Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

AzTV-də 60 min manatlıq qalmaqal - Sədr öz adamını işdən qovdu


Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində prodüser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib.
İstefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.
V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəmə ittihamı göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.

Əlavə edək ki, Vüsal Qaracanı AzTV-yə Rövşəm Məmmədov özü gətirib. Onlar hər ikisi əvvəl Lider TV-də işləyiblər. /32gun.az/

Leysan Məmmədovun oğlunun dostları ilə tender oyunu …..


Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən publik hüquqi şəxs tərəfindən elan edilən tender ətrafında ciddi suallar yaranıb. Tenderin qalibi kimi “ERA DESIGN GROUP” MMC-nin seçilməsi – 65 726 manatlıq və Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin və Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin xarici su suvarma sisteminin tikintisinin layihələndirilməsi müqavilənin-136.880 manatlıq birbaşa bağlanması açıq şəkildə qanunvericiliyin ruhuna və tələblərinə zidd görünür.Məlumata görə, müqavilə Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində yol yatağına düşən elektrik xətlərinin kənarlaşdırılması üzrə layihələndirmə və Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin və Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin xarici su suvarma sisteminin tikintisinin layihələndirilməsi işlərini əhatə edir. Lakin bu iş üzrə açıq tender prosedurunun keçirilməməsi və bir mənbədən satınalma metoduna əl atılması ciddi şübhələr doğurur. Mediatvaz.com xəbər verir ki,Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, məxfi məlumatlarla bağlı hallar istisna olmaqla, bütün satınalmalar yalnız elektron portal üzərindən həyata keçirilməlidir. Eyni zamanda, 49-cu maddə bir mənbədən satınalmanın yalnız istisna hallarda – alternativin olmadığı, təcili vəziyyət yarandığı və ya fövqəladə hallar baş verdiyi zaman tətbiq oluna biləcəyini açıq şəkildə göstərir. Bu halda isə nə fövqəladə vəziyyət var, nə alternativsiz layihə, nə də izah olunan təcili ehtiyac. Bəs onda bu “birbaşa müqavilə” hansı əsasla bağlanıb? Görünən odur ki, qanunun tələbləri ya məqsədli şəkildə gözardı edilib, ya da ümumiyyətlə nəzərə alınmayıb.Daha diqqətçəkən məqam isə odur ki,Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədov daha əvvəl də müxtəlif maliyyə pozuntularında gündəmə gəlib.Belə ki, ümumi dəyəri 25 milyon manatı keçən üç böyük dövlət müqaviləsinin “Platin” MMC-yə verilməsi ciddi suallar doğurmuşdu.
Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi İsfəndiyar Məmmədov göstərilsə də, iddialara görə real idarəetmə tamam başqa ünvanı göstərir. Bildirilir ki, bu milyonluq layihələrin arxasında duran əsas fiqur qurum rəhbərinin oğlu – Elnur Məmmədov hesab olunur. Bu isə artıq sadəcə şübhəli tender deyil – açıq şəkildə “ailə podratı” modelinin qurulması deməkdir. Dövlət vəsaitinin eyni çevrədə cəmlənməsi, formal rəhbərlərin arxasında gizlənən real şəxslərin olması isə korrupsiya risklərini daha da artırır.Ortada milyonlarla manatlıq vəsait, eyni adların təkrarlandığı müqavilələr və qapalı şəkildə idarə olunan bir şəbəkə var. Sual isə dəyişmir: bu pullar doğrudanmı dövlət üçün xərclənir, yoxsa müəyyən ailə dairəsinin nəzarətində bölüşdürülür? Bu isə məsələnin təkcə bir müqavilə ilə məhdudlaşmadığını, daha geniş sistemli problemlərin mövcud ola biləcəyini deməyə əsas verir.Əgər dövlət vəsaiti bu cür “seçilmiş” şirkətlər arasında bölüşdürülürsə, bu artıq sadəcə qanun pozuntusu deyil –müvafiq qanunlara meydan oxumaqdır.Aidiyyəti qurumlar susduqca isə suallar daha da artır: bu qərarın arxasında kim dayanır və niyə qanun yalnız kağız üzərində qalır?
Qarşı tərəfin cavab haqını tanıyırıq
Mediatvaz.com

Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir?


Davinçi klinikasında şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.


Xalq xəbər verir ki, bu barədə sosial platformalarda məlumat paylaşılıb.

Belə ki, paylaşılan məlumatda qeyd olunur ki, Cəmalə Rüstəmova adlı şəxs “Cəmilə Paşayeva” adı ilə Davinçi Estetik Klinikasında qeytiyyatçı kimi işə götürlsədə eyni zamanda estetik prosedurlar icra etdiyi iddia olunur. Belə ki ( üzgərmə, qaşqaldırma və s.) prosedurlara həyata keçirilməsi ilə bağlı iddialar var.

Davinçi Estetik Klinikasında çalışaraq safir_luxe_estetic sosial platformalarından isitfadə edərək pasiyent toplayıb qanunsuz estetik prosedurlar icra edir.

Qeyd olunur ki hal hazırda ifşa olunduğu üçün səhifələr deaktiv edilib lakin başqa hesablarla fəaliyyətini davam etdirir.


Məsələ ilə bağlı Davinçi Estetik Klinikasında heç bir açıqlama almaq mümkün olmadı. Aidiyyatı qurumlara sorğu göndərilib.


Mövzu ilə bağlı araşdırmalar davam edir.(Xalq.online)


Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikirlərini dərc etməyə hazırıq.

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? –FOTO


Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.


Bu barədə jurnalist Qənirə Ataş instaqram hesabında paylaşım edib.


Belə ki, paylaşılan videoda qadının klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür.


İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb.


Bildirilib ki, onun katibəlikdən özünü “cərrahiyəyə transfer etdiyi” iddia edilir.(sfera.az)

Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...


Naxçıvan şəhər 1 nömrəli orta məktəbinin 5-ci sinif şagirdinin məktəb yoldaşlarına bıqaçla hücum etdiyi bildirilir. Müəllimlərin müdaxiləsindən sonra şagird zərərsizləşdirilib, xəsarət baş verməyib.

Hücum edən şagirdin məktəbin dikertoru Asudə Məmmədovanın qohumu olduğu deyilir.

Yerli Təhsil Nazirliyi və məktəb rəhbərliyinin hadisəni gizlətməyə çalışdığı iddia edilir.

Lakin hücuma məruz qalan uşaqlardan birinin valideyninin polisə müraciətindən sonra araşdırmaya başlanıldığı bildirilir.

Bu barədə “Gündəlik Naxçıvan”a məktəbin bir qrup müəllimi məlumat verib. Müəllimlərin sözlərinə görə, hadisənin gizli saxlanılması ilə bağlı onlara da ciddi tapşırıq verilib:

“Biz bu məsələnin ictimailəşdirilməsini özümüzə borc sayırıq. Bu məktəbdə baş verən çox təhlükəli hadisədir və hər birimizin uşağı belə hücumların qurbanı ola bilər.

Nazirlik və məktəb rəhbərliyi tədbir görmək əvəzinə hadisəni ört-basdır edir. Belə bir hadisə ötən il də məktəblərin birində baş vermişdi. O vaxt gizlədilməsəydi, tədbir görülsəydi, bu günkü hadisə də baş verməzdi.

Hadisə aprelin 16-da baş verib. Səs-küy eşidib koridora çıxdıq və gördük ki, direktorun qohumu olan şagird bıçaqla digərlərinə hücum edir. Cəld müdaxilə edib bıçağı əlindən aldıq və onu zərərsizləşdirdik. Əks halda xəsarət, hətta ölüm də baş verə bilərdi. Təsəvvür edin ki, bizim xəbərimiz olmasaydı, nə baş verərdi.

Asudə xanım hadisədən xəbər tutan kimi hamını toplayıb dedi ki, məsələni özü valideynlərlə danışaraq həll edəcək. Bu barədə kənarda danışanları isə polislə hədələdi.”

Müəllimlərin dediyinə görə, valideynlərdən biri direktorla razılaşmayıb və polisə müraciət edib:

“Valideyn sakit şəkildə gəlib məsələni araşdırırdı və uşağının üstünə bıçaq çəkən şagirdlə danışmaq istəyirdi. Məsələ dalana dirənəndə polisə müraciət edəcəyini dedi. Bunu görən Asudə xanım ətrafındakıları toplayaraq ona təzyiq göstərməyə başladı ki, günahı onun üzərinə yıxsın. Lakin, qazi olan valideyn geri çəkilməyəcəyini bildirdi. Valideyn nazirliyə müraciət etsə də, nazirlikdə direktorun tərəfini saxladılar.

Valideyn məcbur olub polisə müraciət etdi. Onun müraciətindən sonra məsələnin araşdırılmasına başlanılıb. Hazırda uşaqlardan və müəllimlərdən izahatlar alınır.”

“Gündəlik Naxçıvan”

Bayram Yusifovun 25 milyonluq villasını mebellə təchiz etmişik, pulunu vermir….



“Massimo Group MMC” şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovdan şikayətçidir.

N.Köse bu barədə şirkətin sosial şəbəkə hesablarında video paylaşaraq, Bayram Yusifovun ona külli miqdarda bocunun olduğunu bildirib.

Məsələni ətraflı araşdırmaq üçün “Sitat.info” olaraq iş adamı ilə əlaqə saxlayıb.

Türkiyəli iş adamı bildirdi ki, şura sədri Şıxovda 25 milyon manat dəyərində olan villası üçün “Massimo” şirkətindən mebel sifariş edib. Şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını mebellə təchiz edib.

Ödəniş məsələsinə gəldikdə isə Bayram Yusifov pulu ödəməkdən boyun qaçırıb. Mebellər yerləşdirildikdən sonra Bayram Yusifov vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif bəhanələr gətirib.

İş adamı 8 aydır pulunu ala bilmədiyini deyir. Konkret məbləğ açıqlamasa da, şirkət rəhbərinin danışıqlarından gəldiyimiz qənaət bu borcun 250- 300 min AZN civarında olduğunu deməyə əsas verir. Bayram Yusifovun şirkətə vurduğu ziyan bu rəqəmlə yekunlaşmır.

Bu qalmaqal şirkətin imicinə çox zərbə vurub. Onlarla işləyən müştərilərdə qorxu və inamsızlıq yaradıb, sifarişlər geri çəkilib. İş adamı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müracilət edib. Hazırda iş məhkəmədədir.

Qeyd edək ki, bu barədə şirkətin qanuni sənədləri, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.

Məsələ ilə bağlı Ağsaqqalla Şurasnın sədri, millət vəkili Eldar Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.(Sitat.info)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Türkiyəli iş adamının çıxışını təqdim edir:

VİDEO LİNKDƏ: https://xalq.online/bayram-yusifovun-25-milyonluq-villasini-mebelle-techiz-etmisik-pulunu-vermir

Ata tender keçirir, oğul qazanır-“AzerGold” Sədrinin “Qızıl” oğlu…


AzerGold” Sədrinin “Qızıl” Oğlu: Şübhəli Tenderlər, Bahalı Avtomobillər və Qohumlar Şəbəkəsi
Bir neçə gün öncə “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib və Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib.

Səsvermənin nəticələrinə əsasən, “AzerGold” QSC-nin sədri olan Zakir İbrahimov və Anar Əzimov federasiyada vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov (Zakir İbrahimovun oğlu) və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.

Bu təyinatlar fonunda “AzerGold” QSC-nin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimovun adı ətrafında yayılan iddialar yenidən gündəmin mərkəzinə gəlib (1xeber.media).

Daha ətraflı aşağıdakı videoda:

VİDEO LİNKDƏ: https://xalq.online/ata-tender-kecirir-ogul-qazanir-azergold-sedrinin-qizil-oglu

Elmi-Tədqiqat Pediatriya İnstitutunda soğan kimi qabığımızı soydular…..


K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pul almaq üçün uşağı iki dəfə əməliyyat etdilər

Bunu A.X adlı vətəndaş yazaraq aidiyyatı orqanlara xəstəxanada baş alan özbaşınalığa etiraz edir.

Xalq-a müraciət edən vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacılarıda pul istəyirdilər.

Daha sonra uşağın vəziyyəti getdikcə pisləşdi təkrarərn əməliyyata aldılar və ikinci dəfə 40 günlük körpəyə narkoz verildi.

Buna səbəb göstərdilər ki uşaq ağalayıb qarnı şışıb. Biz tibbdən anlayışımız olmadığı üçün heçnə başa düşmədik.

Təkrarən pul tələb etdilər. Elmi-Tədqiqat Pediatriya İnstitutu rəhbərinə müraciət etdikdə niyə pul verməliyik desəkdə heç bir tədbir görülmədi.

Uşaq xəstəxanada əməliyyatdan sonra hər növbəyə gələn həkim, tibb personal uşağa baxmaqdan ötrü yemek verilməsi üçün pul verirdik.

Pul vermədiyimiz tibb işçilərnin kəskin münasibəti yaradırdılar və uşağa baxmırdılar. Biz çətinliklədə olsa qohumlardan pulu borca tapıb verdik, lakin orada rayondan gələn valideynlər var idi ki əlacsız qalmışdılar.

Şikayətimizə baxılmadı A.X adlı vətəndaş bildirir ki, bunu aidiyyatı qurumlar araşdırsın ki xəstə uşaqların valideynlərində əməliyyat və müalicə üçün pul tələb olunmasın.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadır.

Məsələ ilə bağlı K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan heç bir açıqlama almaq mümkün olmadı(Xalq.online)

Aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.


Lənkəran səhiyyəsində şübhəli tender



Lənkəran rayon Mərkəzi Xəstəxanası tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bizimesr.com yazır ki, məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib. Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom” MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.

Yəni Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.

Buradan sual yaranır – Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayrılır?

Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.

Bizimesr.com

Xəbər lenti