Son xəbər

ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR

22.06.2026 15:22 11
Gündəm / Cəmiyyət

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “İnnovation Event” MMC (VÖEN – 1304829761) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə, tender müsabqiəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, ADNSU “İnnovation Event”dən “Məzun günü – 2026” tədbiri zamanı tələb olunan mal və xidmətləri satın alacaq və qarşılığnda 82 min 995 manat 30 qəpik ödəyəcək.
ADNSU-dan açıqlanan məlumatda bildirilir ki, “Məzun günü – 2026” tədbiri 23 iyun tarixində saat 18:00-da Bakı Kristal Zalında baş tutacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “İnnovation Event” MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazlı, ev 110, m. 15 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Kürçaylı Əliağa Ülfət oğludur.
Onu da bildirək ki, “İnnovation Event” MMC-nin qanuni təmsilçisi Kürçaylı Əliağa Ülfət oğlu məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir.
“İnnovation Event” MMC 2024 və 2025-ci illərdə Dövlət İqtisad Universiteti üçün də “Məzun günü” tədbiri təşkil edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul