BDU tələbələri niyə etiraz edir? - İDDİA
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir?
Mövzu ilə bağlı BDU tələbələri Aztehsil.az-a bildiriblər.
Tələbələr bildiriblər ki, imtahan işlərinin yoxlanılmasında adətən iki fərqli müəllim iştirak edir. Tələbələrin fikrincə, müəllimlər arasında qiymətləndirmə meyarlarının tətbiqində çox ciddi fərqlər mövcuddur. Bir müəllim daha yumşaq yanaşaraq zəif işlərə belə nisbətən yüksək bal verə bildiyi halda, digər müəllim daha sərt mövqe tutaraq yaxşı yazılmış işlərə belə aşağı qiymət verə bilir. Nəticədə tələbənin aldığı bal bilik səviyyəsindən çox, işinin hansı müəllimə düşməsindən asılı görünür. Bu isə qiymətləndirmədə bərabərlik və ədalət prinsipinin pozulması ilə bağlı suallar yaradır.
Digər problem apellyasiya prosesi ilə bağlıdır. Tələbələr arasında belə bir fikir formalaşıb ki, apellyasiya müraciətlərinə baxılarkən bəzi hallarda müəllimin mövqeyi üstün tutulur, tələbənin arqumentləri isə kifayət qədər nəzərə alınmır. Hətta bəzi tələbələr müraciətlərinin aidiyyəti üzrə çatdırılmaması və ya prosesə tam şəffaf şəkildə cəlb olunmamaları barədə şikayətlər səsləndirirlər.
Bu cür halların qarşısının alınması üçün imtahanların yoxlanılması və apellyasiya prosedurları üzərində daha ciddi nəzarətin həyata keçirilməsi, qiymətləndirmə meyarlarının vahid şəkildə tətbiq olunması və tələbələrin hüquqlarının qorunması vacibdir.
Bakı Dövlət Universiteti ilə bağlı illərdir müxtəlif şikayətlər səsləndirilsə də, tələbələr hesab edir ki, problemlərin həlli istiqamətində daha effektiv addımlar atılmalıdır. Çünki gələcəyin hüquqşünaslarını və digər mütəxəssislərini yetişdirən bir ali təhsil müəssisəsində ilk növbədə hüquq, ədalət və qarşılıqlı hörmət prinsipləri təmin olunmalıdır.(Aztehsil.az)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)
Tovuzda bir obyektin taleyi: sahibkarın müraciəti, gecikən qərarlar və ortaya çıxan suallar
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı


