İki kollecə təyinat OLDU
Şəki və Gəncə şəhərlərində fəaliyyət göstərən kolleclərə yeni rəhbər təyinatları olub.
Bu barədə Redaktor.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.
Bildirilib ki, EATDA-nın müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Tarix” ixtisası üzrə alıb. O, əmək fəaliyyətinə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb.
G.Mustafayeva müxtəlif ixtisasartırma proqramlarında və layihələrdə iştirak edib, ADA Universitetinin “Bir Müəllimin Manifesti” təhsil proqramını, “İnnovativ məktəb direktorları” layihəsini uğurla başa vurub.
Xəyal Poladov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Coğrafiya müəllimliyi” ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009–2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Hamısı ›
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur
NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb


