Son xəbər

ABŞ İraqdakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

26.03.2026 17:21 30
Dünya

ABŞ İraqdakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.


Bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi bəyanat yayıb.


Bəyanatda ABŞ-nin İraqdakı diplomatik nümayəndəliyinin hələ də açıq olduğu, lakin vətəndaşların təhlükəsizlik riskləri səbəbindən Bağdaddakı səfirliyə və ya Ərbildəki konsulluğa gəlməmələri tövsiyyə edilib. Həmçinin İraq hava məkanında raket və dron təhlükəsinin davam etdiyi vurğulanıb.


Qeyd edək ki, İraqın qərbindəki Ənbar vilayətində “Xalq Səfərbərlik Qüvvələri”nin obyektinə hücum edilib. Aviazərbələr nəticəsində 15 döyüşçü, o cümlədən qruplaşmanın Ənbardakı əməliyyatlar komandanı Saad əl-Beyci həlak olub, 30 nəfər yaralanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul