Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT


Yaxınları bir neçə gün əvvəl vəfat edən Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayevanın ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.
Bu şikayətlə “Qafqazinfo”ya mərhumun həyat yoldaşı Aydın İsayev müraciət edib.

O bildirib ki, yoldaşını kəskin baş ağrısı və bədəninin uyuşması şikayətləri ilə Gəncədə yerləşən “Ozon Tibb Mərkəzi”nə aparıb: “İyulun 1-dən şiddətli baş ağrıları başladı, eyni zamanda əlində keyimə və hərəkət məhdudiyyəti yarandı. Yoldaşımı sözügedən xəstəxanada MRT müayinəsinə götürdülər. Bunun cavabına əsasən beyində iki törəmə olduğu deyildi”.

Ailə daha sonra MRT nəticəsini Gəncə Mərkəzi Klinik Xəstəxanasına apararaq neyrocərrah Ramis Hüseynova müraciət edib: “O, 10 günlük sistem müalicəsi yazdı. Müalicənin ikinci günündən yoldaşımın vəziyyəti pisləşdi. Xəstəxanada əvvəlcə KT (kompüter tomoqrafiyası) müayinəsi təyin olundu. Həmin gün həkim tərəfindən beşgünlük-ümumilikdə 10 sistemdən ibarət müalicə yazıldı. Müalicənin ikinci gününə kimi qidalanması və vəziyyəti normal olub. Ancaq həkimin yazdığı sistemlər vurulduqca durumu ağırlaşdı, əli və ayağı tamamilə tutuldu.

Bundan sonra isə Bakıda Milli Onkologiya Mərkəzinə yönləndirildik. Burada Emin həkim bildirdi ki, “Gəncədə çəkilmiş MRT nəticələri şübhə doğurur”. Buna görə yenidən MRT çəkilməsi tələb olundu”.

Şikayətçi qeyd edib ki, təkrar MRT müayinəsindən sonra beyində törəmə yox, qansızma olduğu deyilib: “Həkimlər vəziyyətin kritik olduğunu dedilər. Müsbət irəliləyiş olarsa, müdaxilə edilə bilərdi. Amma yoldaşımın vəziyyəti pisləşdiyi üçün Türkiyədən neyrocərrah dəvət etdim. Türkiyəli həkim xəstənin göz reflekslərinin olmadığını, buna görə də əməliyyatın mümkün olmadığını dedi. Sonradan müdaxilə edilsə belə, vəfat etdi”.

Mərhumun həyat yoldaşı bütün bunlarla yanaşı, xəstənin digər tibb müəssisəsinə göndərilməsi üçün verilən göndərişin gecikdirildiyini deyir: “Bu da müalicənin vaxtında başlanmasına mane oldu. Gedən pullara pis olmuram, onu zamanla yenidən qazanaram. Bəs, mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar, ailə tabloma xətt çəkdilər... Evə gedə bilmirik, ev üstümüzə gəlir. Diaqnoz düzgün qoyulsa və vaxtında lazımi tədbirlər görülsəydi, bəlkə də həyat yoldaşımı xilas etmək mümkün olardı”.

Məsələ ilə bağlı “Ozon Tibb Mərkəzi”nə də sorğu ünvanladıq. Mərkəzdən saytımıza cavab olaraq bildirildi ki, tibb müəssisəsi həkimin verdiyi rəyə görə hüquqi məsuliyyət daşımır: “Kəmalə İsayevanın MRT müayinəsi həkim-radioloq Heydər Əlisəfazadə tərəfindən qiymətləndirilib. Heydər Əlisəfazadə Azərbaycan Tibb Universitetinin məzunudur, Səhiyyə Nazirliyinin sertifikasiyasından keçib və tərtib etdiyi MRT rəylərinə görə şəxsən özü məsuliyyət daşıyır. Radioloq MRT görüntülərini qiymətləndirərkən rəyində beyində bədxassəli törəməyə bənzər görüntü olduğunu qeyd edib. Xəstənin ölüm səbəbi həmin törəmədir”.

İttihamlarda adı keçən həkim Ramis Hüseynovla bağlı Gəncə Mərkəzi Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Lakin xəstəxanadan bildirdilər ki, bununla bağlı cavab vermək istəmirlər.(Qafqazinfo)






Baku TV-nin çəkiliş qrupu Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb.


Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq çəkilişə mane olub.

Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığın bir hissəsini sındırdığı və operatora xəsarət yetirdiyi əks olunub.

Baku TV əməkdaşları baş verən hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

Baku TV

Ömürlük əlil və azyaşlı uşaq avtobus sürücüsünün kobud davranışı ilə üzləşdi – BakuBus-dan araşdırma tələb olunur


Turkdunyasiinfo xəbər verir ki, 20.07.2026 cı il tarixdə "Turkdunyasiinfo".az informasiya portalının təsisçisi Gəncə şəhərində "BakuBus"a məxsus, dövlət qeydiyyat nişanı 77-JZ-473 olan 9 nömrəli marşrut avtobusunda təhlükə vəziyyətlə üzləşib. Əlbəttə ki, qeyd etdiyimiz hal sərnişin təhlükəsizliyi və sürücülərin etik davranışı ilə bağlı ciddi narahatlıq yaradıb.

Belə ki, avtobus sürücüsü hərəkət zamanı qəfil və kəskin tormuzlanma edərək sərnişinlərin həyat və sağlamlığını təhlükə altına qoyub.

Hadisə zamanı avtobusda olan sayt rəhbəri ömürlükəlilliyi olan sərnişin bildirib ki, onun yanında 5 yaşlı azyaşlı uşaq da olub və qəfil tormuzlanma nəticəsində hər ikisi üçün təhlükəli vəziyyət yaranıb.
Sayt rəhbəri sürücüyə nəzakətlə müraciət edərək sağlamlıq vəziyyətini və yanında azyaşlı uşaq olduğunu xatırladıb, nəqliyyat vasitəsini daha ehtiyatla idarə etməsini xahiş edib. Lakin sürücü bu irada adekvat reaksiya vermək əvəzinə, digər sərnişinlərin gözü qarşısında kobud və aqressiv davranaraq, "Avtobusda problem var, nə deyirsən" məzmununda ifadələr işlədib.

Sayt rəhbəri bildirir ki, sürücünün davranışı onu mənəvi cəhətdən sarsıdıb və ictimai yerdə alçaldıb. O, baş verənlərdən sonra ilk dayanacaqda avtobusdan düşmək məcburiyyətində qalıb.

Hadisə ilə bağlı "BakuBus" rəhbərliyindən və aidiyyəti qurumlardan məsələnin obyektiv araşdırılması, avtobusun videoqeydiyyat görüntülərinə baxılması, sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi tələb olunur.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişinlərin, xüsusilə əlilliyi olan şəxslərin, yaşlıların və azyaşlı uşaqların təhlükəsizliyi və onlara hörmətlə yanaşılması daşıyıcı şirkətlərin əsas öhdəliklərindən biridir. Baş vermiş hadisənin bütün təfərrüatları araşdırılmalı və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görülməlidir.(Turkdunyasiinfo.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Özəl Klinikalara nəzarət itib - "Vital Hospital"da ölü doğulan uşağı zirzəmiyə atıblar - VİDEO


"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.

Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib. Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə klinikanın veb-saytına yerləşdirilən əlaqə nömrəsinə edilən zənglər cavabsız qalıb. Zəngə cavab verən əməkdaş - "bir saat sonra zəng edin", söyləsə də, geri dönüş edildikdə zənglərə cavab verməyib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, "Vital Hospital"la bağlı yayılan məlumat Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Nazirlikdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb: "Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək".(Oxu.az)

VİDEO LİNKDƏ: https://baku.tv/dunyaa/vital-hospitalda-qalmaqal-olu-dogulan-usagin-soyuducu-adi-ile-zirzemiye-qoyuldugu-iddia-edilib

Adil Vəliyev qanun-qayda-tanımır? - Agacları məhv edib tikinti aparanlara yaşıl işıq... - VİDEO


Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yaşıllıqların məhv edilərək ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.

Bizimesr.com bildirir ki, sözügedən ərazidə bir müddətdir tikinti işləri aparılır. Təbii ki, həmişəki kimi, qanunsuz və sənədsiz.

Sakinlərin bildirdiyinə görə, tikintidən əvvəl ərazidə çoxsaylı ağaclar olub. Ağaclar gecə saatlarında və ya gizli şəkildə kəsilərək ərazi hasarlanıb, daha sonra isə tikinti işlərinə başlanılıb.

Ərazi sakinləri hesab edirlər ki, yaşıllıqların məhv edilməsi və tikinti işlərinin aparılması ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır. Onlar məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin indiyədək hər hansı rəsmi cavab almadıqlarını bildiriblər: "Adil Vəlyev Sabunçu sakinlərini saya salmır. Nə müraciətləri eşidir, nə də suallara cavab verir. Sadəcə uzun illərdir bu rayonda istədiyini edir".

Məsələni dəqiqləşdirmək məqsədilə redaksiyamız tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi sorğular ünvanlanıb. Lakin material dərc olunanadək sorğularımıza cavab verilməyib.

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/adil-veliyev-qanun-qayda-tanimir----agaclari-mehv-edib-tikinti-aparanlara-yasil-isiq---video-22651

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.

Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Almaniya kansleri Fridrix Merts ilə görüşdə isə "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalanması nəzərdə tutulur.

Cavid Qurbanov Mariana Vasilevaya niyə vəzifə verdi? -Pərdəarxası səbəblər




Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib və Gənclər və İdman nazirinın sabiq müavini Mariana Vasileva federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.
Təyinat idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çünki hələ təyinat ərəfəsində ölkənin idman mətbuatında Mariana Vasiyeva haqqında kəskin yazılar gedib.
Məsələn, futbolinfo.az saytında bir həftə öncə dərc edilən "Ştatdankənar məmur" yazısında deyilir:
"Mariana Vasileva – Azərbaycanın gənclər və idman nazirinin bolqar müavini… Sabiq və bəlkə də hazırkı…
Təyinatı narazılıq doğurdu; işdən çıxarılması biabırçı səbəbdən reallaşdı; hələ də işini davam etdirməsi bir başqa fiaskodur… Postundan azad edilib, amma məmuriyyətinə “ştatdankənar” davam edir. AGİN-in tədbirlərində iştirak edir, nazirliyin idarəetməsində birbaşa rol alır, kimsə onun göstərişlərindən çıxa bilmir.
Vasileva elə nüfuz və hörmət sahibidir ki (!), işdən çıxarılanda nazir Fərid Qayıbov belə buna üzüldüyünü paylaşım edərək göstərmişdi. İstefanın səbəbinə, işdən çıxaranın kimliyinə baxmadan… Deyəsən, küskün nazirin könlünü almaq üçün ona qeyri-rəsmi şəkildə Mariana xanımın işini davam etdirəcəyini dedilər və o, sakitləşdi".
Qeyd edək ki, Mariana Toteva Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi. O, 16 yanvar 2025-ci ildə işdən çıxarıldı.
Onun işdən çıxarılmasının səbəblərinə gəlincə, mətbuatda bu barədə kifayət qədər yazılar dərc olunub. Həmin səbəblərə toxunmazdan öncə qeyd edək ki,1974-cü ildə anadan olan Vasileva gənc yaşlarında vətəni Bolqarıstanda bədii gimnast kimi tanınıb. Bu idman növündə əldə etdiyi uğurlara görə Bolqarıstanda kifayət qədər tanınıb və sevilib. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasında məşqçi işləmək təklifi alıb, ailəsi ilə birgə Bakıya köçüb. 2009-cu ildə Azərbaycan yığmasına baş məşqçi təyin edilib.
Futbolinfo.az-ın məlumatına görə, Azərbaycanda yaşayan Vasileva və ailə üzvləri (həyat yoldaşı ilə iki qız övladı) Bolqarıstan vətəndaşlığını qorumaqla, həm də Azərbaycan vətəndaşlığını daşıyır. Baxmayaraq ki, Azərbaycanda ikili vətəndaşlıq qanunla tənzimlənmir!
Bundan başqa, Vasilevanın 1996-ci il doğumlu böyük qızı Siyana gimnastikada ilk addımlarını Bolqarıstanda atsa da, karyerasını 2008-ci ildən Azərbaycanda davam etdirib və 2011-ci ildə milli komandaya dəvət alıb. Sonra hətta baş məşqçi postunu tutub.
Sayt bu məqama toxunaraq yazır: "Bu qədər əzizlənən birinin vəzifədən kənarlaşdırılması qəribə görünə bilər. Amma o qədər ciddi səbəb var idi ki, onu qorumaq mümkün olmadı".
İndisə gələk, həmin ciddi səbəblərə. Məsələ burasındadır ki, 2013-cü ildə Azərbaycanda Əməkdar məşqçi adı alan Vasileva çəki artımına görə atletləri döyüb, onları təhqir edib, özlərini yaxşı hiss etmədikləri halda atletlərin sağlamlığını risk altına qoyaraq onları məşqə məcbur edib. Deyilənlərə görə, həmçinin, nazirlikdə Vasileva ilə digər əməkdaşlar arasında narazılıq yaşanıb. Bundan başqa, Mariana xanım Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən hər hansı tədbirdən 8 il müddətinə uzaqlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib. Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Siyana Vasileva (Mariananın qızı) 18 ay, məşqçi Yevgeniya Vilyayeva isə 12 ay müddətinə uzaqlaşdırılıb.
Mətbuatda yayılan iddialara inansaq, Vasileva atletlərin pul və ya mükafatlarını mənimsəyib, onların ailələri ilə və ya digər şəxsi əlaqələrini məhdudlaşdıraraq mobil telefonlarından istifadə etmələrinə qadağa qoyub. O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilevaya təqdim etdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınıb.
O da iddia olunur ki, bu məsələlər ciddi şəkildə insidentə səbəb olduğu üçün siyasi rəhbərliyin nəzərinə çatdırılıb. Vasilevanın gimnastlara qarşı kobud, qeyri-insani davranışı, özünü müştəbeh aparması haqda məruzə edildikdən sonra onun işdən azad olunması qərarı verilib. Ayrıca Vasilevanın klubların birindən yayılan rəqs görüntüləri də ciddi qalmaqa və müzakirələrə səbəb olmuş və onun vəziəsindən uzaqlaşdırılmasında rol oynamışdı.
Bununla belə, nazirlikdəki vəzifəsindən uzaqlaşdırılmasına rəğmən, Vasilevanın postu hələ də boşdur. Bu səbəbdən onun həmin vəzifəni hələ də qeyri-rəsmi olaraq yerinə yetirdiyinə dair iddialar da var.
Bütün bunlardan sonra, Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun qalmaqallı gimnasta vəzifə verməsi də xeyli suallar doğurur. Çünki bu addımı həm idarəçilik prinsipləri, həm də ictimai rəy baxımından ciddi tənqidlərə dözümsüzdür və həm dövlət maraqları, həm də idman sahəsindəki islahatlarla birbaşa ziddiyyət təşkil edir.
İlk növbədə bu, beynəlxalq rüsvayçılığa və qadağalara məhəl qoymamaqdır. Çünki Mariana Vasileva sıradan bir səbəbdən yox, idmançıları döymək, təhqir etmək və onların sağlamlığını riskə atmaq kimi ağır ittihamlarla vəzifəsindən kənarlaşdırılıb. O zaman görəsən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsində olan tədbirlərdən 8 il, istənilən federasiyada baş məşqçilikdən isə ömürlük uzaqlaşdırılan, "Fəxri Məşqçi" diplomu belə geri alınan bir şəxsə Cavid Qurbanovun qucaq açmasının arxasında hansı niyyət və arqumentlər dayanır?
Ən önəmlisi isə, Vasileva özbaşınalığına, idmançılara qarşı qeyri-insani davranışlarına görə məhz ölkə rəhbərliyinin iradəsi ilə işdən qovulub. Cavid Qurbanovun siyasi rəhbərlik tərəfindən idarəçilikdən kənarlaşdırılan, fəaliyyətində ciddi nöqsanlar aşkarlanan birini çox keçmədən Atletika Federasiyasına icraçı direktor təyin etməsi dövlət qərarlarına və siyasi iradəyə qarşı açıq-aşkar hörmətsizlik deyilmi?
Azərbaycanda ikili vətəndaşlığa qanunla yol verilmədiyi halda, həm Bolqarıstan, həm də Azərbaycan vətəndaşlığını daşıyan, üstəlik, ailəvi şəkildə korrupsiyaya və qadağalara bulaşmış bir şəxsə mühüm post etibar etmək Cavid Qurbanovun kadr siyasətinin yarıtmaz olduğunu göstərir. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkədə yüzlərlə gənc, savadlı, idman idarəçiliyini bilən kadr olduğu halda, məhz adı qalmaqallarda hallanan Vasilevaya belə canfəşanlıqla sahib çıxılması heç bir məntiqə sığmır.
Ən nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, Vasilevanın bu təyinata qədər rəsmi vəzifəsi olmadığı halda belə Gənclər və İdman Nazirliyinin idarəçiliyinə müdaxilə etdiyinə dair iddialar var. Cavid Qurbanov ona rəsmi status verməklə bu qanunsuz "kölgə idarəçiliyini" leqallaşdırır və onu məsuliyyətdən qaçıracaq yeni bir sığınacaqla təmin edir. Sabah federasiyada baş verəcək hər hansı bir qanunsuzluğa görə mənəvi və hüquqi məsuliyyət birbaşa Federasiya prezidenti kimi Cavid Qurbanovun üzərinə düşəcək. Hətta ona Vasilyevanı görəvləndirmək tapşırığı nazir Fərid Qayıbovdan gəlsə belə...
Sonda onu da vurğulayaq ki, Cavid Qurbanovun bu addımı Azərbaycan idmanının nüfuzuna vurulan növbəti zərbədir. Müsbət imici olmayan, rəsmi qaydada cəzalandırılmış bir şəxsə vəzifə vermək dövlət və ictimai maraqlardan deyil, yalnız idman sahəsindəki yüksək vəzifəli şəxslərin şəxsi maraq və ambisiyalardan xəbər verir. (Kontekst.az)

KTM bizi necə lağa qoydu? - Milyonlar ayrılan səhiyyə və PVC su borusundan xərək...


Paytaxtın ən böyük dövlət xəstəxanalarından olan Kliniki Tibbi Mərkəzdə xəstələrin daşınması üçün istifadə olunan PVC su borularından hazırlanmış xərəyin videoları yayılıb. Əlbətdə, vəziyyətin özü kifayət qədər biabırçı olduğu halda, onu izah etmək üçün verilən açıqlama daha biabırçı, insanları lağa qoymaqdan başqa bir şey deyil.


Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, bu, MRT üçün hazırlanıb və "dünya praktikasında istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir".

Doğrudanmı?

Azərbaycanın səhiyyə sisteminə hər il yüz milyonlarla, hətta milyardlarla manat vəsait ayrılır. Dövlət xəstəxanası beynəlxalq standartlara uyğun sertifikatlı MRT xərəyi ala bilmir, amma xəstəni PVC su borularından yığılmış konstruksiya ilə daşıyır?

Sonra da buna "dünya praktikası" adı verilir?

Əgər bu həqiqətən "dünya praktikasıdır", onda ictimaiyyətə konkret cavab verin:

Hansı ölkədə, hansı xəstəxanada, hansı istehsalçının məhsuludur? Hansı beynəlxalq standarta uyğundur?
Yoxsa "dünya praktikası" ifadəsi sadəcə cəmiyyəti aldatmaq, bəlkə də lağa qoymaq üçün işlədilmiş növbəti ümumi çıxış yoludur? Gedin özünüzü lağa qoyun, kənardan əməllərinizə baxıb özünüzə nə qədər istəyirsiz gülün...

Videoda görünən konstruksiya tibbi avadanlıq deyil, hansısa santexnikin PVC borularından yığdığı Azərbaycan səhiyyəsi üçün böyük biabırçılıqdır. Əgər bu doğrudan da xəstə daşımaq üçün istifadə edilirsə, onda cavab verin...

Bu xərəki kim hazırlayıb?
Hazırlanmasına hansı qurum icazə verib?
Neçəyə başa gəlib?
Texniki sənədləri haradadır?
Sertifikatı varmı?
Yükdaşıma qabiliyyəti necə yoxlanılıb?
Ən əsası, sabah bu konstruksiya sınsa və xəstə xəsarət alsa, məsuliyyəti kim daşıyacaq?

Təəssüf doğuran digər məqam isə bəzi media orqanlarının bu məsələyə yanaşmasıdır. Jurnalistikanın işi dövlət qurumlarının dediklərini olduğu kimi köçürmək deyil. Əgər TƏBİB-dən, KTM-dən reklam alırsızsa, pul qazanırsızsa, bu o demək deyil ki, onlar insanları açıqlamaları ilə lağa qoyacaq, siz də bunu dərc edəcəksiz... "Dünya praktikasıdır" cümləsini araşdırın, görün onlar sizə gülür, yoxsa yox?

Bu ölkədə xəstəxanalar üçün milyonlarla manatlıq avadanlıq alınır. Belə olan halda, paytaxtın ən böyük tibb müəssisələrindən birində xəstələrin PVC su borularından hazırlanmış xərəkdə daşınması qəbulolunan hal sayıla bilmərmi?

Əgər bu, həqiqətən tibbi standartlara uyğun avadanlıqdırsa, bütün sənədlər ictimaiyyətə açıqlansın. Yox, əgər bu, kustar üsulla hazırlanmış konstruksiyadırsa, onda bunu "dünya praktikası" adı ilə müdafiə etmək yox, buna yol verənlər cavab verməlidir.

Xəstəxana eksperiment meydançası deyil. İnsan həyatı isə "ucuz həll" anlayışı ilə ölçülə bilməz. Dövlət büdcəsindən ayrılan vəsaitin fonunda belə mənzərə təkcə təəccüb deyil, ciddi məsuliyyət və hesabat tələb edən bir məsələdir.

Qeyd edək ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin direktoru Könül Ələkbərovdur.

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/ktm-bizi-nece-laga-qoydu----milyonlar-ayrilan-sehiyye-ve-pvc-su-borusundan-xerek-22646

Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun 2025-ci il üzrə fəaliyyət hesabatı ictimai və ekspert çevrələrində ciddi müzakirələrə səbəb olub.

"Real Azərbaycan" xəbər verir ki, hesabatda ötən il ərzində ümumilikdə 6,7 milyard manat dövlət vəsaitinin auditdən keçirildiyi bildirilir. Sənəddə qeyd olunur ki, aparılan yoxlamalar nəticəsində 584 milyon manat uyğunsuzluq, 626 milyon manat maliyyə təhrifi və 342 milyon manat səmərəsiz xərclər aşkarlanıb.

Bütün bu faktlar dövlət vəsaitlərinin idarə olunmasında planlaşdırma, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir. Hesabatda xüsusilə tikinti sahəsində mövcud problemlərə diqqət çəkilib. Bildirilib ki, görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar qalmaqdadır. Bu isə müqavilə dəyərlərinin düzgün formalaşmamasına gətirib çıxarır.

Həmçinin qeyd olunur ki, layihələrin icrası zamanı işlərin ad və həcmlərində edilən dəyişikliklər ümumi məbləğə təsir göstərir və bu halların artması müşahidə edilir. İstismara hazır olan obyektlərin qəbulunda gecikmələr, eləcə də aktivlərin balans dəyərinin düzgün tanınmaması kimi məqamlar da hesabatda əksini tapıb.

Bu kontekstdə diqqət Qarabağ iqtisadi rayonunda aparılan tikinti-bərpa işlərinə və həmin layihələri icra edən şirkətlərə yönəlir ki, bu işdə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovun adı xüsusilə qeyd olunmalıdır.

Bu günlərdə mətbuatda Leysan Məmmədovun adı ilə bağlı bəzi iddialar yer aldı. Ümumi dəyəri 25 milyon manatdan çox olan üç böyük dövlət müqaviləsinin “Platin” MMC-yə verilməsi böyük rezonans doğurdu. Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi İsfəndiyar Məmmədov göstərilsə də, iddialara görə real idarəetmənin başqa şəxslərə əlaqələndirildiyi qeyd olunur. Yəni, bu milyonluq layihələrin arxasında duran əsas fiqur qurum rəhbərinin oğlu – Elnur Məmmədov hesab olunur.

Bu isə artıq sadəcə şübhəli tender deyil – açıq şəkildə “ailə podratı” modelinin qurulması deməkdir. Dövlət vəsaitinin eyni çevrədə cəmlənməsi, formal rəhbərlərin arxasında gizlənən real şəxslərin olması isə korrupsiya risklərini daha da artırır.Ortada milyonlarla manatlıq vəsait, eyni adların təkrarlandığı müqavilələr və qapalı şəkildə idarə olunan bir şəbəkə var. Sual isə dəyişmir: bu pullar doğrudanmı dövlət üçün xərclənir, yoxsa müəyyən ailə dairəsinin nəzarətində bölüşdürülür? Bu isə məsələnin təkcə bir müqavilə ilə məhdudlaşmadığını, daha geniş sistemli problemlərin mövcud ola biləcəyini deməyə əsas verir.Əgər dövlət vəsaiti bu cür “seçilmiş” şirkətlər arasında bölüşdürülürsə, bu artıq sadəcə qanun pozuntusu deyil –müvafiq qanunlara meydan oxumaqdır.Aidiyyəti qurumlar susduqca isə suallar daha da artır: bu qərarın arxasında kim dayanır və niyə qanun yalnız kağız üzərində qalır?

Məhz Hesablama Palatasının hesabatı isə bu istiqamətdə mövcud risklərin və boşluqların daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu göstərir. Eyni zamanda Qarabağda həyata keçirilən layihələrə nəzarətin gücləndirilməsi və dövlət vəsaitlərinin istifadəsində şəffaflığın artırılması məsələsi yenidən gündəmə gətirilir.

"Real Azərbaycan"

Naxçıvanda Fuad Nəcəfli Dövrünün Rəzalət Xronikası-Batabatda Şərab Süfrələri, Dövlət Postunda Savadsız Xanımlar!


Naxçıvan Ali Məclisinin keçmiş sədr müavini Anar İbrahimovun bu yaxınlarda etdiyi bir etiraf muxtar respublikadakı idarəetmə rezilliyinin iç üzünü açdı.
Anar İbrahimov bildirir ki, vəzifədə olduğu vaxt Ali Məclisin binasında, ulu öndərin büstü qarşısında yay şortiki və şəp-şəpi ilə gəzən bir nəfəri görüb.
Məsələ burasındadır ki, bu rəzaləti görən Anar müəllim o vaxt da susub, indi də ad çəkməyə qorxur, sadəcə söz xatirinə danışır. İndi sual olunur:
Vaxtında niyə susurdunuz? Xalq arasında yaxşı bir söz var: "Arxadan atılan daş topuğa dəyər". Sözü zamanında, demək və qarşısını almaq lazımdır, iş-işdən keçəndən sonra yox!
Amma rəzalət bununla bitmir. Sakinlərin bildirdiyinə görə, vaxtilə Fuad Nəcəfli və ədliyyənin rəhbər şəxsləri Batabat gölündəki restoranlarda yanlarında bir necə xanımla yeyib-içib, sərxoşluqdan hansı dövlət sənədlərinə qol çəkdiklərini, kimi işə qoyub, kimi qovduqlarını bilməyəcək vəziyyətdə olublar.
Faktiki olaraq, Fuad Nəcəflinin dövründə Naxçıvanı idarə etməli olan şəxslər bir necə xanımın əlində oyuncağa çevriliblər.
Daha da rüsvayçı tərəfi odur ki, Naxçıvan sakinlərinə divan tutan 5 nəfərlik qadın şəbəkəsi olub.
O qadınlardan üçü — Gülxanım Orucova və Tükəzban Quliyeva ve Təhminə Mustafayeva hələ də vəzifədədir!
Sadəcə yerlərini dəyişiblər, necə deyərlər, "keçəl Həsən, ya Həsən keçəl". Gülxanım Orucova Dövlət İmtahan Mərkəzinin (DİM) heç bir müsabiqəsindən keçmədən, Fuad Nəcəfli tərəfindən birbaşa vəzifəyə gətirilib.
Hazırda Gülxanım Orucova icra başçısının müavini kimi fəaliyyət göstərir.Tükəzban Quliyeva isə Naxçıvan Elm və Təhsil nazirliyində sektor müdiridir.
Təhminə Mustafayeva hazırda Naxçıvan şəhər Təhsil şöbəsinin müdiridir.
Təhminə Mustafayeva isə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifə səlahiyyətlərindən sui istifadə edrək, öz oğlunu Mustafazadə Hüseynağa Zaur oğlunu Naxçıvan Şəhər İdman Məktəbinə müəllim olaraq işə götürüb.
Halbuki, 2024-cü ildə işə götürülərkən Mustafazadə Hüseynağa Zaur oğlu Naxçıvan MR ərazisində olmayıb, sadəcə staj yazılsın deyə anası onun adın yazıb, işə çıxmadığı halda dövlət büdcəsindən maaş alıb.
Sakinlərin bildirdiyinə görə indidə oğlunu başqa işə düzəldib. Eyni zamanda Naxçıvanda məktəb üzü görməyən onlarla şagirdə qanunsuz attestat paylanılıb.
Bu attestatların və saxta təyinatların hansı rüşvətin, hansı xidmətin qarşılığında edildiyi təcili araşdırılmalıdır.
Bu azmış kimi, səhiyyəni tamamilə məhv edən, külli miqdarda dövlət vəsaitini mənimsəyən keçmiş səhiyyə naziri Samiq Sadıxov da heç bir cəza almadan, əlini-qolunu sallayaraq ortalıqda gəzir.
Buradan Səlahiyyətli nümayəndə Ceyhun müəllimə və Naxçıvanın Daxili İşlər Naziri Süleyman müəllimə açıq çağırış edirik:
Apardığınız islahatları alqışlayırıq, amma bu islahat xalqı qane etmir! Özünü Naxçıvanın ağası hesab edən, saxtakarlıqla vəzifə tutan bu xanımlar və onların himayədarları barəsində nə vaxt kəskin tədbir görüləcək?
Bu çirkin əməllər dərindən araşdırılıb qanun qarşısında cavab verilməyənə qədər, Naxçıvan sakinlərinin dövlətə olan sarsılmış inamı heç vaxt bərpa olunmayacaq!
Sima Babayeva
TEREF



Xəbər lenti