Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İran Küveyt və Bəhreyni vurdu


İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.


Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat xidmətinin bəyanatında deyilir.


İran tərəfinin iddiasına görə, cavab zərbələrinin 27-ci mərhələsi çərçivəsində ABŞ-nin Küveytdə yerləşən Əl-Udeyri bazasındakı üç sursat və avadanlıq anbarı məhv edilib. Bundan başqa, ABŞ hərbi hava qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının müşahidə qülləsinə zərbə endirilib. Hücum nəticəsində qülləyə ciddi ziyan dəydiyi bildirilir.


SEPAH həmçinin mülki şəxsləri ABŞ hərbi personalının yerləşdiyi və ya məskunlaşdığı ərazilərdən azı 500 metr uzaq durmağa çağırıb.

PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir


Bu günlərdə Kliniki Tibbi Mərkəzdə (KTM) PVC-plastik borulardan tibbi xərək hazırlandığını əks etdirən videogörüntülərin yayılması müəssisə ətrafında müzakirələrə səbəb olmuşdu.
Bizimesr.com bildirir ki, həmin hadisədən sonra Mərkəzin fəaliyyəti ilə bağlı daha bir diqqətçəkən məqam ortaya çıxıb.

Məlum olduğu kimi, hər bir dövlət qurumunun rəsmi internet saytının mütəmadi yenilənməsi, vətəndaşların müraciətlərinin asanlaşdırılması, eləcə də rəhbərlik və fəaliyyət barədə aktual məlumatların ictimaiyyətə təqdim edilməsi vacib məsələlərdən biridir. Kliniki Tibbi Mərkəzin (KTM) də rəsmi internet səhifəsi (https://ktmhospital.az/) fəaliyyət göstərir. Lakin saytın yenilənməsi və idarə olunmasına lazımi diqqətin göstərilmədiyi müşahidə olunur.

Belə ki, saytın "Rəhbərlik" bölməsində hələ də direktor vəzifəsində Könül Ələkbərov göstərilir. Halbuki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramovun əmri ilə 1 may 2026-cı il tarixində Musa Abbasov Kliniki Tibbi Mərkəzin direktoru təyin edilib.
Təyinatdan təxminən üç aya yaxın vaxt keçməsinə baxmayaraq, bu dəyişiklik hələ də Mərkəzin rəsmi internet səhifəsində əksini tapmayıb. Bu isə rəsmi məlumatların operativ şəkildə yenilənmədiyini göstərir və saytın idarə olunması ilə bağlı ciddi suallar yaradır. Üstəlik hansısa məlumatların dəqiqləşdirilməsini çətinləşdirir.

Diqqət çəkən digər məqam isə rəsmi saytın "Xəbərlər" bölməsinin sonuncu dəfə aprel ayında yenilənməsidir. Halbuki, həmin tarixdən sonra müəssisədə rəhbər dəyişikliyi baş verib və ictimai maraq doğuran bir sıra hadisələr yaşanıb. Buna baxmayaraq, rəsmi resursda bu barədə hər hansı məlumat yerləşdirilməyib. Yəni, rəsmi sayt demək olar ki, işlək və etibarlı mənbə funksiyasını itirib.
Qeyd edək ki, dövlət tibb müəssisələrinin rəsmi internet səhifələri vətəndaşların məlumat əldə etməsi baxımından mühüm informasiya mənbəyi hesab olunur. Bu səbəbdən də həmin resurslarda yerləşdirilən məlumatların aktual saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməddir.
Bizimesr.com

Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir


“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonunda yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi xidmətləri üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.489.348,8 manat dəyərində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 21.07.2026-cı ildə dərc edilmişdir.
Qeyd edək ki, bu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “MİNT SERVİCES” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında son illər bir neçə müqavilə bağlanılmışdır.
Xankəndi şəhərinin və Xocalı rayonunun həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinə qulluq xidmətlərinin satın alınması üzrə 2.165.351,02 manat dəyərində müqavilə 16.01.2026-cı ildə bağlanılıb. .
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq üzrə 2.989.889,29 manat dəyərində müqavilə 01.04.2025-ci ildə bağlanılib.
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq üzrə 932.169,6 manat dəyərində müqavilə 16.12.2024-cü ildə bağlanılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətlərinin satınalınmasıı üzrə 677.944,02 manat dəyərində müqavilə 19.08.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü ilin avqustundan bu yana, yəni iki il ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES” MMC ilə ümumi dəyəri 8 254 701 manat olan 5 satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti göstərilən müqavilələri ərazidə prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətləri üzrə bağlayıb. Maraqlıdır, “MİNT SERVİCES” MMC -nin bu sifarişləri yerinə yetirmək üçün maddi texniki bazası varmı?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNT SERVİCES” (VÖEN: 1702104551) Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.02.2017-ci il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.609, GLOBUS CENTER, 7-Cİ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Hümmətov Aqil Habil oğlu qeyd olunub. MMC-ni müxtəlif vaxtlarda İsmayılova Gülər Füzuli qızı da təmsil edib.
MMC barədə rəsmi məlumatlar ancaq bu qədərdir.Açıq mənbələrdə “Mint Services” MMC haqqında heç bir məlumat yoxdur. Son iki ildə milyonlarla manat dəyərində tenderlər udan şirkətin nə rəsmi internet səhifəsi, nə də əlaqə telefonlarına rast gəlinir. Amma internetdə müxtəlif platformalarda təmizlik işinə dair vəzifələrə vakansiya elanlarının verildiyini aşkar etdik.
Göründüyü kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fəaliyyəti başdan ayağa şübhələr içində olan bir MMC ilə son iki ildə səkkiz milyon manatdanm çox dəyəri olan müqavilələr bağlamışdır. Bu müqavilələrin dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, bir mənbədən satınalma metodu ilə bağlanılması MMC-nin arxasında yüksək çinli vəzifəlilərin durduğunu göstərir.

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimlidir. O, sözügedən vəzifəyə 2024-cü ilin aprelində təyin edilib. Daha əvvəl “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitunun direktoru vəzifəsində çalışıb. Azərbaycanda memarlıq və bərpa-konservasiya sahəsində tanınmış mütəxəssislərdən biridir. Azərbaycan Respublikasının Əməkdar mühəndisi, memarlıq üzrə fəlsəfə doktorudur.

Aktualinfo.net

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH


Fransa müstəmləkə dövlətlərindən biri olub. İndi də dənizaşırı ölkələrdə bu siyasəti davam etdirir. Bu baxımdan, irqi, dini və başqa göstəricilərə görə ayrı-seçkiliyin tətbiq edilməsi onun dövlət siyasəti olub. Ancaq bir sıra hadisələrdə Yelisey sarayı bu əməlləri gizlətmir.

Məsələ özünü üç il öncə baş vermiş bir cinayətdə özünü aşkar şəkildə göstərir. 2023-cü il noyabrın 18-dən 19-na keçən gecə Fransanın Roman-sür-İzer şəhərinin La-Monne məhəlləsindən olan bir qrup gənc Drom departamentinin kiçik şəhəri olan Krepolun ictimai zalındakı rəqsdə dava salıb. Hadisə zamanı 16 yaşlı Tomas Perotto adlı fransız ürəyindən bıçaq yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Fransanın Krepol kəndinin 16 yaşlı sakininin öldürülməsi ilə bağlı istintaqı aparan hakimlər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlara ağırlaşdırıcı hal olaraq irqçiliklə bağlı maddəni də əlavə ediblər. Yeni ittiham davada iştirak edənlərin "Biz buraya ağları doğramaq üçün gəlmişik!" deyə qışqırdıqlarına dair ifadələr əsasında irəli sürülüb.

Məlumata görə, hadisə kənddə bayramda törədilib. Bayram tədbirinə qonşu şəhərdən olan yeniyetmələrdən ibarət miqrantlar qoşulub. Bildirilib ki, onlar rəqs meydançasına bıçaqla hücum ediblər. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.

Hücumda iştirak etmiş 14 iştirakçıya qətl və qətlə cəhd ittihamları da irəli sürülmüşdü.

Krepolda Tomasın ölümünün araşdırılması gözlənilməz hüquqi dönüş sayılıb. Bu günlərdə məlum olub ki, işi aparan istintaq hakimləri şübhəlilərin əməllərində ağırlaşdırıcı hal kimi irqçiliyi tanıyıblar. Bu qərar mayda istintaqın bağlanmasından dərhal sonra qəbul edilib. Bu ilin iyununda prokurorluq 11 gəncin Drom şəhərinin yetkinlik yaşına çatmayanların işlərinə baxan məhkəməsinə qətl və qətlə cəhd ittihamı ilə həvalə edilməsini tələb edib.

Gənclərin arasında qətlə səbəb olan münaqişənin əsl səbəbi isə hazırda məlum deyil. Heç şübhəsiz ki, baş vermiş hadisənin sosial, siyasi və mədəni səbəbləri var. Belə ehtimal olunur ki, bu məhkəmə prosesi Fransada ictimaiyyətin yeni etirazına səbəb ola bilər. Yeniyetmələr arasında dava-dalaş və onun nəticəsində üç nəfərin yaralanmasına (ağır yaralı sonradan ölüb) heç bir halda haqq qazandırmaq olmaz. Ancaq hadisənin şəraiti, onu yaradan səbəblərə, yeniyetmələri qəzəbləndirən amillərə nəzər yetirilməsi vacibdir.

Bu yaxınlarda Fransanın cənubundakı Aveyron departamentinin Rodez şəhərində yerləşən gecə klubunda səsləndirilən irqçi şüarlar da ölkədə geniş səs-küy doğurub. Həmin tədbirdə bir qrup gənc "Marine ( Milli Cəbhə Partiyasının sədri Marine Le Pen nəzərdə tutulur - müəl.) hakimiyyətə, ərəblər qəssabxanaya!", "Fransa fransızlarındır!" kimi şüarlar səsləndiriblər.

Videonu çəkənin sözlərinə görə, eşitdiyi irqçi ifadələr və ətrafdakı insanların buna reaksiya verməməsi onu görüntüləri qeydə almağa vadar edib.

Bir neçə il öncə Fransada afroamerikalı nazirlərlə bağlı aparteid hallar qeydə alınmışdı. 2013-cü ilin noyabrında fransız jurnalı "Minute" üz qabığında ədliyyə naziri Kristian Tobiranın şəklini irqçi başlıqla dərc etmişdi: "Meymun kimi zirək: Tobira öz bananını geri alır". Bu, ali dövlət məmurlarına qarşı ağır afrofobiya və ksenofobiya təzahürü kimi qiymətləndirilmişdi.

Bu hadisədən əvvəl isə Fransanın keçmiş daxili işlər naziri Bris Ortefö ərəb mənşəli fransızlara qarşı irqçi ifadələr işlətmişdi: "...Onlar çox olanda, bax onda problemlər başlayır".

İrqi ayrı-seçkilik Fransanın futbol üzrə milli komandasında da mövcuddur. Bununla belə, ölkə rəhbərliyi və partiya liderləri vurğulayırlar ki, milli yığma vahiddir, Fransa isə inklüziv respublikadır, burada dəri rəngi və ya etnik, dini mənşə deyil, şəxsi xidmətlər qiymətləndirilir.

Ölkədə iqri ayrı-seçkilik təkcə miqrantlara qarşı deyil, həm də fransız etnik qrupundan olmayan vətəndaşlara da tətbiq edilir. Yelisey sarayının mahiyyətindəki irqi-ayrı seçkilik siyasəti və davranış keçmiş müstəmləkə ərazilərdə, habelə dənizarxası bölgələrdə daha aydın nəzərə çarpır.

Belə mülahizə edirlər ki, Fransanın xaricdəki ərazilərində bərabərsizlik problemi iqtisadi mütənasibsizliklər, sosial bərabərsizlik və müstəmləkə keçmişi ilə bağlıdır. Fransanın Konstitusiyası bütün vətəndaşlara bərabər hüquqlar təmin və irqi mənsubiyyət haqqında məlumatların toplanmasını qadağan etsə də, bu regionların sakinləri tez-tez sistemli ayrı-seçkilikdən şikayət edirlər.

Xaricdəki departamentlərdə, o cümlədən Qvadelupa, Martinika, Yeni Kaledoniya, Fransız Qvianasında ərzaq məhsullarının və zəruri malların qiymətləri Fransanın Avropa hissəsinə nisbətən xeyli yüksəkdir. Yerli qeyri-Avropa əhalisinin işsizlik göstəriciləri ölkə üzrə orta səviyyədən yuxarı qalır. İqtisadiyyat və idarəetmədə əsas vəzifələri ənənəvi olaraq metropoliyadan gələnlər tutur ki, bu da sosial gərginliyə səbəb olur.

Hələ bir müddət öncə Fransada keçirilmiş ictimai rəy sorğusunun nəticəsinə əsasən, Afrikadan olan miqrant işçilər özlərinə qarşı ayrı-seçkilikdən şikayət ediblər. Sorğuya görə, bu siyahıda ikinci yeri türk miqrantlar tutur.

Fransanın Məşğulluq üzrə Elmi-Tədqiqat Mərkəzinin Milli Statistika İnstitutunun məlumatlarına istinadən apardığı tədqiqatlar göstərib ki, Afrikadan olan gənc miqrantların 21%-i əmək sahəsində ayrı-seçkiliyə məruz qalırlar.

18-35 yaş arası miqrantlar arasında keçirilmiş sorğunun nəticələrinə görə, Türkiyədən olan miqrantların 12%-i bununla razılaşıb.

"Human Rights Watch", "(RE) Claim" və "Maison communautaire pour un développement solidaire" (MCDS) kimi hüquq-müdafiə təşkilatlarının iddiasına görə, Fransa polisi ərəb və Afrika mənşəli gənclərə qarşı ayrı-seçkilik məqsədilə ictimai asayişin xırda pozuntularına görə mütəmadi olaraq cərimələr tətbiq edir.


Ötən ay dərc edilmiş "Polis təqiblərinin əvəzi" ("Paying the Price of Police Harassment") adlı hesabat isə 2025–2026-cı illərdə Paris və onun ətraf ərazilərində götürülmüş 42 müsahibəyə əsaslanıb. Müəlliflərin iddiasına əsasən, polis müntəzəm olaraq "sehrli üçlük" adlandırılan – ictimai yerlərdə səs-küy, zibil və adətən "çirkləndirici mayelərin icazəsiz atılması"na görə cərimələr yazır. Hesabata əsasən, polis gənc afrikalılar və ərəbləri hədəfə alaraq cərimələmək hüququndan sui-istifadə edir. Bu isə ayrı-seçkiliyin daha bir nümunəsidir.

Sənəddə vurğulanıb ki, cərimələr onsuz da tez-tez sənədlərin yoxlanılması, axtarışlar və polis tərəfindən saxlanılmalarla üzləşən gənclərə qarşı əlavə təzyiq alətinə çevrilib. Hüquq müdafiəçiləri həmçinin bildirirlər ki, mövcud sistem polis əməkdaşlarına məhkəmə nəzarəti olmadan hüquq pozma faktını müstəqil şəkildə müəyyən etməyə imkan verir.

Fransada miqrantların diskriminasiyası kəskin sosial problemdir. Bu özünü əmək, mənzil sahəsində, həmçinin polislə qarşılıqlı münasibətlərdə göstərir. Bu problem Afrika və Yaxın Şərq ölkələrindən gələnləri, o cümlədən müsəlmanları əhatə edir.

Miqrantlar yüksək əməkhaqqı olan iş tapmaqda çətinliklərlə üzləşirlər. Hüquq müdafiəçiləri və beynəlxalq məhkəmələr Fransada miqrantların rənginə, dininə və etnik mənsubiyyətinə görə qərəzli sənəd yoxlanması hallarını vurğulayırlar.

Hakimiyyətin qəbul etdiyi yeni miqrasiya qanunları sosial müavinətlərə və mənzil icarəsinə çıxışı məhdudlaşdırır. Bu da bərabərsizliyi, ayrı-seçkiliyi artırır.

2026-cı il yanvarın 1-dən etibarən Fransada immiqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Orada bir sıra yeni tələblər irəli sürülüb: dil, məcburi vətəndaşlıq imtahanı. Habelə, yaşayış icazələri və vətəndaşlığın alınması şərtlərinin sərtləşdirilməsidir. Yeni qanuna əsasən, çoxillik yaşayış icazəsinin alınması tələb edilir. 10 illik yaşayış icazəsi iddiaçılar üçün məcburi olub. Respublikanın dəyərləri və quruluşu haqqında biliklərin yoxlanılması üçün məcburi test tətbiq edilir.

Fransada yeniyetmələrin rəqs meydanında üç il öncə törətdikləri hadisə, təəssüf ki, indi "ağlara qarşı irqçilik" kimi təqdim edilir. Həmin olay cinayət olaraq sayılıb, təqdir edilməsə də, onun ölkədəki sosial, siyasi, mədəni, iqtisadi şərtlərdən doğduğu istisna deyil. Müstəmləkə və işğal etdiyi torpaqların sayəsində güclənən, var-dövlət toplayan Fransa indi həmin ölkələrdən olan, miqrant saydığı insanlara qarşı irqi ayrı-seçkilik aparır. Ölkədə irqçi qruplar məhkəmə və siyasi qüvvələrin bəhs etdiyimiz hadisəni şişirdib, onu "ağlara qarşı irqçilik" kimi nümayiş etdirmək, onu əldə bayraq etməklə rəsmi Paris perspektivdə mühacirlərə qarşı kampaniyaya başlaya bilər. Onsuz da ölkədə son illər ultrasağ və radikal hərəkatlar fəallaşıb.

Hesabatlara və sosioloji araşdırmalara, o cümlədən "Euronews" və "Le Figaro"nun məlumatlarına əsasən, Fransada ksenofobiya, antisemitizm, dini, irqi mənsubiyyətə görə gərginlik səviyyəsi artır. Bu baxımdan, məlum hadisə üzrə cinayət işinə üç ildən sonra irqçiliklə bağlı yeni ittihamın əlavə edilməsi, onun belə təbliği, yaxud ona şərait yaradılması miqrantlara qarşı hücuma da çağırış ola bilər.(Report)

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO


Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir "bazar" fəaliyyət göstərir. Dövlət xəstəxanalarının birində çəkilən və redaksiyamıza daxil olan şok görüntülər bunu sübut edir. Çöldə yüzlərlə xəstə insanın saatlarla növbə gözlədiyi bir vaxtda, qapıdakı nəzarətçilər və qeydiyyat şöbəsi cəmi 2 manat qarşılığında növbəsiz keçid təşkil edirlər. Əlinə pul alan şəxslər, can çəkən xəstələrin haqqını tapdalayaraq birbaşa həkim otağına daxil olurlar. Vətəndaşların üsyan etdiyi real görüntüləri təqdim edir və aidiyyəti qurumlara — TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sual ünvanlayırıq: Bu rüsvayçılığa kim dur deyəcək?

1xeber.media

“Azza”dan alınan məhsul xarab çıxdı – Video


“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir.

Bu barədə Feysbukdakı şikayət səhifələrinin birində paylaşım edən xanım istehlakçı “Azza”nın Azadlıq prospektində yerləşən filialından aldıqları yoqurtun qıcqırmış vəziyyətdə olduğunu iddia edib.

Onun sözlərinə görə, məhsulun üzərində son istifadə tarixinin 22 iyul göstərilib:

“Biz yoqurtu 19 iyul tarixində almışıq. Yoqurtu açandan sonra kəskin qoxu gəldi və başa düşdük ki, qıcqırıb. Məhsulu mağazaya geri qaytardım. Üzr istəmək əvəzinə dedilər ki, araşdırmadan sonra məlumat veriləcək. Nəyi araşdırırsınız? Satdığınız məhsul xarabdır. Bunu mənim uşağım bilmədən içsəydi, məsuliyyəti kim daşıyacaqdı?”.

Məsələ ilə bağlı “Azza” şirniyyat evinə sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi daxil olduqdan sonra materiala əlavə ediləcək.(Tribuna.az )

VİDEO LİNDƏ: https://tribuna.az/azza-dan-alinan-mehsul-xarab-cixdi-video/

Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...


"İlin əvvəlində Sabunçu-Zabrat magistralı boyunca uzanan köhnə daş hasar suvanaraq açıq rəngə boyandı. Nəticədə kifayət qədər səliqəli və bir görünüş alındı.." "Dİia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış memar Elçin T.Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Lakin çox keçmədən yenidən işlərə başlandı. İndi həmin hasarı eybəcər daş üzlük plitələri ilə örtürlər.
Diqqət yetirin: təbii kərpic hörgüsünü əvvəlcə suvayırlar, sonra rəngləyirlər, ardınca isə yenidən… kərpici təqlid edən üzlük ilə örtürlər! Bundan daha məntiqsiz qərar təsəvvür etmək çətindir. Tam absurddur!
Nə üçün? Hansı məqsədlə? Əvvəlki variant kimə və nəyi ilə xoş gəlmədi ki, onu yenidən dəyişdirirlər? Bu dekorativ üzlüyün dövlət büdcəsinə neçəyə başa gələcəyi barədə məlumat varmı?
Düşünürəm ki, bu işə ən azı bir neçə yüz min manat xərclənəcək. Axı hasarın uzunluğu demək olar ki, bir kilometrdir!
Təəssüf ki, bu cür mübahisəli qərarlar artıq uzun illərdir heç bir izahat verilmədən qəbul olunur. Böyük məbləğdə vəsait xərclənir, cəmiyyət isə sadəcə fakt qarşısında qoyulur. Hər şey səssiz, şəffaflıq olmadan və heç bir məsuliyyət daşımadan həyata keçirilir.
Üstəlik, bu, həm estetik baxımdan uğurlu deyil, həm də tamamilə lazımsızdır. Belə üzlüklər bizim iqlim şəraitində çox vaxt cəmi bir neçə ildən sonra dağılmağa başlayır: ayrı-ayrı daşlar qopub düşür, sonra isə yenidən təmir işləri aparılır və büdcədən əlavə vəsait xərclənir.
Əslində bu, hasarın hamar səthini vaxtaşırı sadəcə yenidən rəngləməkdən dövlət büdcəsi üçün qat-qat baha və zərərlidir. Görünür, hesab da məhz buna qurulub..."(Dİia-az)




Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR




Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb. Dövlət satınalmalarında hazırda əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz qiymət fərqləridir.

“Apardığımız araşdırmalar göstərdi ki, ehtimal olunan məbləğdən 20 faizdən çox fərqlənən satınalmaların sayı 51 faizdən yuxarıdır. MDB ölkələrində bu göstərici üzrə qırmızı xətt 15-25 faiz hesab olunur”, – deyə o bildirib.

V.Gülməmmədov qeyd edib ki, həddindən artıq aşağı qiymət təklifləri də risk yaradır.

“Ən ucuz qiymət meyarı hazırda əksər ölkələrdə problemlərdən biridir. Çünki həddindən artıq aşağı qiymət sonradan layihələrin ya başa çatdırılmamasına, ya da keyfiyyətli icra olunmamasına səbəb ola bilər. Buna görə də yalnız yuxarı deyil, aşağı qiymət həddinin də müəyyənləşdirilməsi vacibdir”.

Bunları Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hələ aprel ayında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı da açıqlamışdı ki, “Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır.”

Göründüyü kimi Hesablama Palatasının sədri dövlət satınalmalarında ehtimal olunan məbləğdən 20 faizdən çox fərqlənən satınalmaların sayının artması barədə həyəcan təbili çalır. Amma bəzi dövlət qurumları tərəfindən keçirilən satınalmalarda ehtimal qiymətləri demək olar, nəzərə alınmır. Ya ehtimal olunan qiymətlər düzgün hesablanmır, ya da formal bir xarakter daşıyır. Bunun bariz nümunəsini “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilən dövlət satınalmalarında da görmək mümkündür.

Qeyd edək ki, sözügedən qurumun bağladığı müqavilələrdə ehtimal olunan qiymətdən nəinki 20 faiz, 70-80 faiz aşağı olur. Onlardan son aylarda bağlanmış bir neçəsini diqqətinizə çatdırırırıq.

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrası məqsədilə tibb vasitələri”nin satın alınması üzrə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə 447.749,35 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Açıq tenderin ehtimal olunan qiyməti 2.558.259,59 manat müəyyən edilib.

“Tibb müəssisələrinin ehtiyatlarının təminatı məqsədilə dərman vasitələri”nin satın alınması üzrə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə 12.360.201,81 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 39.602.007,46 manat müəyyən edilib.

“Dezinfeksiyaedici vasitələr”in (2026-cı il üzrə) satın alınması üzrə “Sinamedica” MMC ilə 263.470,4 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 747.046,20 manat müəyyən edilib.

“Dezinfeksiyaedici vasitələr”in (2026-cı il üzrə) satın alınması üzrə “Medsol” MMC ilə 17.700 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 747.046,20 manat müəyyən edilib.

“Dezinfeksiyaedici vasitələr”in (2026-cı il üzrə) satın alınması üzrə “FACET” MMC ilə 628.733,5 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 747.046,20 manat müəyyən edilib.

“Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi cihaz və tibb vasitələri”nin satın alınması üzrə “DİAMED CO” MMC ilə 462.796 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 7.757.877,08 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları”nın (LOT 1) satın alınması üzrə “ALBATROS HELTKEYR” MMC ilə 605.794,3 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 4.747.793,40 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərf (Lot 2) malları”nın satın alınması üzrə “MEDEKS” MMC ilə 865.346,51 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 2.389.184,11 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları(LOT 3)”nın satın alınması üzrə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə 254.788,02 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 3.066.734,62 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik sərfiyyat malları (LOT 4)”nın satın alınması üzrə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə 947.928,69 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 2.152.111,52 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərf (Lot 5) malları”nın satın alınması üzrə “VİTTA ELMİ-TEXNİKİ” MMC ilə 372.901,24 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 2.081.017,62 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat (LOT 6) malları”nın satın alınması üzrə “BESAN” MMC ilə 440.966 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 1.632.775,24 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları”nın (LOT 7) satın alınması üzrə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə 585.095,97 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 3.088.962,77 manat müəyyən edilib.

“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat (Lot 8) malları”nın satın alınması üzrə “SOLAMEDICAL” MMC ilə 845.925,95 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıq tenderin ehtimal olunan qiyməti 1.266.580,93 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən müəyyən olunan ehtimal qiyməti ilə təchizatçı MMC-lərin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi bir çox açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 60-70 faizdən də aşağı qiymət təqdim etmiş MMC-lərlə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bundan əlavə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun açıqladığı kimi həddindən artıq aşağı qiymət sonradan layihələrin ya başa çatdırılmamasına, ya da keyfiyyətli icra olunmamasına səbəb ola bilər.

Qeyd edək ki, “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyevdir. Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. Medianın yaydığı məlumatlara görə Nurlan Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyyətinin sədri olmuş Zaur Əliyevin kadrıdır. Vəzifə pilləsində yüksəlişi də birbaşa onunla bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
Göründüyü kimi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət satınalmalarında ehtimal olunan məbləğdən 20 faizdən çox fərqlənən satınalmaların sayının artığını vurğulayır, “İnnovasiya və Təchizat Mərkəzi”nin direktoru Nurlan Quliyev isə ehtimal qiymətlərinə baxmadan istədiyi kimi müqavilələr bağlayır.(aktualinfo.net)

Analitik Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) fəaliyyətində yaranan ciddi nöqsanlar, idarəetmədəki boşluqlar və kəskin kommunikasiya əngəlləri sahibkarların, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, qurumun məsuliyyət daşıdığı sahələrdə hökm sürən yarıtmaz vəziyyət təkcə xidmət sektorunu deyil, birbaşa ictimai sağlamlığı da təhlükə altına alır.

Zirzəmilərdə fəaliyyət göstərən "saxta həkimlər" və nəzarətsizlik

Son dövrlərdə internet resurslarında və sosial şəbəkələrdə yayılan videogörüntülər səhiyyə nəzarətinin necə bərbad durumda olduğunu açıq şəkildə nümayiş etdirir. Belə ki, antisanitar şəraitdə — zirzəmilərdə anesteziyasız tibbi müdaxilələr həyata keçirən, heç bir tibbi təhsili olmadan özünü dırnaqarası "həkim" adlandıran şəxslərin qanunsuz əməlləri cəmiyyətdə ciddi narahatlıq doğurur.

Bu tip qanunsuz halların qarşısını almaq, vətəndaşların sağlamlığı və həyatı ilə oynayan saxtakarlarla mübarizə aparmaq birbaşa Analitik Ekspertiza Mərkəzinin birbaşa vəzifəsidir. Lakin təəssüf ki, qurumun bu istiqamətdəki nəzarət mexanizmləri demək olar ki, işləmir.

İdxal və qeydiyyat şöbəsində kütləvi süründürməçilik

Mərkəzin tibbi vasitələrin qeydiyyatı və idxalı şöbəsində də vəziyyət ürəkaçan deyil. Qurum daxilindəki bürokratik əngəllər səbəbindən bütün şirkətlər arasında ciddi narazılıq hökm sürür. Sahə üzrə məsul şəxslərin, o cümlədən sədr müavini Rafiq Xudaverdiyevin nəzarət etdiyi bu istiqamətdə işlərin gedişatı tamamilə dondurulub.

Sahibkarlar qanuni sənədlərini almaq üçün aylarla qapı-qapı düşməli, dəfələrlə zəng etməli olurlar. İdarənin daxili nömrələrinə heç bir cavab verilməməsi isə vəziyyəti daha da dözülməz edir. Zənglərə cavabdeh şəxslərin "işçi yoxdur" bəhanəsi ilə prosesi həftələrlə, aylarla uzatması sahibkarları çıxılmaz vəziyyətə salır.

"İstisna" şəxslər, qapalı qapılar və "qara siyahı" təhdidi

Mövcud idarəetmə sistemində yalnız müəyyən tanışları və ya şəxsi əlaqələri olan şəxslər öz işlərini sürətli şəkildə həll edə bilirlər. Digər sahibkarlar ise günlərlə zəng vurub cavab tapa bilmir, quruma gedərək səy göstərsələr də, nəticə əldə edə bilmirlər. Hətta haqsızlıqla üzləşən və hüquqlarını tələb edən şəxslərin bəzi hallarda "qara siyahı"ya salınmaqla hədələndiyi bildirilir.

Digər dövlət qurumlarında vətəndaşların müraciətləri üçün müəyyən imkanlar açıldığı halda, bu idarə konkret olaraq zənglərə cavab vermir, heç bir müraciəti cavabsız qoyur. Nəticədə sahibkarlar hüquqi müstəvidə mübarizə aparmaq məcburiyyətində qalır və ya bürokratik divarlarla qarşılaşaraq ortada qalırlar.

Ümumi fəaliyyətsizlik: Kosmetologiya və digər sahələr nəzarətdən kənardır

Ümumilikdə, Analitik Ekspertiza Mərkəzinin müvafiq şöbəsi kateqorik olaraq işləmir. Tibbi vasitələrin idxalı, kosmetoloqlara və həkimlərə nəzarət mexanizmləri tamamilə sıradan çıxıb. Kosmetoloqların fəaliyyətinə nəzarət edilmir, səhiyyə şöbələri isə funksiyalarını yerinə yetirmir.

Sahibkarlar və vətəndaşlar bu dərin bürokratik səddin aradan qaldırılması, idarədəki süründürməçilik hallarının araşdırılması və məsələyə ciddi dövlət nəzarətinin tətbiq olunması üçün təcili addımların atılmasını gözləyirlər.

NOCOMMENT.az

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü



Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.

Ötən il şirkət zərərlə işləyib, satışlar olmayıb, əməliyyat mənfəəti qeydə alınmayıb.
Hesabata əsasən, 2025-ci ildə «Akkord» şirkəti öz məhsulları deyil, yalnız öz əsas vəsaitlərini satıb. Ötən il əsas vəsaitlərin satışından 474,7 min manat gəlir əldə edib ki, bu da, şirkətin xərclərini qarşılamağa kifayət etməyib. Belə ki, ötən il şirkətin kommersiya xərcləri 2 milyon 570,6 min manat, inzibati xərcləri 17,7 min manat olub.
Xərclərin çoxluğu səbəbindən şirkət 2025-ci ili də böyük zərərlə başa vurub. 2025-ci ildə şirkətin zərəri 2 milyon 113,6 min manat təşkil edib. Zərər 2024-cü ilə nəzərən 1 milyon 240 min manat və ya 2,4 dəfə artıb. Qeyd edək ki, 2024-cü ildə vəziyyət nisbətən yaxşı idi – “Akkord”şirkət 2024-cü ili 874 min manat zərərlə tamamlamışdı.
2025-ci ilin sonuna “Akkord”un cəmi aktivləri 474,5 milyon manat olub. Bu, 2024-cü ilə nəzərən 13 milyon manat və ya 2,6% azalıb. Aktivlərin azalmasına səbəb şirkətin öz balansında olan torpaq,əmlak və avadanlıqları satması olub.
Qeyd edək ki, Müşahidə Şurasının sədri Malik Məmmədovdur.

“Akkord” şirkətinin faktiki sahibi kimi 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olan Zakir Qaralovun adı çəkilir. Mediada da bu barədə kifayət qədər məlumat var.
Onu da deyək ki “Akkord”a qarşı 43 iddia qaldırılıb. Onların arasında hətta şirkətin işçiləri də olub.

Fed.az
Xəbər lenti