Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Körpü Bina Tikinti”dən şok şikayət: Məcburi iş – ağır xəsarət ….


Körpü Bina Tikinti şirkəti barədə şikayət daxil olub.

“Xəbərsiz”ə müraciət edən şikayətçinin iddiasına görə, şirkətdə çalışan İbadullayev Novruz Xaləddin oğlu rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə daxil olmayan işlərə cəlb olunub.

Zərərçəkmişin bildirdiyinə görə, məhz bu məcburi iş zamanı o, baş nahiyəsindən xəsarət alıb. Hadisə nəticəsində onun əmək qabiliyyətini itirdiyi, hazırda işləyə bilmədiyi qeyd olunur.

Şikayətçinin sözlərinə görə, aldığı zərbədən sonra başında ağrılar, şiş və digər sağlamlıq problemləri yaranıb.
Məsələ ilə bağlı o, şirkət rəhbərliyinin, o cümlədən şirkətin rəhbəri Göyüşov Xəlilin hər hansı dəstək göstərmədiyini iddia edir.

Zərərçəkmiş həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduğunu bildirir.

İdiallarla bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, işçilərin vəzifə səlahiyyətlərindən kənar işlərə məcbur edilməsi və iş yerində təhlükəsizlik qaydalarının pozulması ciddi hüquqi məsuliyyət yaradır.

Xəbərsiz

Cavanşir Feyziyevin Lixtenşteyndəki milyonları da bloklanıb


İngiltərə Ali Məhkəməsi Milli Cinayət Agentliyi (NCA) tərəfindən qaldırılmış iddia əsasında Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev ilə bağlı mühüm qərar qəbul edib.

Bizimesr.com bildirir ki, qərara əsasən, Feyziyevin xaricdəki əmlak və maliyyə aktivləri dondurulub.

Məhkəmə sənədlərindən məlum olur ki, məsələ yalnız Londonda yerləşən və daha əvvəl dondurulduğu bildirilən 22 daşınmaz əmlakla məhdudlaşmır. Araşdırma çərçivəsində deputatın Lixtenşteyndə fəaliyyət göstərən LGT Bank bankındakı şəxsi hesabına da məhdudiyyət qoyulduğu üzə çıxıb. Həmin hesabda bir neçə milyon İsveçrə frankı məbləğində vəsaitin olduğu bildirilir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, sözügedən bank hesabı hər hansı şirkət və ya üçüncü şəxsə deyil, birbaşa Cavanşir Feyziyevin adına rəsmiləşdirilib.

Oxşar iddialar daha əvvəl digər azərbaycanlı məmurların da xaricdəki aktivləri ilə bağlı səsləndirilib. Məsələn, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Andorradakı maliyyə fəaliyyətləri ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olmuşdu. / Avropada yaşayan jurnalist Cavanşir Həsənli/

Bizimesr.com

Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə-VİDEO


Çoxmənzilli yaşayış binaların altında bir çox obyektlərin fəaliyyətinə qanunla icazə verilməsə də, Nizami rayonunda bu qayda gözlənilmir.

Nizami rayonu, Qara Qarayev prospekti 8 ünvanında yaşayan sakinlər bildirib ki, binanın altında obyekt fəaliyyətə başlayır. Sakinlərin sözlərinə görə, bina obyektə çevrilib. Bu məqsədlə binaya əlavə artırma da edilib və dəmir konstriksiyadan ibarət pilləkənlər qoyulub.

Sakinlər bildirib ki, bina qəzalıdır və belə artırmalar binanı daha da təhlükəli hala gətirir: “Dəfələrlə zəng edib bildirmişik ki, bina qəzalıdır, bina çökür. İcra başçısı vecinə də alçadı”.

Sakinlər onsuz da təhlükəli halda olan binada belə əlavələrin tezliklə qarşısının alınması üçün tədbir görülməsini istəyir. Xatırladaq ki, Nizami rayon icra hakimiyyətini başçısı Cəbrayılov Coşqun Adil oğludur. O, 2022-ci ildən bu vəzifəni icra edir.(Bizimesr.com)

Qarşı tərəfi dinləməyə hazırıq.

Təhməzlinin "kürü" oyunu - Zatən illərdir bazarda saxta kürü satılır...


Azərbaycanda "saxta kürü" bazarı böyük yoxlamaya məruz qalıb. İllərdir bazarlarda, şadlıq evlərində insanlara satılan və yedizdirilən "kürü" Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin nəhayət ki, yadına düşüb. Maraqlı yoxlamalardır, maraqlı nəticələri olacaq...

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin nəzarəti altında ilə həyata keçirilən son yoxlamalar genişmiqyaslı şəkildə təqdim olunsa da, bu addımların vaxtı və məqsədi ilə bağlı suallar yaratmaya bilməz... Niyə indi?

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, saxta kürü məhsullarına qarşı aparılan monitorinqlər çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsi yoxlanılıb. Yoxlamalar zamanı Keşlə Bazarı, Özbək Bazarı, Sahil Bazarı və Yaşıl Bazar kimi məkanlarda ciddi nöqsanlar aşkar edildiyi bildirilib.

Həmçinin Balique 2023 LTD və Natural Fish kimi obyektlərdə etiketsiz, sənədsiz və yararlılıq müddəti bitmiş məhsulların satışda olduğu üzə çıxıb. Laborator nəticələrə əsasən, “Natural Fish” məhsullarından birində Listeria monocytogenes bakteriyası da aşkarlanıb.

Bundan əlavə, Food Fish MMC-yə məxsus anbarda məhsulların laborator nəticələr və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Ümumilikdə isə tonlarla etiketsiz və yararlılıq müddəti bitmiş kürü məhsulları aşkarlanıb.

Deməli, Qida Təhlükəsizliyi Agentliyinin səriştəsizliyi nəticəsində bir neçə ay bu məhsulların satışı həyata keçirilib, şadlıq evlərində bu məhsullardan insanlar qidalanıb və ya marketlərdən alınaraq istifadə olunub. Amma bu gün Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini ifşa edərək bu məhsulları yararsız hesab edir.

İllərdir bazarda satılan kürü məhsullarının böyük hissəsi saxta olduğu halda, bu sahəyə indiyə qədər ciddi nəzarətin olmaması sual doğurur. Demək olar ki, bütün marketlərdə və şadlıq evlərində təqdim olunan “qara kürü”nün əslində saxta və sağlamlıq üçün zərərli olduğunu hər kəs bilirdi.

Əsas diqqət çəkən məqam isə yoxlamaların məhz indi başlamasıdır.

Bizimesr.com-a daxil olan məlumata görə, bu proses təsadüfi deyil. Bir neçə ay əvvəl ət və ət məhsulları bazarında da oxşar vəziyyət yaşanmış, geniş yoxlamalardan sonra Monqolustandan buzlu ət məhsullarının bazara daxil olması ilə bağlı faktlarla yekunlaşmışdı.

Daxil olan məlumatlara əsasən, hazırda saxta kürü bazarında da eyni ssenarinin tətbiq olunduğu iddia edilir. Bildirilir ki, “Food Fish” MMC bazardan çıxarılır və bu sahə başqa şəxslərin nəzarətinə keçəcək. Eyni zamanda, bazara Qazaxıstan və Rusiya kimi ölkələrdən "kürü" və "kürü məhsulları"nın gətirilməsi planlaşdırılır.

Bu baxımdan, Qida Təhlükəsizliyi Agentliyinin son addımlarının illərdir bazarda fəaliyyət göstərən mövcud oyunçuların sıradan çıxarılmasına və yeni idxalçıların önünün açılmasına xidmət etdiyi iddia olunur.

Bizimesr.com

İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir


Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə Peşə Mərkəzində tələbələr arasında vərəm aşkarlanıb.
Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə peşə mərkəzində tələbələr arasında vərəm aşkarlanıb. Xüsusilə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (5 saylı) yoluxma halları daha kritik vəziyyətdədir.
Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova məsələ ilə bağlı açıqlamasında peşə təhsil müəssisələrinin bağlanması barədə yayılan iddiaları təkzib edib və tədris prosesinin davam etdiyini bildirib.
Lakin Bizimesr.com-a daxil olan məlumatlara əsasən, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsas korpusu artıq 3 həftədir ki, vərəm səbəbindən fəaliyyətini dayandırıb. Bildirilir ki, tələbələr arasında kütləvi yoluxma müşahidə olunduğundan dərslər onlayn formata keçirilib.
Eyni vəziyyətin Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinində yaşandığı qeyd olunur. Məlumata görə, müayinəyə cəlb edilən tələbələr arasında yoluxma sayı kifayət qədər yüksək olub və bu səbəbdən dərslər əsas korpusda dayandırılıb. Bundan əlavə, digər peşə mərkəzlərində də vərəm halları ilə bağlı şübhələrin olduğu iddia edilir. Daha bir məlumata görə, vərəmə yoluxan tələbələrdən bir neçəsinin vəziyyəti olduqca ağırdır.
Qeyd edək ki, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi təyin olunan Əlağa Kərimovdur. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru isə Pərviz Həmzəyevdir.
Bizimesr.az

Qarabağdakı tikinti-quruculuq işlərini axsadan "Leysan amili" - ARAŞDIRMA



Qarabağın yenidən qurulması Azərbaycan xalqı üçün mənəvi və strateji əhəmiyyət kəsb edən mühüm məsələdir. Lakin təəssüflə qeyd etməliyik ki, yenidənqurma və bərpa prosesində əsas rol sahibi olan Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti son zamanlar daha çox uğurları ilə deyil, maliyyə qalmaqalları və idarəetmə nöqsanları ilə gündəmə gəlir.

AFN.az-ın araşdırmaları göstərir ki, icraçı direktor Leysan Məmmədovun rəhbərlik etdiyi Xidmətin fəaliyyəti rəsmi audit sənədlərində büdcə vəsaitlərinin "yeyinti poliqonu"na bənzəyir.

Leysan Məmmədovun smeta hiylələri
Hesablama Palatasının son audit hesabatları Leysan Məmmədovun idarəetmə üslubundakı böyük bir boşluğu yenidən üzə çıxarıb: Smeta sənədlərinin şişirdilməsi. Audit nəticələrinə görə, Horovlu kəndində fərdi evlərin tikintisi zamanı iş həcmlərinin süni şəkildə artırılması nəticəsində təxminən 1 milyon manata yaxın (996,046 AZN) vəsaitin artıq xərclənməsinin qarşısı son anda alınıb.

Bu, sadəcə texniki səhv deyil, dövlət vəsaitinin mənimsənilməsinə münbit şərait yaradan sistemli bir nəzarətsizlikdir. Bu cümləni rahatlıqla qura bilməyimizə səbəb Leysan Məmmədovun bundan əvvəlki vəzifələrdə yol verdiyi eyni tip nöqsanların artıq dəfələrlə aidiyyatı dövlət qurumları və media tərəfindən ifşa olunmasıdır. Tərəfimizdən hazırlanan həmin yazı ilə BURADAN tanış ola bilərsiz.


Rəqabət, yoxsa inhisar?
Xidmətin satınalma siyasəti ekspertlər tərəfindən kəskin tənqid olunur. Milyonlarla manatlıq layihələrin çox vaxt eyni podratçı qrupları arasında bölüşdürülməsi satınalmalarda şəffaflıq və rəqabətlilik prinsiplərini sual altına qoyur. Leysan Məmmədovun rəhbərliyi dövründə tenderlərin sanki öncədən müəyyən edilmiş subyektlərə istiqamətləndirilməsi, "bərpa işləri təcilidir" bəhanəsi ilə bir çox hallarda şəffaf prosedurlardan yan keçilməsi büdcə xərclərinin səmərəliliyini sıfıra endirir.

Tənqidlərin digər istiqaməti isə kadr və əməkdaşlıq siyasətidir. Audit zamanı məlum olub ki, xidmət rəhbərliyi işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan əlavə ödənişləri və maaşları qanunsuz şəkildə hesablayaraq 137 min manatdan çox vəsaitin artıq ödənilməsinə yol verib. Bu isə rəhbərliyin həm maliyyə savadlılığı, həm də inzibati nəzarət mexanizminin iflic vəziyyətində olduğunun göstəricisidir.

Olmayan hesabatlılıq
Qarabağ üçün ayrılan milyardların hara və necə xərcləndiyi barədə cəmiyyətə dolğun məlumat verilməməsi, Leysan Məmmədovun rəhbərliyi etdiyi qurumu "qapalı qutu"ya çevirib. Hesablama Palatasının isə hər müdaxiləsində yeni bir qanunsuzluq aşkar etməsi xidmətə olan etimad limitini tükədir.

Uğrunda minlərlə şəhid verdiyimiz torpaqların bərpası, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri kimlərinsə şəxsi qazanc mənbəyinə çevrilə bilməz. Leysan Məmmədovun rəhbərliyi altında yığılıb qalmış bu nöqsanlar, maliyyə problemləri və smeta oyunları göstərir ki, xidmətdə köklü kadr və idarəetmə dəyişiklikləri qaçılmazdır.

Hesablama Palatasının aşkar etdiyi bu rəqəmlər xidmət rəhbərliyi üçün sadəcə "hesabat xətası"dır, yoxsa böyük bir yeyintinin rəsmi təsdiqi? Bundan sonra iş hüquq-mühafizə orqanlarının üzərinə düşür...

AFN.az

“Medicare Hospitalı” necə işləyir? - Lisenziyasız tibbi biabırçılıq


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl tibb müəssisələrində onlarla yoxlama keçirilməsi və “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyətin aşkar olunması rəsmi şəkildə yayımlandı

Bizimesr.com bildirir ki, hətta verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmadığı üçün klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edildiyi bildirilirdi.Lakin ortaya çıxan sual son dərəcə ciddidir: əgər lisenziya dayandırılıbsa, bu klinika hansı əsasla fəaliyyətini davam etdirir? Bu, artıq təkcə inzibati pozuntu deyil, “Lisenziyalar və icazələr haqqında” qanunun və vətəndaşların sağlamlıq hüququnun açıq şəkildə sual altına düşməsi deməkdir. Əgər klinikanın lisenziyası rəsmi qaydada bərpa olunmayıbsa, fəaliyyət göstərməsi qanunvericilik baxımından ciddi pozuntu sayılır.Mediatvaz.com xəbər verir ki,digər narahatedici məqam isə bəzi həkimlərlə əmək müqavilələrinin bağlanmaması ilə bağlı iddialardır. Bu hal təsdiqini taparsa, bu, həm Əmək Məcəlləsinin, həm də tibbi fəaliyyətin tənzimlənməsi qaydalarının kobud şəkildə pozulması anlamına gəlir.Ən narahatedici məqam isə odur ki, daha əvvəl bu klinikada ölüm faktının baş verdiyi bildirilir. Belə bir hadisədən sonra nəzarətin sərtləşdirilməsi gözlənildiyi halda, əksinə, eyni müəssisə ətrafında yeni suallar yaranır.

Belə ki, 2023-ci ilin aprel ayında 23 yaşlı Arzu Əzimovanın estetik əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı yayılan məlumatlar o zaman cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bildirilirdi ki, o, Medicare Klinikasında rinoplastika əməliyyatı keçirib, əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq komaya düşüb və aparılan tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Tirajlanan məlumatlarda iddia olunurdu ki, əməliyyatı icra edən həkimin estetik cərrahiyyə aparmaq üçün müvafiq sertifikatı olmayıb. Eyni zamanda həmin həkimlə “Medicare” klinikası arasında rəsmi əmək müqaviləsinin mövcud olmadığı da qeyd edilirdi.Diqqətçəkən başqa bir məqam isə bunun tək hadisə olmamasıdır.

21 dekabr 2023-cü il tarixində də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Medicare” klinikasında əməliyyat zamanı həyatını itirdiyi barədə rəsmi məlumat yayılmışdı. Qısa zaman aralığında eyni müəssisə ətrafında iki ölüm faktının hallanması sualları daha da artırır.İnsan həyatı üzərindən yaranan suallar cavabsız qaldıqca, ictimai etimad daha da sarsılır. Səssizlik isə bu kimi hallarda ən təhlükəli mövqedir.Belə hadisələrdən sonra nəzarətin gücləndirilməsi gözlənildiyi halda, əksinə, iddiaların davam etməsi ictimai narahatlığı artırır.Çünki burada söhbət təkcə qaydalardan yox, insan həyatından gedir – və bu mövzuda səssizlik qəbulolunmazdır.

Qarşı tərəfin cavab haqqını tanıyırıq

Bizimesr.com

"Şapka Məmməd" və "Qara Kassa" Əməliyyatı: İflasdan Doğan Milyonlar!.


2014-cü ildə baş vermiş "Beynəlxalq Bank" böhranından sonra iflas edən "Azərinşaatservis" MMC ətrafındakı sular hələ də durulmaq bilmir.
Qurum müflis elan edildikdən sonra onun nəhəng texniki bazası və torpaq sahələri borcluların öhdəliklərini qarşılamaq məqsədilə "AqrarKredit" BOKT-un idarəçiliyinə verilsə də, prosesin şəffaflığı ciddi şübhə altındadır.
​İflasdan Sonrakı "Buxarlanma"
​İstintaq və araşdırmalar göstərir ki, müflis olan anadək şirkətin aktivləri (texnika, avadanlıq və daşınmaz əmlak) mövcud borcları tam bağlamağa yetərli olub. Lakin "AqrarKredit"in idarəçiliyi dövründə bu aktivlərin aqibəti qaranlıq qalıb.
​49 zərərçəkmiş: Həm fiziki, həm də hüquqi şəxslər illərdir ki, öz vəsaitlərini geri ala bilmirlər.
​Gizli Satışlar: Əmlakların hansı qiymətə satıldığı və əldə olunan vəsaitlərin hara yönləndirildiyi barədə rəsmi hesabatlılıq yoxdur.
​ Prosesin "Memarları": Kölgəli Əməkdaşlıq
​İddialara görə, bu mürəkkəb sxemin mərkəzində bir neçə nüfuzlu şəxs dayanır:
​Məmməd Musayev ("Şapka Məmməd"): "AqrarKredit" BOKT-un rəhbəri kimi bütün prosesə rəhbərlik etməkdə ittiham olunur.
​Arzuman Abbasov: "Azərsu" ASC-nin keçmiş müavini və "Azərinşaatservis"in köhnə rəhbəri. Proseslərin əsas icraçılarından biri kimi qeyd edilir.
​Hüquqi "Qalxan": BOKT-un hüquq şöbəsinin müdiri Vilayət adlı şəxsin bütün əməliyyatları "qanun çərçivəsinə" salmaq missiyasını daşıdığı bildirilir.
​"Qara Kassa": Nazim adlı şəxsin əldə olunan maliyyə vəsaitlərinin qeyri-rəsmi bölüşdürülməsində vasitəçi olduğu iddia edilir.
​35 Milyonluq Torpaq Oyunu
​Qalmaqalın ən pik nöqtəsi Binəqədi rayonunda yerləşən 3.5 hektarlıq torpaq sahəsidir.
​Dəyəri: Cari bazar qiyməti təxminən 30-35 milyon manat civarındadır.
​Qanunsuzluq: Bu əmlakın satışından gələn gəlir 49 payçı arasında bölünməli olduğu halda, iddialara görə, M. Musayev və A. Abbasov tərəfindən qondarma hərrac vasitəsilə mənimsənilib.
​İcraatda "Kömək": Prosesin həyata keçirilməsində Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinin rəisi Vidadi Məmmədovun, eləcə də Binəqədi İcra Şöbəsinin rəhbərliyinin (Fuad Nəbiyev və Asəm Əhmədov) adı hallanır.
​Məhkəmə Qərarları Niyə İcra Olunmur?
​Zərərçəkənlər arasında olan "SİRR-M" MMC-nin durumu hüquqi xaosun bariz nümunəsidir:
​Fakt: 2016-cı ildə məhkəmə "Azərinşaatservis"dən 3.8 milyon manatın şirkətə ödənilməsi barədə qətnamə çıxarıb.
​Bakı Apellyasiya Məhkəməsinin 2018 və 2025-ci il tarixli (qüvvədə olan) qərardadlarına əsasən, əmlak üzərinə həbs qoyulub və zərərçəkmiş tərəfin razılığı olmadan heç bir satış həyata keçirilə bilməzdi.
Buna baxmayaraq, payçıların haqları tapdanaraq əmlakın "əlbəəl" edilməsi hüquqi dövlət prinsiplərinə meydan oxumaq kimi qiymətləndirilir.
​Onlarla sahibkarın və vətəndaşın milyonlarla manat vəsaiti şəxsi maraqların qurbanına çevrilib.
Məhkəmə qərarlarının icrasına süni maneələr yaradan bu şəbəkənin fəaliyyəti hüquq-mühafizə orqanlarından ciddi reaksiya gözləyir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı,
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri,
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri,
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
Həmçinin “Turanbank”ın sahibidir.
Sima Babayeva
TEREF

İcra başçısının köməkçisi ilə əlaqəli şirkət 4 aya 4 milyonluq tender qazandı


Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisinin iri dövlət tenderlərini qazanan şirkət strukturunda hallanması mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır.

Bizimesr.com bildirir ki, Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.

Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.

“VATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur. Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur. Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.

4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.

VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir. /Gununsesi/

Aslan Dubai Cars” qalmaqalı – Vətəndaş 10 minlərlə manatının qaytarılmadığını deyir


“Aslan Dubai Cars” sahibi Aslan Məmmədov 47 min 150 manatımızı alıb, amma bizə çatası maşınları verməyib. Bundan sonra bir dəfə 9 min dollarımızı, bir dəfə də 7 min manatımızı qaytarıb. O gündən də and-aman edir ki, bəs pulunuzu qaytaracağam, elə andlar içir ki… amma pulumuzun qalan hissəsini qaytarmır ki, qaytarmır”.
Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Vurğun Vəliyev deyib.
Onun sözlərinə görə, 1 il öncə, 2025-ci ilin aprel ayında Dubaydan avtomobil almaq məqsədilə sosial şəbəkələrdə fəaliyyət göstərən “Aslan Dubai Cars” səhifəsi vasitəsilə özünü şirkət sahibi kimi təqdim edən Aslan Qabil oğlu Məmmədovla əlaqə saxlayıb.
“Dedi ki, Dubaya gəlin, söhbət edək. Ora getdik və aramızdakı razılaşmaya əsasən, orada Aslan Məmmədova şəxsən 12 500 ABŞ dolları məbləğində pul vəsaiti verdik. Sonrakı mərhələdə isə əlavə olaraq 13 000 ABŞ dolları ödədik. Əvvəllər Dubayda avtomobil hərracında iştirak etmədiyinə və dil bilmədiyinə görə Aslan Məmmədovdan xahiş etdik ki, hərraca özü qatılsın. Aslan Məmmədov hərraca qatıldı, bizim pulumuza, lakin öz adına 4 ədəd “Toyota Aqua” avtomobili aldı”, – deyə Vurğun Vəliyev bildirib.
V.Vəliyevin sözlərinə görə, Aslan Məmmədov onları arxayın salıb ki, o, Azərbaycana qayıtdıqdan sonra avtomobilləri də göndərəcək:
“O gündən 8 ay ötüb, lakin Aslan Məmmədov nə maşınları göndərdi, nə də ödənilmiş pulumu tam olaraq geri qaytarır. Razılaşmışdıq ki, avtomobillər 25 gün ərzində Azərbaycana gətiriləcək və mənə təhvil veriləcək. Göstərilən müddət ərzində avtomobillər gəlib çıxmadı. Aslan Məmmədova çoxsaylı müraciətlərimə baxmayaraq müxtəlif bəhanələrlə vaxtı uzatdı. Avtomobilləri vermir. Pulumun da bir hissəsini qaytarıb, qalanını qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Gah deyir ki, Dubayda işçim 8 milyon dollarımı götürüb qaçıb, gah da maşın satıb pulumu qaytaracağını vəd edir. Aslan Məmmədovun qardaşı Asimanın ofisinə də müraciət etmişəm. Bundan sonra mənə 9 min ABŞ dolları, daha sonra isə əlavə olaraq 7 min manat pulum qaytarılıb. Aslan Məmmədov mənim ümumilikdə 24 850 manat pulumu aldadıb alıb və geri qaytarmır”.
Vurğun Vəliyev üzləşdiyi əməllərin araşdırılması üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə müracət edib:
“Səbail Rayon Polis İdarəsinə şikayət etmişik. Aylardır ki, hər hansı bir nəticə yoxdur. Aslan Məmmədov da bizim pulumuzu qaytarmaqdan yayınmaqdadır. Xahiş edirik ki, məsələ araşdırılsın, hüquqi qiymət verilsin”.

Musavat.com
Xəbər lenti