Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...


QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövləti aldadır, yoxsa burada başqa maraqlar var?

Yenixeberorg.com: Bu suala cavab tapmaq üçün bir müddətdir araşdırdığımız məsələlərdən birini diqqətinizə təqdim edirik.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi olub. Təşkilatın “WUF13 Tələbə Forumu” adlı layihəsinə 26 500 manat vəsait ayrılıb.

İlk baxışdan layihənin adı kifayət qədər iddialı görünür. Belə təsəvvür yaranır ki, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində müxtəlif ölkələrdən tələbələrin iştirakı ilə geniş beynəlxalq platforma formalaşdırılacaq, şəhərsalma, urbanizasiya, inklüzivlik və dayanıqlı inkişaf məsələləri ətrafında müzakirələr aparılacaq, nəticə etibarilə müəyyən tövsiyələr və ya qərarlar ortaya çıxacaq.

Lakin layihənin icrası ilə bağlı "Yenixeberorg"a ötürülmüş məlumatlar və yayımlanmış materiallar göstərir ki, layihənin adı ilə reallıq arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur.

Məlum olduğu kimi, WUF – Ümumdünya Şəhərsalma Forumu BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından biridir. Belə bir tədbirin adından istifadə edərək həyata keçirilən layihədən də yüksək səviyyəli təşkilatçılıq və nəticələr gözlənilir. Ancaq ortada olan faktlar daha çox görüntü yaratmağa hesablanmış fəaliyyət təəssüratı yaradır.

Araşdırmamız zamanı məlum oldu ki, layihənin beynəlxalq xarakter daşıdığı təqdim edilsə də, ən azı üç xarici ölkədən tələbələrin iştirakı təmin edilməyib. Halbuki layihənin adı və təqdimatı daha geniş coğrafiyanı əhatə edən tələbə platformasının yaradıldığı təsəvvürünü formalaşdırır.

Bundan başqa, maraqlı məqamlardan biri də odur ki, təşkilat layihəni icra etdiyi dövrdə mediaya müxtəlif adlarla təqdim edib. Bu isə istər-istəməz suallar doğurur. Layihənin adı niyə dəyişdirilir? Layihənin real məzmunu ilə qrant müsabiqəsinə təqdim edilmiş məzmun arasında fərqlər varmı? Əgər yoxdursa, niyə ictimaiyyətə vahid konsepsiya təqdim olunmur?

Layihənin maliyyə tərəfi, xərclər isə ayrıca araşdırma mövzusudur.

Əldə etdiyimiz məlumatlara görə, təşkilat əsasən Gənclər və İdman Nazirliyinin balansında olan Bakı Gənclər Mərkəzində kiçik qruplar formatında altı görüş keçirib. Tədbirlərdən yayılan fotolara baxdıqda görünür ki, bu görüşlərin təşkili üçün ciddi maliyyə resurslarından istifadə edildiyini söyləmək çətindir.

Son görüş isə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin pavilyonunda baş tutub. Burada da haqlı sual yaranır: əgər tədbirlər dövlətə məxsus məkanlarda və Agentliyin öz pavilyonunda keçirilibsə, ayrılmış 26500 manat vəsait konkret olaraq hansı istiqamətlər üzrə xərclənib?

Bu sualın cavabı xüsusilə vacibdir. Çünki söhbət hər hansı şəxsi vəsaitdən deyil, dövlət vəsaitindən və ictimai maraqlardan gedir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əsas missiyalarından biri məhz ayrılmış qrantların səmərəli istifadəsinə nəzarət etməkdir. Agentlik layihənin icrası ilə bağlı monitorinq aparıbmı? Aparıbsa, nəticələr nədir? Layihənin məqsədləri ilə əldə olunan nəticələr arasında uyğunluq qiymətləndirilibmi?

Özünü “şəffaflığın” tərəfdarı kimi təqdim edən Agentlik bu layihə üzrə maliyyə və fəaliyyət hesabatını ictimaiyyətə açıqlamağa hazırdırmı?

Araşdırma zamanı diqqətimizi çəkən başqa bir məqam tədbirin açılışı ilə bağlı yayılan rəsmi məlumat oldu. Həmin açıqlamanın bir hissəsini olduğu kimi təqdim edirik:

“Açılış nitqi ilə çıxış edən BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə builki forum çərçivəsində müşahidə olunan yüksək iştirak göstəricisinin gənclərin artıq şəhərlərin gələcəyi ilə bağlı məsələlərdə yalnız izləyici deyil, qərarvermə və transformasiya proseslərinin fəal iştirakçısına çevrildiyini göstərdiyini bildirib. O vurğulayıb ki, inklüziv, əlçatan və dayanıqlı şəhərlərin formalaşdırılması gənclərin baxışları və təşəbbüsləri olmadan mümkün deyil. Məleykə Tağızadə iştirakçıları şəhər mühiti ilə bağlı problemlərə tənqidi yanaşmağa, innovativ həllər irəli sürməyə və gələcəyin şəhərlərinin formalaşmasında aktiv rol almağa çağırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçisi Nilufər Əhmədova forumun məqsədlərini diqqətə çatdırıb, iştirakçılara fəal müzakirə mühiti arzulayıb.

Sonda çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Rufiz Qulizadə forum barədə məlumat verib. O bildirib ki, 3 gün ərzində foruma 1500-dən çox müraciət daxil olub və bu platforma gənclərin şəhərsalma və inklüzivlik mövzularında fikir mübadiləsi aparması üçün mühüm imkan yaradır”.

Bu açıqlama diqqətlə təhlil edildikdə bir sıra maraqlı məqamlar ortaya çıxır.

Məleykə Tağızadə çıxışında gəncləri şəhər mühiti ilə bağlı problemlərə tənqidi yanaşmağa və innovativ həllər irəli sürməyə çağırır. Bu, əslində forumun əsas məqsədi olmalıdır. Lakin tədbirdən sonra yayımlanmış materiallarda hər hansı problemin sistemli şəkildə müzakirə olunduğunu, konkret təkliflərin hazırlandığını və ya nəticə sənədinin ortaya qoyulduğunu görmürük.

Belə çıxır ki, forum daha çox forum görüntüsü yaratmağa xidmət edib, nəinki real intellektual müzakirə platforması formalaşdırmağa.

Digər maraqlı məqam Agentlik nümayəndəsi Nilufər Əhmədovanın forumun məqsədlərini iştirakçılara izah etməsidir. Adətən layihənin məqsəd və vəzifələrini layihəni həyata keçirən təşkilat təqdim edir. Bu halda isə təşkilatın rəhbərliyi deyil, qrant verən qurumun nümayəndəsi məqsədləri açıqlayır.

Bu vəziyyət istər-istəməz sual doğurur: layihənin sahibi kimdir - qrant alan təşkilat, yoxsa qrant verən qurum?

Təşkilatın sədr müavini Rufiz Qulizadə isə üç gün ərzində foruma 1500-dən çox müraciət daxil olduğunu bildirib. Lakin tədbirdən yayımlanmış fotolar bu rəqəmlərin nə dərəcədə reallığı əks etdirdiyi barədə suallar yaradır.

Əgər həqiqətən 1500-dən çox müraciət olubsa, bu maraq tədbirlərin auditoriyasında niyə hiss olunmur? Niyə müzakirələr zamanı iştirakçı sayı məhdud görünür? Niyə bir sıra fotolarda iştirakçıların diqqətinin müzakirələrdən çox mobil telefonlara yönəldiyi müşahidə olunur?

Əlbəttə, bir neçə foto üzərindən yekun nəticə çıxarmaq düzgün olmazdı. Lakin təşkilatın açıqladığı statistika ilə ortaya qoyulan görüntülər arasında ciddi uyğunsuzluq görünürsə, bunun izahı verilməlidir.

Məsələnin ən vacib tərəfi isə dövlət vəsaitlərinin istifadəsi ilə bağlıdır. 26 500 manat məbləğində vəsait kifayət qədər ciddi rəqəmdir. Bu vəsait hesabına beynəlxalq tələbə iştirakının təmin edilməsi, xarici ekspertlərin cəlb olunması, nəticə sənədinin hazırlanması, geniş auditoriyalı forumun təşkili və digər əhəmiyyətli fəaliyyətlərin həyata keçirilməsi mümkün idi.

Dövlət büdcəsinin talan edilməsinə göz yumulması dövlətə ən böyük xəyanətlərdən biridir. Çünki bu vəsaitlər cəmiyyətin vergiləri hesabına formalaşır və onların hər qəpiyinin necə xərcləndiyi ictimai maraq doğurur.

İndi isə söz aidiyyəti qurumlarındır. Onlar araşdırmalıdırlar ki, mühüm beynəlxalq tədbirin adından istifadə edərək ictimaiyyətə və dövlətə fərqli mənzərə təqdim etmək nə deməkdir.

Yenixeberorg.com

"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA


AZAL-ın Naxçıvan bölməsində davam edən araşdırmaların daha 25 milyon manatlıq yeyintini üzə çıxardığı bildirilir. Bu işdə şirkət rəhbərliyinin də adının hallandığı iddia olunur.

Yoxlamaların AZAL-ın nüfuzuna zərər vurmaması üçün ictimaiyyətdən gizli saxlanıldığı və işin geniş ictimaiyyətə açıqlanmadan daxildə həll olunmasına çalışıldığı bildirilir.

Hava limanındakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, Naxçıvan istiqaməti üzrə bilet satışını həyata keçirən “Silk Row Travel” MMC-nin 2024-cü ildə satdığı biletlərdən əldə olunan təxminən 40 milyon manat vəsait Naxçıvan Hava Limanının yenidənqurma işlərinə və digər xərclərinə ayrılıb.

Mənbə iddia edir ki, həmin vəsaitin təxminən 25 milyon manatı real işlərə xərclənməyib, saxta sənədlərlə silinib. İddiaya görə, əvvəlki illərdə görülmüş işlər sonradan yeni iş kimi rəsmiləşdirilib, mövcud texnika və avadanlıqlar isə sənədlərdə yenidən alınmış kimi göstərilib.

Mənbə deyir ki, yoxlamalarda əsasən vəsaitin hara xərcləndiyi və kimlərin bu prosesdə iştirak etdiyi araşdırılır:

“Yoxlamalarda əsas məsələ həmin vəsaitin hara silindiyi və kimlər arasında bölündüyüdür. Pul guya Naxçıvan Hava Limanında yenidənqurma işlərinə ayrılıb. Amma realda ciddi iş görülməyib. Əvvəlki illərdə görülən işlər elə sənədləşdirilib ki, guya bu işlər 2024-cü ildə ayrılan vəsait hesabına görülüb. Mövcud texnika və avadanlıqlar da sənəd üzərində yenidən alınıb. Bu işdə hava limanının direktoru Salman Məmmədlinin və AZAL-ın digər vəzifəli şəxslərinin adı hallanır”.

Mənbənin sözlərinə görə, saxta sənədləşmə yalnız ümumi yenidənqurma işləri ilə məhdudlaşmayıb:

“Mühafizə çəpəri ilə bağlı da eyni üsuldan istifadə olunub. Çəpər standarta uyğun olmayıb, sadəcə hündürlüyü 60 santimetr artırılıb. Amma sənədlərdə guya 2 kilometr yeni çəpər çəkildiyi göstərilib. Şlaqbaum sistemi, yanacaq sərfiyyatı və işçilərin geyim formaları ilə bağlı da oxşar saxtalaşdırmalar var”.

Mənbə saxta sənədləşməyə nümunə kimi hava limanındakı masaj kreslolarını da göstərir:

“Hava limanının gözləmə zallarında olan masaj kresloları 2017-ci ildə alınmışdı. 2019-cu ildə üzlükləri cırıldığı və yararsız vəziyyətə düşdüyü üçün balansdan silinib zirzəmiyə qoyulmuşdu. Sonradan Salman Məmmədlinin köməkçisi Murad Hüseynov həmin kresloları təmir etdirib, guya yeni alınmış kimi sənədləşdiriblər. Hər bir kreslo 7 min 215 manatdan yenidən uçota alınıb.

Bu cür saxtalaşdırmalar təkcə masaj kresloları ilə bağlı deyil. Oturma divanları, stol-stullar və digər avadanlıqlar da sənədlərdə yenidən alınmış kimi göstərilib”.

Mənbə əlavə edir ki, yoxlamalar başlayandan sonra hava limanının direktoru Salman Məmmədlinin mənzilini satışa çıxardığı bildirilir:

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb. Maklerə də deyib ki, təmiri saxlayın, evi o vəziyyətdə satın. İşi rüşvətlə bağlamaq istəyir.”.

Bundan əvvəl “Gündəlik Naxçıvan” Naxçıvan Hava Limanında bilet satışı ilə bağlı yoxlamaların aparıldığı və bilet satışına məsul olan 4 əməkdaşın saxlanıldığı barədə məlumat yaymışdı.

Həmin vaxt hava limanındakı mənbə bildirmişdi ki, bilet satışı ilə bağlı yoxlamalarda 2 milyon 135 min manat yeyinti aşkarlanıb.

Mənbə iddia etmişdi ki, bilet satışından yığılan pulların bir hissəsi hava limanının rəhbərliyinə çatdırılıb. Onun sözlərinə görə, təkcə aviakassadan hava limanının direktoru Salman Məmmədliyə aylıq 13 min manat pay verildiyi bildirilir.(Gündəlik Naxçıvan)


Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...


"Hər kəsə diqqətli olmağı məsləhət görürəm. Pullu abunəliyiniz olduğu halda, heç bir sübut olmadan sizi saxtakarlıqda ittiham edib hesabınızı bağlaya bilərlər..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Mələk Əzizova adlı istifadəçi daha sonra başına gələnləri belə nəql edir:
"Mən "Push30" platformasının aktiv abunəçisiyəm, ödənişimi tam etmişəm. Keçən günlərdə hesabımı tamamilə əsassız şəkildə bloklayıblar. Səbəb kimi isə mənə bildirirlər ki, guya mənim əvəzimdən zala qızım daxil olub.
Gülünc və absurd olan isə budur: Qızımın rəsmi olaraq öz adına aktiv Atilla fitness kartı var! Öz kartı olan bir insan niyə başqasının hesabı ilə zala girməlidir? Biz qızımla birgə gedirik, o öz kartını vurur həmişə mən isə push 30la keçirəm. Ortada heç bir kamera görüntüsü, heç bir maddi sübut yoxdur. Sadəcə oturub özlərindən bir "şər-böhtan" ssenarisi uydurublar.
İndi isə: ❌ Nə hesabımı açırlar, ❌ Nə də istifadə edə bilmədiyim günlərin pulunu geri qaytarırlar.
Açıq-aşkar vətəndaşın pulunu mənimsəyirlər və müştəri xidmətləri standart robot cavablarından başqa heç bir köməklik göstərmir. Belə bir özbaşınalıq, belə bir yiyəsiz sistem ola bilməz! Ödəniş alanda hər şey əladır, problem düşəndə isə müştərini günahkar çıxarıb ortadan qaçırlar.
Məsələ ilə bağlı artıq İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və bankıma (Chargeback prosesi üçün) rəsmi müraciətlər olunur. Kiminsə haqqını bu şəkildə tapdalamağınıza icazə verməyəcəm..."(Dia-az)



AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) binalarının yenilənməsi məqsədilə irihəcmli satınalma müsabiqəsinə start verib.

32gun.az yazır ki, Akademiyanın elan etdiyi cari təmir işlərinin satın alınması üzrə tenderin ümumi ehtimal olunan qiyməti düz 201.179,21 AZN təşkil edir. Ayrılan bu irihəcmli vəsait hesabına AMEA-nın Rəyasət Heyətinin binasında və Akademiya şəhərciyində yerləşən əsas binasında müxtəlif cari təmir və kosmetik işlərin aparılması planlaşdırılır. Tender prosedurları başa çatdıqdan sonra qalib şirkətlə rəsmi müqavilə imzalanacaq və binaların yenilənməsi prosesinə başlanılacaq.

Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...


Səhiyyə sistemi cəmiyyətin ən həssas sahələrindən biridir. Bu sistemdə çalışan hər bir tibb işçisi qanunvericiliyin və peşə etikasının tələblərinə uyğun fəaliyyət göstərməlidir. Əks halda, vətəndaşların sağlamlığı ilə yanaşı, dövlətin sosial təminat mexanizmlərinə də ciddi zərər dəyə bilər.
Gundemxeber.com-un redaksiyasına daxil olan müraciətdə Bakı şəhəri, Xətai rayonu 9 nömrəli uşaq poliklinikasının fəaliyyəti ilə bağlı narahatedici iddialar yer alıb. Müraciətdə poliklinikanın baş həkimi Hacıyeva Zərifə və sahə həkimi Bəşirova Mahirənin fəaliyyətinə dair araşdırılmalı olduğu bildirilən çoxsaylı iddialar irəli sürülür.
Müraciət müəllifinin iddiasına görə, Nəsrəddin Tusi küçəsi 14, mənzil 29 ünvanında yaşayan Tağızadə Şamildən həyat yoldaşının analıq məzuniyyətinin qanunsuz qaydada uzadılması məqsədilə 1000 manat alınıb. İddia olunur ki, 18 fevral 2023-cü il təvəllüdlü Tağızadə İnci Şamil qızı sağlam olduğu halda xəstə kimi sənədləşdirilib və bu əsasla analıq məzuniyyəti uzadılıb. Müraciətdə uşağın atasının hərbi pilot olduğu və hazırda Türkiyədə yaşadığı da qeyd edilir.
Şikayətdə daha bir ciddi iddia ondan ibarətdir ki, müxtəlif tibbi arayışlar – o cümlədən 026, 086 və 095 nömrəli tibbi formalar qanunsuz ödəniş müqabilində rəsmiləşdirilir. Müraciət müəllifi bildirir ki, xüsusilə buraxılış sinif şagirdlərinə xəstə olmadıqları halda xəstəlik arayışlarının verilməsi üçün həftəlik 50–100 manat məbləğində pul tələb olunur.
Müraciətdə həmçinin iddia edilir ki, poliklinikada çalışan işçilərdən hər ay 30–50 manat məcburi şəkildə pul yığılır, bayramlar ərəfəsində isə əlavə vəsait tələb edilir. Xüsusilə mart ayında işçilərdən bir neçə dəfə pul toplandığı bildirilir.
Əgər bu iddialar öz təsdiqini taparsa, söhbət təkcə etik pozuntulardan deyil, həm də dövlətin sosial ödəniş sisteminə zərər vurulması, saxta tibbi sənədlərin hazırlanması, korrupsiya və vəzifə səlahiyyətlərindən qanunsuz istifadə kimi hüquqi qiymət tələb edən hallardan gedə bilər.
Bu səbəbdən aidiyyəti dövlət qurumlarının, o cümlədən müvafiq səhiyyə və hüquq-mühafizə orqanlarının göstərilən iddiaları hərtərəfli araşdırması, sənədlərin həqiqiliyini yoxlaması və qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görməsi ictimai maraq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar redaksiyaya təqdim olunmuş müraciətdə irəli sürülən iddialara əsaslanır. Adları çəkilən şəxslərin mövqeyi məlum deyil. Onların cavab və izah vermək hüququ qorunur və təqdim ediləcəyi təqdirdə dərc oluna bilər.
Gundemxeber.com

Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı


Qəbələdə şikayətlər bitmir: Rayon İcra Hakimiyyətində idarəetmə böhranı?

Azərbaycanın əsas turizm mərkəzlərindən olan Qəbələ rayonunda vətəndaşların bitmək bilməyən sosial-iqtisadi şikayətləri yenidən ölkə mediasının və ictimaiyyətinin diqqət mərkəzindədir. Yerli sakinlərin problemlərinin illərdir həllini tapmaması "Qəbələ Rayon İcra Hakimiyyətində idarəetmə böhranımı yaşanır?" sualını gündəmə gətirib.
1xeber.media sakinlərin narazılıqlarını və rayondakı mövcud vəziyyəti araşdırıb.
"Səyyar görüşlər" formal xarakter daşıyır – Sakinlər narazıdır
Yerli sakinlərin mətbuata və sosial şəbəkələrə etdiyi çoxsaylı müraciətlərə görə, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən kəndlərdə keçirilən rəsmi qəbul-görüşlər artıq sadəcə formal xarakter daşıyır. İcra başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi qurum vətəndaşların şikayətlərini dinləsə də, real problemlərin həlli istiqamətində kəsərli və əməli addımlar atılmır.(1xeber.media)

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı şəxslər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif ediliblər:

"Tərəqqi" medalı ilə

Abdullayev Həbib Fərhad oğlu

Ağakərimov Akif Ağakərim oğlu

Ağayeva Aynurə Ərəstun qızı

Allahverdiyeva Rəvanə Çingiz qızı

Bəylərova Təranə Yunus qızı

Cabbarov Vilayət Hidayət oğlu

Əhmədova Azadə Hüseyn qızı

Ələsgərov Asəf Musa oğlu

Əliyev Baxşeyiş Əli oğlu

Əliyeva Ellada İdris qızı

Əmirbəyov Fərhad Fikrət oğlu

Əsgərova Gülnarə Mərdan qızı

Fərzəliyev Azər Şamil oğlu

Hacıyeva Nigar Akif qızı

Haxıyev Üfüq Gülağa oğlu

Həbibbəyli Ərəstü İsa oğlu

Həsənova Lalə Eyvaz qızı

Qədimli Elxan Mürvət oğlu

Qənbərov Yusif Bəybala oğlu

Quliyev Ruslan Namiq oğlu

Quliyev Üzeyir Çərkəz oğlu

Mahmudov Rüstəm Bəhruz oğlu

Məhərrəmov İsmayıl Əsgər oğlu

Məmmədov Anar Rəhim oğlu

Məmmədov Azər Xəlil oğlu

Mikayıllı Həbib Rasim oğlu

Musayev Cavid Xəlil oğlu

Nəbiyev Cahangir Şükür oğlu

Rəhimov Niyazi Süleyman oğlu

Rüstəmli Ruslan Rüstəm oğlu

Şıxəliyev Ceyhun Yavər oğlu

Tağıyev Mehman Nəriman oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Abasova Sonaxanım Həcibala qızı

Abbasov Şöləddin Ziyad oğlu

Abbasov Tural Nadir oğlu

Abbasov Yaqub Aman oğlu

Abdullayev İsrafil Qasım oğlu

Abdullayev Mehman İsrayıl oğlu

Abdullayev Rövşən Aslan oğlu

Abdullayeva Ülviyyə Bazim qızı

Abdullazadə Fəxrintac Səbuhi qızı

Abdullazadə Xaliq Nəriman oğlu

Adıgözəlov Akif Əlövsət oğlu

Adıgözəlov Şaiq Əli oğlu

Ağayeva Zöhrə Gəray qızı

Alışov Nəsib Bəhlul oğlu

Allahverdiyeva Nairə Əvəz qızı

Almazova Xatirə Əbil qızı

Aslanov Ramiz Rasim oğlu

Aslanov Şahin Müzahim oğlu

Babayeva Raifə Şəmil qızı

Bayramov Elşən Arif oğlu

Bayramov İqbal Musa oğlu

Bayramova Gülşən Nəriman qızı

Bəşirov Elşad Tofiq oğlu

Budaqova Sənəm Nəsib qızı

Cabbarlı Reqina Ruslan qızı

Cabbarlı Vüsal Daxil oğlu

Cavadov Ruslan Teyyub oğlu

Cavadova Gülnaz Təyyar qızı

Cavadzadə Cavid Bəylər oğlu

Dadaşova Xırdaxanım Rəcəb qızı

Dəmirova Xeyransa Alim qızı

Eyyubov Abuzər Veyis oğlu

Əhmədov Fariz Şöhrət oğlu

Əhmədova Həlilə İntiqam qızı

Əhməd-zadə Fərəh Aqil qızı

Əkbərova Rübabə Məmməd Bağır qızı

Əliyev Aqşin Qabil oğlu

Əliyev Altun Asəf oğlu

Əliyev Anar Telman oğlu

Əliyev Elşad Nizami oğlu

Əliyev Hasil Vahid oğlu

Əliyev İbrahim Müseyib oğlu

Əliyev Mikayıl Rafiq oğlu

Əliyev Şövqi İsfəndiyar oğlu

Əliyeva Leyla Məzahir qızı

Əliyeva Pərvanə Qorxmaz qızı

Əliyeva Səlbi Cavanşir qızı

Əliyeva Validə Avtandil qızı

Əliyeva Zəminə Ədil qızı

Əli-zadə Mir Kamal Qabil oğlu

Əmirbəyova Raidə Eldar qızı

Əmrahov Raqif Mustafa oğlu

Əmrəliyev Vüqar Şahlar oğlu

Əsədli Nərminə Ehsan qızı

Əsgərəlizadə Vəsilə Azər qızı

Əsgərov Tural Behbud oğlu

Əzizov Yalçın Saleh oğlu

Fərəcov Aqşin Rafiq oğlu

Fətullayev Əziz Əli oğlu

Hacıyev Ruslan Tofiq oğlu

Hacıyeva Gülnar Cəfərağa qızı

Hacıyeva Mərziyyə Rafiq qızı

Hacıyeva Rifaət Fikri qızı

Hacızadə Talıb Arif oğlu

Həsənov Fəxri Akif oğlu

Həsənova Afaq Hümmət qızı

Həsənova Fidan Fuad qızı

Həsənova Kəmalə Zal qızı

Həsənova Sevda Səlim qızı

Hüseynov Anar Eldar oğlu

Hüseynov Elnar Vaqif oğlu

Hüseynov Elnur Nadir oğlu

Hüseynov Ənvər Fuad oğlu

Hüseynov Fərid Elman oğlu

Hüseynov İdris Ağaxan oğlu

Hüseynov Ramil Vəkil oğlu

Hüseynov Tofiq Nəriman oğlu

Hüseynov Turan Biləndər oğlu

Hüseynova Səidə Oqtay qızı

Hüseynova Vüsalə Cabbar qızı

Hüseynzadə Elmar Əli Muxtar oğlu

Xəlilov Rauf Tofiq oğlu

Xəlilov Vüsal Mirzəcan oğlu

Xudaverdiyev Məhəmmədəli Bayram oğlu

Xudayev Ramin Əmrah oğlu

İbrahimli Vüsal Şəmil oğlu

İbrahimov Emin Dadaş oğlu

İbrahimova Hökümə Kamran qızı

İsgəndərov Ceyhun Əmirastan oğlu

İskəndərov Elşad Eldar oğlu

İskəndərov Şahin Əvəz oğlu

İsmayılova Səadət Teyyub qızı

Kazımov Elşən Zahid oğlu

Kərimov Kərim Rafiq oğlu

Kərimov Orxan Rafiq oğlu

Kərimov Şahin Rafael oğlu

Qafarlı İradə Süleyman qızı

Qarayev Azər Mədəd oğlu

Qarayev Əmrah Niyazi oğlu

Qasımlı İlqar Bəkir oğlu

Qasımov Lətif Cəfər oğlu

Qasımov Murad Arif oğlu

Qəhrəmanov Cəsarət Qəhrəman oğlu

Qəhrəmanov Qəhrəman Arif oğlu

Qənbərov Mürsəl Məhərrəm oğlu

Qəribov Şəmsi Allahverdi oğlu

Qocayev İlqar Sadıq oğlu

Quliyev Elşən Arif oğlu

Quliyev Etibar Abasqulu oğlu

Quliyeva Sevda Sevindik qızı

Quluyev Elməddin Əlihüseyn oğlu

Qurbanlı Jalə Kamal qızı

Qurbanov Ceyhun Museyib oğlu

Qurbanova Kəmalə Misir qızı

Qurbanova Svetlana Qəməddin qızı

Qurbanzadə Türkan Ədalət qızı

Qüdrətli Vəfa Kadil qızı

Mahmudov Müqalib Bədəl oğlu

Mahmudov Səbuhi Şahin oğlu

Mehrəliyev Elçin Əlövsət oğlu

Məhərrəmov Orxan Xalıqverdi oğlu

Məhərrəmova Ruqiyyə Namiq qızı

Məlikov Mahir Zakir oğlu

Məmişov Kənan Həmzağa oğlu

Məmmədəliyev Elçin İsgəndər oğlu

Məmmədli Fariz Tofiq oğlu

Məmmədov Azər Elman oğlu

Məmmədov Elvin Şaiq oğlu

Məmmədov Əzizağa Ağababa oğlu

Məmmədov Kənan Arif oğlu

Məmmədov Namiq Xanoğlan oğlu

Məmmədov Sabir İbrahim oğlu

Məmmədov Vəli Ramazan oğlu

Məmmədova Fəridə Elçin qızı

Məmmədova Sevinc Məmməd qızı

Məmmədova Şahanə Şahin qızı

Məmmədova Vüsalə Rafiq qızı

Məmtiyev Tofiq Rəhim oğlu

Mikayılova Gülər Sahib qızı

Mirzəyev Rasim Rafiq oğlu

Mirzəzadə Anar Fərhad oğlu

Mirzəzadə Ramil Xanış oğlu

Mövsümov Anar Ağabala oğlu

Muradova Təravət Məmməd qızı

Nağıyev Hicran Asif oğlu

Nəbiyev İlkin Məmmədzadə oğlu

Nəbiyev Qamət İsmayıl oğlu

Nəbizadə Nəbi Rafiq oğlu

Nərimanova Nuranə Fazil qızı

Nəsirov Hikmət Arif oğlu

Nəsirova Nərmin Natiq qızı

Niftəliyev Qüddəsər Sədiyar oğlu

Novruzov Cümşüd Musa oğlu

Orucova Arzu Məmməd qızı

Osmanov Müşfiq Məmməd oğlu

Ömərova Vəfa Kamal qızı

Paşayev Allahverdi Oktay oğlu

Paşayev Faqil Teymur oğlu

Paşayev Sənay Oktay oğlu

Paşayeva Arifə Xanlar qızı

Pənahlı Rüfət Akif oğlu

Pənahov İlqar Əsgər oğlu

Rəhimov Ayaz Süleyman oğlu

Rəhimov Azər Binnət oğlu

Rüstəmli Samir Famil oğlu

Rüstəmov Kamal Elbrus oğlu

Rzayev Rauf Zeynal oğlu

Salmanova Maral Saday qızı

Sarıyeva Aynel Əlövsət qızı

Səfərəli Gülşən Rüfət qızı

Səlimbəyli Zeynəb İsa qızı

Səlimova Pərvin Ədalət qızı

Səlimova Reyhan Aslan qızı

Səmədova Turan Zakir qızı

Səttar-zadə Müşfiq Sahib oğlu

Sıraczadə Elvira Vaqif qızı

Soltanov Fərid Rafael oğlu

Sultanov Emil Telman oğlu

Sultanov Samir Əzim oğlu

Sultanov Səməd Samir oğlu

Süleymanov Abbas Qurban oğlu

Süleymanov Anar Zakir oğlu

Şamıyeva Roza Rafiq qızı

Şamilov İlkin Həmid oğlu

Şəfiyev Asif Nəriman oğlu

Şəfiyev Bahadir Ataməli oğlu

Şükürov Şirxan Bayram oğlu

Tağıyev Şahmar Camal oğlu

Tağızadə Anar Abil oğlu

Tairquliyeva-Nağıyeva Arzu Ələmdar qızı

Teymurov Rasim İbrahim oğlu

Turabova Amalya Paşa qızı

Umudov Elvin Natiq oğlu

Vəliyev Barat İlandiyar oğlu

Vəliyev Fərid Əzizağa oğlu

Vəliyev Sənan Mahmud oğlu

Vəliyeva Nigar Ələddin qızı

Yusubov İsa Həsən oğlu

Yusupova Marina Əlimuradovna

Zeynalov Eldəniz Sabir oğlu

Zeynalov Rasim Aydın oğlu

Zeynalov Vəfadar Kamil oğlu

Zeynalova Nərmin Alim qızı.

AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AYDA) yeni kadr təyinatları olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

Belə ki, Nicat Mustafayev İnsan resursları departamentinin rəhbəri, Aysel Məmmədova İşə qəbul və kadr planlaşdırılması şöbəsinin müdiri, Sevda Əliyeva isə Təlim və inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.

Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR


Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti texnikaların və nəqliyyat vasitələrin cari təmiri xidməti, ehtiyat hissələrinin və sürtkü materialların satınalınması üzrə 16.03.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AMET SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 222.285,08 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 10.06.2026-cı ildə dərc edilib.
Şərtlər toplusuna görə “Amet Services” MMC 10.08.2026-cı ilə qədər “Naxçıvan Aqroservis” ASC-yə aid Kombayn Sampo, Traktor İTM-399, Traktor New Holland,QAZ33023, Renault Medlium, Toyota Camry kimi texnikalara 232 adda ehtiyat hissələri və sürtkü materialları ilə təmin etməli, həm də cari təmir xidməti göstərməlidir.
Maraqlıdır, “Amet Services” MMC bu dövlət sifarişini yerinə yetirmək iqtidarındadırmı? MMC-nin “İnstagram” sosial şəbəkə hesabındakı məlumatlarda tikinti texnikası və servis xidməti göstərdiyi bildirilir. MMC sahibkarlara tikinti, anbar və logistika işlərində etibarlı köməkçi olacaq Zoomlion texnikalarını təklif edir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMET SERVİCES” (VÖEN:1302992001) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.08.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78 V, m.299-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələsgərov Vüsal Namid Vaqif oğludur. MMC Babayev Elvin Qeys oğlu tərəfindən təsis edilib.
Qeyd edək ki, “Amet Services” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 18.06.2026-cı ildə maraqlar toqquşması halına yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına salınıb.
Göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Amet Services” MMC-ni 222 min manat dəyərində açıq tenderi udduqdan cəmi 8 gün sonra etibarsız təchizatçılar siyahısına daxil edib.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda təchizatçının satınalmalarda iştirakına yol verilmir.
Maraqlıdır “Amet Services” MMC-nin qanuni təmsilçisinin hansı dövlət məmurunun qohumu olduğu aşkar olunub və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkəti etibarsız təchizatçılar siyasına salıb.
Qeyd edək ki, Naxçıvanda yerləşən Şərur “Radio” Zavodu da “Amet Services” MMC ilə 1 ədəd “Riçstaker”in satın alınması üzrə 739.690,08 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 20.05.2026-cı ildə dərc edilib. Şərur “Radio” Zavodu tərəfindən 01.12.2025-ci il tarixdə elan edilmiş “1 ədəd Riçstakerin satın alınması” üzrə keçirilən açıq tender prosedurunun qalibinin “AMET SERVİCES” MMC müəyyən edilməsi barədə məlumat isə 24.02.2026-cı ildə dərc edilib.
Buradan suallar yaranır. “Amet Services” MMC “Riçstaker” texnikasının konkret təchizatçısı deyilsə, Şərur “Radio” Zavodu hansı əsasla müqavilə bağlayıb? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, ru.made-in-china.com portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Şərur “Radio” Zavodun almaq istədiyi İSO 20’/40’/45′ konteynerlər üçün Yığım hündürlüyü: 5 qata qədər Ümumi ölçülər: Yanacaq tipi: dizel Maksimal yükqaldırma gücü: 45 ton Texnikanın çəkisi: minimum 70 ton Minimal surət (yüklü): 20 km/saat Dırmanma qabiliyyəti: yüklü min 16%, yüksüz min 26% Minimal dönüş radiusu: 8000 mm Təkər təzyiqi monitorinqi Təkər növü: 18,00-25 40PR Maksimal meyil bucağı: 0°-60° Maksimal hidravlik sistem işləmə təzyiqi: 260 bar Maksimum sürüşmə diapozonu: 800 mm Qorunma sistemləri Yanğınsöndürmə sistemi parametrli “Riçstaker” texnikasının qiyməti 316 000 ABŞ dollarıdır.Bu da təxminən 534 -540 min manat edir.
Göründüyü kimi Şərur “Radio” Zavodu isə “Riçstaker” texnikasının alınması üzrə “Amet Services” MMC 739.690,08 manat məbləğində müqavilə bağlayıb.
Göründüyü kimi “Amet Services” MMC son bir əyzində Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxçıvan Aqroservis” ASC və Şərur “Radio” Zavodu ilə ümumi dəyəri 961 975 manat dəyəri olan iki satınalma müavilələri bağlayıb. Bundan sonra isə MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə maraqlar toqquşması halına yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına salınıb.
Maraqlıdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarsız təchizatçılar siyahısına düşmüş “Amet Services” MMC-nin maraqları kimlərlə toqquşub və aldığı dövlət sifarişini yerinə yetirə biləcəkmi?
Aktualinfo.net

“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ


Son 10 ildə Azərbaycanda ən çox şikayət olunan sahələrdən biri elektronika məhsulları satan mağazalarla bağlıdır. Şikayətlərin sayına görə birinci yerdə “Kontakt Home” mağazalar şəbəkəsi gəlir. İllərdir bu şəbəkə müştəri narazılığı, məhsulların qüsurlu çıxması və şikayətlərin çoxluğu ilə gündəmdədir.

Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, şikayətlərin sayına görə ikinci yerdə “Baku Electronics”, “Music Gallery” və digər şəbəkələr gəlir:

“Adını çəkdiyim bu şəbəkələrdə çox vaxt aldadıcı reklam kampaniyaları keçirilir. Həmçinin onların endirim kampaniyaları da aldadıcı və saxta olur.

Məsələn, “Kontakt Home” vaxtilə “Şeş qoşa” adlı kampaniya keçirirdi. Şeş qoşa atan müştərilərə məhsul verilirdi. Lakin müştəri məhsulu evə apardıqdan sonra hər hansı problem yarananda onu qaytarmaq və ya dəyişdirmək istəyəndə bildirirdilər ki, məhsul kampaniya çərçivəsində alındığı üçün geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.

“Baku Electronics”də də belə aldadıcı kampaniyalar və endirim aksiyaları tez-tez keçirilir.

Əvvəllər “Music Gallery” ilə bağlı şikayətlər yox idi. Bu şəbəkəni “Kontakt Home” aldıqdan sonra oradan da şikayətlər gəlməyə başlayıb”.

E.Hüseynov endirimlə satılan məhsullardan da danışıb. O bildirib ki, mağazalarda qüsurlu çıxan, müştərilər tərəfindən geri qaytarılan və ya texniki servisdə olmuş məhsullar çox vaxt endirimlə satışa çıxarılır:

“İstehlakçıların əksəriyyəti bilmir ki, mürəkkəb elektron məhsulların da istifadə müddəti olur. Telefon, televizor, soyuducu, tozsoran və digər elektron məişət avadanlıqlarının hissələrinin hər birinin ayrıca istifadə müddəti var. Zaman keçdikcə həmin hissələrin resursu azalır. Məhsul istifadə olunmasa belə, bəzi hissələr sıradan çıxa bilər.

Endirimə ən çox belə məhsullar çıxarılır. Bu məhsullar uzun müddət anbarlarda qalıb, bəzən isə rütubətli şəraitdə saxlanılıb.

Endirimə çıxarılan ikinci əsas kateqoriya isə alındıqdan sonra geri qaytarılmış məhsullardır.

Yuxarıda adını çəkdiyim şəbəkələri müştəri məmnuniyyəti düşündürmür. Onlar daha çox qüsurlu məhsulu sataraq gəlir əldə etməyi düşünürlər.

“Kontakt Home” mağazalarından alınmış qüsurlu məhsulların geri qaytarılması və ya problemin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, demək olar ki, mümkün deyil. Alıcılar bunu mütləq nəzərə almalıdırlar”.

Tribuna.az
Xəbər lenti