Son xəbər

"Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...

18.06.2026 08:57 8
Gündəm / Cəmiyyət

Yüksək qiymətlərə baxmayaraq, təqdim olunan xidmət və yeməklərin keyfiyyəti gözləntiləri doğrultmayıb. Sifariş edilən bəzi yeməklər əvvəlcədən xəbərdarlıq edilmədən başqa məhsullarla əvəz olunub.

Bu barədə "Müştəriyəm Şikayətim Var" səhifəsində "Kəndimiz Mərdəkan" restoranındakı xidmətdən narazı qalan şikayətçi yazıb.

“Bir çox hallarda ofisiant yeməyi masaya gətirəndə deyirdi ki, sifariş etdiyiniz məhsul yox idi, ona görə əvəzinə bunu gətirdik. Bu isə bizimlə məsləhətləşmədən edilirdi”, – deyə paylaşımda qeyd olunur.

Müştəri həmçinin tortun kəsilməsi üçün təqdim edilən bıçağın çirkli və ət qoxulu olduğunu iddia edib. Onun sözlərinə görə, iki dəfə təmiz bıçaq tələb olunsa da, problem aradan qaldırılmayıb və nəticədə qonaqlar özləri bıçaq tapmaq məcburiyyətində qalıblar.

Narazılıq yaradan əsas məqamlardan biri də hesab təqdim edilərkən tətbiq olunan qiymətlər olub. İddiaya görə, menyuda birgə göstərilən tərəvəz assortisi ayrı-ayrılıqda hesablanıb.

Paylaşım müəllifi bildirir ki, bir ədəd xiyar 3 manata, pomidor 4 manata, soğan isə 1 manata hesablanıb. Bundan əlavə, pomidor-yumurta yeməyinə əlavə edilən bibərin ayrıca “bibər kababı” kimi qiymətləndirildiyi iddia olunur.

Müştərinin fikrincə, restoranlarda yüksək qiymətlərin keyfiyyətli xidmət və dadlı yeməklərlə müşayiət olunması vacibdir. O qeyd edib ki, təqdim edilən yeməklərin dadı da gözləntiləri qarşılamayıb.

Qeyd edək ki, paylaşım sosial şəbəkədə müzakirələrə səbəb olub. Qarşı tərəfin məsələ ilə bağlı mövqeyi hələlik məlum deyil. (Bizimesr.com)

Restoranın cavabı olduğu təqdirdə, onu da dərc etməyə hazırıq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul