Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

73 yaşlı Abbaszadə DİM-dən gedir - Son qəbul...



26 ildir Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri olan Məleykə Abbaszadənin vəzifədən uzaqlaşdırılması gözlənilir.

Bizimesr.com-un əldə etdiyi məlumata görə, 73 yaşlı Məleykə Abbaszadənin bu ilin yanvar ayında vəzifəsindən ayrılması nəzərdə tutulubmuş. Lakin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilməsi, eləcə də digər təşkilati səbəblər nəzərə alınaraq bu qərarın icrası saxlanılıb.

Məlumata əsasən, qəbul prosesi başa çatdıqdan sonra DİM rəhbərliyi ilə bağlı dəyişiklik məsələsinə yenidən baxılma bilər.

Bildirilir ki, hazırda Məleykə Abbaszadənin yerinə kimin təyin olunacağı ilə bağlı yekun qərar verilməyib. Bu istiqamətdə müxtəlif namizədlərin müzakirə olunduğu iddia edilsə də, hələlik hər hansı rəsmi məlumat açıqlanmır.

Qeyd edək ki, Məleykə Abbaszadə uzun illərdir ölkədə qəbul sisteminə rəhbərlik edən əsas simalardan biridir və DİM-ə 26 ilə yaxındır rəhbərlik edir.

Bizimesr.com

Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı


Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” Göyçay “Şəhər Təsərrüfatı Birliyi”nin balansında olan Bakı küçəsi 1A, Natəvan küçəsi28/1və28/2saylı ictimai yaşayış binalarında aparılacaq əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması üzrə 02.04.2026-cı ilə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “HOUSE PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.832 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 13.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət), 5 (beş) iş günü bitdikdən sonra müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalına yerləşdirilməlidir. Amma portalda olan məlumatlardan da göründüyü kimi müsabiqənin yekunlaşmasından bir aydan da çox vaxt keçməsinə baxmayaraq Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” tərəfindən tərəflər arasında müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalına yerləşdirilməyib.

Bundan əlavə, Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” tərəfindən nəzərdə tutulmuş layihə smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 7.000,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin
müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “HOUSE PROJECT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “HOUSE PROJECT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdu. Xatırladaq ki, Orxan Mürsəlov 2022-ci ilin 11 avqustundan 2025-ci ilin 12 noyabrına qədər Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin rəisi Fuad Bayramov da Orxan Mürsəlovun kadrıdır. Sosial şəbəkələrdə Fuad Bayramovun Gədəbəydə Orxan Mürsəlovun qara kassaı rolunu oynadığı barədə geniş məlumatlar var. Orxan Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə – 2023-cü ildə Fuad Bayramovu Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi təyin etmişdi. Orxan Mürsəlov ötən ilin noyabr ayında Göyçaya icra başçısı təyin edildikdən iki ay sonra, 2026-cı ilin yanvar ayında isə kadrı Fuad Bayramovu da Göyçaya gətirib.

Bizə verilən məlumatlara görə Fuad Bayramov Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi olarkən də dövlət satınalmalarında bir sıra qanun pozuntularına yol verib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Fuad Bayramovun rəhbərliyi ilə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı 14.01.2025-ci ildə təsərrüfatda istifadə ediləcək mal-materialların alınması üzrə “E TRADE AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.285,85 manat məbləğində müqavilə bağlayıb.

Kombinat 13.05.2025-ci ildə yük maşınlarının təmir xidmətlərinin satın alınması üzrə “RƏZ” MMC ilə 24.156,83 manat məbləğində müqavilə bağlayıb.

Bunlar Orxan Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə keçirilmiş satınalmlardır. Fuad Bayramov Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin rəisi keçməsindən bir müddət əvvəl, 30.12.2025-ci ildə nəqliyyat vasitələrinin əsaslı təmiri xidmətlərinin satın alınması üzrə 6.309,05 manat dəyərində anlaşmanı isə pozub.

Görəsən bu əməliyyatdan Orxan Mürsəlovun xəbəri varmı? Təfərrüatı ilə növbəti yazımızda.

Aktualinfo.net

"AzParking" vətəndaşları soyur - Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video


Paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır.

Sürücülərdən biri şəhərin Əhməd Rəcəbli küçəsində oxşar halla üzləşib.

Belə ki, həmin şəxs avtomobilini qaydalara uyğun park etməsinə baxmayaraq, 20 AZN məbləğində cərimə olunduğunu bildirib. Vətəndaş üzləşdiyi vəziyyətdən şikayət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib. (Baku.ws)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/azparking-vetendaslari-soyur---masini-xette-uygun-saxladi-amma-yene-cerimelendi--video-22616

“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir?


Bakı şəhərinin Binəqədi qəsəbəsində, metronun Azadlıq prospekti stansiyasının yaxınlığında yerləşən “MediHall Hospital”ın direktoru inzibati məsuliyyətə cəlb olunaraq 25 min manat məbləğində cərimələnib.

“REO-X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun tərkibində fəaliyyət göstərən klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.

Araşdırma zamanı müəyyən edilib ki, R.T. adlı həkimlə klinika arasında əmək müqaviləsi bağlanmadan, xidmət müqaviləsi əsasında “MediHall Hospital”da cərrahi əməliyyat həyata keçirilib.

Məhkəmənin qərarı ilə “REO-X1” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3 500 manat məbləğində inzibati cərimə edilib.

Bununla yanaşı, şirkətin və xəstəxananın direktoru Zülfi Əliyev də eyni maddə ilə 25 min manat məbləğində inzibati cəriməyə məhkum olunub.

Direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, eyni maddə üzrə həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxs kimi cərimələnməsi qanunvericiliyə ziddir. O, rəhbərlik etdiyi tibb mərkəzində 30 nəfərdən çox əməkdaşın çalışdığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qaynarinfo

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar:“Tomoqrafiya bazarı”ndan tutmuş “ailə podratı”na qədər…nda


Səhiyyə sistemindəki islahatlar, icbari tibbi sığortanın tətbiqi əhalinin keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməli olduğu halda, bəzi dövlət tibb müəssisələri hələ də köhnə idarəetmə metodlarından, korrupsiya və qohumbazlıq iddialarından can qurtara bilmir.

Redaksiyamıza daxil olan şikayət və məlumatlar əsasında apardığımız araşdırma göstərir ki, belə acınacaqlı vəziyyətin hökm sürdüyü ocaqlardan biri də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutudur. Burada rentgen, kompyuter tomoqrafiyası (KT) və spiometriya müayinələri ətrafında qurulan “sistem” həm dövlət qanunlarını heçə sayır, həm də ağır xəstələrin həyatını təhlükəyə atır.

İnstituta müraciət edən xəstələr, xüsusilə də vərəm və ağır tənəffüs yolları xəstəliyindən əziyyət çəkənlər bildirirlər ki, KT (kompyuter tomoqrafiyası) müayinəsindən keçmək üçün aylarla növbədə gözləməli olurlar. Rentgen otaqlarının qarşısında isə saatlarla davam edən insan növbələri adi hala çevrilib.

Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, institutun digər korpuslarında analoji aparatlar mövcud olsa da, onlar xidmətə verilmir, sanki qəsdən gizli saxlanılır. Xəstələrin iddiasına görə, bu süni növbələrin yaradılmasının yeganə səbəbi “növbədənkənar” müayinə xidməti təşkil etmək və xəstələrdən qeyri-qanuni pul qoparmaqdır. Beləliklə, dövlətin xalqın istifadəsi üçün ayırdığı bahalı avadanlıqlar bəzi şəxslərin şəxsi gəlir mənbəyinə, institut isə qapalı bazara çevrilib.

Daxil olan məlumatlarda ən vahiməli iddialardan biri də institutda reallığa çevrilən “pensiya və hərbi çağırış” alveridir. İddia olunur ki, saxta diaqnozların qoyulması, pensiya təyinatı üçün əsas sayılan sənədlərin düzəldilməsi və hərbi xidmətdən yayınmaq istəyənlərə “yardım” edilməsi sahəsində müəssisədə “açıq bazar” formalaşıb.

“Pensiya işində və hərbi komissiyadan keçid prosesində ən əsas, taleyüklü müayinələr məhz rentgen, KT və spirometriadır. İşbazlar məhz bu üç müayinənin cavablarını manipulyasiya edərək qanunsuz işləri həll edirlər. Ona görə də hazırda institutda Rentgen şöbəsi, KT və Spirometriya otağı bu qanunsuzluqların öncül sırasındadır”.

Bəs institutda bərqərar olan bu dözülməz vəziyyətin arxasında kim dayanır?

İddialara görə, 2022-ci ildə instituta direktor təyin olunan İradə Axundova tabeliyindəki aparatların işlədilməməsindən tam məlumatlıdır və mövcud “status-kvo”nun qalmasında birbaşa maraqlıdır.

Qeyd edilir ki, İradə Axundova təyinatından qısa müddət sonra tibb ocağını sanki özünün şəxsi obyekti kimi idarə etməyə başlayıb, qohum-əqrabasını institutun ən gəlirli və strateji vəzifələrinə yerləşdirib:

Qəmər Əhmədzadə (yaxın qohumu) – Laboratoriya şöbəsinin müdiri;

Atif (yaxın qohumu) – Ümumi şöbənin müdiri;

Afaq (xalası qızı) – Statistika şöbəsinin müdiri;

Atəş müəllim (yaxın qohumu) – Direktor müavini / Şöbə müdiri.

Direktor öz yaxın qohumlarına dövlət büdcəsindən 2-3 min manat civarında yüksək maaşlar təyin etməklə müəssisədə tam bir “ailə podratı” yaradıb. İnstitutda hər hansı bir həkim və ya əməkdaş bu özbaşınalığa, qanunsuzluğa etiraz etdikdə isə dərhal direktorun qohum-əqrabası və onların tabeliyindəki işçilərin əli ilə təzyiqlərə məruz qalır, “gözümçıxdı”ya salınır.

Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa əsasən, vəzifəli şəxslərin öz yaxın qohumlarını birbaşa tabeçiliyində olan işə götürməsi qəti qadağandır. Belə bir hal yarandıqda, həmin şəxslər qısa müddətdə başqa işə keçirilməli və maraqlar toqquşması aradan qaldırılmalıdır. Lakin İradə Axundova hər ötən gün bu qanunu nümayişkaranə şəkildə pozmaqda davam edir.

İnstitutun adının çəkilməsini istəməyən əməkdaşları redaksiyamız vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət ediblər: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və ya Hesablama Palatası bu institutda ən səthi yoxlama belə aparsa, İradə Axundovanın və onun qohum şəbəkəsinin yol verdiyi milyonluq yeyintilər, laboratoriya, reanimasiya, rentgen və KT şöbələrində batan korrupsiya bataqlığı ifşa olunacaq”.

Ümid edirik ki, Səhiyyə Nazirliyi və müvafiq hüquq-mühafizə orqanları Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaşanan bu “ailə dramı” və maliyyə yeyintiləri barədə təcili tədbirlər görəcək.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna sorğu ünvanlayıb. Kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik. Bütün hallarda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və direktor İradə Axundovanın mövqeyini dərc etməyə hazırıq.(poliqon)

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"


Azəriqaz rəhbərliyinə dərin təşəkkür və minnətdarlıq!
Azəriqaz rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm. Xüsusilə də may ayında 1 günlük baş ofisə ezam olunduğum halda qanunla nəzərdə tutulan 37,50 manat ezam pulunu vermədikləri üçün. Belə qənaətcil rəhbərlik hər müəssisəyə nəsib olmur.
Məni baş ofisə çağıran Xəqani müəllimə də təşəkkür edirəm. Düzdür, müharibə veteranı olmağıma baxmayaraq məni özü qəbul etmədi, bu şərəfli işi müavininə həvalə etdi. Müavin də Xəqani müəllimin tapşırığı ilə Göyçayda iş yerinin olmaması, diplom uyğunsuzluğu və iş təcrübəmin uyğun gəlməməsi barədə əvvəlcədən hazırlanmış şablon cavabları böyük ustalıqla mənə təqdim etdi. Hazır cavabların bu qədər peşəkar çatdırılması həqiqətən alqışa layiqdir.
Bu yaxınlarda isə SOCAR-ın İnsan Resursları Departamentinin təşkil etdiyi, mənim isə adını "Kim sağ qalacaq?" qəfəs döyüşü qoyduğum imtahanda iştirak etdim. Ağsu RQİİ-nin kadrları əvvəlcədən demişdi ki, kim yüksək bal toplasa, o işləyəcək. Mən də xatırlatdım ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən ixtisar zamanı eyni vəzifədə və eyni ixtisas dərəcəsində üstünlük müharibə veteranına verilir.

Sağ olsunlar, görünür Əmək Məcəlləsinə məndən xəbərsiz yeni əlavələr ediblər. Bildirdilər ki, yalnız nəticələr eyni olsa, onda üstünlük müharibə veteranınadır. Qanunun belə yaradıcı şərhini eşidəndə adam doğrudan da heyran qalır.
Mən isə 40 sualdan 37-nə düzgün cavab vermişəm. İndi səbirsizliklə gözləyirəm ki, yəqin məni də böyük təntənə ilə yola salacaqlar. Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?
Bir daha hər birinizə təşəkkür edirəm. Mənə sübut etdiniz ki, bəzi hallarda qanun kitabda yazılır, praktikada isə ssenarini başqaları yazır.
Dasqin Abbasov
TEREF


Facebook-da paylaş

Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO


Fərqli xəstəxanalarda xoş olmayan oxşar mənzərələrə rast gəlinib: istifadə olunmuş tibbi ləvazimatlar, əməliyyat sırasında çıxarılmış orqan qalıqları və s.

Xəzər TV xəbər verir ki, hətta klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə paketlər həmin əraziyə atılır.

Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.

Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.

Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Digər xəstəxanada da oxşar mənzərə müşahidə olunub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarətə götürülüb. Hazırda tullantıların təmizlənməsi işi aparılır.

Xəzər TV

Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...


Ağsu rayon bazarında avtomobillərin girişindən qanunsuz vəsait toplanması ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub.

Vətəndaşların iddiasına görə, bazarın giriş hissəsində avtomobillərin əraziyə daxil olması üçün pul tələb edilir. Lakin həmin ödənişin hansı əsasla, hansı qurum tərəfindən və hansı qanunvericiliyə uyğun olaraq həyata keçirildiyi barədə heç bir açıqlama verilmir.

Redaksiyamıza göndərilən görüntülərdə bazarın girişində olduğu bildirilən şəxslə vətəndaşlar arasında mübahisəli anlar əks olunub. İddialara görə, həmin şəxs pul tələb edilməsinin səbəbini izah etməyib və vətəndaşların suallarına sərt şəkildə cavab verərək onları bazara buraxmayıb.

Vətəndaşların sözlərinə görə, özünü bazarın girişində məsul şəxs kimi təqdim edən şəxs “pul vermirsən, məndə sizi buraxmıram, hara istəyirsiniz deyin” deyən şəxslərə qarşı kobud davranıb və məsələnin araşdırılması üçün müraciət edən şəxslərin girişinə mane olub.

Maraqlıdır ki, əgər sözügedən ödəniş rəsmi əsaslarla həyata keçirilirsə, bu zaman həmin vəsaitin hansı xidmət qarşılığında alındığı, ödənişin kim tərəfindən müəyyənləşdirildiyi və vətəndaşa hər hansı qəbz və ya rəsmi sənəd təqdim olunub-olunmadığı sual doğurur.
Qanunvericiliyə əsasən, sahibkarlıq subyektlərində və ictimai yerlərdə istənilən ödənişlər hüquqi əsaslara söykənməli, şəffaf şəkildə həyata keçirilməlidir. Qeyri-rəsmi pul tələbləri isə qanunvericilik qarşısında məsuliyyət yarada bilər.

Məsələ ilə bağlı Ağsu bazarının rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

BnTv.az

Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto


“Kontakt Home” mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.

Bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl “Beko” markalı fritoz alıb. Məhsulun 2 illik “Qızıl sığorta” və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında “Kontakt Home”a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və “Qızıl sığorta” üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda “Kontakt Home”dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza “Kontakt Home”dur. İB sədrinin sözlərinə görə, alıcılara “Kontakt Home”da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.Tribuna.az
Xəbər lenti