Son xəbər

Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?

28.04.2026 17:59 150
Təhsil / Araşdırma
Xaçmaz rayon 2 saylı körpələr evi–uşaq baxçasının direktoru Həmayil İsgəndərova ilə bağlı ciddi iddialar gündəmdə qalmaqda davam edir. Baxçada qida çatışmazlığı, mənimsəmə və digər qanun pozuntuları ilə bağlı faktların ortaya çıxmasına baxmayaraq, məsul şəxsin bu günədək hər hansı ciddi məsuliyyətə cəlb olunmaması suallar doğurur.

İddialara görə, müəssisədə baş verən pozuntularla bağlı müəyyən araşdırmalar aparılsa da, nəticələrin hüquqi müstəviyə çıxarılması müxtəlif səbəblərdən mümkün olmayıb. Məlumatlarda qeyd olunur ki, bu prosesdə “görünməz təsir mexanizmləri” rol oynayıb və məsələ hüquq-mühafizə orqanları səviyyəsində ört-basdır edilib.
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?

Məsələnin diqqət çəkən tərəflərindən biri də Həmayil İsgəndərovanın sabiq Regional Maliyyə İdarəsinin rəisi Nizami Həsənovun bacısı olması ilə bağlıdır. İddialara görə, məhz bu qohumluq əlaqələri uzun müddət onun fəaliyyətinə göz yumulmasına şərait yaradıb. Maraqlıdır ki, Nizami Həsənov artıq vəzifədə olmasa da, direktorun hələ də müəyyən dairələr tərəfindən qorunduğu bildirilir.

Digər məqam isə yaxın zamanda işdən uzaqlaşdırılan Qələmşah Dostuyevin adı ilə bağlıdır. Hamayil İsgəndərova Qələmşah Dostuyevin vasitəsi ilə bir çox qanundan kənar təyinatları həyata keçirdiyi iddialarda yer almaqdadır. Bildirilir ki, o, uzun müddət direktorun fəaliyyətinə dəstək verən şəxslərdən biri olub.

cəmiyyət buçıxan suallar isə açıq qalır:

- Baxçada baş verən qanun pozuntuları niyə tam araşdırılmır?
- Kimlər və hansı maraqlar bu məsələnin üstünün örtülməsində rol oynayır?
- Uşaqların qidalanması və rifahı ilə bağlı problemlərə kim cavabdehlik daşıyır?


Mövzu ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi isə hələ ki açıqlanmayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul