Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

Martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.

QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.

Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək, əl gigiyenasına riayət etmək, qida qəbuluna diqqət yetirmək və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etmək tövsiyə edilir.

Müraciətdə həmçinin qeyd olunub ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər. Bu mövsümdə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır:

"Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir".

Məlumatda vurğulanıb ki, bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.

“İran bir daha Qətərin LNG kompleksini vursa...”


“ABŞ və Qətər İsrailin “Cənubi Pars” qaz yatağına hücumu barədə məlumatsız olub”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosia şəbəkəsində etdiyi paylaşımda yazıb.

“İsrail İranda yerləşən “Cənubi Pars” qaz yatağı kimi tanınan böyük bir obyektə güclü zərbə endirdi. Nəticədə, bütün kompleksin nisbətən kiçik bir hissəsi zərər gördü. Nə ABŞ, nə də Qətər konkret bu hücum barədə məlumatlı olub. Təəssüf ki, İran bunu, eləcə də “Cənubi Pars”a edilən hücumla bağlı digər mühüm faktları bilməyib, buna görə də əsassız və ədalətsiz şəkildə Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı (LNG) zavoduna hücum edib”, - ABŞ dövlət başçısı bildirib.

Tramp İsrailin bir daha “Cənubi Pars” yatağına hücum etməyəcəyinə söz verib, lakin bunun qarşılığında İrandan Qətərə hücum etməməyi tələb edib: “Əks halda, ABŞ, İsrailin köməyi olsa da, olmasa da, bütün “Cənubi Pars” qaz yatağını heç vaxt olmadığı şəkildə partladacaq”.

ABŞ lideri İran üçün uzunmüddətli fəsadları ola biləcək belə bir dağıntıya yol vermək istəmədiyini, lakin Qətərin LNG kompleksinə yenidən hücum edilsə, buna tərəddüd etmədən icazə verəcəyini bəyan edib.

Xatırladaq ki, İsrail ötən gün İranın “Cənubi Pars” qaz yatağına hücum edib. Bundan sonra İran Qətərin Ras-Laffan şəhərində yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı kompleksini (LNG) vurub.

İcra başçısı Şahbaz Xuduoğlunu təhqir etdirib? – “Trol dəstəsi saxlayır…”


Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin adı növbəti qalmaqalda hallanır. Belə ki, başçının nəzarətində olduğu iddia edilən trol dəstəsinin sosial şəbəkələrdə “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlunu təhqir etdiyinə dair iddialar var.

Globalinfo.az xəbər verir ki, bu barədə Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində bildirib.

Naşirin sözlərinə görə, ötən həftə onun Elvin Paşayev barədə paylaşdığı yazıdan sonra ona tanışı tərəfindən zəng gəlib və daha sonra Qax rayonunun icra başçısının müavini Vəfa Heydərova onunla əlaqə saxlayıb:

“Qax rayonunun icra başçısı Elvin Paşayevin bayram tədbirindən bir video paylaşmışdım.

Bu paylaşımımdan sonra Gəncədən uzun illərdir tanıdığım Azər Allahverdiyev zəng edib bildirdi ki, başçı onun qohumudur, yaxşı insandır. Onun haqqında xeyli müsbət fikirlər söylədi. Ardınca Qax Rayon İcra Hakimiyyətinin müavini Vəfa xanım da əlaqə saxladı, tədbirin başqa görüntülərini göndərdi və həmin tədbirin daha fərqli tərəflərini göstərmək istədi. Mən də bunu nəzərə alaraq əlavə bir paylaşım etdim.
Sonra işlərimə görə mövzu diqqətimdən çıxdı. Bu gün isə baxıram ki, paylaşımın altında çoxlu sayda eyni üslubda yazılmış şərhlər var. Bu şərhlərin bir hissəsi açıq şəkildə təhqiramizdir. Diqqətimi çəkən isə onların oxşarlığı və koordinasiyalı görünməsidir. Cavab vermədiyim üçün də bunu bir növ “qələbə” kimi təqdim etməyə çalışırlar.

Mənim fəaliyyətim bəllidir — kitab nəşri, maarifçilik, düşüncə mühiti yaratmaq. Yazılarımda və çıxışlarımda məqsədim heç vaxt kimisə hədəf almaq olmayıb. Tənqid etdiyim məsələlər isə şəxslərdən çox yanaşmalar və davranış modelləri ilə bağlıdır.

Bu baxımdan sual yaranır: bir rayon rəhbərinin əsas işi nə olmalıdır? Sosial şəbəkələrdə trol dəstəsi saxlamaqla kütləvi reaksiyalar formalaşdırmaq, yoxsa idarə etdiyi rayonun problemləri ilə məşğul olmaq?

Bir rəhbər şəxsin müsbət imici, onun tənqidə münasibətində özünü göstərməlidir. Tənqidə qarşı aqressiya yox, açıqlıq və izah olmalıdır.
Bu hikkə, bu qəzəb, bu nifrət bu qisasçılıq hissi hardandır bu yaxşı oğlanda?”, – naşir yazıb.

Xatırladaq ki, Şahbaz Xuduoğlunun sözügedən ilk paylaşımını Globalinfo.az da ictimailəşdirmişdi.

Globalinfo.az

Səkinə Sadıxovanın xəstəxanasında gənc qadın vurulan iynədən sonra öldü


Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.

Bizimesr.com bildirir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Tibb müəssisəsində ona iynə vurulub. Qadın daha sonra yaşadığı evə qayıtsa da, vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovadır.

Bizimesr.com

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Mətndə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.

Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.

Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!"

“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR


Toxunulmazlıq statusu almış bu klinikada, qiymətlər “kəllə-çarxa çıxıb”

3 gün əvvəl mediada Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzi ilə bağlı narahatedici məlumatlar tirajlandı…ŞikayətçiYasəmən Əliyeva (ad şərtidir) bildirir ki, doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib. Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:
“Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib ‘İmplus’da verdim. Çünki qiymətlər daha münasibdir, "Real" klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

“Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, “İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

“Sumqayıt Hospital” “Real”ı kölgədə qoyur

Bu məlumatı xatırlamağımız təsadüf deyil… Sumqayıtda fəaliyyət göstərən daha bir klinika-“Sumqayıt Hospital”la bağlı Yenixeber.org-a daxil olmuş məlumatlardan belə məlum olur ki, bu şəhərdəki səhiyyə müəssisələrini ortaq prinsiplər birləşdirir: Müayinə-müalicədən tutmuş para məsələsinə qədər…Ölkə səhiyyəsinin bərbad durumunun parlaq nümunəsi kimi.

Özəl məlumatlarımıza keçməzdən əvvəl xatırladaq ki, “Sumqayıt Hospital”la bağlı indiyədək də, media və sosial şəbəkələrdə yumşaq desək xoşagəlməz məlumatlar titajlanıb…Bir müddət əvvəl ölkə mediasında yayılan məlumata görə, 2025-ci ildə “Sumqayıt Hospital”da 100-ə yaxın protez əməliyyatının icra olunması fonunda xəstələrin müxtəlif bölgələrdən eyni tibb müəssisəsinə yönləndirilməsi baş tutub(?) Sən demə, dövlət tibb müəssisələrində müayinə olunan xəstələr qeyri-rəsmi mexanizmlər vasitəsilə avtomatik olaraq “Sumqayıt Hospital”a göndərilir.

İddiaya əsasən, xəstələr sistemdə xüsusi qeydiyyata düşür və seçim hüquqları olmadan həmin xəstəxanaya yönləndirilir. Bu, xəstələrin əməliyyat və tibbi xidmət seçimlərini məhdudlaşdıraraq, prosesin məqsədli şəkildə idarə olunduğu ehtimallarını gücləndirir.

Sxemdə adları hallanan şəxslər arasında icraçı direktor Rəşad Hüseynov, onunla əlaqəli olduğu iddia edilən Əhliman Əmiraslanov və prosesin əsas idarəedicisi kimi göstərilən Asiman Həsənov yer alır.

Mənbələr bildirir ki, bu şəxslərin təsiri altında xəstələrin yönləndirilməsi sistemli şəkildə həyata keçirilir.( nocomment.az)

***

Sumqayıt sakini İlkin İsmayılov da müalicə üçün müraciət etdiyi “Sumqayıt Hospital”dakı özbaşınalıqdan şikayət edib. Şikayətçi bildirir ki, hospitalda həkim qəbuluna yazılan xəstələr qapıda gözlədilir, növbədəki xəstələr qala-qala qəbulda əlavə ödəniş edənlər içəri buraxılır… (Yazını bu likdən oxuya bilərsiniz: https://sumqayit.tv/sumqayt/17508-sumqayt-hospitalda-xstlri-ruvtl-qbul-edirlr-ikayt.html )

***

"Sumqayıt Hospital" həkim ortoped-travmatoloqu Elçin Yaqubov isə xəstəni şikəst etməkdə ittiham edilir: 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirdiyinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb…(Yazını bu likdən oxuya bilərsiniz: https://news.milli.az/country/1283452.html )

Hospital”ın toxunulmazlıq statusu və öz qanunları…

Bu məlumatları da xatırlamağımız təsadüf deyil…Bu və digər, eləcə də, Yenixeber.org-a daxil olmuş məlumatlardan aydın olur ki, "Sumqayıt Hospital" hansısa gözəgörünməz əlin sayəsində sanki bir toxunulmazlıq statusu alıb. Ki, burada kimsə tərəfindən yazılması məlum olmayan qanunlar hakimdir.

Xatırladaq ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi 571 ünvanda yerləşən bu klinkikada “Doğuş şöbəsi”, “Stasionar”, “Polikilinika”, “Əməlliyyat bloku, “Reanimasiya”, “Radiologiya” və “Qəbul şöbəsi” fəaliyyətdədir.

"Sumqayıt Hospital"lda həkim qəbulu, müayinə, müalicə və əməliyyatların qiyməti qeyd etdiyimiz kimi, hansısa gözəgörünməz əlin işarəsi ilə müəyyənləşir. Ölkə əhalisinin məlum sosial durumu, minimum əməkhaqqı və s. bu kimi göstəricilərdən burada əsər-əlamət yoxdur… Sadəcə həkim qəbulları 30-60 manat arasında dəyişir. Müxtəlif cihazlarla tibbi müyainələrin də öz qiymətləri var. Müalicə və əməliyyatlarla da bağlı qiymətlər müxtəlifdir. Məsələn, təbii doğuş 881 manat olduğu halda, qeysəriyyə məliyyatı 1181 manatdır…Diqqət edin, məbləğlərin sonunda 1 manat olması qiymətlərin guya hansısa göstəricilərlə əsaslandırılması təsəvvürü yaratmağa hesablanıb. Amma, hansı sosial və itisadi göstəricilərdən,… Bir zəhmət klinika rəhbəri bunu açıqlasın…Tibbi sığorta məsələsi də, burada Azərbaycansayağı tətbiq edilir.

Açıqlanmasına ehtiyac olan faktorlar bunularla bitmir: "Sumqayıt Hospital"ın yeni korpusu, ərazisindən kənar, fəaliyyətdə olan Aptek və kafenin lazımı hüquqi sənədləri ilə də bağlı açıqlama verilməsinə ehtiyac olan məlumatlar var…

Yuxarıda “gözəgörünməz əl” yazdıq,…Bu əlin akademik-deputat Əhliman Əmiraslanova məxsusluğu ilə bağlı indiyə qədər də mediada məlumatlar yer alıb. İddiaya görə “Sumqayıt Hospital”ın toxunulmazlıq statusu alması, qiymətlərin “kəllə-çarxa çıxması” da məhz, bu səbəbdəndir.

Biz hələlik ötəri toxuna bildiyimiz məlumatlarla bağlı "Sumqayıt Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rəşad Hüseynova rəsmi sorğu da ünvanlamışıq. Təəssüf ki, hələ də sorğumuz cavabsız qalmaqdadır(?) Bu səbəbdən də, hələlik geniş yaza bilmirik…(Yenixeber.org)




İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

Dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.




Xəbər lenti