Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
Son yağışlar zamanı paytaxt Bakıda yaranan biabırçı vəziyyət aidiyyəti qurumların fəaliyyətini böyük sual altına qoydu.
Ərazilərin subasmaya məruz qalması, üstəlik bu ərazilərdə drenaj və kanalizasiya xətlərinin işlək olmaması, mövcud xətlərin zamanında təmizlənməməsi, qanunsuz tikinti faktları və onların davam etdirilməsi bir çox sualları cavabsız qoyur.
Amma bu o demək deyil ki, havalar qızdı, problemlər unuduldu, yaddan çıxdı.
Bizimesr.com-a daxil olan məlumata görə, yaranmış vəziyyət aidiyyəti qurumların rəhbərlərinin bacarıqsızlığı və işlərin vaxtında görülməməsi kimi qiymətləndirilib.
Bütün bunların fonunda Bakı şəhər İcra başçısı Eldar Əzizovun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun, həmçinin Bakının Nərimanov, Xətai, Suraxanı, Abşeron, Sabunçu, Xəzər, Yasamal, Binəqədi rayon icra hakimiyyətlərinin başçıları və Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovun fəaliyyəti sonuncu dəfə xəbərdarlıq edilməklə ciddi nəzarətə götürülüb.
Məlumatda qeyd olunur ki, onlara vəziyyətin nəzarətə götürülməsi şərtilə qısa müddət ərzində aidiyyəti üzrə verilmiş tapşırıqların operativ şəkildə həll edilməsi ciddi tapşırılıb.
Bizimesr.com-a verilən məlumata görə, Bakı şəhər İcra başçısı Eldar Əzizova və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova, Xətai rayon icra başçısı Rafiq Quliyev və Abçeron rayon icra başçısı Abdin Fərzəliyevə daha sərt iradlar bildirilib.
Məlumata görə, ehtimal ki, bu şəxslər yaxın aylarda vəzifədən uzaqlaşdırılacaq.
Bizimesr.az
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Zabrat-Maştağa yolunun su basma müəmması - Milyonluq layihələr niyə işləmir? - ARAŞDIRMA
Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – FOTOLAR
Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
Elgin Həbibullayev hardadır? - Rəsmi sayt belə yenilənmir...


