Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?


Sabunçu rayonu ərazisində  qanunsuz tikinti işləri davam etdirilir.

Bu barədə Xalq-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir.

İddialara  görə, Sabunçu rayonu Maştağa qəsəbəsi Mehdi Hüseynzadə küçəsində qanunsuz  tikinti işlərinə başlanılıb.

Qeyd olunur ki,  belə qanunsuz tikililərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç  bir icazə verirci   sənədi olmada icra hakimiyyətinin səlahiyyətli şəxsləri  ilə “anlaşma” əsasında icra olunur

Qeyd edək ki, Sabunçu rayonu paytaxt ərazisində qanunsuz tikililərin daha çox yolduğu  ərazilərdən biri hesab olunduğu iddia olunur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu tikinti ilə bağlı heç bir qeyd yoxdur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, 2012-ci ildən Sabunçu  rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.

Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.(Xalq.online)

Həmin görüntüləri təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/mastagada-bu-tikintiye-hansi-sertlerle-icaze-verilib

“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?



Marketlərdə alış-veriş edən vətəndaşlar paytaxtda fəaliyyət göstərən Rahat Supermarketlər şəbəkəsində istehlakçıların sağlamlığını ciddi təhlükə altına alan videolar paylaşırlar.

Yayılan kadrlarda vətəndaş marketdən aldığı “Mərcan Broyler”in toyuq ətinin iyləndiyini bildirir və bunu market əməkdaşlarına nümayiş etdirir. Görüntülərdən aydın olur ki, məhsulun qablaşdırılması üzərində son istifadə tarixinin bitmədiyi qeyd edilsə də, məhsul artıq istifadəyə yararsız vəziyyətə düşüb.

Bu isə olduqca ciddi suallar yaradır. Əgər məhsulun istifadə müddəti başa çatmayıbsa, bəs toyuq əti niyə iylənib? Məhsulun saxlanma şəraiti pozulub, Soyuducu zəncirində problem yaranıb və ya istehsal prosesində keyfiyyət standartlarına əməl edilməyib. Bütün hallarda məhsul iylənib və satış üçün yararsızdır.

Məsuliyyət təkcə marketin üzərinə düşmür. İstehsalçı şirkət olan “Mərcan Broyler” də məhsulunu satış nöqtələrinə təhvil verdikdən sonra onun düzgün saxlanılmasına və keyfiyyətinin qorunmasına nəzarət etməlidir. Əgər məhsul istehlakçıya çatana qədər xarab olursa, bu, həm istehsalçı, həm də satış şəbəkəsinin ciddi məsuliyyət daşıdığını göstərir.

Qida təhlükəsizliyi insanların həyatı və sağlamlığı ilə birbaşa bağlı məsələdir. İylənmiş toyuq ətinin satışa çıxarılması sadəcə texniki nöqsan deyil, potensial zəhərlənmə və kütləvi sağlamlıq problemləri yarada biləcək təhlükəli haldır.

Rahat Supermarket və “Mərcan Broyler” şirkəti yayılan görüntülərlə bağlı ictimaiyyətə aydın və əsaslandırılmış izahat verməlidir. İstehlakçılar bilməlidir ki, aldıqları məhsul hansı şəraitdə saxlanılır və niyə istifadə müddəti bitməmiş məhsul xarab vəziyyətə düşür.

Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırma aparmasına ehtiyac olduğu görünür. Çünki söhbət təkcə bir məhsuldan deyil, minlərlə istehlakçının sağlamlığından gedir.

Rahat Supermarket və “Mərcan Broyler” bu görüntülərə cavab verməli, ictimaiyyəti narahat edən suallara aydınlıq gətirməlidir.(Xalq.online)

Həmin görüntüləri təqdim edirik:

Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?


Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”də baş verən yanğından sonra diqqətlər hotelin sahibi Azay Möhnətovun digər bizneslərinə yönəlib. Belə ki, hadisədən qısa müddət sonra onun sahib olduğu “Eurohome” tikinti materialları bazarı bağlandı.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bazarın bağlanma səbəbi kimi ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlandığı göstərilir.
Maraqlıdır ki, 2019-cu ildən həm “AF Hotel”, həm də “Eurohome”un sahibi kimi tanınan Azay Möhnətov son günlər gündəmdən düşmür. Onun biznes fəaliyyəti yalnız bu obyektlərlə məhdudlaşmır. Müxtəlif illərdə adı tikinti, daşınmaz əmlak və turizm sahələrində həyata keçirilən layihələrdə hallanıb. Hətta Rusiyada da biznesinin olduğu deyilir.
Əslən Şamaxı rayonundan olduğu bildirilən Azay Möhnətov “AF Holding” şirkətlər qrupunun prezidenti, eyni zamanda “Uğur-97” şirkətinin rəhbəridir. O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Holdinqin rəsmi səhifəsində bir müddət əvvəl qeyd olunub ki, 1989-cu ildə təsis edilən “AF General Trading” şirkəti əsasən ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, eyni zamanda Frankfurt və Londonda da filialları fəaliyyət göstərir.
“AF Holding”ə daxil olan şirkətlər sırasında “Everton”, “Uğur-97”, “AFSAN Plastik”, “AF Business House”, “AF City”, “AF Mall”, “AF Com Plaza”, “AF Com Center”, “Aqua Park Baku”, “Aqua Park Shikhov” və “AF Hotel Aqua Park” da yer alır.
Bundan başqa, qeyd edilir ki, 2000-ci ildə “AF Bank” təsis olunub. Daha sonra həmin bank Rusiyanın VTB bankına satılıb.
Azay Möhnətovun adı sosial şəbəkələrdə “İlyas Express” kimi tanınan İlyas Möhnətovla qohumluq əlaqələrinə görə də tez-tez hallanır. Bildirilir ki, o, İlyas Möhnətovun əmisidir.

Azay Möhnətovun bazarının bağlanması səbəbləri haqda müxtəlif fərziyələr var. Bəzi ekspertlər bildirir ki, FHN-nin göstərdiyi çatışmazlıqlar əksər ticarət mərkəzlərində mövcuddur. İndiyədək “Sədərək”, “Binə”, “8-ci kilometr” ticarət mərkəzlərində bu səbəblərə görə dəfələrlə yanğın baş verib, amma heç biri bağlanmayıb. “Eurohome”un bağlanmasının A.Möhnətovun hansısa qeyri-leqal siyasi fəaliyyətinə görə ola biləcəyi ehtimal edilir. Onun dövlət əleyhinə fəaliyyətə görə barəsində sərt tədbirlər görülən sabiq məmurlarla bu və ya digər şəkildə əlaqəsinin olduğuna dair müəyyən ehtimallar səsləndirilir.
Barəsində deyilənlər və yazılanlarla bağlı Azay Möhnətovun mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

Paylaşımda deyilir:

"Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram".

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT



Dünyadakı normal ölkələrdə ictimai nəqliyyat qrafik üzrə dəqiq hərəkət edir. Bu da əhalini ictimai nəqliyyatdan istifadə etməyə təşviq edən əsas amillərdəndir. Çünki insanlar işə və ya gedəcəyi digər ünvana çatmaq üçün istifadə etdiyi avtobusun, tramvayın nə vaxt gələcəyini, nə qədər müddətə gedib çatacaqlarını dəqiq bilirlər. Zamanlarını bölüb, işlərini buna uyğun planlaşdırırlar.
Bakıda isə avtobusun nə vaxt gələcəyini özündən başqa heç kim bilmir. İnsanlar səhər işə gedəndə, axşamlar işdən qayıdanda küçə və prospektlərdəki dayanacaqlarda ictimai nəqliyyata minmək uğrunda mübarizə aparır.

Bakıda dayanacaqlarda nəinki avtobusun nə vaxt gələcəyini göstərən tablo yoxdur, hətta bir çox yerlərdə dayanacaqların özü də yoxdur. Düzdür, bəzi yerlərdə içində kondisionerlər quraşdırılmış dayanacaqlara rast gəlmək mümkündür – metronun “Gənclik” stansiyasının qarşısında, “İzmir” parkının yanında və s. Amma paytaxt Bakıda bu cür dayanacaqların sayı həddindən artıq azdır və əsasən də şəhərin mərkəzi hissəsindədir.

Ətraf ərazilərdəki dayanacaqlarda isə vəziyyət bərbaddır. Dayanacaqlar ya sınıqdır, ya da ümumiyyətlə, yoxdur. Yayda qızmar günəş altında, qışda yağışın-qarın altında insanlar açıq havada avtobus gözləmək məcburiyyətindədir.

İndiyə qədər Bakıda dayanacaqlara, avtobusların hərəkət qrafikini göstərən monitorların quraşdırılmasına və s. yüz milyonlarla pul xərclənib. Lakin real mənzərə göz qabağındadır.

Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) Bakıda avtobus dayanacaqlarının təmiri və bərpası, həmçinin yararsız vəziyyətdə olan dayanacaqların sökülməsi üçün yarım milyon manata yaxın pul ayırmaq qərarı verib.

AYNA bu işdə “Madina Group MM” şirkəti ilə əməkdaşlıq etmək qərarı verib. Tenderdə bu şirkəti qalib elan edən AYNA dayanacaqların təmir-bərpası üçün ayrılmış 420 min manata yaxın vəsaiti bu şirkətin hesabına köçürəcək.

Qeyd edək ki, adıçəkilən şirkət bir müddət əvvəl Bərpa,Tikinti və İdarəetmə Xidmətinin sifarişi əsasında 500 ədəd xüsusi hədiyyəlik taxta qutu hazırlamaq üçün 32 min 450 manatlıq tenderin qalibi elan olunması ilə gündəmə gəlmişdi. Hesablamaya görə, bir ədəd hədiyyəlik taxta qutunun hazırlanmasına 64 manat 90 qəpiyə başa gəlirdi.

Yarım milyon manatlıq xərcləmədən sonra Bakıdakı dayanacaqların vəziyyəti necə olacaq, bunu da zaman göstərəcək.

Məşhur tikinti maqnatı Şamil Xubyarovun binasında ciddi narazılıq-Video


Böyük zəhmət və əziyyətlə pul yığıb, yaxud bankdan kredit götürüb yeni tikilidən mənzil alırsınız. Lakin illər keçsə də, mənzilinizə çıxarış ala bilmirsiniz. Nəticədə öz evinizdə hüquqi baxımdan sanki qonaq kimi yaşayırsınız.

Söhbət Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 ünvanında yerləşən Atlas MTK-nın inşa etdiyi yaşayış binasından gedir. Sakinlərin sözlərinə görə, bina artıq altı ildən çoxdur istismar olunsa da, mənzillərə çıxarış verilmir.

Şikayətçilər bildirirlər ki, mənzilləri alarkən onlara qısa müddət ərzində çıxarışların təqdim olunacağı vəd edilib. Amma üstündən illər keçməsinə baxmayaraq, bu problem həllini tapmayıb.

İddialara görə, binanın layihəsi 16 mərtəbə üçün təsdiqlənsə də, sonradan əlavə iki mərtəbə tikilib. Məhz buna görə bina istismara qəbul olunmur və mənzillərə çıxarış verilmir.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən yaşayış binasının tikintisi “Atlas Plaza” MMC-yə verilmiş icazə əsasında həyata keçirilib. Lakin şirkət razılaşdırılmış layihədən kənara çıxaraq əlavə mərtəbələr inşa etdiyindən istismara hazırlıq aktı rəsmiləşdirilməyib.

Qurumun məlumatına görə, yaşayış binasının mövcud vəziyyəti aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalı, əlavə tikinti ilə bağlı müvafiq icazələr alınmalıdır. Daha sonra binanın istismara qəbul edilməsi məsələsinə baxıla bilər.

Editor.az xatırladır ki, qeyd olunan şirkətin rəhbəri məşhur tikinti maqnatı Şamil Xubyarovdur. O hazırda “Atlas Plaza” ilə yanaşı, “Baku Rifah Residence” MTK-ya da rəhbərlik edir.(Editor.az)

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR


Satışda olan №1 Çörək Zavoduna məxsus Maffin şirniyyatlarını kif basıb.

Bizimesr.com bildirir ki, məhsulun üzərində son istifadə tarixinin bitməsinə hələ vaxt qalsa da, şirniyyatlar istifadəyə yararsız vəziyyətə düşüb.

Alıcının bildirdiyinə görə, məhsul istehsal tarixindən cəmi 5 gün sonra kiflənib. Bu isə şirniyyatın hazırlanması zamanı istifadə olunan xammalın keyfiyyəti və saxlanma şəraiti ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı məhsulun satışını həyata keçirən "Oba" marketdən bildirilib ki, məhsulun üzərində göstərilən istifadə müddəti keçməyibsə, məsuliyyət birbaşa istehsalçının üzərinə düşür.

Qeyd olunur ki, əgər məhsulun son istifadə tarixi keçməyibsə və buna baxmayaraq kiflənibsə, bu artıq istehsal prosesində və ya qablaşdırmada problem olduğunu göstərir.

İstehsal tarixindən qısa müddət sonra məhsulun kiflənməsi normal hal sayıla bilməz və bu, istehsalda köhnə və ya keyfiyyətsiz məhsullardan istifadə ehtimalını artırır. Məsələ ilə bağlı №1 Çörək Zavodunun mövqeyini dərc etməyə hazırıq.

№1 Çörək Zavodu Xəzri TN MMC-yə məxsusdur. MMC-nin direktoru İlkin Şabanovdur.

Bizimesr.com

İşçilər yolu bağladı: “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermir-VİDEO



“Hünər-İnşaat Firması” Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işlər görən fəhlələrin ödənişləri verilmir.

Bu səbəbdən də işçilər maqistral yolu bağlayaraq etiraz edirlər.

Bu barədə sosail platformada işçilər çıxış ediblər. Belə ki. Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işlər aparan “Hünər-İnşaat ” Firması fəhləlrin maaaşını vermir.

Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi” tenderinin icrası “Hünər-İnşaat” Firması həyata keçirir. Şirkətin qanuni təmsilçisi Yunis Nəbiyev Nəbi oğludur.(1xeber.media)

Xəbər lenti