Ramiz Mehdiyevdən “qəbiristanlıq əməliyyatı”: Novxanı sakinləri ölülərini dəfn etməyə yer tapa bilmir
Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda bir neçə maddə ilə ilə barəsində istintaq aparılan Ramiz Mehdiyevin vəzifədə olduğu müddətdə saysız-hesabsız daşınmaz əmlaka- villalara, ictimai iaşə müəssisələrinə, torpaq sahələrinə sahibləndiyi heç kimə sirr deyil. Mediada bu barədə kifayət qədər təsnifatlı məlumatlar var ki, bu məlumatların hər biri Ramiz Mehdiyevin bitmək bilməyən sərvət hərisliyindən xəbər verir.
TEREF-in poçtuna daxil olan məqalədə müəllif fikirlərini bölüşür. Müəllif daha sonra yazır:
Ramiz Mehdiyevin var-dövlət hərisliyi o səviyyədə olub ki, sabiq aparat rəhbəri qəbiristanlıq ərazilərini belə zəbt etməkdən, ələ keçirməkdən özünü saxlaya bilməyib.
Çoxları üçün inanılmaz görünsə də, Ramiz Mehdiyev Administrasiya rəhbəri olduğu dönəmdə Novxanı kəndindəki yüz hektarlarla torpaq sahəsi ilə yanaşı, Novxanı qəbiristanlığına məxsus ərazinin də bir hissəsini zəbt edərək öz şəxsi əmlakına çevirib. Nəticədə, bu gün Novxanı kəndinin sakinləri öz ölülərin dəfn etməyə yer tapa bilmir, məcburiyyət qarşısında onları digər kənd və qəsəbələrdəki qəbiristnalıqlarda dəfn edirlər.
Kənd sakinləri tələb edir ki, vaxtiylə Ramiz Mehdiyev tərəfindən zəbt edilən qəbiristanlıq ərazisi geri qaytarılsın və sakinlər haqq dünyasına qovuşan yaxınlarını dəfn etmək üçün uzaq kənd və şəhərlrədə qəbir yeri axtarmaq məcburiyyətində qalmasınlar.
TEREF
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Rüstəm Şahbazovu kim aldadır?.. - İLGİNC İDDİALAR
Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur
AAYDA-nın sədr müavinlərinin himayə etdiyi, yol layihəsinin dəyişməsinə səbəb olan villa ilə bağlı yeni xəbər
"Kristal Bakı" ASC nə qədər "Kristal"dır? - Maliyyə hesabatı gizlinləri...
Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib


