Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan bayramı münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, hər kəsə sağlamlıq və xoşbəxtlik, dünyamıza sülh və əmin-amanlıq bəxş etsin!”.



Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır.

Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

15:18

Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu


İran Silahlı Qüvvələri İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına, həmçinin “13-cü telekanal”ın Təl-Əvivdəki ofisinə zərbələr endirib.

Bu barədə İran ordusunun Mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, hücum çərçivəsində İsrailin quru qoşunları ilə əlaqəli obyektlər də hədəf alınıb.

İran tərəfi bu əməliyyatın kəşfiyyat naziri İsmail Xətibin öldürülməsinin qisası olduğunu bəyan edib.

“Sədərəy”in sahibinə qarşı yarım milyonluq dələduzluq - İş adamı həbs edildi


“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldadan iş adamı həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı Elnur Səmədov külli miqdarda dələduzluqda təqsirli bilinib.

Bu iş üzrə bir neçə zərərçəkmiş var, E.Səmədovun aldatdığı şəxslərdən biri də Yusif Qədimbəylidir. Təqsirləndirilən şəxs Qədimbəyliyə Azərbaycanın müxtəlif rayonlarında yetişən mövsümi meyvələrin alınıb Rusiyada satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vəd verib.

Qədimbəyli isə təklifi cəlbedici sayaraq ona 489 min manat pul verib. Elnurun pulu alıb iş görə bilməməsindən sonra isə Y.Qədimbəyli ondan şikayət edib.

İstintaq vaxtı cinayət işi üzrə başqa zərərçəkmişlər də müəyyən edilib. O, Qədimbəylidən başqa yalan vədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 723 min manat pul alıb.

E.Səmədov uzun illər müxtəlif formada biznes fəaliyyəti ilə məşğul olub. Zərərçəkmiş şəxsləri də bir-birinin vasitəsilə tanıyıb. O, məhkəmədə özünü təqsirli bilsə də, bəzi epizodlarla razılaşmayıb.

Verilmiş ittiham məhkəmə araşdırması ilə təsdiqini tapıb. Hökmə əsasən, Elnur Səmədova 8 il 6 ay həbs cəzası verilib. Həmçinin Yusif Qədimbəyli və digər zərərçəkmişlərin dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddiaları təmin edilib

Bakıda qəbir yerlərini satanlar kimlərdir?


Bəzi yerlərdə 100, bəzi yerlərdə bu məbləğin on qatı… Paytaxt qəbiristanlıqlarında qəbir yerləri pulla satılır..

Sevdiklərimizi tapşırdığımız torpağa bu qiyməti kim, kimlər qoyur?, Vətəndaşlar bu məsələdə nə düşünür?

Qaradağ məscidinin axundu deyir ki, qəbir yerlərinin satılması qanunsuzdur amma yer seçimi edirsənsə, onda əlini cibinə atmalısan, özü də nə az nə çox, yüzlərlə manat üçün.

Faiq Əhmədov deyir ki, rəsmi olmasa da, qəbir yeri qazanlara da mərhumun yaxınları tərəfindən pul verilir.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirildi ki, Nazirlər Kabinetinin 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, qəbiristanlıqların idarə olunması və bu sahədə xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətlərinə aid edilib. Qərara əsasən, Azərbaycan vətəndaşlarının, respublikamızda olan və ya yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Komitədən o da qeyd edildi ki, hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Adil Əliyev də Mais Məmmədova bata bilmədi - Oliqarx MKTB rəisi kimdir?


Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov qanunsuz tapşırıqları və fəaliyyəti ilə böyük narazılıq yaradıb. Xüsusən də MKTB əməkdaşlarının canını boğazına yığan rəis Mais Məmmədov barəsində Prezident İlham Əliyevə və Bakı meri Eldar Əzizova şikayət gedir.
AnaXeber.info.az məlumat verir ki, Tik-Tok platformasında videomüraciət yayan Cavid adlı MKTB işçisi Mais Məmmədov və onun briqada rəhbəri barəsində faktlar açıqlayıb. Şikayətçi bildirib ki, 2-ci qrup əlildir, 400 manat əmək haqqı alır və vəzifəsi məişət tullantılarını yığışdırmaqdır. Ancaq Mais Məmmədovun idarəçiliyi həddini aşır və işçilərə qanunsuz əmrlər verilir. Məsələn, elə MKTB işçisi Caviddən tələb olunur ki, 7 hektar ərazisi olan Neftçilər parkının döşəməsini yuyub silsin. O isə deyir ki, nə sağlamlığı buna imkan verir, nə də vəzifəsi bu işi görməkdir. Sadəcə, məişət tullantılarını yığmaq borcu var. Çıxışında şikayətçi deyib ki, Suraxanı baxımsız vəziyyətdədir, MKTB rəisi isə qanunsuz əməlləri ilə məşğuldur.
Qeyd edək ki, ümumiyyətlə,
Suraxanını xarabalığa çevirən MKTB rəisi Mais Məmmədovun fəaliyyəti kütləvi narazılıq yaradıb. Suraxanı sakinləri bildirirlər ki, Yeni Günəşli və digər ərazilər tör-töküntü, səliqəsiz, bərbad vəziyyətdədir. Mais Məmmədovu isə yalnız gəlir və biznesi maraqlandırır. Bu da Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin Suraxanı MKTB-də araşdırmalar aparmasını zəruri edir. Çünki bir MKTB rəisi postu nə qədər gəlirlidir ki, Mais Məmmədovu oliqarxa çevirib. Onun Yeni Günəşli ərazisində "Neo servis" və başqa avtomobil satışı mərkəzi, o cümlədən iaşə obyektləri, maşın kolleksiyası var.
tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbələrində biznes obyektləri tikdirib.
Mətbuatda yayılan xəbərlərə görə, ona aid Yeni Günəşli qəsəbəsində yerləşən «Qrand» şadlıq sarayını, Şabran rayonundakı dəvə fermasını, eləcə də digər ticarət obyektlərini göstərmək olar. Adıçəkilən məmur ölkə qanunlarının əksinə iş tutur».
Maraqlıdır, Mais Məmmədov MKTB rəisi maaşı ilə bu biznesə necə sahib olub? O baxımdan hüquq-mühafizə orqanlarının yoxlamaları zəruridir. Necə ki "qara maskalı"lar icra başçılarının kabinetinə gələrək" onlara "sürpriz" edirlər, eynilə Suraxanı rayon MKTB rəisinin kabinetində də oxşar mənzərəyə zərurət yarana bilər.
Yerli sakinlər də deyirlər ki, Mais Məmmədovdan şikayətçidirlər. Hazırda rayonda səliqə-sahman yox, zibil yeşikləri tapılmır, amma abadlığa ayrılan vəsait qəhətə çıxır.
Yada salaq ki, Suraxanı MKTB-yə 74, 62, 63, 68, 103, 104 və 105 saylı MKİS-lər daxildir. Birliyin rəisi Mais Məmmədov isə ona tapşırılan işlərin öhdəsindən gələ bilmir. Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin rəisləri MKTB rəhbərinə hər ay tələb olunan səviyyədə «qulluq» edirlər. Suraxanı rayonu ərazisində heç kim Mais Məmmədovun razılığı olmadan eyvan artıra, dama su çəni qoya, yaxud mənzilinin daxilində əlavə dəyişiklik edə bilməz. «Jek» rəisləri hər gün cavabdeh olduqları ərazilərə çıxıb müşahidə aparırlar. Belə halla qarşılaşan kimi isə Mais müəllimə məlumat verirlər. Birlik rəisi özünə yaxın adamları həmin şəxslərin yanına göndərib görülən işin qarşılığında nəysə verməli olduqlarını bildirirlər. Bununla razılaşmayan şəxslərin iş görməsinə qətiyyən icazə verilmir.
Eyni zamanda, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzarətində olan ərazilərdə anti-sanitariya baş alıb gedir. Qurumun balansında kifayət qədər texnikanın olmasına baxmayaraq, rayonun bir sıra qəsəbələri zibillik içində itib-batır. «Jek»lərdə əməlli-başlı özbaşınalıq hökm sürür. Belə ki, rəislər vətəndaşlara lazım olan arayışları hansısa maraqlarının qarşılığında verirlər.
Əlavə edək ki, Mais Məmmədov artıq 30 ilə yaxındır sözügedən vəzifənin başındadır. Bəs onu keçmiş və indiki icra başçısı üçün vacib edən hansı səbəblərdir? - Sual açıq qalır, amma adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeberinfo.az
Azər Talıbov
Xəbər lenti