Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar


Bakının Yasamal rayonu, II Alatava yaşayış massivində Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin doğulduğu məhəlləyə gedən yolun asfaltın yarımçıq vurulub.

Bu barədə məhəllə sakinləri məlumat verib.

Bildirilib ki, bir müddət əvvəl onların xahişi ilə Yasamal İH rəhbəri Elşad Həsənovun göstərişi əsasında məhəlləyə asfalt vuranlar gəlib. Amma Yasamal bələdiyyəsi adından gələn şəxslər yolu yarımçıq asfaltlayıb gedib. Hətta şəhidin küçəsini belə normal asfaltlamaq istəməyiblər.

Sakinlər bildirib ki, onlar şikayət edəndə heç bir nəticəsi olmayıb. Belə görünür ki, ayrılan vəsaitdən mənimsəməyə yol verilib. Əks halda, dar bir küçənin 300 metrlik yolunu asfaltlamaq çətin olmamalı idi. Ən azından şəhidin adına hörmət qoyularaq bunu etmək olardı. Sakinlər Yasamalın icra başçısından və AAYDA rəhbərliyindən küçənin qalan hissəsinin də qısa müddətdə əsaslı şəkildə təmir olunmasını xahiş edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.



Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu


Bakıda bəzi ərazilərdə sakinlərin günlərlə susuz qalması narazılıqlara səbəb olub. Vətəndaşlar su təchizatında yaranan problemlərlə bağlı aidiyyəti qurumların vaxtında məlumat vermədiyini bildirirlər.

Tanınmış jurnalist Naibə Qurbanova sosial şəbəkə hesabında paylaşdığı statusda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyətini tənqid edib.

Jurnalist qeyd edib ki, suyun kəsilməsi ilə bağlı vətəndaşlara əvvəlcədən məlumat verilməməsi ciddi narazılıq yaradır: “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, niyə həmişə istirahət, bayram günləri xəbərdarlıqsız-filansız suyu kəsirsiniz? Zəng edib soruşmağa adam tapmayaq deyə? Onsuz da yox kimisiniz”.

Naibə Qurbanova paylaşımında su təchizatındakı problemlərin davam etməsini tənqid edərək bildirib: “Əvvəl deyirdiniz əhali supulunu ödəmir, indi ki hər şey şəffafdır – smart sayğac, seyid-peyğəmbər balası kimi təmiz başbilənləriniz, düzgün qurulmuş iş… Bəs onda iki gündür suyumuz niyə gəlmir?”

Jurnalist həmçinin qurumun vətəndaşlarla kommunikasiya siyasətinə də irad bildirib: “Heç nə yox, elə göydən tökülən yağışı yığsanız, məsələ həll olunar. Prosto, onu da bacarmırsınız… Bacardığınız səhifənizdə şərh yerini camaatın üzünə bağlamaqdır. Onu edincə suyun kəsilmə səbəbini yazsanız, daha urvatlı olarsınız”.

Qeyd edək ki, son günlər Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı problemlər barədə sosial şəbəkələrdə çoxsaylı şikayətlər paylaşılır. Sakinlər aidiyyəti qurumlardan suyun verilməsində yaranan fasilələrin səbəbləri və bərpa müddəti ilə bağlı operativ məlumatlandırma gözlədiklərini bildirirlər.(Xalq.online)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...


Bir direktor 2-3 məktəbə şeflik edəndə belə də olmalıdır. Başqa nə gözləyəsən?

Məzunları meyxanaçı Ələkbər Yasamallının uyudan meyxanası ilə "uğurlayan" Şəfa Qurbanova 135 nömrəlı məktəbin direktoru olsa da, həm də 244 nömrəlı məktəbin direktorluğunu ona tapşırıb nazirlik və MÜTDA başbilənləri. Bakı Şəhəri Təhsil İdarəsi şefləri də razılıq verib.
Şəfa Qurbanova o qədər arxalı direktorlardandır ki, 2 məktəbdən 1-nə düzgün rəhbərlik edə bilməsə də, ona söz deyə bilən də yoxdur.

Bir müddət əvvəl 244 nömrəlı məktəbin kollektivi və valideynlər məktəbdə adı rəhbər olsa da, özü isə gözə görünməyən Şəfa Qurbanovanın özbaşınalığına və müəllimlərlə qarşı qeyri-etik davranışlarına və tələblərinə qarşı etiraza qalxmışdılar. Təəssüf ki eşidən, araşdıran olmamışdı, həmişəki kimi. Yeni məlumata görə ikiqat direktor 244 nömrəlı məktəbin gələn dərs ili sinif rəhbəri olacaq müəllimlərinin qarşısında elə tələb qoyub ki, yazıq müəllimlər məzuniyyət pulunu tam versələr də ödəmir.

Yəqin ki, "Son zəng"i "dumanlı təbrik"ə qərq edən ikiqat direktorun bu əməlləri də Eşqi Bağırovun Təlimatını pozan Şəfa xanıma təhqirlə, hədəylə susdurmağa çalışdığı sadə müəllimlərə yaşatdığı əzabların cavab silləsi olacaq.

Şəfa xanımın mövqeyini işıqlandırmağa hazırıq. Həm də bir sual verərdik: 244 nömrəlı məktəbdən BŞTİ-yə 200 min verilməsi söhbəti nə məsələdir? Turan ellər var olsun...

Tehsilmedia.info

AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video


AZAL bir neçə gündür ki, Naxçıvana gedib-gələnlərə işgəncə verir. Anaxeberinfo.az-a verilən məlumata görə, xüsusən də muxtar respublikadan Bakıya qayıdanlar aeroportda bilet tapmırlar. Vətəndaşlara heç bir səbəb göstərilməsə də, kassalardan bilet almaq müşkülə çevrilib. Sərnişinlər deyirlər ki, yüksək vəzifəli şəxslərə və onların qohumlarına gizli şəkildə bilet tapılır, amma sadə vətəndaşlara gələndə qəhətə çıxır. Bu da günlərlə Naxçıvan aeroportunda böyük ajiotaja səbəb olmaqdadır. İnsanlar saatlarla, günlərlə gözləmək məcburiyyətində qalır.
Bundan əlavə,
Azərbaycan Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə alınan biletlərin reysləri ləğv olunub. Mənbənin məlumatına görə, ləğv olunan reyslərdən sonrakı reyslərin sərnişinləri yola salınsa da, əvvəlki tarixə olan biletlərin taleyi müəmmalı qalıb. Rəsmi mənbələr bildirib ki, Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Amma bərpa olunan reylərdə keçmiş tarixə biletləri olan sərnişinlərin uçuşla təmin olunmaması anlaşılan deyil. Bir sözlə, cəmi 1 saatlıq uçuşa görə vətəndaşlara zülm olunur. Eyni zamanda, vətəndaşları narazı salan xüsusi səbəb odur ki, AZAL tərəfindən Naxçıvan hava limanında bəzi şəxslərə bilet tapılması mümkündürsə, deməli, problem süni şəkildə yaradılıb.
Anaxeberinfo.az

Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb... - VİDEO


Azəriqaz İB rəhbərliyinin işçilərə təqdim etdiyi Fəxri Fərmanlarda yazılan : -" Həmkarlar Təşkilatı hərakatında fəal iştirak edir" dedikləri bu idimi?🤔
Həmkarlar Təşkilatı (ARƏM Maddə 309). bu Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarətİ həyata keçirməli olan orqandır. Bu qurumun sizin əmək hüquqlarınızı qorumaq üçün,hər ay əmək haqqınızın 1-2% ni HT-nın hesabına köçürdürsünüz. Yəni pulsuz yox! Əksəriyyətinizin də bu məbləğin əmək haqqınızdan tutulması haqqında yazılı razılığınız olmadan. Beləliklə Həmkarlar Təşkilatı hesabına tur təşkil olunması da, sizin öz pulunuza təşkil olunmuş bir tədbirdir
13.06.2026-cı il tarixində Azəriqaz İB -nin Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə Qarabağa tur təşkil olunub. Bildirilib ki, turun bütün maliyyə xərcləri Həmkarlar İttifaqı tərəfindən qarşılanıb və paketə nəqliyyat, səhər yeməyi, günorta yeməyi və şam yeməyi daxildir.
Lakin tur iştirakçılarının sözlərinə görə, vəd edilən xidmətlər tam şəkildə təqdim olunmayıb. İşçilər yalnız günorta yeməyi ilə təmin ediliblər. Verilən yemək isə iştirakçıların əksəriyyətinin fikrincə kifayət qədər olmayıb: bir qədər kartof, bir neçə ədəd cücə qanadı, salat və yarım litrlik kola təqdim edilib. Menyuya hətta çay da daxil edilməyib.
Qeyd edək ki, bu turda Lənkəran RQİİ-nin təxminən 50 nəfərlik işçi kollektivi iştirak edib. İştirakçılar vəd edilən xidmətlərlə faktiki təqdim olunan xidmətlər arasında ciddi fərqin olduğunu bildirirlər.
Mirvari Gahramanli
TEREF
VİDEO LİNKDƏ: https://teref.net/manset/415850-azeriqaz-ib-hemkarlar-teskilati-iscileri-bele-ele-salib-video.html

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?


Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası işlərinin satın alınması prosesini həyata keçirə bilməyəcək.


Buna səbəb Agentliyin elan etdiyi tenderin nəticələrinin ləöğv edilməsidir.


Məlumatda bildirilir ki, Agentlik sözügedən prosesi həyata keçirmək üçün 878 min 172 manatlıq büdcə ayırıbmış.


Rəsmi qaynaqlar bildirirlər ki, tenderin nəticəsinin ləğv olunmasına səbəb prosesə üçdən az təklif verənin olmasıdır. “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderə qatılanların sayı 3-dən az olarsa, proses ləğv edilir.(Tribuna.az)

Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?


Həyət hər tərəfdən hasarlanıb, gediş -gəliş çətinləşib.. bir hissəsində tikinti gedir…bir hissəsində isə yaşayır var.

Görüntülər Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 43 ünvanındandır.

Sakinlər iddia edirlər ki, tikinti işlərini icra edən “Qlobal-99 MTK” həyətə girişi məhdudlaşdırıb. ərazidə olan 8 evin sakinləri köçürülsə də, 4 ailə ilə tikinti şirkəti arasında razılıq əldə olunmadığından onlar ünvanda yaşamağa davam edirlər. MTK isə ərazinin bir hissəsində tikinti işlərini aparır.

“Qlobal-99″MTK-dan sorğumuza cavab olaraq bildirildi ki,inşaat işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunur,hasara alınan ərazi isə şirkətin xüsusi mülkiyyətidir. Ərazidə çoxmərtəbəli yaşayış binasınin bünövrəsi qoyulur. Sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub. Qalan 4 ailənin isə 52 kvadratmetrlik mənzil əvəzinə 88 kvadratmetrlik mənzil tələb etməsi səbəbindən məsələ hazırda məhkəmə müstəvisindədir.(Bizimesr.com)



Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib.

Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Hakimiyyətin vəziyyəti nəzarətə almaq üçün atdığı tələsik addımlar situasiyanı düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
Xəbər lenti