Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib.

Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Hakimiyyətin vəziyyəti nəzarətə almaq üçün atdığı tələsik addımlar situasiyanı düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var


Bakıda fəaliyyət göstərən “Barama Uşaq Bağçası”nın iki filialı ilə bağlı şikayətlər var.


Valideynlər “Qafqazinfo”ya müraciətlərində bağçanın Əcəmi və Yasamal filiallarından narazılıqlarını dilə gətiriblər.


Bakı sakini Hədiyyə və Əşrəf Qurbanəliyevlər bildiriblər ki, 3 yaşlı övladları K.Qurbanəliyev 2025-ci il sentyabrın 1-dən Əcəmi filialında təhsilə başlayıb. Onların sözlərinə görə, bir müddət əvvəl uşaqda 1-ci tip şəkərli diabet aşkarlanıb. Uşağın bütün tibbi sənədlərinin qaydasında olduğu və onun mütəmadi həkim nəzarətində saxlanıldığı bildirilsə də, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalması ilə bağlı məhdudiyyətlər tətbiq edib.


Ailənin iddiasına görə, əvvəlcə onlara uşağın 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq “kölgə dayə” - fərdi nəzarətçinin tutulması tələb olunub.


Valideynlər qeyd edirlər ki, bağçada tibb işçisi fəaliyyət göstərməsinə baxmayaraq, belə bir xidmətin maliyyə yükünü qarşılamaq imkanları yoxdur. Bundan sonra bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Valideynlər buna razılıq vermədiklərini desələr də, sonradan onlara uşağın portal qeydiyyatının ləğv edildiyi bildirilib: “Qeydiyyatın ləğvi ilə bağlı bizə heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb”.


Digər şikayət isə valideyn Muxtarova Səkinə Hüseyn qızı tərəfindən “Barama Uşaq Bağçası”nın Yasamal filialı ilə bağlıdır.


Valideyn bildirir ki, 3 yaşlı oğlu M.Muxtarov 2025-ci ilin dekabr ayından etibarən həmin bağçada təhsil alır. Ana deyir ki, müəssisədə olduğu müddətdə autizm spektr pozuntusu olduğu ehtimal edilən başqa bir uşaq tərəfindən dəfələrlə dişlənib, qorxudulub və psixoloji təzyiqə məruz qalıb: “Hadisələr bir neçə dəfə təkrarlansa da, bağça rəhbərliyi tərəfindən problemin qarşısının alınması üçün effektiv tədbirlər görülməyib”.


Valideyn qeyd edir ki, nəticədə övladında əvvəllər müşahidə olunmayan kəkələmə, qorxu hissi, özünəqapanma və sosial davranış dəyişiklikləri yaranıb.


“Hadisələrə görə dəfələrlə bağça rəhbərliyinə müraciət etmişəm. Mənə “uşaqdırlar, belə hallar ola bilər” kimi cavablar verilib. Problemin həlli üçün konkret addım atılmayıb”, - deyə valideyn bildirib.


Onun sözlərinə görə, haqlı narazılıq bildirdikdən sonra uşağın gələcəkdə bağçaya qəbul edilməməsi ilə bağlı eyhamlar da vurulub.


Valideyn hesab edir ki, bu cür yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir.


Məsələ ilə bağlı “Barama Uşaq Bağçası”nın hər iki filialına müraciət ünvanlasaq da, günlərdir verilən sorğumuza cavab ala bilmədik.


Qafqazinfo

Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...


Gəncə şəhər “Su-Kanal” idarəsinin rəisi Şöhrəddin Verdiyev gəncəliləri qrunt suları və kanalizasiya problemi ilə üz-üzə qoyub..."

Paytaxt.org-a daxil olan bir neçə şəhər sakininin şikayətində belə deyilir.

Bildirilib ki, ölkənin ikinci böyük şəhəri illərdir tullantı sularından əziyyət çəkir. Gəncə Şəhərinin Kanalizasiya sistemlərinin təzələnməsinə 49 milyon 500 min dollar pul ayrılsa bu vəsait illərdir yoxa çıxıb. Yəni 2022 ci ildə başlanılan iş 2025 ci ildə yekunlaşmalı olan Gəncə şəhərinin kanalizasiya sistemlərinin təzələnməsinə görə, ayrılan vəsait ortada yoxdur. Ayrılan vəsaitin ört – bastır etmək məqsədi ilə şəhərin bəzi mərkəzi küçələrində köhnə kanalizasiya sistemi dəyişdirilsə də mərkəzi küçələrin və digər ərazilərdən keçən xətlərdə əzilmiş, dağılmış köhnə borular hələ də qalmaqdadır.

Son aylar yağan güclü yağışlar nəticəsində əksər küçələrdə ötürücülüyü zəif olan köhnə kanalizasiya borularında daşqinları baş verir şəhəri qrunt suları və üfunət basır. İdarənin rəisi Şöhrəddin Verdiyevin yarıtmaz idarəçiliyi yerli sakinləri boğaza yığıb.
Ayrılan vəsaiti öz maraqlarına quruban edən Gəncə Su Kanalı İdarəsinin rəisi Şöhrəddin Verdiyev bağlı, həm şifahi həm də yazılı şəkildə müvafiq qurumlara müraciət etdiklərini bildirən sakinlər hələ də süründürməçiliyə salınıb.

Böyük problem qarşısında əziyyət çəkdiklərini bildirən şikayətçilər, hazırda sadəcə kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş işlərin vəsaiti milyon manatlarla ölçüldüyünü deyir. Bəs onda Gəncə şəhərinə ayrılan 49 milyon 500 min dollar itən vəsaitə cavabdeh olan Şöhrəddin Verdiyev kimi şəxslər nədən hələ də cəzalandırılmır Baş prokurorluqda, Gəncə Su Kanalı İdarəsi rəisinin koorrupsaner fəaliyyəti hələdə araşdırılmır!?

Gəncə Su Kanalı İdarəsi rəisi Şöhrəddin Verdiyevin yarıtmaz idarəçiliyi və müəmmalı fəaliyyəti bununla bitmir. Şikayətçilərin iddialarına görə illərdir dövlət büdcəsini talıyan Verdiyevin ali təhsili yoxdu, o hələdə müəyyən yollarla əldə etdiyi saxta kağız parçası ilə fəaliyyətdədir. Şöhrəddin Verdiyevi vəzifəyə gətirən və onu hələdə qoruyan Gəncə ŞİH-dəki "kirişa"sı onun ali təhsili olmadığını hər kəsdən yaxşı bildiyinə görə, mühüm maraqları ucbatından bu rüşvətə meyilli rəisə sahib çıxmasıdır. Hələ bu azmış kimi "cənab Verdiyev xaricdə Azərbaycanın imcinə xələl yetirən, yüksək vəzifəlilərin təhqirinə yol açan, alçaldıcı müzakirələr aparan xain - təxribatçılarla bir şəxsin vasitəsi ilə əlaqədə olduğu və hətta maliyyə dəstəyi verməsi, okanın o tayında da fəaliyyətinin olduğu bilinməkdədir"- iddia edən şikayətçi DTX-nin bunu araşdırmasının mühüm olduğunu söyləyib. Bildirək ki, bu iddia ilə bağlı əməkdaşlarımz araşdırmalara başlayıb. Növbəti yazıda oxuculara daha da ətraflı məlumat verməyə çalışacağıq!

Məlumat üçün bildirək ki, Gəncə Su Kanalı İdarəsi rəisi Şöhrəddin Verdiyevlə bağlı iddiaları cavablandırması üçün onunla telefon əlaqəsi yaratdıq, amma o bizim suallarımızı dinləyə-dinləyə təhqiramiz ifadələrlə telefona odboy verdi.

Paytaxt.org

İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...


İmişli məktəbinin direktoru ilə bağlı ciddi iddialar: Məhkəmə qərarı, işdən çıxarmalar və diplom məsələsi gündəmdə
İmişli rayonu Hacalmuradlı kənd şəhid Q. Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayevlə bağlı 1xeber.media-ya müraciət daxil olub. Müraciətdə direktorun fəaliyyəti ilə əlaqədar bir sıra ciddi iddialar səsləndirilir və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılması tələb olunur.
Şikayət müəllifinin sözlərinə görə, Ruslan İbayev son illər ərzində bir neçə əməkdaşı işdən azad edib. İddia olunur ki, təkcə cari tədris ilində altı nəfər əməkdaş heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb.
Müraciətdə qeyd edilir ki, işdən azad edilən şəxslərdən biri olan İmaməddin Həsənov məsələ ilə bağlı məhkəməyə müraciət edib. Şikayətçinin iddiasına görə, məhkəmə tərəfindən qəbul edilən qərar İmaməddin Həsənovun xeyrinə olub və bu qərar işdən çıxarma prosesinin qanuniliyinə dair suallar yaradıb.
Bununla yanaşı, müraciətdə direktorun ayrı-ayrı şəxslərə qarşı təzyiq göstərdiyi və hədələyici ifadələr işlətdiyi də iddia olunur. Şikayət müəllifi İmaməddin Həsənovun da müxtəlif təhdidlərlə üzləşdiyini bildirir.
Müraciətdə daha bir diqqətçəkən məqam Ruslan İbayevin ali təhsil sənədi ilə bağlı səsləndirilən iddialardır. Şikayətçi direktorun diplomunun qanuniliyinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını tələb edir və bu məsələ ilə bağlı rəsmi yoxlamanın aparılmasının vacibliyini vurğulayır.
Eyni zamanda müraciətdə yerli təhsil idarəçiliyində təmsil olunan bəzi vəzifəli şəxslərin məsələ ilə bağlı lazımi addımlar atmadığı iddia edilir. Şikayət müəllifi hesab edir ki, məktəb direktorunun fəaliyyəti ilə bağlı səsləndirilən iddialar obyektiv şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir.
Həmçinin o da bildirilir ki,direktorun qardaşı radikal qruplaşma üzvüdür və müxalif qüvvələrlə birgə çalışır.
Qeyd edək ki,redaksiyamıza təqdim olunan müraciətdə qeyd olunan bütün məlumatlar iddia xarakteri daşıyır və tərəfimizdən müstəqil qaydada təsdiqlənməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti dövlət qurumlarının məsələyə münasibəti və mümkün araşdırmaların nəticələri ilə bağlı məlumat əldə etdikdə oxucularımıza təqdim olunacaq.(1xeber.media)

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...


Paytaxtın Nəsimi rayonunda qanunsuz hərəkərlər edən məmurlarla bağlı yerli sakinlərin narazı düşdüyü deyilir.

Rayonda qanunsuz tikintilərə və səkilərin zəbtinə “yaşıl işıq” yandıran dövlət qulluqçuları Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə sakinlər arasında qarşıdura yaratmağa çalışırlar.

Sakinlər bildirrirlər ki, rayonda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman şikayətçi olsaq da, buna baxan olmayıb və bizləri dərdimizi demək üçün icra başçısı ilə görüşdən uzaq tutublar. İlginc məqam budur ki, bəzi qurumlarda kiçik padşahlar tərəfindən insanların şikayətinə ciddi reyaksiya verilmir, kiçik sahibkarlar isə bilərəkdən incidilir, hesab alınır.

İddialara görə, yerli sakinlərə qənim kəsilən Nəsimi RİH-nin memarı Ələsgər Rüstəmov və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılovdur. Bu hazıryiyən məmurlar vətəndaşlarla bilərəkdən kobud formada davranır.

MKTB rəisi "JEK"-lə əlbir olub vətəndaşları narazı salması deyilənə görə düşünülmüş addımdır.Rayonda çox sayda obyektlərə sahib olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılovun ərazilərdə apardığı təmizlik işləri də urəkaçan deyil yəni narazılıqlar yardır. Birliydə "ölücanlar"dan heç danışmağa dəyməz. Deyilənlərə görə Mayılov illərdir çox sayda maaş kartlarından ayda bir neçə min qazanc əldə etməkdədir.

Qeyd olunan müstəvidə iş görməməkdən daha çox qanunsuz fəaliyyətlə yadda qalan rayonda qanunsuz tikintilərə və səkilərin zəbtinə “yaşıl işıq” yandıran RİH-nin memarı Ələsgər Rüstəmovdur. Cənab Rüstəmov öz yarıtmaz idarəçiliyi ilə icra başçısı Tahir Budaqova qarşı yer almaqdadı və onu bəzi fəaliyyətləri rayon rəhbərinin torbasını tikmək məqsədi daşıyır. Bildirək ki, Rüstəmov və Mayılov vaxtı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri Zahid Xəlilova da dost görünüb ona qarşı bəzi fəaliyyətlərdə yer almışlar. RİH-nin memarı Ələsgər Rüstəmov və Nizami Mayılovla bağlı şok məlumatları növbəti yazıda təqdim etməyə çalışacağıq.

Paytaxt.org

"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)



Azərbaycanda topdansatış sahəsində fəaliyyət göstərən,adı hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə yanaşı çəkilən Ceylan MMC şirkətində baş verən ciddi qanun pozuntuları, maliyyə saxtakarlıqları və vətəndaş narazılığı barədə yenə şikayət var.

İddiaların birbaşa hədəfində olan şəxslər – Ceylan MMC-nin direktoru Fuad Əliyev və şirkətin İnsan Resursları üzrə meneceri Cabbarlı Şəhladır
1xeber.media-ya müraciət edən vətəndaş Günay Rzayevanın rəsmi iddialarına görə, Ceylan MMC rəhbərliyi onun adına saxta sənədlər tərtib edərək əmək hüquqlarını kobud surətdə pozmuş, istirahət və rəsmi bayram günlərində qanunsuz işlətmişdir. Ən əsası isə, şirkətdə dövlətdən gizlədilən 'ikili mühasibatlıq' və vergidən yayınma sxemi tətbiq olunur. Belə ki, vətəndaşın əmək haqqının 500 manatı rəsmi olaraq karta, 900 manatı isə vergilərdən qaçmaq üçün konvertdə, nağd şəkildə ödənilmişdir. İddialara görə,şirkət vətəndaşın qazandığı halal ödənişini mənimsəyib və geri qaytarmaqdan imtina edir.

Vətəndaş öz hüquqlarının bərpası üçün artıq məhkəməyə müraciət edib. Lakin Ceylan MMC rəhbərliyi qanunları və məhkəmə hakimiyyətini açıq-aşkar təhqir edərək vətəndaşa bu hegemon sözləri ünvanlayıb: 'Məhkəmə də mənəm, hakim də mənəm, qanun da mənəm! Hara şikayət edirsən et, zatən mən deyən olacaq!' Azərbaycan Respublikasının məhkəmə sistemini və qanunvericiliyini heçə sayan bu təkəbbürlü yanaşma dövlətimizə qarşı böyük hörmətsizlikdir!

Məsələ təkcə bununla bitmir. Şirkət daxilindən gələn digər dəhşətli bir iddia isə odur ki, Ceylan MMC-də anbardakı bəzi qida məhsullarının son istifadə müddəti saxta yollarla dəyişdirilir. Vaxtı keçmiş qidaların tarixlərini yeniləyib yenidən bazara və marketlərə ötürmək birbaşa Azərbaycan xalqının, övladlarımızın sağlamlığına qəsddir və cinayətdir!

Qanunları və istehlakçı hüquqlarını heçə sayan bu özbaşınalıq qarşısında vətəndaş Günay Rzayeva birbaşa Ölkə Rəhbərliyinə müraciət edərək kömək istəyir.

Ümid edirik ki,Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və AQTA Ceylan MMC-də iddia olunan vergi yayınmasını, maliyyə cinayətlərini və saxtakarlığı dərhal nəzarətə götürəcək.(1xeber.media)
[media=https://youtu.be/Vnd-Z6bxw_U?si=8cpVjMo8SwAXe7pI

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR


Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə İlqar Əziz oğlu Hacıyev təyin edilib.

İ.Hacıyev bu gün idarənin kollektivinə təqdim olunub.

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?


“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.”

Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə sakini Bəhruz Qasımov sosial şəbəkə hesabında yazıb.

Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin şagirdləri adından nazirə müraciət edən sakin kömək istəyib:

“Cənab Emin Əmrullayev!
Bizim məktəb Masallı rayonunun Boradigah qəsəbəsində yerləşir.

İcazə verin, biz son zəng tədbirini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklif etdiyi üç məktəbli formasından tapa bildiyimiz və ala bildiyimiz hər hansı biri ilə qeyd edək. Çünki bizim büdcəmiz yalnız ağ köynək və tünd göy rəngli şalvar almağa çatır.

Məktəbin tələb etdiyi göy zolaqlı ağ köynəyi və göy rəngli şalvarı tapmaq və almaq imkanımız yoxdur.
Bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir və nəzərdə tutduğunuz məqsədə xidmət etmir.
Canımız, gözümüz təhsil nazirimiz, ümid edirik ki, müraciətimizə reaksiya verəcəksiniz.”(Tribuna.az)

Xəbər lenti