Son xəbər

Xətai rayonunda piyada səkisi satılıb - Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

9.06.2026 10:30 13
Gündəm / Cəmiyyət



Xətai rayonu, Telnov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin faktiki olaraq obyektlər tərəfindən zəbt edildiyi görünür.


Bizimesr.com bildirir ki, yayılan görüntülərdən də görünür ki, küçənin bəzi hissələrində piyada səkisi müxtəlif obyektlərin istifadəsinə verilib və vətəndaşların sərbəst hərəkəti üçün nəzərdə tutulan ərazi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Nəticədə piyadalar hərəkət etmək üçün yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmağa məcbur qalırlar.


Sakinlər yaranmış vəziyyətdən narazılıq edərək bildirirlər ki, şəhərsalma və tikinti qaydalarına uyğun olaraq piyadaların təhlükəsiz hərəkəti təmin edilməli olduğu halda, burada əks mənzərə müşahidə olunur.


Maraqlıdır, piyada səkilərinin bu vəziyyətə düşməsinə kim icazə verib və buna görə hansı qurum məsuliyyət daşıyır?


Piyada səkilərinin müxtəlif obyektlərin istifadəsinə verilməsi şəhər infrastrukturunun əsas prinsiplərinə ziddir və insanların gündəlik hərəkətində ciddi çətinliklər yaradır.


Qeyd edək ki, sözügedən ərazi Xətai rayonunun inzibati sərhədlərində yerləşir. Rayonun icra başçısı Rafiq Quliyevdir. Sakinlər aidiyyəti qurumları məsələyə münasibət bildirməyə və yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görməyə çağırırlar.(Bizimesr.com)


Mövzunu diqqətdə saxlayacağıq.
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/xetai-rayonunda-piyada-sekisisatilib--rafiq-quliyevin-telnov-kucesinden-xeberi-varmi-22052

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul