Son xəbər

İsmayıllıda qəzada 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

19.07.2026 14:51 24
Hadisə / Gündəm
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən xeberekspress.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 13.55

Xəbərə video əlavə edilib.

***

saat 13.18

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

xeberekspress.info-nın Şirvan bürosu xəbər verir ki, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan xeberekspress.info-nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

saat 13.00

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

xeberekspress.info-nun Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Əlavə məlumat veriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul