Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.”
Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə sakini Bəhruz Qasımov sosial şəbəkə hesabında yazıb.
Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin şagirdləri adından nazirə müraciət edən sakin kömək istəyib:
“Cənab Emin Əmrullayev!
Bizim məktəb Masallı rayonunun Boradigah qəsəbəsində yerləşir.
İcazə verin, biz son zəng tədbirini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklif etdiyi üç məktəbli formasından tapa bildiyimiz və ala bildiyimiz hər hansı biri ilə qeyd edək. Çünki bizim büdcəmiz yalnız ağ köynək və tünd göy rəngli şalvar almağa çatır.
Məktəbin tələb etdiyi göy zolaqlı ağ köynəyi və göy rəngli şalvarı tapmaq və almaq imkanımız yoxdur.
Bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir və nəzərdə tutduğunuz məqsədə xidmət etmir.
Canımız, gözümüz təhsil nazirimiz, ümid edirik ki, müraciətimizə reaksiya verəcəksiniz.”(Tribuna.az)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"



