Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.

Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.

Qeyd edək ki, istifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir.

Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yarаdır.

Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.

İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir


Nicat Əhmədov İL MMC-də işləyib. Anaxeber.info.az-a müraciət edən vətəndaşın sözlərinə görə, şirkətin "Malyuk" uşaq qidaları şöbəsində 5 il fəaliyyət göstərib.

Nicat Əhmədov bildirib ki, bu müddətdə müqaviləsiz işləyib: "Dəfələrlə dedim ki, müqavilə bağlansın, amma etmədilər. Sonra heç bir səbəb olmadan mənimlə işləməyi dayandırdılar. İyulun 1-dən etibarən işləmirəm. Ancaq mənə 1500 manata yaxın ödənişləri qalıb.

Amma bu pulu vermirlər".
Vətəndaş İL MMC-dən maaşını istəyir və aidiyyatı qurumlara müraciət edəcəyini bildirir. Nicat Əhmədov Əmək Müffətişliyi, Dövlət Vergi Xidmətindən köməklik göstərilməsini xahiş edir.
Qeyd edək ki, İL MMC-nin direktoru Arzu Salamdır. O, bu ilin mayından sözügedən vəzifənin icrasına başlayıb.

Anaxeber.info.az

Rayonlarda fərdi təsərrüfatlarda süni mayalanma xidmətinin göstərilməsi üçün 50 manat kimlər alır?


Rayonlarda fərdi təsərrüfatlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin tabeliyində olan Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən süni mayalanma xidmətinin göstərilməsi üçün heyvan sahiblərindən 50 manat vəsait alınması ilə bağlı ciddi narazılıqlar var.
Süni mayalanma tədbirlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda fermerlərin əlavə ödəniş etməyə məcbur qalması qəbuledilməzdir. Dövlət dəstəyi fermerin yükünü azaltmalı olduğu halda, bəzi yerlərdə vəziyyət tam əksinədir.
Kəndlinin və fermerin hesabına əlavə gəlir əldə edilməsi cəhdləri aqrar sahədə aparılan dövlət siyasətinə və ayrılan büdcə vəsaitlərinin məqsədinə ziddir. Bu cür halların qarşısı alınmalı, məsul şəxslərin fəaliyyəti ciddi nəzarətdə saxlanılmalıdır.
Razi Abasbəyli
TEREF

“Dənizkənarı zonada suallar yaradan tikinti: təhlükəsizliksiz yüksələn konstruksiya narahatlıq doğurur”



Sumqayıt rayon ərazisində, Novxanı–dənizkənarı yolun yaxınlığında aparılan tikinti işləri ciddi narahatlıq doğurur. Əldə olunan görüntülər və yerli sakinlərin iddialarına görə, obyekt üzərində aparılan inşaat şəhərsalma norma və qaydalarına əməl edilmədən həyata keçirilir.
Sakinlər bildirirlər ki, tikinti prosesi açıq şəkildə təhlükəsizlik qaydalarının pozulması ilə müşahidə olunur. Xüsusilə hündürlükdə işləyən işçilərin qoruyucu vasitələrdən tam istifadə etməməsi, metal konstruksiyaların açıq vəziyyətdə quraşdırılması və yol kənarında nəzarətsiz iş aparılması ciddi risk yaradır.
Məlumata görə, aparılan tikinti işləri zamanı şəhərsalma və tikinti qaydalarının tələb etdiyi təhlükəsizlik standartlarına əməl olunmadığı iddia edilir. Bu isə həm işçilərin həyatı üçün təhlükə yaradır, həm də ətraf ərazi üçün potensial risk formalaşdırır.
Sakinlər və ərazidən keçənlər haqlı olaraq sual edirlər: “Şəhərsalma və Arxitektura Komitəsi hara baxır? Fövqəladə Hallar Nazirliyi bu riskləri niyə görmür?”
Eyni zamanda Sumqayıt Rayon İcra Hakimiyyətinin ərazidə aparılan bu tikinti işlərinə nəzarət edib-etmədiyi də sual doğurur. Sakinlər hesab edirlər ki, belə həssas zonada aparılan tikintilər daha ciddi nəzarət altında olmalı, icazə sənədləri və təhlükəsizlik normaları açıq şəkildə yoxlanmalıdır.
Mütəxəssislərin fikrincə, hündürlükdə aparılan tikinti işləri zamanı FHN-in əmək təhlükəsizliyi qaydaları mütləq şəkildə icra olunmalı, işçilər müvafiq qoruyucu avadanlıqlarla təmin edilməlidir. Əks halda, bu cür hallar ciddi qəza riskini artırır.
Hazırda tikintinin hüquqi əsasları, icazə sənədləri və təhlükəsizlik standartlarına uyğunluğu barədə rəsmi qurumların mövqeyi gözlənilir.

Aknews.az

Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb


Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardımım Mərkəzi qarajın iki müdiri var.
Bu yaxınlarda təcili yardımın qarajında baş verən üst üstə olaylar səngimək bilmir. Bir müddət əvvəl
anbar müdiri Soltanın qanunsuz əməlləri haqda ətraflı faktıarla yazımızdan sonra barəsində ciddi tədbir görülmüşdür. Buna baxmayaraq mərkəzi qarajda qanunsuz işlərlə məşğul olanlara ibrət olmayıb. Qaraj müdiri Bəhmən Kərimovun " DABRO" su ilə qarajda at oynadan özünü rəhbər şəxs kimi tanıdan Ramin adlı adi işçinin özbaşınalığı qəbuledilməzdir.
Beləki bir neçə gün əvvəl təcili yardım maşınlarından birinin " İVECO 37 " hansısa texniki səbəbdən qaraja gəlməli olub. Avtomobildə olan tibb bacısı bilməyərəkdən qapını açmaq istəyən zaman qapının tutacaq yerini qırıb. Bunu görən Ramin müəllim dərhal baş həkimə zəng edərək özünü mərkəzi qarajın rəhbərliyindən olduğu kimi təqdim edərək tibb bacısının cəzalandırılmasını tələb edib. Sonradan araşdırılıb ki, adı keçən Ramin müəllim hər yerdə özünü qarajın rəhbər şəxslərindən biri kimi təqdim edirmiş. Təbii ki, bunu özbaşına heç vaxt eləməyə cəsarəti çatmayan Ramin müəllimə qorxma arxanda mən varam deyib ona özgüvən sağlayan Bəhmən Kərimov imiş. Elə bu səbəbdən hamı elə bilir ki, mərkəzi qarajın iki müdiri var.
Mərkəzi qarajda baş verən daha böyük neqativ hallar haqqında növbəti yazımızda...


BnTv.az

MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...


Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən, əslində isə sahibkarlara qarşı açıq quldurluq əməlləri ilə diqqətə gələn Nazim Tahirovla bağlı dünən müəyyən faktları təqdim etdik. Aydın olurdu ki, ədliyyə nazirliyinin məhkəmə qərarlarının keçmiş baş icraçısı Nurəddin Mustafayevə güvənərək onlarla sahibkara qan udduran Nazim Tahirov yenidən İŞ BAŞINDADIR...

"DİA-AZ" vurğulayır ki, özünü hər yerdə "MƏHKƏMƏLƏR KRALI" kimi təqdim edən N.Tahirov dəfələrlə olub ki, hədəfə aldığı iş adamlarına "məhkəmə kimdir... hakim də mənəm, məhkəmə də mənəm, qanun da mənəm" deyərək istədiyi məhkəmə qərarını çıxarda biləcəyini gizlətməyib. Bu vaxta qədər öz maraqları naminə Ali Məhkəmə nədir, hətta Konstitusiya Məhkəməsinin qərarlarını dəyişdirdiyini söyləyən Nazim Tahirov məhz bütün bu quldur əməllərində ortağı olan korrupsioner məmurlara sığındığını az qala fərəhlə söyləyir. Hətta Ali Məhkəmə sədrinin belə onu durdura bilməyəcəyini nümayiş etdirir...

Bəli, əziz oxucular, məhz qanunsuz məhkəmə qərarları hesabına ayrı-ayrı sahibkarların qanuni mal və mülklərini ələ keçirən Nazim Tahirov bu gün də iş başındadır. Hətta gücünün üstünə güc qataraq hədəfə aldığı iş adamlarını açıq ölümlə də təhdid edir.

Onlardan biri də zamanında kifayət qədər imkanları olmuş Alim Lətifov adlı sahibkardır. Nazim Tahirov onu nəinki müflis duruma salıb, hətta bu gün özü ilə bərabər Lətifovun ailə üzvlərini də ÖLÜMLƏ HƏDƏLƏYİR.

Bu barədə "DİA-AZ"a danışan Alim Lətifov bildirir ki, külli miqdarda pulunu ələ keçirən Nazim Tahirov onu zərərsizləşdirmək üçün öldürmək fikrinə düşüb:

"Mən bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm və yenə də mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək kömək istəyirəm. Mənim can güvənliyim təhlükədədir.

Görün, hansı zəmanədə yaşayırıq ki, mən küçəyə tək çıxa bilmirəm. Ailə üzvlərim də eləcə... Onların da həyatı təhlükədədir.

Nazim Tahirov mənim milyonlarımı mənimsədi və özünü o qədər arxayın hiss edir ki, ölümlə hədələməkdən belə çəkinmir".

Qeyd edək ki, artıq Daxili İşlər Nazirliyi tərəfindən Nazim Tahirovun müəyyən cinayət əməlləri ilə bağlı hüquqi araşdırmalara da start verilib, hətta konkret cinayət işi açılıb. Bu işdə də zərərçəkənlərdən biri olan Alim Lətifov hüquq-mühafizə orqanlarına müraciət edərək daha operativ addımların atılmasını xahiş edir: " Bu gün Azərbaycan polisi var gücü ilə çalışır və ölkədə tam olaraq əmin-amanlığa nail olub. Amma Nazim Tahirov kimi quldurlar, onu himayə edənlər sanki düşmən kimi davranaraq aranı qarışdırırlar ".

Bildirək ki, Azərbaycanın məhkəmə sistemini özünün oyuncağı hesab edən Nazim Tahirovun yeni quldur əməlləri barədə növbəti faktları da açıqlayacağıq. Hansı məmurların hansı hoqqabazlıqlara getdiyini biləcəksiniz... Bizi izləməyə davam edin...

"DİA-AZ"

“Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət


II Qarabağ müharibəsi qazisi dövlət qurumlarına müraciət etdi: Laçındakı qanunsuzluqların araşdırılmasını istəyir

AzTimes.az xəbər verir ki, II Qarabağ müharibəsi qazisi, sentyabr döyüşlərinin və antiterror əməliyyatlarının iştirakçısı Həsənzadə Şamil Əsəd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Qazi müraciətində Laçın rayonunda müxtəlif dövlət qurumlarında qanun pozuntularının, qohumbazlığın və korrupsiya hallarının mövcud olduğunu iddia edib. O, xüsusilə Aqil Nəzərli barədə bir sıra ittihamlar səsləndirib və həmin iddiaların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edib.

Müraciətdə iddia olunur ki, Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərlinin Laçın rayonundakı məktəblərdən birində psixoloq kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq həmin vəzifəni icra etmədiyi halda əməkhaqqı aldığı bildirilir.

Bundan başqa, qazinin iddiasına görə, Aqil Nəzərlinin qardaşının həyat yoldaşı Pəri xanım Taxtakörpü məktəbində müəllim kimi qeydiyyatda olsa da, uzun illərdir dərs keçmədən əməkhaqqı alır.

Həsənzadə Şamil Əsəd oğlu müraciətində daha bir iddia irəli sürərək bildirib ki, Aqil Nəzərlinin həyat yoldaşı Qələm Nəzərli də xadimə kimi işə rəsmiləşdirilib və işə gəlmədən əməkhaqqı alır.

Qazi qeyd olunan bütün faktların aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılmasını, qanun pozuntusu aşkarlanacağı təqdirdə hüquqi qiymət verilməsini xahiş edib.

Qeyd: Yazıda yer alan məlumatlar II Qarabağ müharibəsi qazisi Həsənzadə Şamil Əsəd oğlunun dövlət qurumlarına ünvanladığı müraciətdə səsləndirdiyi iddialardır. AzTimes.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə



Ötən gün Bakı İnzibati Məhkəməsində plastik cərrah Rəşad Babayevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "plastik cərrahiyyə fəaliyyəti ilə praktik məşğul olmasına icazə verilən sertifikatının ləğv edilməsi barədə əmrin ona aid hissəsinin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakupost.az-ın əməkdaşı məhkəmə öncəsi iddiaçıdan açıqlama alıb. R. Babayev bildirib ki, obyektiv araşdırma aparılsaydı, iş çoxdan onun xeyrinə həll olunardı:
“Bizim təqdim etdiyimiz əsaslara Səhiyyə Nazirliyi cavab verə bilmir. Mən bunu belə qiymətləndirirəm”.
Məhkəmə baxışı zamanı cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair etiraz müzakirə olunub. Sənədin tərəflərə vaxtında təqdim olunmadığını nəzərə alan məhkəmə vəsatət əsasında 15 dəqiqəlik fasilə elan edib.
Fasilədən sonra iclas davam etdirilib. Cavabdeh nümayəndəsi etirazın mahiyyətini qısa şəkildə izah edərək iddianın təmin edilməməsini xahiş edib. Ardınca iddiaçının vəkilləri cavabdeh nümayəndəsinə suallar ünvanlayaraq, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşmanın tətbiq edilməsi və hüquq qarşısında bərabərlik prinsipinin pozulması ilə bağlı mövqelərini əsaslandırmağa çalışıblar.
Məhkəmə tərəflərin izahatlarını dinlədikdən sonra çıxış mərhələsinə keçib. İddiaçı tərəf sübutların ayrıca qiymətləndirilməsini tələb etsə də, məhkəmə bunu zəruri hesab etməyib.
Yekun çıxışlarında iddiaçının vəkilləri iş üzrə bir sıra mühüm hüquqi və faktiki hallara diqqət çəkiblər. Onların sözlərinə görə, məhkəmə araşdırması zamanı sertifikatların qiymətləndirilməsini aparan komissiyanın formalaşdırılması və fəaliyyəti ilə bağlı ciddi hüquqi problemlər mövcuddur. Vəkillər komissiyanın legitimliyi, qərarlarının obyektivliyi və səlahiyyət hədləri ilə bağlı iradlarını səsləndirərək bildiriblər ki, məhz bu komissiyanın qərarları əsasında Rəşad Babayev də daxil olmaqla plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən bir sıra həkimlərin sertifikatlarının ləğv edilməsi hüquqi əsasdan məhrumdur.
Müzakirə olunan əsas məsələlərdən biri də iddiaçının sertifikatının ləğvinə səbəb kimi göstərilən rezidentura təhsili ilə bağlı olub. İddiaçı tərəf vurğulayıb ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün rezidentura təhsilinin məcburi şərt kimi nəzərdə tutulmaması iddianın hüquqi əsaslılığını təsdiq edir. Bu səbəbdən iddiaçının nümayəndələri Səhiyyə Nazirliyinin mübahisələndirilən əmrinin Rəşad Babayevə aid hissəsinin ləğv edilməsini xahiş ediblər.
Məhkəmə iclasında çıxış edən iddiaçı Rəşad Babayev uzun illər plastik cərrah kimi fəaliyyət göstərdiyini, müxtəlif dövlət tibb müəssisələrində bu ixtisas üzrə xidmət etdiyini, indiyədək 12-dən artıq rezident hazırladığını və elmi fəaliyyətinin də plastik cərrahiyyə sahəsi ilə bağlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, yekun qərardan asılı olaraq, onun uzun illər ərzində məhkəmələrdə plastik cərrah qismində təqdim etdiyi ekspert rəylərinin hüquqi qüvvəsi, eləcə də elmi-pedaqoji fəaliyyəti çərçivəsində hazırlanmış rezidentlərin hüquqi statusu ilə bağlı gələcəkdə mübahisələrin yaranması ehtimalı mövcuddur. Bu isə təkcə onun fərdi hüquqlarına deyil, həm də bütövlükdə plastik cərrahiyyə sahəsində hüquqi müəyyənlik prinsipinə təsir göstərə biləcək məsələdir.
Məhkəmə baxışını başa çatdıraraq yekun qərarın 6 iyul 2026-cı il saat 17:00-da elan olunacağı bildirilib.
İclasdan sonra jurnalistlərin suallarını cavablandıran iddiaçının vəkilləri yekun məhkəmə qərarı açıqlanana qədər hüquqi mövqe bildirməyəcəklərini qeyd edərək ətraflı danışmaqdan imtina ediblər.
İddiaçı Rəşad Babayev isə Bakupost-un əməkdaşına açıqlama verərək məhkəmə prosesində müzakirə olunan məsələlərə münasibətini bildirib.
“Cavabdeh tərəfin təqdim etdiyi sənədlər sadəcə ədəbiyyatdan götürülmüş materiallardır və heç bir hüquqi əsasa malik deyil. Ona görə də qarşı tərəfin vəkili heç bir əsaslı cavab verə bilmədi. Plastik cərrahlar mənim təqdim etdiyim tədris və sənədlərlə bu ixtisasa yiyələniblər. Sonra isə deyirlər ki, Rəşad Babayev, sən artıq bizə lazım deyilsən, işini bitirdin.
Mən bir dəfəlik iynə deyiləm ki, istifadə edib sonra kənara atsınlar. Belə bir haqq yoxdur. Mən burada ən yüksək pillədə olan şəxslərdən biri olmuşam.
Əgər məhkəmə mənim lehimə qərar verməsə, bunu mübahisələndirəcəyəm və qeyd edəcəyəm ki, bütün tələbələrimin sertifikatını da ləğv edin", - deyə cərrah bildirib.
Qeyd edək ki, iş üzrə yekun qərarın 6 iyul 2026-cı il tarixində elan olunacağı gözlənilir.

Bakupost.az

Zaur Kamal qəza etdi



Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib.

Bu haqda aparıcı özü instaqram hesabında məlumat verib.

O, avtomobilinin fotosunu paylaşaraq, “ Bu da belə getdi”, - sözlərini yazıb.

Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub.

“Gəncəyə çataçatda oldu. Salamatçılıqdır”, - deyə əlavə edib.

Sürdüyü maşında öldü


Binəqədi rayonunda kişi sükan arxasında vəfat edib.

Hadisə iyulun 2-si saat 23 radələrində qeydə alınıb.

Biləcəri ərazisində qəsəbə sakini Faiq Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobildə vəziyyəti pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb, 59 yaşlı şəxs infarktdan ölüb.

Araşdırmalar aparılır.
Xəbər lenti