Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR


Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində dövlət uzun illərdir genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. Həmin tədbirlər arasında xüsusilə də sahibkarlara qarşı yaradılan süni əngəllərin tam aradan qaldırılmasına yönələn işləri xüsusi vurğulamağa dəyər. Bu məsələ Prezident İlham Əliyevin daim diqqətindədir; ölkə başçısı öz çıxışlarında belə əngəllərin yolverilməzliyini dəfələrlə və sərt şəkildə vurğulayıb. Sahibkarlığın inkişafı istiqamətində bu cür ardıcıl mövqe Azərbaycanın iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından həlledici rol oynayıb.
Lakin təəssüf ki, özəl sektorla bağlı bəzi neqativ məqamlara hələ də rast gəlinir. Söhbət ilk növbədə süni şəkildə inhisarçı mövqelərə yiyələnmiş müəyyən iş adamlarının elə bu monopolist mövqeləri sayəsində digər iş adamlarını, ələlxüsus da kiçik və orta sahibkarları narazı salmaqdadır.
“Unikal"a daxil olan məlumatda belə inhisarçı iş adamlarından Yaqub Hüseynovla bağlı müəyyən şikayətlər yer alır. Bildirilir ki, oliqarx nazirlərdən birinə yaxınlığı ilə tanınan Hüseynovun şirkətləri elə bu himayədarlıq sayəsində xüsusən son illərdə ağlasığmaz sürətlə böyüyüb.
Əsasən “Bridge Group of Companies” MMC çətiri altında birləşən həmin şirkətlərin fəaliyyət istiqamətləri kifayət qədər genişdir.
Onlar tikinti və inşaatdan tutmuş restoran və hotellərə, əmlakların idarəedilməsindən kənd təsərrüfatına, xidmətlər və sənaye xidmətlərindən idmanadək bir çox sahədə qəfildən və qısa vaxtda mühüm mövqelər tutublar. Məsələn, bu iş adamı “HamamBath” hamamlar şəbəkəsi, “Sultan İnn”, “Molokan İnn” və “Seven Rooms” hotelləri, yaxud “Jasmine” və “Bahar Cafe” restoranları kimi bahalı və lüks məkanların, “Bridge Plaza” Biznes Mərkəzi, “Bridge” müasir anbar kompleksi eləcə də saysız-hesabsız digər obyektlərin sahibidir.
Yaqub Hüseynovun adı geniş ictimaiyyətə bir neçə il əvvəl baş verən bir qalmaqaldan tanışdır. Həmin vaxt onun adı xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun əsas fiqurant olduğu torpaq qalmaqalında hallanmışdı. O zaman mediada gedən məlumatlarda iddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qanunsuz yollarla ələ keçirilən torpaqları məhz Yaqub Hüseynov satın alıb.
İş adamının hazırda ölkədəki ən iri bir neçə şirkətlər qrupundan biri olan holdinqinin isə 1998-ci ildə qurulduğu məlumdur; lakin əldə etdiyimiz məlumatda həmin holdinqə daxil olan şirkətlərin 2019-cu ildən sonra hədsiz dərəcədə böyüdüyü deyilir. Misal üçün: 2022-ci ildə həmin şirkətlərin dövriyyəsi 125 milyon manatdan çox olduğu halda cəmi bir il sonra 200 milyon manata çatıb. İddialara görə, oliqarx nazirin himayəçiliyi ilə Yaqub Hüseynovun şirkətləri bir yandan iri tenderlər, o biri yandan vergi güzəştləri (limitləri) sayəsində hazırda bir çox istiqamətlər üzrə faktiki olaraq bazarda monopolist mövqelərə sahibləniblər. Bu isə son nəticədə müəyyən narazılıqlara gətirib çıxarıb. Bəs xüsusən də kiçik və orta sahibkarları Yaqub Hüseynovdan şikayətlənməyə vadar edən səbəblər hansılardır?
“Unikal”a verilən məlumata görə, adıçəkilən iş adamı özünün qurduğu “Petrol Terminal” şirkəti vaistəsilə son vaxtlar ölkə daxilində yanacaq satışının həyata keçirilməsi istiqamətində mühüm üstünlüklər əldə edib.
Ələlxüsus da Bakı, Gəncə və Naxçıvanda bu satış faktiki olaraq Hüseynova məxsus şirkətin nəzarətindədir. Həmin şirkətdən yanacaq almalı olan fiziki və hüquqi şəxslərin isə həm qiymət, həm də keyfiyyət səbəbilə bundan elə də xoşhal olmadığı, onların məsələ ilə bağlı narazılıqlarına isə əhəmiyyət qoyulmadığı deyilir. Kiçik və orta sahibkarların Hüseynovdan belə şikayətlərinə laqeyd yanaşılması isə həmin iş adamının, yuxarıda da vurğuladığımız kimi, oliqarx nazirin himayəsində olması ilə əlaqələndirilir.
Digər tərəfdən, tikinti və təmir işlərindən tutmuş ketrinqədək sahələrdə tenderlərə maraq göstərən bir çox şirkətlərin qarşısına Yaqub Hüseynova məxsus MMC-lərin çıxması da adət halını alıb. Həmin tenderlərdən isə şübhəsiz ki, bir qayda olaraq məhz Hüseynovun şirkətləri qalib çıxırlar. Sahibkarların fikrincə bu, şəffaf və ədalətli satınalma müsabiqələrinin nəticəsindən çox, “Bridge Group of Companies” sahibinin oliqarx nazir tərəfindən himayə edilməsinin məntiqi sonluğudur. Onlar deyirlər ki, sahibkarlığın sürətli və dayanıqlı inkişafında mühüm faktorlardan biri adil rəqabətin təmin edilməsidir. Lakin bir iş adamı yüksək çinli məmur tərəfindən açıq şəkildə himayə olunur, nəticə etibarilə hər cür güzəşt və imtiyaz qazanırsa, adil rəqabət anlayışı zədələnmiş, böyümək, yaxud da ayaqda qalmaq istəyən digər sahibkarlar üçün müəyyən əngəllər yaranmış olur. Bu isə ölkə rəhbərliyinin Azərbaycanda sahibkarlığın inkişafını təmin etməyə yönəlmiş iradəsinə ziddir.(“Unikal”)

165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."


Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Anaxeber.info.az-ın məlumatına görə, sakinlər FHN rəhbərinə müraciətdə yaşadıqları binanın nəzarətə götürülməsini, istismar aktı verilməsini xahiş edirlər. Vətəndaşlar ötən ay FHN-də olub, səlahiyyətli şəxslərlə görüşüb, amma indiyə qədər onların müraciətinə bir cavab olmayıb.
Sakinlərin sözlərinə görə, FHN binanı yoxlayıb istismar aktı verdikdən sonra 165 ailə mənzillərin Çıxarışını əldə edə bilər. K.Heydərovdan köməklik istəyən sakinlər xahiş ediblər ki, bu məsələnin həlli ilə 165 ailəni sevindirə bilər. Onların bildirdiyinə görə, binada hər hansı qeyri-qanuni hal yoxdur və FHN mütəxəssisləri də yerindəcə baxış keçirib yoxlaya bilər.
Müraciəti təqdim edirik: Cənab nazir, ilk növbədə qeyd etməliyik ki, “Sahil- S İnşaat” MTK-dan mənzil alan 165 ailə illərdir üzləşdiyi problemlərin həlli və hüquqlarının bərpası uğrunda hüquqi mübarizə aparır. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satması ifşa olunub, istintaqa cəlb edilib. Artıq bu günlərdə hər iki şəxsə hökm də oxunub. Lakin istintaq və məhkəmə dövründə binada xeyli problemlərin yarımçıq qalmışdı.
MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikinti tamamlanıb, liftlər quraşdırılıb və digər infrastruktur reallaşdırılıb. Eyni zamanda, hörmətli Mehriban xanım Əliyevanın tapşırığı və dəstəyi ilə binada kommunal təchizat təmin edilib. Hazırda binanın daimi qaz, su, işığı var. Bu işdə Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin də dəstəyi az olmayıb. Ona görə həm Mehriban xanıma, həm prokurorluğa çox minnətdarıq!
Cənab nazir, indi isə təqsirləndirilən MTK rəhbərliyinin məhkəməsi də başa çatıb, hökm də oxunub və 165 ailənin bircə Çıxarış (kupça) məsələsi qalıb. Ona görə də binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə Çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var. Hazırda ən böyük problemimiz də məhz mənzillərin Çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Nəticədə mənzil sahibləri evlərinin qeydiyyatına düşə bilmir, ərazi üzrə sənəd işləri, məktəb qeydiyyatı, poliklinika və digər məsələlərdə çətinliklər yaranır. Onlarla mənzil sahibi isə binanın işlərinin görülməsi üçün vaxtilə götürdüyü krediti qaytara bilmir. İndi gözləyirlər ki, Çıxarış olsun, mənzillərini satışa çıxarsınlar, kreditlərini qaytarsınlar. Amma Çıxarış yoxdur deyə alqı-satqı etmək mümkün olmur. Bütün bunları nəzərə alaraq, binanın FHN tərəfindən istismara götürülməsində cənab nazirin göstərişinə böyük ehtiyac var.
Hörmətli Kəmaləddin Heydərov, onu da deməliyik ki, ötən ay FHN-də olduq. Bizə məsələnin araşdırılacağı bildirildi. Lakin indiyə qədər hər hansı cavab almamışıq. Ümid edirik ki, bu müraciətimizə operativ reaksiya veriləcək, iş dərhal araşdırılacaq. Biz Sizə güvənirik. İnanırıq ki, 165 ailənin üzünü güldürəcək tapşırıq verəcəksiniz. Məhz bu göstərişiniz əsasında binamıza istismar aktı verilə bilər.
İnanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də bizi sevindirəcək bir tapşırıq verəcəksiniz. İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan məsələlərinə bir nazir olaraq Sizin də töhfəniz, qatqınız olacaq. Çünki Sizə edilən vətəndaş müraciətlərinə həmişə diqqətli, həsaslıqla yanaşmısınız, əlinizdən gələn köməklik göstərmisiniz.
Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem də qalmayıb. Yəni bizi aldadan şəxslərə hökm oxunub. Ona görə bu müraciətimizə FHN-dən müjdə gələcəyini gözləyirik. Bununla 165 ailəni, övladlarımızı sevindirmiş olarsınız. Nəhayət, illərlə çəkdiyimiz zəhmət və əziyyətin sonunda mənzillərimizin Çıxarışlı olacağına ümid bəsləyirik.
Anaxeber.info.az

Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Yeni Günəşlinin yollarına yamaq vurub.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildiriblər ki, son günlər yağan yağışlar nəticəsində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yollar daha da bərbad vəziyyətə düşüb.

Sakinlərin davamlı müraciətlərindən sonra AAYDA tərəfindən əraziyə təmir briqadası göndərilib.

Sakinlərin sözlərinə görə, briqada yararsız vəziyyətdə olan yolu əsaslı şəkildə təmir etmək əvəzinə, yağışdan sonra yaranan çuxurların bir hissəsini dolduraraq üzərinə asfalt örtüyü vurmaqla kifayətlənib.

Onlar bildirirlər ki, avtobusların, minik avtomobillərinin və piyadaların intensiv istifadə etdiyi yolda bəzi çuxurlar doldurulsa da, digərləri əvvəlki vəziyyətdə qalıb. Bu isə ərazidə hərəkəti çətinləşdirməyə davam edir.

Sakinlər hesab edirlər ki, yolun əsaslı təmirə ehtiyacı olduğu halda, aparılan işlər problemin köklü həllinə deyil, müvəqqəti aradan qaldırılmasına hesablanıb.

AAYDA-nın bərbad vəziyyətdə olan yolda apardığı bu təmir işləri yerli sakinlərin narazılığına səbəb olub.



Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”


“MİR TƏMİR TİKİNTİ” MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir.
İş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir.
O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib: “Mən “MİR TƏMİR TİKİNTİ” MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ili fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə “şəriklik” təklif etdi və razılaşdım. Onun səyləri ilə “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından ″BAKI 1 №-Lİ YOL İSTİSMARI″ MMC və ″17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI″ MMC-lərlə təmir-tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında M.Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da, görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mirməbud Abbasovun şəxsi vəsaiti ilə icra edildi”.
Şikayətçi bildirib ki, “şərikli” müəssisənin mühasibat işlərinin aparılması Mirqiyas Kazımovun dostu “BERC GROUP” şirkətinin rəhbəri Kənan Ağayevə həvalə edilib: “Biz müəssisənin möhürünü və ASAN İmza nömrəsini Kənan Ağayevə təhvil verdik. Mən öz vəsaitimlə Bakı-Quba yolunda təmir tikinti işləri apardım, işləri yekunlaşdırıb təhvil-təslim aktı ilə işləri təhvil verdim. Gördüyüm işlərin pulu müəssisənin hesabına daxil olan kimi Mirqiyas Kazımov və Kənan Ağayev pulları öz yaxın adamlarının bank hesablarına, müxtəlif istiqamətlərə köçürərək nağdlaşdırılmasına nail olublar. Eyni zamanda cəmiyyətin direktoru kimi mənim xəbərim olmadan “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından müxtəlif layihələrdə çıxış edərək vergidən yayınıblar”.
Mirməbud Abbasov baş verənlər barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər edildiyini, lakin heç bir nəticə olmadığını əlavə edib: “Sözügedən problemlə bağlı qurumun sabiq rəhbəri Saleh Məmmədovun qəbulunda olub şikayət etməyimə baxmayaraq, heç bir müsbət nəticə əldə edilmədi. Nəticədə, pul qazanmaq üçün şəxsi evimi satıb təmir-tikinti işləri aparmaq həvəsinə düşmüş biri kimi Abbasov hazırda acınacaqlı vəziyyətdəyəm. Üstəlik qarşı tərəfin hədə qorxusu ilə üzləşməkdəyəm. Yaranmış borca görə vergi orqanı tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulu. Ona görə də müalicə məqsədilə ölkəni tərk edə bilmirəm”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, müraciətdə adı qeyd olunan Mirqiyas Kazımov hazırda həmin qurumda çalışmır: “Müraciətdə qeyd edilən hallar hüquqi xarakter daşıdığından, həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bununla bağlı tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına müraciət etmək hüququ var”.(Xalq.online)
Hazırladı: Aslan Vəliyev
Fotoda: Mirməbud Abbasov


Fotoda: Mirqiyas Kazımov

Fotoda: Kənan Ağayev











Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki şəhərində yerləşən 15 saylı cəzçəkmə müəssisəsində acınacaqlı mənzərə hökm sürür.
Məlumata görə, cəzaçəkmə müəssisəsinin rəisi orda saxlanılan bütün dustaqlardan aylıq haqq tələb edir. Əks halda, yəni ödənişdən boyun qaçırdığı təqdirdə həmin məhbusa rəsmən cəhənnəm yaşadılır.

Məlumata görə, məbləğ konkret deyil və məhbusların maddi imkanı səviyyəsinə görə dəyişir:

“Yalnız bir-iki istisna ola bilər. Yəni kimsəsiz məhbuslar ödəniş etmirlər. Qalan hər bir dustaq aylıq pul verir ki, əslində qanuni olan hüquqlarından – məsələn, ailə üzvləri ilə görüş, sovqat qəbulu və digər bu kimi hüquqlarından istifadə edə bilsin”.

Görünür, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun bundan xəbəri yoxdur. Biz də elə buna ümid edirik…

“DİA-AZ”

“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?


Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər.

Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər.

Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar:

“Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”.

Xatırladaq ki, “Hünər-İnşaat” şirkəti “Huner Group”a daxildir. “Huner Group”un təsisçisi isə tanınmış azərbaycanlı iş adamı Ehtiram Quliyevdir.

Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib.

SAVASHMEDİA.az

Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?


Son günlər Goranboy şəhərinin müxtəlif ərazilərindən yayılan foto və videogörüntülər rayonun abadlıq və təsərrüfat vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Sosial şəbəkələrdə və yerli sakinlər arasında müzakirə olunan görüntülərdə şəhərin bəzi küçələrinin baxımsız vəziyyətdə olduğu, yaşıllıq sahələrinin lazımi səviyyədə qorunmadığı, yol və səkilərdə problemlərin mövcud olduğu iddia edilir.

Arazpress.com bildirir ki, ortaya çıxan mənzərə fonunda diqqətlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin fəaliyyətinə yönəlir. Sakinlər hesab edirlər ki, rayonun mərkəzi hissəsində belə problemlərin yaşanması yerli icra strukturlarının işinə nəzarətin zəif olmasından xəbər verir. Çünki şəhərin siması hesab olunan mərkəzi küçələrdə yaranan problemlər ilk növbədə məsul qurumların diqqətində olmalıdır.

Maraqlıdır ki, son illərdə rayonda abadlıq-quruculuq, yol təmiri, yaşayış binalarının yenidən qurulması və digər infrastruktur layihələri üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı barədə məlumatlar açıqlanıb. Lakin sakinlərin bir hissəsi hesab edir ki, ayrılan vəsaitlərin xərclənməsinin nəticələri şəhərin ümumi görünüşündə və infrastrukturunda gözlənilən səviyyədə hiss olunmur.

İctimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də həyata keçirilən satınalmalar və tender layihələridir. Rayon ərazisində abadlıq, təmir və quruculuq işləri ilə bağlı müxtəlif layihələrin icra edildiyi bildirilsə də, vətəndaşlar görülən işlərin keyfiyyəti və səmərəliliyi barədə daha ətraflı məlumat verilməsini istəyirlər. Onların fikrincə, dövlət vəsaitlərinin necə xərclənməsi barədə şəffaflıq artırılmalı, görülən işlərin nəticələri ictimaiyyətə daha aydın şəkildə təqdim edilməlidir.

Goranboy sakinləri hesab edirlər ki, rayonun inkişafı yalnız hesabatlarda deyil, şəhərin küçələrində, yollarında, parklarında və yaşayış məntəqələrinin ümumi vəziyyətində öz əksini tapmalıdır. Əks halda milyonlarla manat vəsaitin ayrılması barədə məlumatlar cəmiyyətdə əlavə suallar doğurmağa davam edəcək.

Bu gün Goranboyda yaranan vəziyyət fonunda sakinlərin əsas gözləntisi rayon rəhbərliyinin mövcud problemlərə operativ münasibət bildirməsi, şəhərin abadlıq və təmizlik vəziyyətinin yaxşılaşdırılması, həmçinin həyata keçirilən layihələr barədə ictimaiyyətə ətraflı məlumat verilməsidir.

Bu mənzərə qarşısında sakinlər bir sualın cavabını gözləyirlər: Dövlət büdcəsindən ayrılan vəsaitlər həqiqətənmi rayonun inkişafına xidmət edir, yoxsa, Goranboyun problemləri kağız üzərində həll olunur? Bu sualın cavabı isə ilk növbədə aidiyyatı qurumların verəcəyi izahatlardan və görüləcək real işlərdən asılıdır.

Arazpress.com



Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini göstərib.

Bu, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdur.

ABŞ Prezidenti tərəfindən imzalanmış xatirə nüsxəsində Azərbaycan rəhbərinə ünvanlanmış səmimi mesaj yer alır.

 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov nə zamandır gözə dəyməsə də, bir ara sabiq MTN şefi Eldar Mahmudovla bağlı Prezidentə etdiyi şikayəti ilə diqqətə gəlmişdi. Keçən il isə Qaraşovun ağır xəstəlik keçirdiyi məlum oldu. İndi isə...

"Dia-az" bildirir ki, onunla bağlı keçmiş deputat Etibar Əliyev diqqətə gəlib. Keçmiş deputat özünün sosial şəbəkə hesabında yazır:

" "Facebook"da oxudum ki, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Bu pul yığmaq mərkəzi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur.
Bizdə belədir: Yüksək vəzifə tutan məmurların bir qismi çox hiyləgər və zirək olurlar.
Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. Məsələn, təhsilin əlifbasını belə bilməyən yoldaş Qaraşov kimi…
İllik təhsil haqqı 10-15min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir. Bunun üçün sadə bir təhlil aparmaq yetərlidir…
34 illik təhsil sahəsində fəaliyyətimə rəğmən bir sinif otağı belə aça bilmərəm.
İndi siz Qaraşovun nüfuzuna diqqət edin: Tədbirdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqa tanınmış isimlər iştirak ediblər..."(Dia-az)

ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət


Ötən ayın 28 may tarixində “Azəri Türk Bank”a (ATB) məxsus kartdan Azərbaycan Beynəlxalq Bankı (ABB) kartına pul köçürməsi həyata keçirilib. Lakin əməliyyatın “uğurlu” göstərilməsinə baxmayaraq, vəsaitin qarşı tərəf karta daxil olmadığı bəlli olub.

Bizimesr.com bildirir ki, məsələ ilə bağlı yaranan uyğunsuzluq bank müştərisi tərəfindən aşkar edilib və dərhal ATB-nin müştəri xidmətlərinə müraciət olunub.

ATB-nin mobil tətbiqində aparılan yoxlamalar zamanı vəsaitin kartdan çıxıldığı qeyd olunub və əməliyyatı təsdiqləyən qəbz də sistemdə görünüb. Bank tərəfi ilkin mərhələdə vəsaitin göndərildiyini təsdiqləyən məlumat təqdim edib. Lakin vəsait ABB kartına köçürülməyib. Məsələ ilə bağlı aparılan 2 günlük araşdırmadan sonra ATB tərəfindən ABB-yə sorğu göndərilib və “əməliyyat uğurlu olub” cavabı alınıb.

Buna baxmayaraq, ABB tərəfində isə müştəriyə bidlirilir ki, bu vəsait ümumiyyətlə banka daxil olmayıb. ATB isə ABB-yə göndərdiyi sorğu zamanı əməliyyatın uğurlu olduğunu deyir.

Beləliklə, iki bank arasında yaranan ziddiyyətli məlumatlar fonunda 100 manatın taleyi günlərdir sual altında qalır - ATB - əməliyyat icra olunub, ABB: vəsait daxil olmayıb, müştəri - pul hesabda görünmür

Nəticədə 28 may tarixindən bu günə qədər həmin məbləğin harada olduğu barədə dəqiq və rəsmi izah yoxdur.

Məsələ bank sistemlərində köçürmələrin izlənməsi və şəffaflıq mexanizmləri ilə bağlı suallar doğurur. Eyni zamanda, müştəri qarşısında yaranan vəziyyət onun vəsaitinə çıxış imkanını qeyri-müəyyən vəziyyətə salıb. Hazırda həm ATB, həm də ABB tərəfinin məsələni araşdırdığı bildirilsə də, konkret nəticə və pulun taleyi ilə bağlı yekun nəticə yoxdur.

ATB-dən rəsmi olaraq “uğurlu əməliyyat” kimi görünən köçürmə faktiki olaraq heç bir hesabda əks olunmayıb. Bu isə bank sistemlərində əməliyyatların izlənməsi və uyğunlaşdırılması mexanizmlərinin sual altına düşməsinə səbəb olur.

Hazırda isə əsas sual dəyişmir - vəsait iki bank arasında necə “yoxa çıxdı” və məsuliyyət kimdədir? Bu suallara isə kimsə cavab vermir...

Bizimesr com
Xəbər lenti