Adil Vəliyev qanun-qayda-tanımır? - Agacları məhv edib tikinti aparanlara yaşıl işıq... - VİDEO
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yaşıllıqların məhv edilərək ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.
Bizimesr.com bildirir ki, sözügedən ərazidə bir müddətdir tikinti işləri aparılır. Təbii ki, həmişəki kimi, qanunsuz və sənədsiz.
Sakinlərin bildirdiyinə görə, tikintidən əvvəl ərazidə çoxsaylı ağaclar olub. Ağaclar gecə saatlarında və ya gizli şəkildə kəsilərək ərazi hasarlanıb, daha sonra isə tikinti işlərinə başlanılıb.
Ərazi sakinləri hesab edirlər ki, yaşıllıqların məhv edilməsi və tikinti işlərinin aparılması ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır. Onlar məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin indiyədək hər hansı rəsmi cavab almadıqlarını bildiriblər: "Adil Vəlyev Sabunçu sakinlərini saya salmır. Nə müraciətləri eşidir, nə də suallara cavab verir. Sadəcə uzun illərdir bu rayonda istədiyini edir".
Məsələni dəqiqləşdirmək məqsədilə redaksiyamız tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi sorğular ünvanlanıb. Lakin material dərc olunanadək sorğularımıza cavab verilməyib.
Bizimesr.com
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/adil-veliyev-qanun-qayda-tanimir----agaclari-mehv-edib-tikinti-aparanlara-yasil-isiq---video-22651
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! - Sabunçuda qanunsuzluq
Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… -FOTO
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….


