arasında bağlanan sazişə əsasən, bank həmin işçilərə illik 4% dərəcəsi ilə 10 illik kredit ayıra bilər.

Beləliklə, sakinlər üçün güzəştli şərtlərlə təqdim edilən mənzillər həm sahənin saxta yolla artırılması, həm də bank kreditlərinin faiz yükü səbəbindən öz “güzəştli” mahiyyətini itirmiş olur.
storage.googleapis.com
TEREF

Hesablama Palatası Saleh Məmmədovun maliyyə maxinasiyalarını sənədləşdirib - TALANAN PULLAR QAYTARILMALIDIR!



Hesablama Palatası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maliyyə yoxlamaları aparıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, 2024-2025-ci il üçün gəlirlərin və xərclərin təhlilinə dair yoxlama zamanı korrupsiya faktları aşkarlanıb.

“Agentlik tərəfindən 2024-cü ilin xərclər smetasında və Qaydalarda nəzərdə tutulmadığı halda, Fondun vəsaitləri hesabına 2024-cü ildə 19599,5 min manat məbləğində vəsait bank kreditləri üzrə ödənişlərə yönəldilmişdir ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi

avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaratmış, dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında müvafiq uyğunsuzluqları şərtləndirmişdir”.

Yoxlamalar nəticəsində,həmçinin deyilir:

“Agentliyin aparatının saxlanması xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda (xərclərin

maliyyələşdirilməsi istiqamətləri) nəzərdə tutulmadığı halda bu məqsədə vəsait əvvəlki illərdə olduğu kimi 2024-ci ilin smetasına da daxil edilmiş və istifadə edilmişdir.

2024-cü ilin xərclər smetası (xərc istiqamətləri) Azərbaycan Respublikası Nazirlər 62 DÖVLƏT AUDİTİNİN XÜLASƏLƏRİ 2026, № 1 Kabinetinin 25.01.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli

əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının

layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”na uyğun tərtib edilməmişdir.

Yol-nəqliyyat hadisələrinin artması şəraitində təqdim edilmiş məlumatlara əsasən yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği 2024-cü ildə 890,7 min manat, ziyan üzrə daxil olan məbləğ isə 457,4 min manat və ya 51,34% olmuşdur. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərinə, məhkəməyə və Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər edilsə də, ziyanın tam olaraq ödənilməsinə hal-hazıradək nail olunmamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 31.03.2005-ci il tarixli, 59 nömrəli Qərarına, Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 05.01.2005-ci il tarixli, 1 nömrəli Qərarına və Azərbaycan

Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının

istismarı üzrə müvəqqəti xərc normativlərinin təsdiq edilməsi haqqında 17.01.2006-cı il tarixli,

12 nömrəli Qərarına uyğun olaraq avtomobil yollarının texniki dərəcələr üzrə təsnifatı və

müvafiq idarələrə (tabeli hüquqi şəxslərə) təhkim olunması Agentlik tərəfindən

rəsmiləşdirilməmişdir. Agentliyin tabeliyindəki bəzi MMC-lər tərəfindən xidmət etdikləri

avtomobil yollarının, yol qurğularının və istehsalat bazalarının yeri göstərilməklə situasiya

planının (xəritəsinin) hazırlanması da təmin edilməmişdir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının

15.11.2005-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu

vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK)”nın tələbləri nəzərə alınmamışdır. Belə ki,

VTİSK-də MMC rəhbərlərin və baş mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin

müəssisənin və ya onun struktur bölməsinin qrupundan asılı olaraq müəyyənləşdirilməli olduğu

halda, Agentliyin müəssisə, idarə və təşkilatların rəhbərlərinin əməyin ödəniş qrupuna aid

edilmə göstəriciləri həmin müəssisənin yuxarı təşkilatı tərəfindən müəyyənləşdirilməmişdir.

Ödəniş dərəcələri və ona uyğun vəzifə maaşları müəssisələrin qrupu müəyyən edilmədən təyin

edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27.12.2024-cü il tarixli, 429 nömrəli Sərəncamı ilə DÖVLƏT AUDİTİNİN XÜLASƏLƏRİ 2026, № 1

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun müstəqil mədaxil mənbələrinin sayının

azaldılması (3-ə endirilməsi (1. Yol vergisi, 2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin

icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin

pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr, 3. Azərbaycan Avtomobil Yolları Dövlət

Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi

gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr) ilə yanaşı “Avtomobil

nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər

haqqında” 19.09.2025-ci il tarixli, 497 nömrəli Fərmanı ilə “İctimai nəqliyyat” Məqsədli Büdcə

Fondu yaradılmış və “avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol

vergisinin Fonda köçürülən hissəsi” həmin fondun mədaxil mənbələrinin sırasında yer almışdır.

Nəticə etibarı ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunda qalan 3 müstəqil mədaxil mənbələrindən 1-i digər Fondun da mədaxil mənbəyi sırasında yer almış, Fondun mövcudluğunun metodoloji aktuallığı ilə bağlı suallar yaranmışdır.

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası analitik fəaliyyətin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun zəruri tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara zəruri sənəd və məlumatların göndərilməsi barədə qərar qəbul etmişdir”.(Gununsesi.info)

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir


Sumqayıtda işdən uzaqlaşdırılan baş memarın malik olduğu sərvətlə bağlı ortaya çıxan iddialar ciddi müzakirələrə səbəb olub.

Nyus.Az xəbər verir ki, onun və yaxın qohumlarının adına rəsmiləşdirilmiş çoxsaylı bahalı avtomobillər və daşınmaz əmlak mövcuddur.

Siyahıda yer alan nəqliyyat vasitələri arasında müxtəlif markalı avtomobillər üstünlük təşkil edir. Söhbət Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyevdən gedir. Onun adı ötən il Sumqayıtda "alma davası" üzərindən medianın diqqət mərkəzinə düşmüşdü. Rəşad Əhmədalıyev şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsinə rəhbərlik etmişdi. Bu isə sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaratmış, nəticə etibarı ilə Rəşad Əhmədalıyev tutduğu postdan uzaqlaşdırılmışdı.

Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir.

Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var. Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. "Volkswagen Passat" markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan "Toyota Camry" markalı maşınına bağlaması ilə əlaqəli idi. Yayılan son məlumatlarda isə Rəşad Əhmədalıyevin 3 illik müdirliyi dövründə topladığı varidat ahqda daha müfəssəl məlumatlar var. Belə ki, qeyd olunur ki, sabiq baş memarın istifadəsində və ya ailə üzvlərinin adına rəsmiləşdirilmiş Hyundai Santa Fe, Lexus (yeni model), Range Rover (iki fərqli yeni model), Toyota Camry və Chevrolet markalı cip tipli avtomobillər var. Bildirilir ki, bu avtomobillərin hamısı qara rəngdədir. Bununla yanaşı, iddialara əsasən, Sumqayıt şəhərində baş memarın yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı köşk, ticarət obyektləri və mənzillər də mövcuddur. Sərvətin miqyası ilə bağlı ortaya çıxan bu məlumatlar ictimaiyyətdə ciddi rezonans doğurub. Bu qədər var-dövlət hansı mənbələr hesabına formalaşıb? Mənbələrin iddiasına görə, bu avtomobillərin hamısı qara rəngdədir ki, bu da bir növ "status simvolu" kimi təqdim olunur.

Amma məsələ təkcə avtomobillərlə bitmir. Ən ciddi iddialar daşınmaz əmlakla bağlıdır. Bildirilir ki, Sumqayıt şəhərində keçmiş baş memarın yaxın qohumlarının adına rəsmiləşdirilmiş saysız-hesabsız ticarət köşkləri, "budka" kimi tanınan kiçik obyektlər və müxtəlif ünvanlarda yerləşən mənzillər mövcuddur. Bu obyektlərin bir hissəsinin icarəyə verildiyi, digərlərinin isə kommersiya məqsədilə istifadə olunduğu ehtimal edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, bu əmlakların böyük hissəsinin birbaşa məmurun öz adına deyil, qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bu isə klassik gizli mülkiyyət sxemini yada salır. Yəni rəsmi gəlirlərlə izahı mümkün olmayan sərvətin dolayı yollarla gizlədilməsi cəhdi kimi qəbul olunur. Xüsusilə də söhbət şəhərsalma və tikinti kimi yüksək korrupsiya riski olan sahədən gedirsə, məsələ daha da ciddiləşir. Qeyd edək ki, baş memar vəzifəsi şəhərin inkişaf planlarına, tikinti icazələrinə və torpaq bölgüsünə birbaşa təsir imkanları yaradır. Bu səlahiyyətlər isə bəzi hallarda şəxsi maraqlar naminə sui-istifadə riskini artırır. Məhz bu səbəbdən belə vəzifələrdə çalışan şəxslərin maliyyə şəffaflığı daim ictimai nəzarət altında olmalıdır. Hazırda səsləndirilən iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Lakin ortaya çıxan məlumatların miqyası nəzərə alınarsa, hüquq-mühafizə orqanlarının bu məsələyə reaksiya verməsi qaçılmaz görünür. Çünki söhbət təkcə bir məmurun sərvətindən yox, ümumilikdə idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipindən gedir./Musavat.com
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət: “Övladıma səhv diaqnoz qoydu”


“2024-cü il noyabrın 5-də Leyla Medikal Klinikasında radioloq Samir Məmişovun yanında müayinədə olduq. Həkim bildirdi ki, övladım qüsurludur. Yəni onun anadangəlmə uşaqlığı yoxdur, bədəndə tam inkişaf getməyib. Eyni zamanda böyrəklərində və bağırsaqlarında problemin olduğunu və sidik kisəsinin altında törəmələrin olduğunu bildirdilər. Uzun sözün qısası uşağın bütün orqanlarının sıradan çıxdığını və pis vəziyyətdə olduğunu dedilər”.

Bunu “Yeni Sabah”a Leyla Medikal Klinikasında övladına qoyulan səhv diaqnozla bağlı danışan Nurlana Hüseynova deyib.

O, övladı Aylin Rüstəmovanın xəstəxanada başına gələnlərdən danışıb:

“Müayinədən sonra evə gəldim və həkimlə yenidən əlaqə saxladım ki, uşağı yenidən müayinə edək. Həkim də mənimlə çox kobud şəkildə danışaraq bildirdi ki, uşaq qüsurludur. Hər şey açıq-aydın görünür. Yenə də inana bilmədim. Səhəri günü uşağı götürüb Türkiyəyə apardım. Orada adi 4D ultrasəs müayinəsindən keçdik və məlum oldu ki, uşağın hər bir orqanı sağlam vəziyyətdədir. Bu diqanozu kim və nə üçün qoyub? Samir Məmişovun verdiyi diski də həkim orada yoxladı və bildirdi ki, bu diskdə heç bir problem yoxdur, uşağın bütün orqanları yerindədir. Yenidən Bakıya qayıtdıq və gələndən sonra həkimlə əlaqə saxladım. Bu dəfə mənə daha kobud şəkildə cavab verərək bildirdi ki, siz niyə qəbul etmirsiniz? Mən niyə sizin eşitmək istədiyiniz sözləri deməliyəm.

Bildirdim ki, sizi məhkəməyə verəcəm. O isə mənə dedi ki, gedin nə istəyirsiniz edin. Məhkəməyə də verdim, ekspertizadan da keçdik”.

Şikayətçi bildirib ki, məhkəmədə qarşı tərəfdən xərclədikləri 1888 manatı və 5 min manat təzminat tələb etsələr də, iddiaları əsassız qalıb:

“Bacım Türkiyədə yaşayır. Yenidən onlarla əlaqə saxladım. Düşündüm ki, sarsıntı keçirməyim deyə bəlkə mənə yalan danışıblar. Çünki mənim birinci övladım rəhmətə gedib. Ola bilsin ki, yenidən o şeyləri yaşamayım deyə nələrisə gizlədiblər. Həkim də bildirdi ki, hər şey yerindədir. Yenidən burada “Vita Med” klinikasında yoxlanışa getdim. Oradakı həkim də bildirdi ki, hər şey qaydasındadır. Ekspertizada da məlum oldu ki, uşağın heç bir problemi yoxdur.

Həkimin vəkili də hər dəfə məhkəmədə bildirirdi ki, Samir Məmişov iddiaları qəbul etmir. Bildirir ki, onun qoyduğu diaqnoz düzdür. Bizim həkimdə xərclədiyimiz çeklər məhkəməyə təqdim olunmuşdu. 1888 manat pul idi. Üstəgəl də 5 min manatlıq maddi mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmışdıq. Lakin qərar çıxdı ki, 1163 manat vəsait xərclənib. Maddi mənəvi dəyərlərə zərərlə bağlı isə heç bir sübut yoxdur. Verilən qərardan narazıyam. Yenidən Apelyasiya məhkəməsinə müraciət edəcəm”.

N.Hüseynova uşaqda hər şeyin qaydasında olduğunu və adi bir soyuqlamaya görə qoyulan diaqnozlarla bağlı yenidən məhkəməyə mürciət edəcəyini deyib:

“Hətta qarşı tərəf aparatlarında problem olduğunu iddia etdi, lakin onların verdiyi diskdə də görünür ki, hər şey qaydasındadır. Diski ekspertizaya göndərdik. Proses 3 ay davam etdi və məlum oldu ki, diskdə heç bir problem yoxdur. Sonuncu məhkəmə martın 10-da oldu və bizim əlehimizə qərar çıxarıldı. Uşaqda hər şey qaydasındadır”.

Səsləndirilən iddialarla bağlı Samir Məmişov “Yeni Sabah”a bildirib ki, şikayətçi Nurlana Hüseynovanın iddialarını qəbul etmir:

“Xanımın gedib Türkiyədə etdirdiyi müayinələrin heç biri Maqnit Rezonans Tomoqrafiya (MRT), nə də Komputer Tomoqrafiya (KT) deyil. Onun etdirdikləri sadə uzi müayinələridir. Mən uzi həkimi ilə də əlaqə saxladım və bildirdim ki, sən necə MRT-də görünməyən bir şeyin var olduğunu yazmısan?.

Azərbaycanda yenidən UZİ-yə saldığı həkimlə də əlaqə saxlasanız görərsiniz ki, o, özü də bu məsələdə tərəddüdlüdür. Həmin həkim də deyir ki, ailə ona təzyiq edərək bildirib ki, uşağın bütün orqanları yerindədir. Ona görə də götürüb yazıb ki, hər şey qaydasındadır. Yəni xanım üstün müayinə üsulundan sonra gedib aşağı müayinə üsullarına müraciət edib. Bu nə qədər doğru qərardır? Uzi müayinəsi subyektiv bir şeydir. Amma MRT müayinəsi obyektiv bir şeydir”.

Həkim-radioloq qeyd edib ki, bu, həkim olaraq onların qarşılaşdığı ilk haldır:

“Mən xanıma da bildirdim ki, siz bizdə çəkilən diski istənilən radioloqa oxudun. Əgər həmin radioloq bildirsə ki, o uşağın orqanları yerindədir, gəlin mən sizdən üzr də istəyəcəm, təzminatınızı da ödəyəcəm. Xanım deyir ki, siz bunu səhv çəkmisiniz. Bu necə ola bilər? Olan və ya olmayan orqanı necə dəyişdirib çəkə bilərəm? Bu, mümkünsüz bir şeydir. Bütün iddialar da əsassız və gülüncdür. Əlində diski var, istənilən yerdə yoxlada bilər. Həmin xanıma bildirin ki, bizim çəkdiyimiz diskə başqa həkimlərin bildirdikləri rəyləri paylaşsın. Biz xaricə təhsil almışıq. O xanıma qədər xeyli iş stajımız var. Bu bizim qarşılaşdığımız birinci haldır. Həmin xanım isə faktiki sübutları qəbul etmir, etmək də istəmir”.(Yeni Sabah)


Azərbaycanda satılan “Halal” markalı donuz ətindən kolbasa



Rusiyada istehsal olunan “Pаpa mojet” markalı mal əti kolbasasında donuz mənşəli komponentlər aşkar edilib.

Xalq xəbər verir ki, məhsulun Moskva vilayəti Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlanışı zamanı kolbasanın tərkibində donuz DNT-sinin üstünlük təşkil etdiyi müəyyən edilib.

Məlumata görə, istehsalçı məhsulun markalanması qaydalarını pozaraq onu mal əti kolbasası kimi təqdim edib və üzərinə “halal” nişanı vurub. Bu isə xüsusilə müsəlman istehlakçıların yanlış məlumatlandırılması kimi qiymətləndirilib və məsələ ilə bağlı dini icma nümayəndələri şikayət ünvanlayıb. Bundan sonra iş “Rospotrebnadzor” tərəfindən araşdırılıb.

Lakin qurum tərəfindən müəssisəyə qarşı yalnız xəbərdarlıq və cüzi məbləğdə cərimə tətbiq olunub. Məhsulun üzərindən “halal” işarəsinin çıxarılıb-çıxarılmaması ilə bağlı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, “Pаpa mojet” markalı kolbasa və sosislər Azərbaycan bazarında da geniş təmsil olunur və hazırda ölkəmizdəki marketlərdə həmin kolbasaların 400 qramı 7 manata təklif edilir.(Xalq.online)

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb

Bu gün Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.

İclasda çıxış edən nazir general-polkovnik Vilayət Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu vurğulayıb.

V.Eyvazov bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.

Eyni zamanda, nazir əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.

Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq…. Milyonlar necə xərclənir?


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun 2025-ci il üzrə fəaliyyət hesabatı ictimai və ekspert çevrələrində ciddi müzakirələrə səbəb olub.

Hesabatda ötən il ərzində ümumilikdə 6,7 milyard manat dövlət vəsaitinin auditdən keçirildiyi bildirilir. Sənəddə qeyd olunur ki, aparılan yoxlamalar nəticəsində 584 milyon manat uyğunsuzluq, 626 milyon manat maliyyə təhrifi və 342 milyon manat səmərəsiz xərclər aşkarlanıb.

Bütün bu faktlar dövlət vəsaitlərinin idarə olunmasında planlaşdırma, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir. Hesabatda xüsusilə tikinti sahəsində mövcud problemlərə diqqət çəkilib. Bildirilib ki, görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar qalmaqdadır. Bu isə müqavilə dəyərlərinin düzgün formalaşmamasına gətirib çıxarır.

Həmçinin qeyd olunur ki, layihələrin icrası zamanı işlərin ad və həcmlərində edilən dəyişikliklər ümumi məbləğə təsir göstərir və bu halların artması müşahidə edilir. İstismara hazır olan obyektlərin qəbulunda gecikmələr, eləcə də aktivlərin balans dəyərinin düzgün tanınmaması kimi məqamlar da hesabatda əksini tapıb.

Bu kontekstdə diqqət Qarabağ iqtisadi rayonunda aparılan tikinti-bərpa işlərinə və həmin layihələri icra edən şirkətlərə yönəlir ki, bu işdə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovun adı xüsusilə qeyd olunmalıdır.

Bu günlərdə mətbuatda Leysan Məmmədovun adı ilə bağlı bəzi iddialar yer aldı. Ümumi dəyəri 25 milyon manatdan çox olan üç böyük dövlət müqaviləsinin “Platin” MMC-yə verilməsi böyük rezonans doğurdu. Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi İsfəndiyar Məmmədov göstərilsə də, iddialara görə real idarəetmənin başqa şəxslərə əlaqələndirildiyi qeyd olunur. Yəni, bu milyonluq layihələrin arxasında duran əsas fiqur qurum rəhbərinin oğlu – Elnur Məmmədov hesab olunur.

Bu isə artıq sadəcə şübhəli tender deyil – açıq şəkildə “ailə podratı” modelinin qurulması deməkdir. Dövlət vəsaitinin eyni çevrədə cəmlənməsi, formal rəhbərlərin arxasında gizlənən real şəxslərin olması isə korrupsiya risklərini daha da artırır.Ortada milyonlarla manatlıq vəsait, eyni adların təkrarlandığı müqavilələr və qapalı şəkildə idarə olunan bir şəbəkə var. Sual isə dəyişmir: bu pullar doğrudanmı dövlət üçün xərclənir, yoxsa müəyyən ailə dairəsinin nəzarətində bölüşdürülür? Bu isə məsələnin təkcə bir müqavilə ilə məhdudlaşmadığını, daha geniş sistemli problemlərin mövcud ola biləcəyini deməyə əsas verir.Əgər dövlət vəsaiti bu cür “seçilmiş” şirkətlər arasında bölüşdürülürsə, bu artıq sadəcə qanun pozuntusu deyil –müvafiq qanunlara meydan oxumaqdır.Aidiyyəti qurumlar susduqca isə suallar daha da artır: bu qərarın arxasında kim dayanır və niyə qanun yalnız kağız üzərində qalır?

Məhz Hesablama Palatasının hesabatı isə bu istiqamətdə mövcud risklərin və boşluqların daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu göstərir. Eyni zamanda Qarabağda həyata keçirilən layihələrə nəzarətin gücləndirilməsi və dövlət vəsaitlərinin istifadəsində şəffaflığın artırılması məsələsi yenidən gündəmə gətirilir.Bizimesr.az

"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc


"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən "Sirr-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 218.735,74 AZN-ə çatıb.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əzimov Mahmud Nizami oğludur.
Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı "Sirr-M" MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.
Şirkətin də qeyri-rəsmi olaraq iş adamı Ramazan Zeynalova məxsus olduğu bildirilir.
Onu da bildirək ki, Masalı rayonunda yerləşən "Viləş Palace Hotel"in də Ramazan Zeynalova məxsus olduğu deyilir. Ötən ilin aprel ayında "Viləş Palace Hotel"in qanuni təmsilçisi dəyişib. Ramazan Zeynalovun qardaşı oğlu Vüqar Zeynalov MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.
2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub. Hazırda da tərəflər arasında məhkəmə çəkişməsi davam etdirildiyi bildirilir.(Qaynarinfo)

Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...


Masallı sakinlərinin "Nyus.Az" xəbər saytına verdiyi məlumata görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbəyliyinin 8 saylı dolayında "Park Masallı" adlanan ərazidə 2025-ci ildən elə oranın sahibi tərəfindən qurudulmağa başlamış 3 iridiametirli (96 sm, 108 sm, 110 sm) şabalıdyarpaq palıd ağacının kəsilməsi üçün saxta rəy alınlb və 3 ağacın 3 də 20.04.2026 ci il tarixdə kəsilərək götürülmüşdür.

Baş aldatmaq üçün, kəsilib götürülmüş ağacların yerlərinə gözdən pərdə asmaq üçün, 3 ağac tingi əkilmişdir.

Sözügdən rəy Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov tərəfindən verilmişdir.
Həmin yer dövlət meşə fondu ərazisi olduğu halda, ora necə rəy verilib? Halbuki sözügdən ağaclar sanitar qırmaya salınb kəsilməli idi.

"Xahiş olunur bizim məlumat Baş Prokurorluq tərəfindən şəffaf şəkildə araşdırılıb tədbir görülməlidir." -deyə, sakinlər bildirir.(Nyus.Az)

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

TOVUZDA MÜƏMMALI MƏHKƏMƏ OYUNU


HAKİM SÜLEYMAN HACIYEV VƏ BİTMƏYƏN PROSES

Tovuz rayon Azaflı kənd sakini sahibkar Oktay Alisgəndərovun və digər sahibkarların məsələsi ilə bağlı mətbuatda müxtəlif yazılar dərc olunub. Ona məxsus qeyri- yaşayış obyektinin istismarı qəbulu ilə bağlı qanunvericiliyin tələb etdiyi prosedurlar tamamlanıb, dövlət qurumlarından müxtəlif rəylər alınıb , torpaq sahəsi üzrə icarə müqaviləsi bağlanıb və dövlət rüsumu ödənilib. Yekun mərhələdə obyektin istismarı qəbul edilməsinə dair aktin verilməsində gecikmə yaranıb və sahibkara sənədin verilməməsinə dair aydın izahat təqdim olunmayıb.
Oktay Alisgəndərov məsələ ilə bağlı hüquqi müstəvidə addım atıb. Sahibkar iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Tovuz rayon məhkəməsinə yeni təyin olunmuş hakim aylardır məhkəməni qəsdən uzadır. Süründürməçiliyə yol verir.
Bu adi gecikmə deyil, sistemli süründürməçilik kimi qiymətləndirilməlidir.
Məhkəmə prosesinin uzadılması müəyyən təsirlər nəticəsində baş verir. İddiaya görə hakimə məhkəməni uzatması ilə bağlı sifariş başçı tərəfindən gəlir. Tovuz rayonunun bütün məmurları sahibkarların qəsdinə durub.
Tovuz rayon məhkəməsinin hakimi Sülüyman hacıyev ədalət bərqərar etmək missiyasını unudub, intriqalar kölgəsində addımlayır. Ədalət mühakiməsini unudan Süleyman müəllim ədaləti təmin etmək, qanunlara uyğun qərar vermək yerinə başçının əmrinin icrasını həyata keçirir. Sübutlara və faktlara deyil, bircə kəlmə "olmaz" sözünə söykənir.
Qayda-qanunu deyil, başçının prinsiplərini qoruyur.
Sülüyman Hacıyev fəaliyyətində hüquqi əsaslardan çox, qeyri-rəsmi təsirlər ön plana çəkilir.
Hakim müstəqil olmalı, qərar verərkən heç kimin təsiri altında olmamalı və yalnız qanuna əsaslanmalıdır. Süleyman Hacıyev hansı "qanuna" əsaslanır, bax bu məsələ çox saylı suallar doğurur.
Prezident İlham Əliyev buyurmuşdur:
" Məmurlar xalqın xidmətçisidir"
Lakin Tovuz rayonunda cərəyan edən hadisələr məmurların xidmətçidən çox prezidentimiz cənab İlham Əliyevin digər fikrini doğrulayır.
"Bəxi xırda səviyyəli məmurlar özlərini ağa kimi, xan kimi aparırlar"
Bəli, onlar ağa, rəiyyət onların qulu, köləsidir. Necə istəyirlər elə də münasibət göstərib, rəftar edirlər.
"Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar"
Tovuz rayon məhkəməsinin hakimi Süleyman Hacıyevin qanun pozuntusu, xalqın və ədalətin yanında dayanmaması ciddi araşdırma mövzusudur.
Tovuzda ədalət qanuna əsaslanır, yoxsa şəxsi maraqlara...
" Dövlətə sədaqətli insanlar, vətənə sədaqətli insanlar insanlar önə çəkilməlidir"
Bunu biz demirik, cənab prezidentimiz İlham Əliyev deyir.
Dövlətə sədaqəti, millətə mərhəməti, xalqa hörməti, ədalətə ehtiramı olmayan Süleyman Hacıyev və onun kimi məmurlar haqqında ümid edirik tədbir görüləcək.(Gundelikxeber.org)
Çünki ədalət gecikəndə inam da sarsılır!
Xəbər lenti