Son xəbər

“İran bir daha Qətərin LNG kompleksini vursa...”

19.03.2026 10:52 38
Dünya

“ABŞ və Qətər İsrailin “Cənubi Pars” qaz yatağına hücumu barədə məlumatsız olub”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosia şəbəkəsində etdiyi paylaşımda yazıb.

“İsrail İranda yerləşən “Cənubi Pars” qaz yatağı kimi tanınan böyük bir obyektə güclü zərbə endirdi. Nəticədə, bütün kompleksin nisbətən kiçik bir hissəsi zərər gördü. Nə ABŞ, nə də Qətər konkret bu hücum barədə məlumatlı olub. Təəssüf ki, İran bunu, eləcə də “Cənubi Pars”a edilən hücumla bağlı digər mühüm faktları bilməyib, buna görə də əsassız və ədalətsiz şəkildə Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı (LNG) zavoduna hücum edib”, - ABŞ dövlət başçısı bildirib.

Tramp İsrailin bir daha “Cənubi Pars” yatağına hücum etməyəcəyinə söz verib, lakin bunun qarşılığında İrandan Qətərə hücum etməməyi tələb edib: “Əks halda, ABŞ, İsrailin köməyi olsa da, olmasa da, bütün “Cənubi Pars” qaz yatağını heç vaxt olmadığı şəkildə partladacaq”.

ABŞ lideri İran üçün uzunmüddətli fəsadları ola biləcək belə bir dağıntıya yol vermək istəmədiyini, lakin Qətərin LNG kompleksinə yenidən hücum edilsə, buna tərəddüd etmədən icazə verəcəyini bəyan edib.

Xatırladaq ki, İsrail ötən gün İranın “Cənubi Pars” qaz yatağına hücum edib. Bundan sonra İran Qətərin Ras-Laffan şəhərində yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı kompleksini (LNG) vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul