Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Qanunsuz əməliyyat, ölüm və “gizli əl”: kim qoruyur?


2025-ci ilin 15 avqust tarixində “Etalon” hospitalda baş verən və tanınmış psixoloq Nilufər Abdullanın həyatına son qoyan hadisə təkcə tibbi səhv iddiası deyil – bu, hüquqi məsuliyyət, sistem boşluğu və mümkün himayədarlıq məsələsidir.Məlumata görə, estetik əməliyyatı Səhiyyə Nazirliyi tərəfindən estetik əməliyyat üçün, sertifikatı ləğv edilmiş Seymur Məmmədov tərəfindən icra olunub. Bu faktın özü kifayət qədər ağır hüquqi nəticələr doğurmalıdır. Çünki qüvvədə olan qanunvericiliyə əsasən, tibbi fəaliyyət üçün xüsusi ixtisas və etibarlı sertifikat mütləq şərtdir.Estetik əməliyyat aparmaq üçün, Sertifikatı ləğv olunmuş şəxsin estetik cərrahi əməliyyat aparması birbaşa qanun pozuntusudur.Daha da diqqətçəkən məqam isə ilkin məhkəmə-tibbi ekspertiza rəyi valideynlərin şikayətindən sonra ləğv edilir və təkrar ekspertiza təyin olunur. Bu, artıq prosesin şəffaflığı ilə bağlı ciddi suallar yaradır. Əgər ilk rəy obyektiv idisə, niyə ləğv edildi? Yox, əgər qərəzli idisə, o zaman həmin rəyi verənlər hansı məsuliyyəti daşıyacaq?
Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlarda isə daha ciddi iddialar var, hansısa “gizli əl” bu işdə adı hallanan şəxsi məsuliyyətdən yayındırmağa çalışır. Əgər bu iddialar doğrudursa, söhbət artıq təkcə bir həkimdən yox, bütöv bir səhiyyə sistemindəki problemindən gedir.
Burada əsas hüquqi məqamlar açıqdır:Plastik əməliyyatlar üçün sertifikatsız tibbi fəaliyyət — qanun pozuntusudur,bu fəaliyyət nəticəsində ölüm baş veribsə — məsuliyyət daha da ağırlaşır.Bu qədər açıq faktların fonunda sual yaranır, daha hansı sübut lazımdır ki, aidiyyəti qurumlar konkret və qəti mövqe ortaya qoysun? Əgər bir şəxsə qanunla qadağan olunmuş fəaliyyətə baxmayaraq əməliyyat aparmağa şərait yaradılıbsa və nəticədə insan həyatını itiribsə, bu artıq təkcə fərdi məsuliyyət deyil – qanunui məsuliyyətdir.
Valideyinlər cavab gözləyir:Kim bu prosesi ləngidir,Kim məsuliyyəti yayındırır,Və ən əsası – kim kimi qoruyur?Bu hadisə üzrə gecikdirilən qərar yalnız bir sualı daha da böyüdür: qanun işləyir, yoxsa kimlərsə onu öz maraqlarına uyğun idarə edir?
Mediatvaz.com

Keçmiş səfir indi isə XİN-də idarə rəisi olan Həsən Məmmədzadə “Discovery” ilə kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi


Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında avtomobillə motosiklet toqquşub.

Motosikletin sahibi, Bakıda kuryer fəaliyyəti ilə məşğul olan Ceyhun Quluzadə “Unikal”a açıqlamasında hadisənin detallarını açıqlayıb:

“Nərimanov rayonunda 99-HZ-003 dövlət qeydiyyat nişanlı “Land Rover Discovery” markalı avtomobilin sürücüsü mənim motosikletimi vurdu. Nəticədə motosikletə ziyan dəydi, benzin çəni partladı. Nəticədə yanacaq yerə dağıldı. Motosikletimi vuran sürücü mənə dəyən ziyanı ödəmək istəmədi. Ondan heç olmasa, yanacağın pulunu verməsini tələb etdim. Lakin o, bunu da yerinə yetirmədi.

Əvəzində isə mənə hədə-qorxu gəlməyə başladı. Daha sonra isə ərazidən uzaqlaşdı”, – deyə zərərçəkən şəxs bildirib.

Məlumata görə, qəzanı törədən şəxs, 99-HZ-003 nömrəli avtomobilin sürücüsü Xarici İşlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Dilsuz oğlu Məmmədzadədir.

O, XİN-də idarə rəisi təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının Litva Respublikasındakı, daha sonra isə Tacikistandakı səfiri olub. 2021-ci ildə isə səfir vəzifəsindən azad edilib və XİN-dəki vəzifəsinə təyinat alıb.”Unikal”

VİDEO LİNKDƏ: https://xalq.online/kecmis-sefir-indi-ise-xin-de-idare-reisi-olan-hesen-memmedzade-discovery-ile-kuryerin-motosikletini-vurdu-hede-qorxu-geldi

Gəncənin icra başçısı Niyazi Bayramovun fəaliyyəti araşdırılır: 11 milyon manat artıq ödəniş aşkarlanıb




Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.


Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.


Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.


Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.


Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.


Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.(APA)


VİDEO LİNKDƏ: https://xalq.online/gencenin-icra-bascisi-niyazi-bayramovun-fealiyyeti-arasdirilir-11-milyon-manat-artiq-odenis-askarlanib

Məhəmmədli qəsəbəsində qanunsuz "makler evlər"inin tikintisi bitmir - RİH başçısı göstəriş verib?


Abşeron rayonunun Məhəmmədli qəsəbəsində qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.

Sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır. İddialara görə, Abşeron ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.

Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi rayon rəhbərliyinin nəzarəti altında baş verir. Belə ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Məhəmmədli qəsəbə icra nümayəndəsi Elmar Abbasov prosesə birbaşa nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, Abşeron rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur. Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Məmmədlidə tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb. Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik: /Xalq.online/

Tanınmış türkiyəli iş adamı Bayram Yusifovu məhkəməyə verir – Video


“Massimo Group MMC” şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse onu aldadan və borcunu qaytarmayan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu məhkəməyə verməyə hazırlaşır.

Bizimesr.az bildirir ki, bu barədə iş adamı Necib Köse özü məlumat paylaşıb. O bildirib ki, məlum hadisə ilə bağlı yaydığı videodan sonra ona Türkiyə və Azərbaycandan xeyli sayda dəstək mesajları gəlib: “Bayram bəyin yalanlarla dolu açıqlamasını oxudum. Ancaq onun əlində öz dediklərini sübut edəcək heç nə yoxudr. Ancaq mənim əlimdə bütün sübutlar var. Əlimizdəki sübutlarla yüksək məhkəməyə müraciət edəcək və əlimizdəkiləri onlara təqdim edəcəyik. Bu müddət ərzində heç gözləmədiyim şəkildə dünyanın hər bir yerindən dəstək mesajları aldım”.

Qeyd edək ki, Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və xanımı “Massimo Group MMC” şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köseyə mebel sifariş edib. Mebel hazırlanıb və təhsil verilib, lakin B.Yusifov sifarişin pulunu ödəməyib.

Sifarişdən əvvəl qiymət barədə danışılıb və qərara gəlinib. Şirkət sifarişə başlamaq üçün əvvəlcədən müəyyən məbləğ istəsə də, B.Yusifov mebel təhvil veriləndən sonra ödənişi tam ödəyəcəyini bildirib. Lakin sifariş təhvil verilsə də, B.Yusifov müəyyən müddət ödənişi gecikdirib, daha sonra isə iş adamı Necib Köşəyə heç bir ödəniş etməyəcəyini bildirib.(Bizimesr.az)

AAYDA-nın tabeliyindəki şirkətlər dövlətə olan milyonlarla borcu niyə ödəmir?


“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində olan şirkətlər dövlətə olan milyonlarla manat borcu hələ də ödəməyiblər.

Bu sıraya Məzahir Yaqub oğlu Səlimovun rəhbərlik etdiyi “54№-li Yol İstismarı” MMC (15 111 220 AZN), Anar Nəriman oğlu Süleymanovun rəhbərlik etdiyi 3№-li Magistral Yolların İstismarı” MMC (10 378 106 AZN), İlham Əli oğlu Əzimovun rəhbərlik etdiyi “43 №-li Yol İstismarı” MMC (9 912 901 AZN), Fizuli Tofiq oğlu Quliyevin rəhbərlik etdiyi “37 №-li Yol İstismarı” MMC (9 160 310 AZN), Kazım Mirəziz oğlu Hüseynovun rəhbərlik etdiyi “16 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC (4 411 255 AZN), Rəşad Fəzayıl oğlu Kərimovun rəhbərlik etdiyi “9 №-li Yol İstismarı” MMC (1 574 127 AZN), Fayiq Rasim oğlu Əliyevin rəhbərlik etdiyi “41 №-li Yol İstismarı” MMC (933 854 AZN), Firdovsi Cümşüd oğlu Qafarovun rəhbərlik etdiyi “55 №-li Yol İstismarı” MMC (434 766 AZN), Aqil Mehman oğlu Vəliyevin rəhbərlik etdiyi “31 №-li Yol İstismarı” MMC (93 783 AZN), Mübariz Hilal oğlu Əkbərovun rəhbərlik etdiyi (69 795 AZN) “23 №-li Yol İstismarı” MMC daxildir.

Bu borclar uzun illərdir ki, yığılıb və ödənilməyib.

Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən 2026-cı ilin fevralın 6-da azad edilib. Həmin vəzifəyə Vüsal Nəsirli təyin olunub.(Bizimesr.az)

Gənclər və İdman Nazirliyində ciddi pozuntular aşkarlanıb: 15 milyon manat qiymətlər nəzərə alınmadan xərclənib?



Olimpiya idman komplekslərində maliyyə və idarəetmə sahəsində ciddi nöqsanlar üzə çıxıb.

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.

Audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.

Hesabatda qeyd olunur ki, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qalıb. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.

Eyni zamanda, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.

Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir.(APA)

“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? Asiman Həsənovun əli ilə….


2018-ci ilə aid rəsmi sənədlər bir həkimin əmək fəaliyyətinə son verildiyini təsdiqləyir. Söhbət həkim Vuqar Səfərovdan gedir. Sənəddə göstərilir ki, Vuqar Səfərov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə – yəni əmək funksiyasını kobud şəkildə pozduğuna görə işdən azad olunub.

Bu maddə ilə işdən çıxarılma adi prosedur sayılmır. Əksinə, bu, işəgötürənin əməkdaşın fəaliyyətində ciddi nöqsanlar və peşə məsuliyyəti ilə bağlı problemlər aşkar etdiyi hallarda tətbiq edilir. Sənəddə qeyd olunan əsaslara görə, Vuqar Səfərovun tibbi fəaliyyəti ilə bağlı narazılıqlar və qayda pozuntuları mövcud olub.

Lakin araşdırma göstərir ki, Vuqar Səfərovun fəaliyyəti bununla yekunlaşmayıb.

Əldə edilən məlumatlara görə, Vuqar Səfərov işdən azad edildikdən sonra Türkiyəyə gedərək müəyyən ixtisasartırma və ya uzmanlıq kurslarında iştirak edib. Bu mərhələdən sonra Vuqar Səfərovun yenidən tibbi fəaliyyətə qayıtmaq üçün addımlar atdığı bildirilir.

Burada əsas sual yaranır:
Azərbaycanda ciddi əsaslarla işdən çıxarılan Vuqar Səfərovun xaricdə keçdiyi kurs onun əvvəlki peşə fəaliyyəti ilə bağlı qərarları hansı formada dəyişə bilər?

Yenidən sistemə daxilolmada isə Asiman Həsənovun adı hallanır

Araşdırma zamanı diqqət çəkən əsas məqamlardan biri də Vuqar Səfərovun sonrakı fəaliyyətində müəyyən şəxslərin rolunun olması ilə bağlı iddialardır.

Məlumatlara görə, Vuqar Səfərovun yenidən iş mühitinə daxil olmasında Avrasiya Klinikasının, daha sonra isə Bakı Sağlamlıq Mərkəzinin direktoru kimi fəaliyyət göstərmiş Asiman Həsənovun rolu olub.

Bu iddialar təsdiqləndiyi halda ortaya ciddi suallar çıxır:

70-C maddəsi ilə işdən çıxarılan Vuqar Səfərovun yenidən işlə təmin olunmasına hansı əsasla qərar verilib?

Vuqar Səfərovun əvvəlki fəaliyyətindəki nöqsanlar nəzərə alınıbmı?

Bu qərar rəsmi prosedurlar əsasında, yoxsa fərdi təşəbbüs kimi qəbul edilib?

Rəsmi status və faktiki fəaliyyət arasında ziddiyyət

Araşdırma çərçivəsində əldə edilən digər məlumatlar isə vəziyyətin daha mürəkkəb olduğunu göstərir.

Belə ki:

Vuqar Səfərovun bir müddət Bakı Sağlamlıq Mərkəzinə transfer olunduğu bildirilir

Daha sonra Vuqar Səfərovun rəsmi işçi olmadığı barədə məlumat verildiyi iddia olunur

Bununla yanaşı, Vuqar Səfərovun:

“Nəbz” özəl klinikasında pasiyent qəbul etdiyi

reanimatoloq və pulmonoloq kimi fəaliyyət göstərdiyi qeyd edilir

Mövcud qanunvericiliyə görə, tibbi fəaliyyət yalnız müvafiq ixtisas və diplom, sertifikasiya və rəsmi əmək münasibətləri çərçivəsində həyata keçirilə bilər.

Əgər Vuqar Səfərov rəsmi işçi deyilsə, bu halda onun fəaliyyəti ilə bağlı aşağıdakı suallar aktuallaşır:

– Vuqar Səfərov hansı hüquqi əsasla pasiyent qəbul edir?

– Onun fəaliyyəti hansı qurum tərəfindən nəzarətdə saxlanılır?

– Özəl klinikada rəsmi qeydiyyat olmadan fəaliyyət mümkündürmü?

Vuqar Səfərovla bağlı ortaya çıxan bu faktlar tək bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Bu, ümumilikdə səhiyyə sistemində nəzarət mexanizmlərinin effektivliyi məsələsini gündəmə gətirir.

Əgər: 70-C maddəsi ilə işdən çıxarılmış bir şəxs sonradan müxtəlif tibb müəssisələrində fəaliyyət göstərə bilirsə, bu halda ya nəzarət mexanizmlərində boşluq mövcuddur, ya da bu fəaliyyətə müəyyən səviyyədə şərait yaradılır.

Araşdırma çərçivəsində aidiyatı qurumlar tərəfindən cavablandırılmalı olan aşağıdakı suallar açıq qalır:

– Səhiyyə Nazirliyi Vuqar Səfərovun fəaliyyəti barədə məlumatlıdırmı?

– Vuqar Səfərovun sertifikasiyası və ixtisas uyğunluğu yoxlanılıbmı?

– Özəl klinikalarda rəsmi qeydiyyat olmadan fəaliyyət göstərən şəxslərə nəzarət necə həyata keçirilir?

– Vuqar Səfərovun fəaliyyəti ilə bağlı hər hansı araşdırma aparılıbmı?

Rəsmi sənədlər Vuqar Səfərovun ciddi əsaslarla işdən çıxarıldığını göstərir. Lakin sonrakı mərhələdə onun yenidən tibbi fəaliyyət göstərməsi ilə bağlı iddialar bu sənədlərlə ziddiyyət təşkil edir.

Bu ziddiyyətlərin aydınlaşdırılması isə yalnız bir şəxsin deyil, bütövlükdə səhiyyə sistemində şəffaflıq və məsuliyyət prinsiplərinin təmin olunması baxımından vacibdir.Bakunews.tv

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Latviyanın Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! - 19 min nəyə xərclənib?


Mingəçevir Dövlət Universiteti "Azəristiliktəchizat" ASC ilə bağladığı 19.000 AZN-lik istilik və isti su təchizatı müqaviləsini elektron portalda (e-tender.gov.az) dərc edib.

32gun.az xəbər verir ki, Lakin sənədin dərc olunma vaxtı dövlət satınalmalarındakı idarəetmə və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib. Belə ki, icra müddəti 1 yanvar tarixində başlayan və aprelin 30-da bitməli olan xidmətin təfərrüatları, işin başa çatmasına cəmi 9 gün qalmış – 21 aprel tarixində sistemə daxil edilib.

Qeyd: Faktiki olaraq yanvar ayından bəri icra edilən işin aprelin sonunda elan edilməsi şəffaflıq prinsiplərinin kobud şəkildə pozulması və aşkar qanunsuz gecikmə hesab olunur. Bu növ "arxaya tarixli" rəsmiləşdirmələr satınalma intizamına tamamilə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə əsasən, bu növ hesabatlılıq pozuntularına görə vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək məbləğdə cərimə edilə bilərlər (İnzibati Xətalar Məcəlləsi, Maddə 410).

Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.

32gun.az
Xəbər lenti