Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Qoç Ət”in pendiri qalmaqal yaratdı – Video




Müştəri aldığı “Qoç Ət” şirkətinə məxsus “Çanaq pendiri”nin keyfiyyətindən narazı qalıb və pendirin keyfiyyətsiz olduğu bildirilib. 

Bu barədə Pərvanə adlı xanım sosial şəbəkələrdə yazıb. Şikayətçi bildirib ki, pendir yapışqan formalı olub: “Bu gün aldığım çanaq pendirini açdığı məhsulun keyfiyyəti məni narazı saldı. Lökbatan”.

Qida mütəxəssisinin fikrincə, qablaşdırılmış pendirin istehsal müddəti bitməsə də, o vəziyyətə düşməsinə səbəb istehsal səhvidir. Mütəxəssislr bildirr ki, yağlı pendiri az duzlu məhlula qoyanda bu vəziyyətə düşür. Pendirib o hala düşməsinin səbəbi istehsal prosesinin səhv olmasıdır. Qeyd etmək lazımdır ki, “Qoç Ət” şirkəti 1997-ci ildən fəaliyyət göstərir. mühəndis Sənan Təhməzovdur. Şirkət Təhməzov qardaşlarına aiddir.(Bizimesr.az)

Qarşı tərəfi dinləməyə hazırıq.



Tahir Budaqov da özünə obyekt tikir? - Nəsimi rayonunda səkini zəbt edirlər - VİDEO


Bakının Nəsimi daha bir qanunusuz tikinti mağazasında alınıb.

Bizimesr.az bildirir ki, rayonun 3-cü mikrorayon dairəsi ətrafında, Seyid Cəfər Pişəvari küçəsi ünvanında piyada səkisi zəbt olunub, qazıntı işlərinin xaricində. Qeyd olunur ki, vövcud obyektə əlavə zirzəmi qatının yaradılması nəticəsində qazıntı işləri görülür.

Ərazidə olan ərazilərimizin əldə edilməsinə görə, sözügedən tikinti işləri rəsmi icazələrə malik olmaq mümkündür. Amma rayon öyrənmək, ərazi üzrə icra məmuru bu tiukintidən məlumatlıdır. Özünü iş icraçısı kimi təqdim edən və adını gizlədən şəxs ki, rəsmi icazələri olmasa da, aidiyyatı üzrə məlumat verilib və bu qazıntı ilə bağlı aidiyyatı şəxslər məlumatlıdır. Maraqlıdır, tikinti icazəsi olmayan şəxslərə hansı əsaslarla bu işləri görməyə icazə verilib?

Qeyd edə bilər ki, Nəsimi rayon icra başçısı Tahir Budaqovdur.(Bizimesr.az)

Qarşı tərəfini çıxarmağa hazırıq.

Cəzasızlıq mühiti və yerli idarəetmədə etimad böhranı - VİDEO


Azərbaycanın yerli idarəetmə institutlarında şəffaflıq və hesabatlılıq məsələləri son illər daha çox müzakirə predmetinə çevrilib. Xüsusilə bələdiyyə strukturlarında baş verən qanunsuzluq iddiaları və bu iddiaların araşdırılmasında müşahidə olunan passivlik cəmiyyətin hüquq sisteminə olan inamını ciddi şəkildə sarsıdır.

Məlumatlara görə, Abşeron rayonunun Qobu qəsəbə bələdiyyəsinin sədri Araz Nəcəfovun fəaliyyəti ilə bağlı səsləndirilən iddialar geniş rezonans doğurub. İddialarda qeyd olunur ki, onun qanunsuz əməlləri ifşa olunsa da, müəyyən “qoruyucu mexanizmlər” bu məsuliyyətdən yayınmağa imkan yaradıb. Çoxsaylı müraciətlərdən sonra aparılan kiçik miqyaslı jurnalist araşdırması zamanı ərazidə torpaq və ev alqı-satqısı ilə məşğul olan, özlərini makler kimi təqdim edən Rəhman və Mehman adlı şəxslər barədə ciddi məlumatlar və sübutlar əldə olunub.

Araşdırma zamanı həmin şəxslərin öz etiraflarına əsasən məlum olub ki, onlar bələdiyyə sədri Araz Nəcəfovun yaxın qohumlarıdır. Sosial şəbəkələrdə yayılan audio materiallarda isə açıq şəkildə qeyd edilir ki, torpaq sahələri əvvəlcə onların adına sənədləşdirilir, daha sonra isə müştərilərin vəsaiti hesabına rəsmiləşdirilərək satılır. Bu isə klassik korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə mexanizminin əlamətləri kimi qiymətləndirilə bilər.

Bu cür faktların mövcudluğu fonunda əsas problem yalnız qanunsuzluğun özü deyil, həm də onun cəzasız qalması ehtimalıdır. Çünki hüquqi dövlətin əsas prinsiplərindən biri qanun qarşısında bərabərlikdirsə, bu prinsipin pozulması ciddi problemlərin göstəricisidir. Məhz bu kontekstdə Ulu Öndər mərhum Heydər Əliyevin məşhur fikri aktuallığını qoruyur: “Dövlət iki halda sarsılır: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda.”
Araşdırma materiallarının DogruXeber.tv informasiya portalı tərəfindən aidiyyəti qurumlara göndərilməsi isə məsələnin rəsmi müstəviyə daşındığını göstərir. Bildirilir ki, müraciətlər əvvəlcə Baş Prokurorluğa, daha sonra isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yönləndirilib. Həmin qurum tərəfindən aparılan araşdırma çərçivəsində həm portalın baş redaktoru, həm də bələdiyyə sədri izahat vermək üçün dəvət olunub.

Lakin prosesin ən diqqətçəkən məqamı ziddiyyətli ifadələrin ortaya çıxmasıdır. Belə ki, Araz Nəcəfov öz izahatında adı hallanan şəxsləri tanımadığını bildirmiş, eyni zamanda məsələni fərqli istiqamətə yönəltməyə çalışaraq jurnalist tərəfə ittihamlar səsləndirmişdir. Bunun əksinə olaraq, sonradan yayılan audio və digər sübutlar bu iddiaların reallıqla uzlaşmadığını ortaya qoymuşdur.

Daha maraqlısı isə odur ki, iddialarda adı keçən şəxslər sonradan redaksiya ilə əlaqə saxlayaraq yayımlanan materialların silinməsini tələb etmiş, hətta bələdiyyə sədrini müdafiə edən mövqe sərgiləmişlər. Bu isə hadisənin yalnız hüquqi deyil, eyni zamanda sosial-psixoloji və institusional aspektlərinin də olduğunu göstərir.

Bütün bu proseslərə baxmayaraq, araşdırmaların yekunu barədə ictimaiyyətə hər hansı aydın məlumat verilməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, təkcə bir hadisə kimi deyil, ümumilikdə idarəetmə mexanizmlərinin nə dərəcədə effektiv işləməsi sualını gündəmə gətirir.

Vurğuladığımız kimi, əsas məsələ yalnız konkret bir şəxsin məsuliyyətə cəlb olunması deyil, ümumilikdə idarəetmədə şəffaf və ədalətli yanaşmanın təmin edilməsidir. Əks halda, cəmiyyətdə “seçilmişlər üçün toxunulmazlıq” anlayışının formalaşması qaçılmaz olur.

Bu kimi halların obyektiv və şəffaf şəkildə araşdırılması, nəticələrin ictimaiyyətə açıq təqdim edilməsi və qanunun aliliyinin təmin olunması dövlət-cəmiyyət münasibətlərinin sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyır. Əks halda isə cəzasızlıq mühiti yalnız bir fərdi deyil, bütövlükdə idarəetmə mühitini zəiflədən əsas faktora çevriləcək.

DogruXeber.tv

Lüks həyat tərzi yaşayan qalmaqallı prokuror işdən çıxarıldı


Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Bizimesr.az məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb.

O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur. (Bizimesr.az)


"Bakıda bu restorana girə bilmək üçün xüsusi tapşırıq lazımdır?"


Bakıda maraqlı interyerə malik “ŞirvanŞah” muzey-restoranı əvvəlcə diqqət çəkirdi. Təxminən 2 il əvvəl orada 20-25 nəfərlik səviyyəli bir toplantı keçirmişdim – xatirələr hələ də yaddaşımda.

Tanınmış jurnalist Xəyal Tağıyev sosial şəbəkə hesabında başına gələnləri belə bölüşüb:

“Düşündüm ki, bu dəfə də həmin yerdə 20 nəfərlik masa sifariş edim. Lakin interyer və ümumi atmosferdən başqa hər şey mənfiyə doğru dəyişmişdi.

Administratorun müştərini qarşılamasından tutmuş yeməklərin keyfiyyətinə qədər - hər şey əvvəlki səviyyədə deyildi. Belə görünür ki, Azərbaycanda restorana getmək də indi bir tapşırıq kimi olub...” (DİA.AZ)

Xəyalə İsmayılova bu dəfə başqa klinikada fəaliyyət göstərir


Bir müddət əvvəl uğursuz estetik əməliyyat iddiaları ilə ölkə gündəmini zəbt edən Dr. Xəyalə İsmayılova ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Məlum olduğu kimi, Nəsimi rayonu ərazisində yerləşən “Uğur 777” klinikasında fəaliyyət göstərən Xəyalə İsmayılovanın heç bir rəsmi lisenziya və tibbi diplom olmadan estetik əməliyyatlar həyata keçirdiyi iddia olunurdu.

Həmin dövrdə onun əməliyyatlarının qurbanı olduqlarını bildirən vətəndaşlar kütləvi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.Şikayətlərin artması və ictimai təzyiq fonunda məsələ mediaya sızmış, nəticədə klinikanın fəaliyyəti dayandırılmışdı.

Bununla yanaşı, Nəsimi rayon prokurorluğunda Xəyalə İsmayılova ilə bağlı araşdırmalara başlanılmışdı. Məlumatlara görə, istintaq prosesi hələ də davam edir və məsələ hüquqi müstəvidə tam həllini tapmayıb.Bütün bunlara baxmayaraq, iddialara əsasən, Xəyalə İsmayılova hazırda fəaliyyətini başqa bir tibb müəssisəsində – “Nova Med” tibb mərkəzində davam etdirir.

Məlumat verən mənbələr bildirir ki, sözügedən mərkəzdə uzun müddətdir çalışan anası, Məlahət xanım, ona dəstək göstərərək klinikada əməliyyat aparmasına şərait yaradıb.İddialara görə, o, həyata keçirdiyi estetik müdaxilələri sosial şəbəkələr vasitəsilə də aktiv şəkildə reklam edir.

Belə ki, xüsusilə TikTok platformasında fəaliyyət göstərən “Bakı-Estetik” adlı səhifədə əməliyyat prosesləri, əvvəl-sonra görüntüləri və pasiyentlərin nəticələri mütəmadi olaraq paylaşılır. Bu paylaşımlar vasitəsilə yeni müştərilərin cəlb edildiyi, tibbi prosedurların isə açıq şəkildə nümayiş etdirildiyi bildirilir. Mütəxəssislər isə qeyd edir ki, bu cür həssas tibbi müdaxilələrin sosial şəbəkələrdə nəzarətsiz şəkildə reklam olunması həm etik, həm də hüquqi baxımdan ciddi suallar doğurur.

Artıq yeni fəaliyyət dövründə də narazılıqların ortaya çıxdığı bildirilir. Bəzi vətəndaşların yenidən onun keçirdiyi əməliyyatlardan şikayətçi olduğu qeyd olunur. Bu isə məsələni yenidən ictimai müzakirələrin mərkəzinə gətirib.

Mütəxəssislər bildirir ki, estetik və cərrahi müdaxilələrin yalnız rəsmi icazəsi və peşəkar ixtisası olan şəxslər tərəfindən həyata keçirilməsi vacibdir. Əks halda, bu cür halların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı danılmazdır.Ümid edirik ki, aidiyyəti dövlət qurumları məsələni diqqətdə saxlayaraq vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacaq və iddialara hüquqi qiymət veriləcək.

AzTimes.az

Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO


Bakıda yeraltı və yerüstü keçidlərin uşaq və əlil arabaları üçün uyğun olaraq bağlı narazılıqlar davam edir.

Bu dəfə söhbət “Port Baku”dan “Crescent Mall”a keçən yeraltı keçiddən gedir.

Belə ki, sözügedən görüntüləri bloger Toğrul Qurbanov paylaşıb. Videoda keçiddən istifadə zamanı yaranan aydın şəkildə görünür. "Port Bakunun qarşısında, şəhərin tam mərkəzindəyik. "Emporium" tərəfdən "Crescent Mall"a keçid istəyirik, amma bizi heç də rahat olmayan bir yeraltı keçidə çevirir. - deyə bloger etiraz etdi.

T.Qurbanov qeyd edib ki, bu vəziyyət ana olan qadınlar üçün vəziyyət daha da çətindir: “Uşağım təxminən 15 kilodur, uşaq arabası özü də təxminən 5-6 kiloluq çantada var.

Lift idarə etdiyi üçün insanlar məcbur qalır ya geri dönsün, ya da uşaq arabasını bellərinə al bu pillələrlə düşüb-qalxsınlar. Yaxşı, mənim gücüm çatar, birtəhər qaldıraram. Bəs qadınlar necə etsin?! Onlar bu qədər ağır uşaq arabasını, içərisində uşaq, altında çanta ilə necə qaldırsınlar?

Adi bordürü keçmək belə çətin olduğu halda, bu keçiddən istifadə etmək imkan deyil. Şəhərin mərkəzində bir insanların bu qədər dayanması normal deyil”.

Qeyd etmək lazımdır ki, son dövrlər nəzarətdən kənar ərazilərə keçidlərin fiziki nəzarətli şəxslər, müalicələr və əməliyyatlar üçün istifadə edilən vətəndaşlar tərəfindən istifadə olunan şəxslərə uyğun olaraq tez-tez nəzarət olunur. (Bizimesr.az)

VIİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/saleh-memmedov-getdi-vurdugu-ziyan-illerle-qalacaq---yeralti-piyada-kecidleri-duzgun-tikilmeyib---video-20904

Nahid Bağırov şəhid ailəsini eşitmir - Şəhidin adına olan küçə bərbad vəziyyətdədir - VİDEO


İsmayıllı rayonunun Talistan kəndindəki şəhid Səməd Hüseynzadənin adının küçənin asfaltlanması ilə bağlı problem iki ildir həll edilir. Bizimesr.az xəbər verir ki, bu qətlin qardaşı Seyid Hüseynzadəyə müraciət edib.

Məlumata görə, 2023-cü ilin 18 oktyabrında kənddə şəhid ailəsi tərəfindən ev muzeyi və bulaq kompleksi istifadəyə verilib. Lakin açılışdan bu günə qədər həmin küçənin yol problemi aradan qaldırılmayıb.

Seyid Hüseynzadə qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova müraciət etdi, lakin nəticə yoxdur, problemin həlli uzadılır.

Ailə qeyd edir ki, şəhid adını daşıyan küçənin bu vəziyyətdə qalması həm təhlil, həm də şəhid ailəsini narahat edir. Onların aidiyyəti qurumlardan yolun asfaltlanması məsələsinin icrasını gözləyirlər.(Bizimesr.az)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/nahid-bagirov-sehid-ailesini-esitmir----sehidin-adina-olan-kuce-berbad-veziyyetdedir---video-20906

Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur


Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində laboratoriyalarında mövcud vəziyyət qənaətbəxş olmadığına görə 2021-ci ilin ortalarından başlayaraq, bir sıra modernizasiya işlərinə başlanılıb. Müasir cihazlar alınıb və 2021-ci ilin ilk aylarından başlayaraq bütün ölkə üzrə təlimlər keçirilib.

Lakin aşağıdakı tədbirlər görülmədiyinə görə laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə müvəffəq olunmayıb:

1. Laboratoriyalarda fəaliyyət göstərən mütəxəssislərin təlimi natamam aparılın.

2. Müasir standartlarda olan tam avtomatik diaqnostik cihazlarda aparılan analizlərin metodologiyasına dair hec bir tədbir görülməyib.

3.Laboratoriyalarda klastrlar üzrə aparılacaq analizlər müəyyən olunmayıb.

4.Laboratoriyaların ehtiyacları düzgün müəyyən edilmədiyindən təhcizat üzrə dövrü tələbnamalər formalaşdırıla bilinmir.

5.Bu prosesdə 3 sahə üzrə(hematologiya, koaqulyasiya və sidiyin müayinəsi) müayinə ücün avadanlıqlar alınmışdır. Ancaq biokimya, immunologiya bölmələrinin qurulması üzrə iş görülməyib və avtomatlışdırılmış müasir standartlarda olan analizlərin aparılması təmin edilməyub.

TƏBİB-də kadr dəyişikliyi olduqdan sonra bu və ya digər səbəblərdən meydana gələn əhalidə tibb müəssisələrinə qarşı yaranan ciddi narazılıqların “aradan qaldırılması” adı altında dövlət səhiyyə sisteminə daxil olan laboratoriyaların idarəedilməsi qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq özəl müəssisələrin idarəsinə verilib.

1. “Referans Medikal Group”MMC ( bu MMC-nin məsul şəxsi TƏBİB-in laborator işci qrupunun üzvü olub, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun dostu və iş ortağıdır)

2. “Medicus” laboratoriyaları

3. “İnci ” laboratoriyaları – “Sağlam həyat” MMC adı ilə (bu təşkilatın məsul şəxsləri TƏBİB-in laborator işci qrupunun üzvləri olub)

Qeyd olunan proseslərin tənzimlənməsinin hüquqi əsasları olmadığından qeyri-qanuni olaraq bu müəssisələrlə icarə müqaviləsi baglanılıb. Bu zaman İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətindən icazə alınmayıb. Bu prosesin aparılmasında heç bir satınalma proseduru həyata keçirilmədən, qanunsuz birbaşa müqavilələr imzalanıb. Sonradan auditlər zamanı ciddi səs-küy yarandığından, müxtəlif xidmət göstərilməsi adı altında dolayı satınalma prosedurları həyata keçirilib və həmin şirkətlər qazanıblar.

Apardığımız araşdırma nəticəsində əldə etdiyimiz bir neçə maraqlı faktı nəzərinizə çatdırıram:

TƏBİB-in laborator işci qrupunun üzvləri həmin 3 şirkətin aparıcı simaları olub.
İcbari Tibbi Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər—- 2024-cü ildə 1,7 milyard AZN vəsait xərclənib.
Yuxarıda adları göstərilən laborator müəssisələrə ödənilən vəsaitlər bu mənbədən həyata keçirilib. Burada dövlət 2 dəfə dolandırılır – bir dəfə vəsaitlər dövlət müəssisələrinə ödənilir. 2-ci dəfə xidmət göstərilmə adı ilə özəl müəssisələrə ödənilir.

Göstərilən laborator xidmətlərin bütün xərcləri dövlət tərəfindən ödənilir:

1. Laboratoriyada işləyən işcilərin əmək haqqı

2. Kommunal xərclər

3. Mövcud cihaz və avadanlıqlar

4. Dövlət büdcəsinin vəsaiti hesabına satınalınmış reaktivlər və digər zəruri mallar

Yuxarıda qeyd olunan xərclər dövlət vəsaiti hesabına qarşılanmasına baxmayaraq, xidmətlərin dəyəri həmin özəl şirkətlərə İTS-in xidmətlər zərfi paketində qeyd olunan qiymətlərlə ödənir.

Beləliklə dövlət tərəfindən yaradılan PHŞ-lərdə dövlət vəsaitləri ilə alınmış avadanlıqlarda əməkhaqqları dövlət tərəfindən ödənilən personalla sığortaolunan Azərbaycan vətandaşlarına tibbi xidmət göstərilir. Lakin bu xidmətin haqqı Publik Hüquqi Şəxslərə çevrilmiş Tibb Mərkəzlərinə ödənilmək əvəzinə, bütün qanunvericilik tələbləri tapdanaraq, yandaş özəl şirkətlərə ödənilir. Bu misli görünməmiş korrupsiya cinayətidir!

Burada cox maraqlı mexanizm tətbiq edilir “X- Tibb Mərkəzi(XTM) “misalında bu prosesi izləyək:

a)Yaradılmış 2-ci, 3-cü, 4cü səviyyə laboratoriyalarda əhaliyə laborator xidmətlər “Xidmətlər zərfi” cərcivəsində göstərilir.

b) Ayın sonunda xidmətlər zərfi cərcivəsində göstərilən xidmətlərin hesab fakturası İTSDA-nə təqdim edilir(Orta hesabla ayda 150000-200000 AZN həcmində) və “X- Tibb Mərkəzi(XTM) PHŞ-nin hesabına ödənilir.
c) “X- Tibb Mərkəzi(XTM) sonra bu vəsaiti müqavilə bagladıgı(tamamilə ölkə qanunvericiliyinə zidd olaraq) “Referans Klinik Laboratoriya Mərkəzi”-nə köcürür.
d) “Referans Klinik Laboratoriya Mərkəzi”- isə laborator xidməti subpodratcı olaraq “Referans laboratoriyaları” gördüyündən bu vəsait ən sonda bu laboratoriyalara köcürülür.Bu isə göründüyü kimi klassik dövlət vəsaitlərinin cirkli yollarla yuyulmasıdır. 1 il ərzində 1.500.000-2.000.000 AZN vəsait.
Bu qədər vəsaitlə 1 ildə 500.000 əhalisi olan şəhərdə 4 ədəd 4-cü səviyyəli modern laboratoriya qurmaq olar.

Törədilən cinayətlərin miqyasını təsəvvür etmək ücün aşağıdakı cədvələ nəzər salaq;




Laborator bölmələr




Təxmini illik

Test Sayı

Zərflər paketi üzrə olan


qiymətlə

Təchizatçı tərəfindən olan qiymətlə


Artıq ödənilən Məbləğ

Orta Qiymət Məbləğ Orta Qiymət Məbləğ
Biokimya analizləri 18,000,000 7.00 126,000,000.00 3.00 54,000,000.00 72,000,000.00
Hormon və infeksiyalar üzrə analizlər


9,000,000

10.00


90,000,000.00

4.00


36,000,000.00




54,000,000.00

Hematoloji analizlər 15,000,000 6.00 90,000,000.00 2.00 30,000,000.00 60,000,000.00
Koaquloqramma analizləri 7,000,000 5.00 35,000,000.00 2.00 14,000,000.00 21,000,000.00
Sidik analizləri 8,000,000 4.00 32,000,000.00 1.00 8,000,000.00 24,000,000.00
Cəmi 373,000,000.00 142,000,000.00 231,000,000.00


Qeyd:

Yuxarıda qeyd edilən test sayları ölkə əhali sayı nəzərə alınaraq ilkin rəqəmlərə əsasən hesablanıb. Laborator xidmətlər ölkə üzrə tam təşkil olunacağı təqdirdə müvafiq rəqəmlər kifayət qədər artacaqdır.(231000000 AZN vəsait -xalqımızın maaşlarından ayrılan İcbari sığorta haqları TƏBİB rəhbərliyinin dost və ortaqlarının şirkətlərinə bu metodlarla köçürülür)

Yuxarıda qeyd edilənlərin əksinə TƏBİB yaradılış fəlsəfəsinə sadiq qalaraq və qanunların tələbini həmçinin öz nizamnaməsindən irəli gələn öhdəliklərini yerinə yetirməklə dövlət səhiyyə sisteminə daxil olan müəssisələrin laboratoriyalarının iş fəaliyyətinin tam müasir standartlara cavab verən qaydada təşkil edilməsini və xüsusən də əhalinin mövcud narazılıqlarının aradan qaldırılmasını təmin etməli idi.B

Bununla da ilk növbədə əhalinin mövcud narazılığı və səhiyyə sisteminə olan etibarsızlığı aradan qaldırılmış və müvafiq xəstəxanaların fəaliyyətinin keyfiyyətli və davamlı təşkil edilməsinə nail olunacaqdır.

Bunlara misal olaraq aşağıdakıları qeyd etmək olar:

İlk növbədə dövlət büdcəsinə illik yuxarıda qeyd edilən təxminən 231,000,000(iki yüz otuz bir milyon) manat vəsait qənaət edilərək, səhiyyənin digər zəruri xərclərinə yönləndirilmiş olacaq;
Həmçinin qənaət ediləcək məbləğlər müvafiq xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsinə və həmin laboratoriyaların işçi heyətinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönləndirilə bilər;
Müvafiq laboratoriyalardakı işçi heyəti üçün təlimlər və seminarlar təşkil edərək müvafiq sahədə qabaqcıl təcrübələrin və həmçinin müasir standartlara cavab verən laborator diaqnostik cihazların iş prinsipi və metadologiyalarının öyrənilməsi təmin edilməli;
Ümumi profil laboratoriyaların fəaliyyəti qabaqcıl beynəlxalq təcrübə və müasir standartlarda təşkil edilərək ölkə üzrə əhalinin zəruri laborator analizlərə olan ehtiyacları gecikdirilmədən və keyfiyyətli olaraq tam təmin edilməli;
Başqa maraqlı məqam isə Agentliklə müqavilə bağlamış tibb müəssisələri ilə olan məqamlardır:

(İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 3.4.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri — 260 000 000 AZN xərclənib.)

Hansı kriteriyalar əsas götürülür?
Sərbəst rəqabət prinsiplərinə necə riayət olunur?
Özəl sektorla lazımsız yönləndirilmələrin qarşısı necə alınır?
Özəl sektora aid olan müəssisələrin bu vəsaitlərə bərabər çıxışı təmin edilirmi?
2024-cü ildə İcbari Tibbi Sığorta Dövlət Agentliyi 260.000.000 AZN vəsaitin müqaviləli tibb müəssisələrinin hansına və nə qədər məbləğdə ödədiyi barədə hesabatı açıqlamalıdır.
Bu proseslərin araşdırılması onu göstərir ki “X-TM” PHŞ-nin timsalında burada da olmayan xidmətlərin verilməsinin təşkili əvəzinə daha çox özəl sektordan xidmət alınmasına üstünlük verilir, bu zaman isə Səhiyyə strukturlarını idarə edən şəxslərin (burada əsas söz sahibi Hikmət İbrahimlidir) merkantil maraqları əsas hərəkətverici faktordur.

Məsələn “X-TM” PHŞ-nin tərkibində olan xəstəxanaların heç birində yeni şöbə açılmayıb və yeni ixtisas sahibləri olan həkimlər cəlb edilməyib. Bu isə əksinə kadr axıcılığına yol açır. Qeyri-qanuni olaraq ixtisaslı kadrların hər iki sektorda çalışmasına göz yumulur. Publik Hüquqi Şəxs olan “X-TM” PHŞ-nin vəsaitləri qazanmaq və müəssisəni inkişaf etdirmək əvəzinə, özəl sektora (bu prosesdə də korrupsiya elementləri var-özəl müəssisələrdən faiz alınır, vətandaşlardan isə bu yönləndirmə qarşılığında rüşvət alınır) vəsait axıdılır. Göndərişlə özəl tibb müəssisələrinə yönləndirilən xəstə axınına olan monopoliyaya İTSDA-nın tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli tam nəzarət edir. Bu axınlarda özünün nəzarətində olan tibb müəssisələrindən çox böyük məbləğlər əldə edir.

Bundan başqa özəl müəssisədə müalicə alan sığortalı şəxslərdən müxtəlif bəhanələrlə əlavə xərclər alınır (Sığorta məbləğini keçmisiz, daha keyfiyyətli materialdan istifadə edəcəyik və s).

Özəl tibb müəssisələrin rəhbərləri isə bu vəsaiti Səhiyyə qurumlarının rəhbərinə(burada əsas fiqur İTSDA-nın departament rəhbəri Hikmət İbrahimlidir) verdikləri faizi ödəmək üçün aldıqlarını söyləyirlər. Bu iddianı yoxlamaq üçün İTS xətti ilə yönləndirilmiş xəstələrin ödədikləri məbləği yoxlamaqla görmək olar.

Mətni orfoqrafik səhvlərdən təmizləyib, cümlə quruluşunu biraz da aydınlaşdırdım:

Təkliflər

* Özəl sektora yönləndirilmələr ciddi nəzarət altında, İTS və TƏBİB-dən asılı olmayan qurumun nəzarəti altında olmalıdır.

* Sərbəst rəqabətin təmin olunması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişlərinə (2025-ci ildə İTSF-də nəzərdə tutulan məbləğ 430.000.000 AZN) digər özəl müəssisələrin çıxışını asanlaşdırmaq lazımdır.

* Dövlət sektorunda xidmət göstərilməyən sahələrdə vətəndaşa anlaşmalı tibb müəssisələrini seçmək hüququ verilməlidir.

* Korporativ idarəetmə modelləri regionlardakı tibb müəssisələrində də tətbiq edilməlidir.

* Dövlət-özəl tərəfdaşlığı haqqında qanuna müvafiq olaraq, xəstəxanaların bölmələri və xidmətlərinin özəl sektora verilməsinin mümkünlüyü araşdırılmalıdır.

Qeyd edək ki, TƏBİB və digər adı çəkilən qurumların mövqeyi hələ ki açıqlanmayıb.

Adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. /Nocomment/

İcra başçısı özünə obyekt tikir? - Binanın birinci mərtəbəsi böyük obyektə çevirilir - VİDEO


Bakının Nizami rayonu ərazisində, bayram günlərində belə tikinti işlərinin dayanmaması ilə bağlı ciddi narazılıqlar səslənir.

Sakin Bizimesr.az-a verdiyi məlumatlara görə, Qara Qarayev prospekti yaşayış binalarından birinin birinci mərtəbəsində obyekt tikintisi insanların təhlükəsizliyini sual altında qoyub.

Sakinlər bildirirlər ki, binanın birinci mərtəbəsi obyektə çevrilir və bu zaman işləri güclü səs-küylə quraşdırılır. İstifadədə ağır avadanlıqların səsi onların bayram günlərini sözün əsl mənasında pozub və gündəlik həyatlarına ciddi təsir göstərir.

Ən böyük tikinti tikintinin texniki tərəfi ilə bağlıdır. Bildirilir ki, işlər zamanı binanın konstruksiyasına aid olan dirəklərin hansı şəkildə söküldüyü, tikili daşıyıcı elementlərə tikilib-edilmədiyi məlum deyil. Bu bina üçün potensial təhlükə yaradır. Onlar hesab edir ki, belələr binanın dayanıqlılığına təhlükə vura bilər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, araşdırman almaq görə, konkret və aydın cavab mümkün olmayıb. İddia olunur ki, bu tip tikintilərə bəzi qeyri-rəsmi şəkildə “icazə verilir” və bu nəzarət mexanizmləri effektiv işləmir.

Daha bir idarə, bu obyekti rayon icra başçısı Coşqun Cəbrayılovun yaxın qohumu tikir və buna görə ona məxsus olduğu deyilir.

Qeyd etmək lazımdır ki, Nizami rayon İcra başçısı Coşqun Cəbrayılov 18 fevral 2022-ci il tarixli qərarla bu vəzifəyə təyin olunub.(Bizimesr.az)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/icra-bascisi-ozune-obyekt-tikir---binanin-birinci-mertebesi-boyuk-obyekte-cevirilir---video-20902
Xəbər lenti